57 min nəfər tələbə adını qazanıb .....                        MİQ-də müsahibə mərhələsi yekunlaşdı .....                        Yeni tələbələrin nəzərinə! - Təhsil kreditində yenilik var .....                        Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların ümumi həcmi .....                        Stiven Douti Bakıdan sonra İrəvana getdi .....                        MDB oyunlarında 10 ölkənin iştirakı təsdiqlənib - RƏSMİ .....                        Ramiz Rövşənin səhhəti pisləşib? - AÇIQLAMA .....                        Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA .....                        Minsk Qrupu bu tarixdə LƏĞV EDİLİR .....                       
7-05-2025, 15:20
Moskvaya gedən liderlərin təyyarəsinə qadağa qoyuldu


Moskvaya gedən liderlərin təyyarəsinə qadağa qoyuldu

Latviya və Litva hakimiyyəti Moskvadakı Qələbə paradına hazırlaşan Serbiya prezidenti Aleksandr Vuçiçin təyyarəsinin onların hava məkanından keçməsinə icazə verməkdən imtina edib.
Bu barədə Serbiyanın “Kurir” nəşri məlumat yayıb.
A.Vuçiç Moskvada alman faşizmi üzrənidəki Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərə dəvət olunub.
Latviya hakimiyyəti qadağanı “uçuşun məqsədinin siyasi incəliyi” ilə izah edib. Litva isə imtinanı “texniki və diplomatik incəliklərə” görə əsaslandırıb.
“Kurir” nəşrinin digər məlumatına görə, Slovakiyanın baş naziri Robert Fitsonun da Polşa və Litvanın hava məkanından uçuşu qadağan edilib. Bu ölkələrin hakimiyyət orqanlarının rəsmi nümayəndələri hələlik məlumatı şərh etməyiblər.
7-05-2025, 15:08
Ermənistanın yeni Konstitusiyası hazırlanır - Ədliyyə naziri


Ermənistanın yeni Konstitusiyası hazırlanır - Ədliyyə naziri danışdı

Ermənistanın yeni Konstitusiyasının mətni hazırlanma mərhələsindədir və onun hazırlanmasını yaxın vaxtlarda müvafiq şura üzvləri ilə müzakirə etmək planlaşdırılır.
Bunu ədliyyə naziri Srbuhi Qalyan parlamentdə jurnalistlərə bildirib.
Müstəqillik aktının Konstitusiyanın yeni mətnindən çıxarılmasının mümkün olub-olmaması ilə bağlı suala Qalyan belə cavab verdi:
"Müxtəlif variantları nəzərdən keçiririk, lakin mətn hələ hazırlanma mərhələsindədir. Bizim bir yanaşmamız var və bu yanaşma çərçivəsində müxtəlif standartlar üzrə müzakirələr aparılır. Mətn konkretləşəndə ​​onu sizinlə paylaşacağıq".
O, həmçinin əlavə edib ki, müxalifət nümayəndələri bu müzakirələrdə iştirak etmirlər.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin aprel ayında verdiyi açıqlamalarda yeni konstitusiya layihəsində Azərbaycana ərazi iddiasını nəzərdə tutan müstəqillik aktına istinadın olmayacağını vurğulayıb.
Qeyd edək ki, Bakı ilə İrəvan arasında 17 paraqrafdan ibarət sülh müqaviləsinin mətni tam razılaşdırılıb.
Rəsmi Bakı sülh müqaviləsinmin imzalanması üçün Ermənistan qarşısında iki şərt irəli sürüb: ATƏT-in Minsk qrupunin ləğv edilməsinə razılıq verilməsi və yeni konstitusiyada müstəqillik aktına istinadın çıxarılması.
7-05-2025, 14:40
Binədə sənədsiz torpaq satan dələduzlar tutuldu


Binədə sənədsiz torpaq satan dələduzlar tutuldu

Binə qəsəbəsində sənədləri olmayan torpaqları vətəndaşlara sataraq dələduzluq edənlər saxlanılıblar.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Binə qəsəbəsində müvafiq sənədləri olmayan torpaq sahələrinin satışını həyata keçirən, eləcə də tikintiyə razılıq alacaqları vədi ilə insanların etibarından sui-istifadə edərək dələduzluq əməlləri törədən 46 yaşlı Zaman Babayev və 48 yaşlı Bərxudar Səmədov saxlanılıblar.
Bu şəxslər qabaqcadan əlbir olaraq sənədləri olmayan torpaqları müxtəlif şəxslərə sataraq ümumulikdə zərərçəkənlərə 154 800 manat məbləğində maddi ziyan vurublar.
Faktla bağlı cinayət işi başlanılıb, Z.Babayev və B.Səmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onların qanununsuz əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.
7-05-2025, 14:33
Rüfət Səfərovun işi məhkəməyə göndərilir


Rüfət Səfərovun işi məhkəməyə göndərilir

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb.
Hazırda Rüfət Səfərov və müdafiəçiləri cinayət işi ilə tanış olurlar. Rüfət Səfərovun cinayət işi yaxın vaxtlarda məhkəməyə göndəriləcək.
Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
7-05-2025, 14:25
İrakli Kobaxidze hakim partiyaya sədr seçildi


İrakli Kobaxidze hakim partiyaya sədr seçildi

Hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının qurultayında ölkənin baş naziri İrakli Kobaxidzeni yeni sədr seçib.
2024-cü ilin fevralından hakim partiyaya sabiq baş nazir İrakli Qaribaşvili rəhbərlik edirdi. Lakin o, aprelin 25-də siyasətdən getdiyini elan edəndən sonra partiya sədri vəzifəsi boş qalıb.
Kobaxidze ikinci dəfə partiya sədri olub. O, ilk olaraq 2021-ci ilin yanvarından 2024-cü ilin yanvarına qədər partiyaya rəhbərlik edib.
“Gürcü arzusu”nun təsis qurultayı 21 aprel 2012-ci ildə baş tutub. 2012-ci ilin payızında keçirilən parlament seçkilərində partiya qalib gəlib və o vaxtdan Gürcüstan parlamentində çoxluğu qoruyub saxlayır.
Müxtəlif vaxtlarda partiyanın sədrləri arasında təsisçi Bidzina İvanişvili, Gürcüstanın keçmiş baş nazirləri İrakli Qaribaşvili və Giorgi Kvirikaşvili də olub. Üstəlik, İvanişvili və Qaribaşvili iki dəfə partiyaya rəhbərlik ediblər.
7-05-2025, 14:07
Macarıstanın Baş Qərargah rəisi Azərbaycanda - VİDEO


Macarıstanın Baş Qərargah rəisi Azərbaycanda - VİDEO

Azərbaycanda rəsmi səfərdə olan Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, professor, general Qabor Böröndinin rəhbərlik etdiyi nümayəndə heyəti Hərbi Hava Qüvvələrinin (HHQ) Mərkəzi Komanda Məntəqəsi, Kibertəhlükəsizlik Mərkəzi və komando hərbi hissələrindən birini ziyarət edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə HHQ-nin Mərkəzi Komanda Məntəqəsinə gələn nümayəndələrə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-polkovnik Namiq İslamzadə müasir standartlara cavab verən, yüksək texnoloji imkanlarla təchiz edilmiş komanda məntəqəsinin strukturu və fəaliyyəti barədə məlumat verib. Qonaqlara Azərbaycanın hava məkanına nəzarət, uçuş əməliyyatlarının koordinasiyası və qərargah səviyyəsində idarəetmə prosesləri barədə ətraflı brifinq təqdim olunub.
Sonra Kibertəhlükəsizlik Mərkəzinə gələn nümayəndələr Azərbaycan Ordusunun silahlanmasına daxil olan müasir silah sistemi və informasiya texnologiyaları vasitələrinin kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər, eləcə də Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub. Nümayəndə heyətinə müasir kibertəhdidlərə qarşı süni intellekt əsaslı kibermüdafiə vasitələri barədə ətraflı məlumat verilib.
Daha sonra hər iki ölkənin Baş Qərargah rəisləri komando hərbi hissələrindən birini ziyarət edərək hərbi hissədə yaradılan şəraitlə tanış olublar. Hərbi qulluqçuların dağ komando qülləsində və kəşfiyyat cığırında fəaliyyətləri izlənildikdən sonra Azərbaycan Ordusunun istifadəsində olan silah-sursat, təchizat və döyüş texnikasından ibarət sərgi nümayiş olunub, onların taktiki-texniki xüsusiyyətləri, düzgün istifadə qaydaları ilə bağlı məlumat verilib.

7-05-2025, 13:52
Moskvada Əliyev-Paşinyan görüşü keçirilə bilər


Moskvada Əliyev-Paşinyan görüşü keçirilə bilər

Rəsmi Moskvanın açıqlamasına görə, mayın 9-da keçiriləcək Qələbə paradında 29 xarici ölkə liderinin iştirakı planlaşdırılıb. Rusiya paytaxtına gedəcək liderlərin siyahısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın da adı qeyd edilib.
Maraqlıdır, eyni tədbirdə iştirak edəcək Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tuta bilərmi?
9 may tarixli Qələbə paradında liderlərin ayrı-ayrılıqda ikitərəfli təmasları nəzərdə tutulmayıb və buna dair hər hansı rəsmi açıqlama da yoxdur. Lakin bu cür tədbirlərin əvvəlki praktikasını nəzərə alsaq, onda Əliyevlə Paşinyan arasında mümkün görüş haqda ehtimal irəli sürmək olar.
Üstəlik Azərbaycan və Ermənistan liderləri arasında çoxdandır birbaşa təmas da qurulmur. İlham Əliyevlə Paşinyan arasında sonuncu görüş 2024-cü il oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında baş tutub. Həmin görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etmişdilər.
Liderlərin sonuncu görüşündən sonra ikitərəfli sülh gündəliyində xeyli dəyişikliklər baş verib. Belə ki, Bakı ilə İrəvan arasında 17 paraqrafdan ibarət sülh müqaviləsinin mətni tam razılaşdırılıb.
Daha sonra Ermənistan Azərbaycanın irəli sürüdüyü digər iki şərtə də qismən razılaşıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin aprel ayında verdiyi açıqlamalarda ATƏT-in Minsk qrupunin ləğv edilməsinə və konstitusiya dəyişikliyinə gediləcəyini bildirib. O, yeni konstitusiya layihəsində Azərbaycana ərazi iddiasını nəzərdə tutan müstəqillik aktına istinadın olmayacağını vurğulayıb. Lakin Paşinyan bunları hələ ki sözdə deyib, əməli addım isə atmayıb.
Digər tərəfdən Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı yeni mərhələnin başlanması da gecikir... Halbuki tərəflər 2025-ci il yanvarın 16-da baş nazir müavinləri Mher Qriqoryan və Şahin Mustafayev səviyyəsində növbəti delimitasiya prosesinin sərhədin şimal hissəsindən - Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin qovşağından başlamaq barədə razılığa gəliblər. Prosesin aprel ayında başlanacağı gözlənilirdi...
Beləliklə, yeni reallıqları nəzərə alanda, ikitərəfli sülh gündəliyinin irəli aparılması üçün sözdən əmələ keçməyin vacibliyi önə çıxır. Bütün bunlar isə Azərbaycan və Ermənistan liderlərinin yeni görüşünü labüd edir...
7-05-2025, 13:40
Lənkəranda balıqçını "tok" vurub öldürdü


Lənkəranda balıqçını "tok" vurub öldürdü

Lənkəranda 66 yaşlı kişini elektrik cərəyanı vurub.
Hadisə Lənkəran rayonunun Velədi kəndi ərazisində baş verib.
Rayon sakini 1966-cı il təvəllüdlü Əzizağa Ağayev səhər saatlarında balıq tutmaq məqsədi ilə Lənkəran çayına gedib. O, balıq tutmaq istəyərkən qarmaq yüksək gərginlikli elektrik xəttinə toxunub. Bu zaman Ə.Ağayevi elektrik cərəyanı vurub. Ə.Ağayev hadisə yerində ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
7-05-2025, 13:40
Lənkəranda balıqçını "tok" vurub öldürdü


Lənkəranda balıqçını "tok" vurub öldürdü

Lənkəranda 66 yaşlı kişini elektrik cərəyanı vurub.
Hadisə Lənkəran rayonunun Velədi kəndi ərazisində baş verib.
Rayon sakini 1966-cı il təvəllüdlü Əzizağa Ağayev səhər saatlarında balıq tutmaq məqsədi ilə Lənkəran çayına gedib. O, balıq tutmaq istəyərkən qarmaq yüksək gərginlikli elektrik xəttinə toxunub. Bu zaman Ə.Ağayevi elektrik cərəyanı vurub. Ə.Ağayev hadisə yerində ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
6-05-2025, 22:56
Yarım tonluq kosmik aparat Yerə yaxınlaşır - Siyahıda Azərbaycan da var


Yarım tonluq kosmik aparat Yerə yaxınlaşır - Siyahıda Azərbaycan da var

Sovet İttifaqı tərəfindən 1972-ci ildə buraxılmış "Kosmos 482" adlı yarım tonluq kosmik aparat Yer kürəsinə düşəcək.
Kosmik aparat nəzarətsiz qalıb və onun hara düşəcəyi əvvəlcədən bəlli deyil.
Aparatın düşmə riski olan ərazilər sırasında Azərbaycan da var.
"Kosmos 482" kosmik aparatı "Venera 8" planetlərarası tədqiqat proqramının ehtiyat hissəsi kimi Baykonur kosmodromundan buraxılıb. Əslində onun missiyası Veneraya enmək idi. Lakin buraxılış zamanı raket mühərrikində yaranan texniki nasazlıq səbəbindən aparat Yer orbitində ilişib qalıb.
NASA-nın məlumatına görə, 495 kiloqramlıq eniş modulu və mühərrik bloku hələ də orbitdə yüksək elliptik trayektoriya üzrə hərəkət edir. Onun atmosferə nə vaxt daxil olacağı tam dəqiq bilinmir, lakin ehtimallara görə, bu, 8–14 may tarixləri arasında baş verəcək.
Kosmik texnika üzrə ekspert Georgi Trişkin bildirir ki, "Kosmos 482"nin hazırlanma forması (Venera kimi sıx atmosferə malik planetə düşmək üçün dizayn edilib) onun Yer atmosferindən salamat keçmək ehtimalını artırır. Bu da deməkdir ki, aparat parçalanmadan və yanmadan Yerə çata bilər.
Trişkinin sözlərinə görə, aparatdan ayrılan bəzi hissələr artıq əvvəlki illərdə Yeni Zelandiyaya düşüb. İndi isə əsas risk modula aiddir. Onun hesablamalarına görə, bu modul saniyədə 242 km sürətlə düşərsə, təxminən 1,2 meqacoul gücündə partlayış effekti yarada bilər. Bu, bir neçə yüz qram TNT partlayışına bərabərdir.
Risk altında olan ərazilər sırasında Orta Asiya, Orta Şərq və Cənub-Şərqi Avropa ilə yanaşı, Azərbaycan, Türkiyə, Misir və Suriya da var. Hava şəraiti və orbit dəyişiklikləri bu ehtimalları dəyişə bilər.
Xatırladaq ki, bu cür nəzarətsiz düşmələr əvvəllər də olub. Məsələn, Mir kosmik stansiyası 2001-ci ildə planlı şəkildə atmosferə daxil edilib və qalıqları Sakit okeana düşmüşdü. Amma "Kosmos 482"nin düşüşü planlı deyil və trayektoriyası qeyri-müəyyəndir.
Trişkinin fikrincə, modulun paraşüt sistemi artıq sıradan çıxıb, bu da onun zərbə anında struktur bütövlüyünü itirməsinə səbəb ola bilər. Lakin istənilən halda, bu hadisə potensial təhlükə daşıyır və diqqətlə izlənməlidir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!