Göyçə gölündə suyun səviyyəsi aşağı düşüb .....                        Cəlilabadda dağlıq ərazidə yanğın məhdudlaşdırıldı - YENİLƏNİB .....                        Polisdən sürücülərə daha bir müraciət .....                        Ukrayna bu sazişdən çıxdı .....                        İranla Rusiya arasında əlaqələr pisləşib .....                        Tramp Zelenskini Moskvanı vurmağa çağırıb? - Ağ Evdən AÇIQLAMA .....                        Ermənistan Fransaya hərbi attaşe təyin etdi .....                        Ermənistan Fransaya hərbi attaşe təyin etdi .....                        Toy tortundan 60 nəfər zəhərləndi .....                       
19-09-2022, 20:18
Ermənistan və Rusiya arasında əməkdaşlıq planı imzalandı


Ermənistan və Rusiya arasında əməkdaşlıq planı imzalandı

Ermənistan və Rusiya arasında 2022-2027-ci illər üzrə regionlararası əməkdaşlıq planı imzalanıb. Bu barədə Ermənistanın Ərazi İnkişafı və İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Sənədin imzalanması İrəvanda keçirilən IX Rusiya-Ermənistan Regionlararası Forumu zamanı baş tutub. Dəyirmi masa formatında keçirilən plenar iclasdan sonra “Ermənistan və Rusiya arasında rəqəmsal formatda əməkdaşlıq”, "Müasir şəraitdə logistika, maliyyə və investisiya", “Turizm potensialının inkişafı”, “Ermənistan regionları ilə Rusiya Federasiyasının regionları arasında humanitar inkişaf” mövzuları ətrafında müzakirələr aparılıb.
19-09-2022, 20:16
Ukraynada ölən mülki şəxslərin sayı dəqiqləşdi


Ukraynada ölən mülki şəxslərin sayı dəqiqləşdi

Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində 5916 nəfər mülki şəxs həlak olub. Bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) məlumat yayıb. Məlumata görə, Ukraynada müharibə başlayandan bəri 8616 nəfər mülki şəxs yaralanıb. Ölənlərin 2306-sı kişi, 1582-si qadın, 156-sı qız və 188-i oğlandır. Bundan əlavə, ölənlər arasında cinsiyyəti hələlik məlum olmayan 35 uşaq və 1649 böyük var.
19-09-2022, 20:15
İsrailin Türkiyədəki səfiri kimdir?


İsrailin Türkiyədəki səfiri kimdir?

Xəbər verdiyimiz kimi, bu gün İsrail Türkiyəyə yeni səfir təyin edib. Bu vəzifəyə İrit Lilian təyinat alıb. Butov.az-ın məlumatına görə, xanım səfir bu təyinata qədər İsrailin Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili olub. İrit Lillian 1962-ci ildə İsrailin Rehovot şəhərində anadan olub. O, Tel-Əviv Universitetində bakalavr dərəcəsi alıb. Daha sonra Şərq və Qərbşünaslıq üzrə magistr dərəcəsinə yiyələnib. Hərbi xidmət keçən Lillian 1986-cı ildən İsrail Xarici İşlər Nazirliyində diplomatik fəaliyyətə başlayıb. 2007-ci ildə İsrailin Avstraliyadakı səfiri Naftali Tamirin geri çağırılmasından sonra onun səlahiyyətlərini icra edib. Lillian bu vəzifədə cəmi bir neçə ay çalışıb. Daha sonra 2015-ci ildən 2019-cu ilə qədər İsrailin Bolqarıstandakı səfiri olub.



Xatırladaq ki, 2010-cu il mayın 31-də Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin “Mavi mərmərə” gəmisinə İsrail hərbçilərinin basqını iki dövlət arasında gərginliyin yaranmasına səbəb olmuşdu. Hadisə nəticəsində Türkiyənin 9 vətəndaşı israilli hərbçilər tərəfindən öldürülmüşdü. Bundan sonra iki ölkə arasında vəziyyət böhran həddinə çatmışdı. Türkiyə Təl-Əvivdəki səfirini, İsrail isə Ankaradakı səfirini geri çağırmış, iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi.


19-09-2022, 20:07
Qışda da Qarabağa gedə biləcəyik? - Rəsmi açıqlama


Qışda da Qarabağa gedə biləcəyik? - Rəsmi açıqlama

İşğaldan azad edilmiş ərazilərə qış aylarında da avtobus reysləri təşkil olunacaq. Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən cavab olaraq bildirilib. Qeyd edilib ki, "yolumuzqarabaga" portalı üzərindən işğaldan azad olunmuş ərazilərə təşkil edilən avtobus reysləri müntəzəm xarakter daşıyır. Məlumata görə, avtobus reysləri hərəkət cədvəllərinə uyğun olaraq davam etdiriləcək. Xatırladaq ki, hazırda Şuşa, Ağdam və Füzuliyə müntəzəm avtobus reysləri fəaliyyət göstərir. Şuşa və Ağdam şəhərlərinə müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətində isə ilk reys iyunun 25-də baş tutub. Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və sərnişindaşımaya dair məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib. Bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etmək lazımdır. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. Onu da bildirək ki, səfər zamanı təhlükəsizliyin təmin olunması məqsədilə sərnişinləri polis əməkdaşları müşayiət edir. Şuşa, Ağdam və Füzuli şəhərlərində tarixi, mədəni və dini abidələr ziyarət olunur.
19-09-2022, 20:05
Azərbaycan tennisçisi erməniyə qalib gəldi


Azərbaycan tennisçisi erməniyə qalib gəldi

Gürcüstanın paytaxtı Tbilisidə “Wtt Youth Contender Tbilisi” turnirinə start verilib. Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, yeniyetmələrdən ibarət Azərbaycan millisi turnirdə həm oğlanların, həm də qızların mübarizəsində təmsil olunur. Əvvəlcə oğlanların yarışı başlayıb. 17 yaşadək idmançıların mübarizəsinə qatılan Adil Əhmədzadə qrup mərhələsində iranlı Nima Nagavi, qazaxıstanlı Ramazan Nazir və ermənistanlı Narek Stepanyanı məğlub edərək növbəti mərhələyə adlayıb. Onun 1/8 finaldakı rəqibi İran idmançısı Seyedsina Horeyşian olacaq. Sentyabrın 21-dək davam edəcək yarışda böyük məşqçi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə də bacarığını göstərəcək.
19-09-2022, 20:01
İsrail Türkiyəyə səfir təyin etdi


İsrail Türkiyəyə səfir təyin etdi

İsrail Türkiyəyə yeni səfir təyin edib. Bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, diplomat İrit Lilian İsrailin Türkiyədəki fövqəladə və səlahiyyətli səfəri təyin olunub. Xatırladaq ki, bu ilin avqustun 17-də Türkiyə və İsrail diplomatik münasibətləri bərpa edərək, qarşılıqlı səfir təyin etmək qərarına gəliblər.

19-09-2022, 19:59
Samboçularımız Avropa çempionatını 10 medalla başa vurdular


Samboçularımız Avropa çempionatını 10 medalla başa vurdular

15-18 sentyabr tarixlərində Serbiyanın Novi Sad şəhərində keçirilən yeniyetmə, gənclər və böyüklər arasında Avropa çempionatından Azərbaycan samboçuları 10 medalla qayıdıb. Butov.az xəbər verir ki, yeniyetmələrdən Musaxan Gülməmmədov (64 kq) gümüş, Kərəm Babazadə (71 kq), Toğrul İbrahimov (79 kq) və Orxan Məcidli (+98 kq) bürünc medal qazanıblar. Gənc samboçulardan Elvin Bağırov (64 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) yalnız finalda uduzaraq gümüş medalla kifayətləniblər. 17-18 sentyabrda keçirilmiş böyüklərin yarışından isə Azərbaycan samboçuları 4 medalla qayıdıb. Belə ki, idman sambosunda Ceyhun Hüseynov (88 kq) gümüş, Mirfəttah Seyidəliyev (64 kq) və 1 illik cəzadan sonra ilk beynəlxalq yarışında çıxış edən Emil Həsənov (71 kq) bürünc medal qazanıb. Ramil Vəliyev (79 kq) isə gümüş medalla kifayətlənib. Qeyd edək ki, Azərbaycanın sambo üzrə əsas millisinin bu il növbəti yarışı Qırğızıstanın paytaxtı Bişkekdə olacaq. Komandamız 11-13 noyabr tarixlərində keçiriləcək dünya çempionatında iştirak edəcək.



19-09-2022, 19:57
Luqanskın daha bir yaşayış məntəqəsi azad edildi


Luqanskın daha bir yaşayış məntəqəsi azad edildi

Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətinin Beloqorovka şəhər tipli qəsəbəsini Rusiya hərbçilərindən azad edib. Bu barədə Luqansk Hərbi Administrasiyasının başçısı Sergey Qayday məlumat yayıb. Onun sözlərinə görə, Beloqorovka sentyabrın 19-da tamamilə təmizlənərək Ukrayna ordusunun nəzarətinə verilib. Qeyd edək ki, bu yaşayış məntəqəsi Luqansk vilayətinin Severodonetsk şəhərinə aid şəhər tipli qəsəbədir və iyul ayında Rusiya hərbçiləri tərəfindən tutulmuşdu.
19-09-2022, 19:55
Paşinyan Ermənistan ordusunun itkilərini etiraf etdi


Paşinyan Ermənistan ordusunun itkilərini etiraf etdi

Ötən həftə Azərbaycan Ordusuna qarşı hərbi təxribatlara əl atan Ermənistan silahlı qüvvələrinin itkiləri barədə yeni rəqəmlər açıqlanıb. Butov.az xəbər verir ki, erməni ordusunun itkilərini baş nazir Nikol Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasında elan edib. Onun sözlərinə görə, sərhəddəki silahlı toqquşmalar zamanı Ermənistanın 207 hərbçisi ölüb və ya itkin düşüb. Bundan əlavə, Paşinyan bildirib ki, döyüşlərdə 293 erməni hərbçisi yaralanıb, 20 hərbçi isə əsir götürülüb. Xatırladaq ki, sentyabrın 13-də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri Ermənistan ordusu tərəfindən atəşə tutulmuş, nəticədə genişmiqyaslı təxribat törədilmişdi. Bu döyüşlərdə Azərbaycan tərəfi 80 şəhid verib, 281 hərbi qulluqçu yaralanıb. Sentyabrın 14-ü axşam saatlarında Azərbaycan və Ermənistan arasında atəşkəslə bağlı razılıq əldə olunub.
19-09-2022, 19:53
Bakıdan bu şəhərə birbaşa reys açılır


Bakıdan bu şəhərə birbaşa reys açılır

Oktyabr ayının əvvəlindən Azərbaycanın milli aviadaşıyıcısı AZAL Özbəkistanın daha bir şəhərinə - Səmərqəndə reyslərin yerinə yetirilməsini planlaşdırır. Bu barədə AZAL məlumat yayıb. Səmərqəndə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək. Həmçinin “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Daşkənd-Bakı marşrutu üzrə yerinə yetirilən reyslərin tezliyini həftədə 5 dəfəyədək artıracaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!