Bakıda ağac park edilmiş maşınların üzərinə düşdü .....                        “AnewZ” Vardanyan haqda film çəkdi .....                        Elbəyi Kərimli həbsdə vəfat etdi .....                        Moskvada təyyarə qəzaya uğradı .....                        Kürdə batan şəxsin meyiti tapıldı .....                        İtkin balıqçıların axtarışı davam etdirilir - VİDEO .....                        Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmə olub .....                        Telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb .....                        Türkiyə Rusiyadan təzminat tələb edəcək? .....                       
1-09-2025, 14:49
ATƏT-in qəbul etdiyi bütün qərarlar etibarsız elan edildi


ATƏT-in qəbul etdiyi bütün qərarlar etibarsız elan edildi

Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.
Bu barədə XİN-dən bildirilib.
Qeyd edək ki, 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub.
1-09-2025, 14:43
ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU


ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

Sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib.
Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb.
Qərarda həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.
Beləliklə, vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilmiş sözügedən institutların münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT iştirakçı dövlətləri tərəfindən qəbul edilərək, həmin institutların bağlanması rəsmiləşdirilib.
Sözügedən qərarın qəbulu, Azərbaycan Respublikasının vaxtilə işğal edilmiş əraziləri üzərində suveren nəzarətini və ərazi bütövlüyünü bərpa etməsi və bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması ilə bağlı reallığın və Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul edilməsinin göstəricisi olmaqla yanaşı, 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində mühüm addımdır.
Azərbaycan Respublikası bundan sonra da regionda sülhün və sabitliyin gücləndirilməsi istiqamətində beynəlxalq hüquqa əsaslanan prinsipial və ardıcıl mövqeyini davam etdirəcəkdir.
31-08-2025, 23:48
Goranboyda ağır qəza


Goranboyda ağır qəza

Goranboy rayonunda yol-nəqliyyat qəzasının baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Hadisə Balakürd kəndində qeydə alınıb. Qəza yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Müəyyən olunub ki, “Mercedes” və VAZ 2107 markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və iki nəfər deformasiyaya uğramış “Mercedes” markalı avtomobildə sıxılı vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaşları xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
31-08-2025, 22:36
"Fənərbağça"dan inamlı qələbə


"Fənərbağça"dan inamlı qələbə

Futbol üzrə Türkiyə Superliqasında IV turun daha iki oyunu keçirilib.
"Fənərbağça" səfərdə "Gənclərbirliyi" ilə qarşılaşıb. Joze Mourinyo ilə yolların ayrılmasından sonra ilk matçında İstanbul təmsilçisi Ankarada inamlı qələbə qazanıb - 3:1. Qarşılaşmada hesab 14-cü dəqiqədə avqotolla açılıb. Meydan sahiblərinin heyətində Pedu Pereyra topu öz qapısından keçirib. Qonaqların digər 2 qolunu isə Yussef En-Nesiri vurub. "Gənclərbirliyi"nin yeganə qoluna isə Dmitrios Qutas imza atıb.
Günün digər matçında isə "Başakşəhər" evdə "Eyüpspor"la qolsuz heç-heçə edib.
Qeyd edək ki, tura bu gün keçiriləcək 2 oyunla yekun vurulacaq.
31-08-2025, 19:36
Pakistanla Ermənistan diplomatik əlaqələri bərpa edir


Pakistanla Ermənistan diplomatik əlaqələri bərpa edir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində pakistanlı həmkarı İshaq Darla görüşüb.
Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, tərəflər diplomatik münasibətlər qurmaq barədə qərar qəbul ediblər.
"Həmsöhbətlər Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması qərarını məmnunluqla qeyd ediblər və ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər", - press-relizdə deyilir.
Regional hadisələrə toxunan Ararat Mirzoyan Ermənistanın Cənubi Qafqazda sabit sülhün bərqərar olması istiqamətində səylərini təqdim edib və bu kontekstdə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olduğunu vurğulayıb.
31-08-2025, 19:16
Ağdaş-Qəbələ yolunda ağır qəza - Ölən var


Ağdaş-Qəbələ yolunda ağır qəza - Ölən var

Ağdaş-Qəbələ avtomobil yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə günorta saatlarında qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsinin sürücüsü, 34 yaşlı Polad Ağababayev xəsarət alıb, sərnişin qismində olan oğlu, 11 yaşlı Z.Ağababayev isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.
31-08-2025, 19:04
Ruslar 8 ayda 230 min hərbçi itirib - Zelenski


Ruslar 8 ayda 230 min hərbçi itirib - Zelenski

Bu ilin ilk 8 ayında ruslar 290 mindən çox əsgərini ölü və ya ağır yaralı olaraq itirib.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Ən böyük itkilər Donetsk bölgəsində verilib, heç bir strateji hədəfi həyata keçirməyib”, - Zelenski bildirib.
31-08-2025, 18:53
İşıq dirəyinə çırpılan maşın yandı


İşıq dirəyinə çırpılan maşın yandı

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Çəmənli kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Toyota" markalı minik avtomobili işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Qəzaya düşən minik maşınında alışma baş verdiyi üçün hadisə yerinə təcili tibbi yardım briqadaları ilə yanaşı yanğınsöndürən briqada da cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
31-08-2025, 18:41
Putin Çində Paşinyanla görüşdü


Putin Çində Paşinyanla görüşdü

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Görüş Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutub.
ŞƏT sammitində itirak eədn qonaqların şərəfinə təşkil olunmuş qəbulun ardından baş tutan görüş Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun jurnalistlərə açıqladığı ilkin cədvəldə nəzərdə tutulmamışdı. Lakin Kremlin nümayəndəsi dərhal qeyd edib ki, qrafik sərt deyil və ona istənilən anda müxtəlif formatlarda yeni bəndlər əlavə edilə bilər.
31-08-2025, 18:30
Çin lideri adından dövlət başçılarına ziyafət verilib


Çin lideri adından dövlət başçılarına ziyafət verilib

Avqustun 31-də "Tianjin Meijiang" Beynəlxalq konqres və sərgi mərkəzində Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuanın adından dövlət və hökumət başçıları və xanımlarının şərəfinə ziyafət verilib, konsert proqramı təqdim olunub.
Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladılar.
Sonra dövlət və hökumət başçıları və xanımları birgə foto çəkdirdilər.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!