57 min nəfər tələbə adını qazanıb .....                        MİQ-də müsahibə mərhələsi yekunlaşdı .....                        Yeni tələbələrin nəzərinə! - Təhsil kreditində yenilik var .....                        Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların ümumi həcmi .....                        Stiven Douti Bakıdan sonra İrəvana getdi .....                        MDB oyunlarında 10 ölkənin iştirakı təsdiqlənib - RƏSMİ .....                        Ramiz Rövşənin səhhəti pisləşib? - AÇIQLAMA .....                        Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA .....                        Minsk Qrupu bu tarixdə LƏĞV EDİLİR .....                       
8-05-2025, 17:37
Sayt rəhbərinə hökm oxundu


Sayt rəhbərinə hökm oxundu

Azerinfo.az saytının rəhbəri İbrahim Hümbətovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Dövlət ittihamçısı təqsirləndirilən İbrahim Hümbətovun 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəmişdi.
Xatırladaq ki, İbrahim Hümbətov 2023-cü ilin dekabr ayında vətəndaşlardan daxil olan müraciətlər əsasında polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, təqsirləndirilən İbrahim Hümbətov Cinayət Məcəlləsinin 1822.2-ci ( hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham edilib.
8-05-2025, 17:21
Məktəblərlə bağlı YENİLİK


Məktəblərlə bağlı YENİLİK

Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər.
Bu fikirləri bu gün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Xüsusi təhsil sektorunun müdiri Anar Xələfov Təhsil TV-də yayımlanan “360 dərəcə təhsil" verilişində sağlamlıq imkanları məhdud uşaqların təhsili haqqında danıșarkən bildirib.
O qeyd edib ki, xüsusi pedaqoqların fəaliyyəti həmin uşaqların təlim prosesinə uyğunlaşdırılması üçün nəzərdə tutulur:
"Fənn müəllimlərinin də bu istiqamətdə bacarıqları olmalıdır. 5 ildir ki, fənn məllimlərinə sağlamlıq məhdudiyyəti olan uşaqlarla işin təşkili öyrədilir”, – o qeyd edib.
O bildirib ki, 2024-cü ildən xüsusi təhsilə cəlb olunmuş uşaqlar üçün fərdi tədris planının qurulması tələbi qoyulub.
8-05-2025, 16:56
Paşinyan Moskvaya getdi


Paşinyan Moskvaya getdi

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Moskvaya uçub.
Bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Hökumət başçısı II Dünya Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş p May paradında iştirak edəcək.

8-05-2025, 16:51
Ramiz Rövşənə ayda 1500 manat veriləcək


Ramiz Rövşənə ayda 1500 manat veriləcək

Prezident İlham Əliyev Azərbaycan Respublikasında mədəniyyətin və elmin inkişafında xidmətlərinə görə bir sıra şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilməsi ilə bağlı Sərəncam imzalayıb.
Fərdi təqaüdlə təltif olunan mədəniyyət xadimləri içərisində Ramiz Rövşən də var.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği hazırda 1500 manat təşkil edir. Təqaüd ömürlük verilir.
Ramiz Rövşənin şeirləri onlarla məşhur mahnıya çevrilib. Xüsusilə Alim Qasımovun ifasında “Səni axtarıram”, Brilliant Dadaşovanın ifasında “Qədrimi bilmədi bu adam mənim”, Zülfiyyə Xanbabayevanın “Gedək biz olmayan yerə” mahnıları çox sevilmişdir. Onun şeirləri həm klassik, həm də modern musiqi janrlarında istifadə olunur.
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974–1975), ssenari redaksiya heyətinin üzvü (1979–1987), kinostudiyanın baş redaktoru (1987–1992), Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru (1992–2020) işləyib. Bir neçə şeir kitabının müəllifidir.
Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-də, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Ramiz Rövşən Müsavat Partiyasının 1997-ci ildə qəbul olunmuş himninin sözlərinin müəllifidir.
7-05-2025, 20:00
Bayramov Sudani ilə bir arada


Bayramov Sudani ilə bir arada

7 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin baş naziri Məhəmməd Şiə əl-Sudani ilə görüşüb.
XİN-dən bildirilib ki, görüş zamanı Azərbaycan-İraq əməkdaşlığının müxtəlif aspektləri, Yaxın Şərqdə cari vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Azərbaycan və İraq arasında diplomatik münasibətlərin əsasının müstəqilliyimizin bərpasından sonra qoyulmasına baxmayaraq, xalqlarımız arasında əlaqələrin tarixinin daha qədim olduğu məmnunluqla qeyd edilib. Bu dinamikanın qorunub saxlanılması məqsədilə bütün, o cümlədən dövlət, parlament, hökumət, xarici işlər nazirlikləri səviyyələrində qarşılıqlı səfər və təmasların artırılmasının əhəmiyyəti vurğulanıb.
Görüşdə əməkdaşlığın siyasi, iqtisadi, ticarət, enerji, humanitar aspektləri müzakirə olunub, ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu və hər iki tərəfin bu istiqamətdə maraqlı olduğu diqqətə çatdırılıb.
Tərəflər, həmçinin Yaxın Şərq, xüsusilə Qəzza bölgəsi ətrafında mövcud vəziyyətdən bəhs edərək, münaqişənin sülh yolu ilə həllinə dair ümidvarlıq ifadə ediblər. Azərbaycanın İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq normaları, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun şəkildə “iki dövlət” prinsipi əsasında həllinə göstərdiyi dəstək bir daha qeyd edilib.
Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyindən bəhs olunub, ölkəmizdə keçirilən sessiya çərçivəsində əldə olunmuş nailiyyətlərin əhəmiyyəti qeyd olunub.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, minalardan təmizləmə fəaliyyəti, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb. Ölkəmizin təşəbbüsü ilə başladılan sülh müqaviləsinin mətni üzrə ikitərəfli danışıqların yekunlaşdırıldığı, lakin bölgədə dayanıqlı sülhün təminatı olacaq bu müqavilənin imzalanması üçün Ermənistan Konstitusiyası və bir sıra qanunvericilik aktlarında ölkəmizə qarşı davam etdirilən ərazi iddialarına son qoyulmasının əhəmiyyəti qeyd olunub.
Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
7-05-2025, 19:48
İlham Əliyev Moskvaya getməyəcək


İlham Əliyev Moskvaya getməyəcək

Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılmayacaq.
Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Qeyd olunub ki, dövlət başçısı Ümummilli lider Heydər Əliyevlə bağlı ölkədaxili tədbirlər səbəbindən Qələbə Paradında iştirak etməyəcək.
7-05-2025, 19:09
Mehriban Əliyeva baş katibin xanımı ilə görüşdü


Mehriban Əliyeva baş katibin xanımı ilə görüşdü

Mayın 7-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Li ilə görüşü olub.
7-05-2025, 18:30
Bakıda mühüm sənəd imzalandı


Bakıda mühüm sənəd imzalandı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mayuın 7-də “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ı qəbul ediblər.
7-05-2025, 18:20
İlham Əliyevlə To Lam mətbuata birgə bəyanatla çıxış edirlər


İlham Əliyevlə To Lam mətbuata birgə bəyanatla çıxış edirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mətbuata birgə bəyanatla çıxış edirlər.
7-05-2025, 18:13
Cəlilabadda maşın 10 yaşlı məktəblini vurub öldürdü


Cəlilabadda maşın 10 yaşlı məktəblini vurub öldürdü

Cəlilabad rayonunda avtomobil 10 yaşlı məktəblini vurub.
Hadisə rayonun Təklə kəndi ərazisində qeydə alınıb.
Minik avtomobili kənd sakini, 2015-ci il təvəllüdlü Aytən Ağazadəni vuraraq öldürüb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, mayın 7-də saat 15 radələrində A.Əlilinin idarə etdiyi "VAZ" markalı avtomobillə Cəlilabad rayonunun Təklə kəndində hərəkətdə olarkən piyada 2015-ci il təvəllüdlü A.Ağazadəni vurulub. Piyada aldığı xəsarətlərdən ölüb.
Araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!