Bakıda ağac park edilmiş maşınların üzərinə düşdü .....                        “AnewZ” Vardanyan haqda film çəkdi .....                        Elbəyi Kərimli həbsdə vəfat etdi .....                        Moskvada təyyarə qəzaya uğradı .....                        Kürdə batan şəxsin meyiti tapıldı .....                        İtkin balıqçıların axtarışı davam etdirilir - VİDEO .....                        Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmə olub .....                        Telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb .....                        Türkiyə Rusiyadan təzminat tələb edəcək? .....                       
30-08-2025, 14:31
İran prezidenti Qriqoryanla nələri müzakirə etdi...


İran prezidenti Qriqoryanla nələri müzakirə etdi...

Tehranda işgüzar səfərdə olan Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan avqustun 30-da İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşüb.
Bu barədə Ermənistan Respublikasının Təhlükəsizlik Şurası məlumat yayıb.
Qriqoryan və Pezeşkian iki ölkənin strateji tərəfdaşlığın yaradılmasına yönəlmiş daimi dialoqu inkişaf etdirmək əzmində olduqlarını vurğulayıblar.
Həmsöhbətlər avqustun 8-də imzalanmış Vaşinqton (ABŞ, Azərbaycan, Ermənistan sənədləri-red.) razılaşmalarını da müzakirə ediblər.
Prezident Pezeşkian qeyd edib ki, Ermənistan və İran arasında son yüksək səviyyəli təmaslar və onun Ermənistan Respublikasına rəsmi səfəri İrandakı qeyri-müəyyənliyin effektiv həllinə töhfə verib.
30-08-2025, 13:26
Ağdam şəhərinə köçün vaxtı açıqlandı


Ağdam şəhərinə köçün vaxtı açıqlandı

Artıq Ağdamın ətrafında 3 kəndə vətəndaşlarımız köçüb.
Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, Ağdam şəhərində ciddi infrastruktur işləri davam edir:
E.Hüseynov qeyd edib ki, payız aylarında Ağdam şəhərinə köç planlaşdırır:
"Böyük ehtimalla gələn il Ağdamın tarixi mədəni hissəsi tam bərpa olunacaq və əhalimizin istifadəsinə veriləcək"
30-08-2025, 13:11
Sabahın hava proqnozu: 38 dərəcə isti


Sabahın hava proqnozu: 38 dərəcə isti

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib.
Proqnoza görə, avqustun 31-də Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə zəif duman müşahidə olunacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.

30-08-2025, 10:31
Azərbaycan mirvarisi” Şuşa

Əli İbrahimov

AMEA Fəlsəfə və Sosiologiya
İnstitutu “Heydər Əliyevin siyasi irsi
və azərbaycançılıq fəlsəfəsi”
şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə
üzrə fəlsəfə doktoru, dosent



“Azərbaycan mirvarisi” Şuşa

(Ruhumu oxşayan nəğməli anlarımın fəlsəfəsində)
Xəyal gah dağdadır, gah da aranda,
Gah göyə yüksəlir, gah enir insan.
Bir saat otaqda tək oturanda
Yüz ilin dərdi ilə yüklənir insan! (Bəxtiyar Vahabzadə)
Zahirən üzümdən tez-tez nikbinlik ifadəsini sezənlər elə zənn edirlər ki, məndə daimi olaraq bu belədir. Əslində mənim dalğınlaşan, dalğın göründüyüm anlarım gizli də olsa özünü büruzə verir. Bunu ancaq mən hiss edə bilirəm, başqasının buna necə yanaşdığı barədə heç nə deyə bilmərəm. “Ruhumu oxşayan nəğməli anlar” şeirlər kitabımda poetik dildə desək “mənim üçün əlçatmaz zirvəyə dönüb heç vaxt yetişə bilməyəcəyim, yalnız kitablardan, televideolardan baxıb təskinlik tapdığım bir şəhər var idisə o da Azərbaycanın heç bir şəhəri ilə müqayisə olunmayan, “könüllərdə taxt quran”, “dillərdə dastan olan” Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik olan böyük mədəniyyəti, qədim irsi, qəhrəmanlıq nümunələri ilə məşhur olan, Pənahəli xanın yadigarı, AR-nın Vəkillər Kollegiyasının üzvü, tədqiqatçı-alim İsmayıl Aydın oğlu İsmayılovun təbiri ilə desək “Azərbaycan mirvarisi Şuşa”dır. Yuxarıda epiqraf olaraq səsləndirdiyim sevimli xalq şairi, mənim müəllimim Bəxtiyar Vahabzadədən gətirdiyim bir poetik nümunə ruhumu oxşayan nəğməli anlarımın fəlsəfəsində sanki düşüncələr aləmində üzləşdiyim təzadlarla çox əlaqəlidir. Elə anlarım olub ki, sevincdən qanadlanıb quş kimi uçmaq istəmişəm, elə anlar da olub ki, qəmgin-qəmgin var-gəl eləyib yerimdə qərar tuta bilməmişəm, elə bilmişəm ki, artıq qocalmışam. Lakin digər adına söz tapa bilmədiyim anlarım da olub ki, onlardan ən əsası 1887-ci ilin sentyabr ayının 12-də Azərbaycanın ən səfalı yerlərindən biri, dilbər guşələrindən olan Şuşa şəhərində Mirbaba Mirabdulla oğlu Vəzirovun ailəsində dünyaya göz açan bir körpə ilə bağlıdır. Bu, rəngarəng zəngin yaradıcılığı ilə məşhurlaşmış və onun elmi, sosial-fəlsəfi fəaliyyəti əsasında dissertasiya mövzusu işləyib müdafiə etdiyim Yusif Vəzir Çəmənzəminlidir. Yusif Vəzirin hələ öz sağlığında özü və ailəsi haqqında yazdığı avtobioqrafik 2 adda olan “Mənim həyatım”, “Həyatım” hekayələri və oğlu Orxan Vəzirovun “Atam Yusif Vəzir Çəmənzəminli haqqında” kitabını sevə-sevə oxuyan oxuculardan biri kimi ədibin məşəqqətli, keşməkeşli ömür yolu, faciəli taleyi ilə bağlı çox şeyləri, üzə çıxan çox həqiqətləri öyrənməklə yanaşı, onun qoynunda yaşadığı, fəaliyyət göstərdiyi Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi, doğma və sevimli Şuşa haqqında, onun tarixi barədə bilgilər toplamaqla qərara gəldim ki, o əfsanəvi, əlçatmaz diyara haçansa səfər etmək, onu müqəddəs şəhərlər kimi ziyarət etmək arzularımı gerçəkləşdirməyə nail olsam, sanki dünyanın ən xoşbəxt insanı titulunu daşıyanlardan biri kimi qürur duyardım. Belə bir arzu ilə yaşamağım nəhayət ki, 02 iyul 2025-ci ildə reallaşdı. Əslən Füzuli rayonunun Yuxarı Alxanlı kəndində doğulmuş, Rusiya vətəndaşlığını qəbul etmiş qudam Zinhar Ramazan oğlu Bayramovun təkidli dəvəti ilə ailəmizin 7 nəfər üzvü: mən və həyat yoldaşım, oğlum Rəşad, həyat yoldaşı Zülfiyyə və 3 nəfərlik uşaqları ilə birlikdə öz şəxsi maşınımızda Qarabağın Şuşa diyarına doğru – Zəfər yolu ilə hərəkət etdik. Füzulinin Əhmədbəyli, Yuxarı, aşağı Alxanlı və ətraf kəndləri təmsil edən, Alxanlı bələdiyyə təşkilatının sabiq sədri Sənan Sübhan oğlu Bayramov (Zinhar Bayramovun qardaşı oğlu) Şuşaya Zəfər yolu ilə getməyin planını çəkmək məqsədilə qabaqcadan ailəmizlə birlikdə 11 nəfərin adının Horadiz İcra Hakimiyyətinin elektron portalında qeyd olunmasını təşkil etdi və yola çıxmaq tədarükünə bizi tələsdirdi. Elə bu vaxt elan edildi ki, Qarabağa - Şuşa, Xocalı, Xankəndinə gedən yolların bir həftəlik bağlanması barədə Şuşa ziyarətinə hazırlaşanların nəzərinə çatdırılsın. Bir həftəlik vaxtı səmərəli keçirməkdən ötrü ailəmiz üçün cansıxıcı olmasın deyə qudam Zinhar və qardaşı oğlu Sənanın təşkilatçılığı ilə Horadiz və kənd Horadiz, Bala Bəhmənli, Böyük Bəhmənli, Əhmədbəyli, Kərimbəyli, aşağı və yuxarı Kürdmahmudlu, aşağı və yuxarı Alxanlı və digər kəndləri qarış-qarış gəzməli olduq. Boş günlərimizin birini “Köndələn çay” kafesində musiqi dinləməyə həsr etdik, burada sevimli yazıçı və dramaturq İlyas Əfəndiyevin bu yurdda doğulmasından və yaradıcılığından bəhs etdik. Bizə xoş ovqat bəxş edənlər içərisində doğum günlərini qeyd etdiyimiz balaca Ayan, Sübhan və Xədicənin uşaqlıq dünyaları ilə səsləşən məqamları böyük maraqla dinləmək və sürəkli alqışlarla təbrik etmək oldu. Ad günü mərasimində Zinharın böyük qardaşı Vaqif müəllim və həyat yoldaşı, onun kiçik qardaşı Davud və həyat yoldaşı, bacıları Aygün xanım, həmçinin Sənanın anası İradə xanım və digərləri sevgi dolu təbriklər söylədilər.
Bir həftəlik intizardan sonra, nəhayət, Füzuli şəhərinə yaxın mühafizə qeydiyyat məntəqəsində yoxlanışdan keçərək yolumuza davam etdik. Ailəmizlə birlikdə, qudam Zinhar, qardaşı oğlu Sənan və anası İradə xanım və bibisi Aygün xanımlar Şuşanı ziyarət edənlərin tərkibində idi. Yol boyu qarşılaşdığımız Qaraxanbəyli, Merdinli kəndləri ərazisindəki hava limanı, Mirzəcamallı, Seyidmahmudludan Füzuli şəhərinin görünüşü diqqəti cəlb edirdi. Məngənənata dağ zirvəsinin sol istiqamətinə doğru Xocavənd rayonuna daxil olan Axullu, Edilli, Düdükcü kəndləri, bunlardan da qabaqda Govşadlının Üçbulaq kəndinin sol istiqamətində Hadrut, Xocavənd, Böyük Tağlar, Tuğ kəndlərinin yerləşdiyini müəyyənləşdirmək olurdu. Burada qarşılaşdığımız Xocavənd dairəsindən sağa burulan Xocalı, Qırmızı Bazar və Xankəndi yazılmış yol lövhələri, sola istiqamətlənən yerdə isə Cəbrayıl və Zəngilan yazılmış lövhə görünməkdə idi. Bu məkanda Böyük Şuşa silsilə dağlarının ortasından burula-burula axıb gələn Quru çayın lal axarı, həmçinin Azıx mağarasının yerləşdiyi müşahidə olunurdu. Azıx mağarası görünən yerdən ta Şuşa şəhərinəcən saysız-hesabsız aşırımlar, dağ keçidlərinin sağ və solunda təbiətin min ahənginə tuş gəlmiş yamyaşıl mənzərələrə baxdıqca səyyah olan insanın görmə qabiliyyətinə sanki ətrafı daha yaxşı görmək şansları bəxş olunurdu. “Böyük Tağlar”dakı xırda evlərdən başlamış “Xocavənd” ərazisi ilə Baharlı, Çanaqçı obalarının yaxınlığındakı mənzərələrə baxdıqca maşının naviqatorunda bələdçilik edənin səsindən məlum olur ki, Şuşaya 17 km məsafə qalır. Bir qədər sonra “Şuşakənd Muxtar” adlanan yerdən məsafənin 10 km olduğunu göstərən lövhədən xeyli aralananda “Daşaltı”, nəhayət Şuşa şəhərinin görüntüləri qarşısında hamımız baş əyir, buradakı gözəllikləri tanrımızın, təbiətin insanlardan əsirgəmədiyinin şahidi oluruq. 2 saatlıq məsafədə aşırım, dağ keçidlərinin ətrafındakı yaşıllıqlar televizor, videokameralarda göstərilənlərdən qat-qat yaşıl, sifətin şiddətləndirmə dərəcəsindən olduqca yaşıl görünən, ilk baxışda sanki rəssamın əlavə yaşıl rənginə boyanmış təbiət lövhələrini sezdirən təbii mənzərələr “Ruhumu oxşayan nəğməli anlar”ın fəlsəfəsi ilə həmahəng olmuş, insan idrakına sığa bilməyən möcüzələrin təsirindən yaranmışdır.
Şuşanı və ətrafını diqqətlə süzən ziyarətçilər söz deməyə tələsməməlidir. Hər şeydən qabaq burada “Qarabağın tacı doğma Şuşamız”, “Bizim qala”, “Atam Yusif Vəzir Çəmənzəminli haqqında” kitablarında bu şəhər haqqında söylənilənlər bizi müəyyən nəticə çıxarmağa təlqin edir: “Qarabağı Şuşasız, Şuşanı da Qarabağsız təsəvvür etmək mümkün deyildi. 28il qəfəsdə bağlı qalan quştək çırpınan Şuşa qüdrətli ordumuzun sarsıdıcı həmlələri nəticəsində indi heç olmadığı qədər azad və doğmalarını qarşılamağa hazırdır”. Ulu Öndərin də bu şəhərlə bağlı unikal fikirləri və buradakıların qorunmasının bütün nəsillərə, eləcə də yeni nəsillərə ötürülməsi ilə bağlı tövsiyələri olduqca təsirlidir: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.”
Yusif Vəzir Çəmənzəminlinin yazdığına görə “Şuşa Azərbaycan mədəniyyəti tarixində böyük rol oynamışdır. Adlı-sanlı şair və yazıçılardan Qasım bəy Zakir, Xurşud banu Natəvan, Əhmədbəy Ağayev, Haşımbəy Vəzirov, Firudin bəy Köçərli, Nəcəfbəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, tanınmış alim Mir Möhsün Nəvvab, dünya şöhrətli bəstəkar Üzeyirbəy Hacıbəyov, Azərbaycanda və ondan çox-çox uzaqlarda şöhrət tapmış xanəndə və sazəndələrdən Məşədi İsi, Hacı Hüsü, Cabbar Qaryağdıoğlu, Əbdülbaqi Zülalov (Bülbülcan), Seyid Şuşinski, İslam Abdullayev, Mirzə Sadıq (Sadıqcan), keçəçi oğlu Məmməd, Məşədi Məmməd Fərzəliyev, Murtuza Məmmədov (Bülbül), Zülfü Adıgözəlov, İsfəndiyar Cavanşirov (Xan Şuşinski), Musa Şuşinski, Məcid Behbudov, Məşədi Cəmil Əmirov, Qasım Abdullayev (zabul Qasım) və bir çox başqa şairlər, ədiblər, alimlər, bəstəkarlar, xanəndələr və sazəndələr də bu səfalı torpağın yetişdirmələridirlər.

Üstündə Şuşa yazılmış alaqapıdan içəri keçəndə hamımız heyrət içində olaraq şəhər qarşısında baş əyib buradakı insanlarla, sakinlərlə salamlaşdıq. Şəhəri özüm üçün cızdığım plan əsasında, yəni buradakı Azərbaycan Prezidentinin Şuşa şəhər nümayəndəliyi, Molla Pənah Vaqif məqbərəsi, İsa bulağı, Xan Sarayı, Gövhər Ağa məscidi, Cıdır düzü, Şuşa həbsxanası və digər görməli yerləri tam ziyarət etməyə vaxtın azlığı səbəb olsa da ruhdan düşməyərək Şuşa şəhər qoruğunun əməkdaşlarından olan Rəvan Ağayev və AR-nın Prezidentinin Şuşa nümayəndəliyində məsləhətçi kimi fəaliyyət göstərən, alim-tədqiqatçı, AR-nın Vəkillər Kollegiyasının üzvü İsmayıl Aydın oğlu İsmayılovdan Şuşa şəhəri barədə çox şeylər öyrəndik. Şuşa şəhər kitabxanasının sərgisində saxlanması üçün və nümayiş etdirməkdən ötrü müəllifi olduğum “Azərbaycançılıq ideyasının konseptual aspektləri”, “Гейдар Алиев и концептуальные аспекты идеологии азербайджанства”, “M.P.Vaqif poeziyasında vətən sevgisi” kitabları hədiyyə etdim. Bunun müqabilində İsmayıl müəllim də müəllifi olduğu “Bizim qala” və “Qarabağın tacı doğma Şuşamız” kitablarını mənə hədiyyə etdi. Beləliklə, Şuşa ilə bağlı bütün təəssüratlarımı Xarı bülbüllə yanaşı gülüstan yaradan, çiçəklərin rənginə boyanmış, ətrindən məst olmuş Cıdır düzündə qələmə aldım.
Şuşanı ziyarət edənlər ilə burada anadan olub yaşamış sənətkarların bu şəhər, bu möcüzəli məkan barədə söylədiklərində olan doğmalıq, yaxınlıq və eyniliyi belə xarakterizə etmək olar: “Şuşa dağlar qoynunda, elə bir yüksəklikdə yerləşib ki, orada səmanın rəngi də sanki daha təmiz və daha parlaqdır. Dağ bulaqlarının suyu şəffaf və şəfalıdır. Deyilənə görə, bu eldə hava, su səsin inkişafına gözəl təsir göstərir. Bəlkə şuşalıların musiqiyə olan sevgisini təbiət özü müəyyən edib. Dağlar, dərələr, vadilər birlikdə möhtəşəm, təbii bir “pavilion” (yəni bağ və parklarda yüngül tikili) yaratmışdır. Bu pavilyonun akustikası (teatrda səsin, musiqinin yaxşı eşidilməsi üçün tələb olunan şərtlər) da qeyri-adidir. Burada səs daha cingiltili, tembr (hər bir səs və ya musiqi aləti üçün xarakterik səs xüsusiyyəti) daha zəngin səslənir. Musiqi sədaları o qədər zərif və dərindir ki, sanki hansısa xüsusi şəffaf akustik linzadan keçir. Burada bülbüllər də dünyadakı bütün bülbüllərdən daha gözəl cəh-cəh vururlar – bunu şuşalılar deyir. Mən isə deyərdim ki, bu bülbüllərin dünya bülbüllərindən daha fərqli cəh-cəh vurmalarının səbəbi Şuşa ətrafındakı qayalıqlarda bitən gül-çiçəkliklərin ən təhlükəsiz yerində boylanıb digər güllərlə qovuşan Xarıbülbüllərin qeyri-adi qoxusundan yaranmış (ortaq) müştərək ətirdir. Bu müştərək ətrin qoxusu Ruhumu oxşayan nəğməli anlarımda Azərbaycan mirvarisi Şuşa şeirinin yaranması üçün bir əsas oldu.

Ruhumu oxşayan nəğməli anlar!
Nədəndir həyatdan doya bilmirik?
Olmasaydı əgər mətin insanlar
Çarəsizliyi də biz dərd edərdik.

Gəzdik qarış-qarış vətənimizi,
Sanki yad olmuşduq Şuşamıza biz.
Düşmənsə ört-basdır etdi hər izi,
Birdən zəiflədi sanki cərgəmiz.

Gözümüz yol çəkdi Şuşaya görə,
Arzumuz düşmədi dildən, dodaqdan.
Həsrətlə yaşadıq biz milyon kərə,
Fəqət üzülmədik bikef olmaqdan.

İllər yaş artırdı yaşımız üstə,
Otuz illik həsrət gerçəyə döndü.
Zaman münsif oldu başımız üstə,
Şuşa qucaq açdı azad göründü.

Həmişə gözlədik yol üstə çıxdıq,
Biz zəfər yolundan gəldik Şuşaya.
Dünyaya sığmadıq, arzuya sığdıq,
Döndük hər birimiz günəşə, aya.

Daş da özünü müqəddəs eylər,
Haranı axtarsan ordan səs eylər.
Hər şeyə bir yandan baxsan bəs eylər,
Şuşaya yüz yandan baxsan az olar.

Şəhər var əlçatan olub hamıya,
Belə məqamda yox bir söz deməyə.
Şəhər var ki, gəlməz hesaba, saya,
Dünyanın əlçatmaz qütbüdür, Şuşa.

Əli Dalğın, sevin, gücün dağ oldu,
Hər qarış torpaqda güllər qoşadır.
Zaman gücün oldu, üzün ağ oldu
Elin mirvarisi bil ki, Şuşadır.
30-08-2025, 09:58
XOŞ TƏSSÜRATLI BİR SƏFƏR


XOŞ TƏSSÜRATLI BİR SƏFƏR

Dünya söz Akademisinin Uluslararası Halk Ozanları Hacı Bektaş Buluşması Kültür Merkezinin simpoziumunda 11 ölkədən tanınmış ziyalılar, elm, sənət adamları iştirak etmək üçün dəvət almışlar. Azərbaycandan 3 nəfər Qarabağ Universitetinin filologiya kafedrasının müdiri, filologiya elmləri doktoru Əzizağa Nəcəfov, həmin üniversitetin dosenti, filologiya elmləri doktoru Aynur Nəcəfova və mən.
Öncə onu deyim ki, uzun illərdi qardaş ölkə Türkiyəni görmək, sənət incilərindən biri olan Ayasofiyanı, Hacı Bektaşi ziyarət etmək və Atatürkün heykəlini görmək ən böyük arzum olub. Mən bu səfər üçün öncə Uca Allaha, sonra Söz Akademisini Azərbaycanda təmsil edən şair-dramaturq, doktor Qardaş bəy Əlişoğluna, Dünya Söz Akademisinin başkanı, professor Hayrettin bəy İvginə və Mustafa bəy Özcivana çox təşəkkür edirəm. Bu səfər günlərində mənə övladım kimi sevgi, diqqət, qayğıyla yanaşan Əzizağa bəyə və Aynur xanıma minnətdaram, Allah onlardan razı olsun.

Mən ilk dəfə Türkiyədə belə mötəbər tədbirdə olurdum. Bakıdan İstanbula, oradan da Kapadokiyaya uçduq. Heç kimi tanımırıq, amma bizi qarşılamağa gələnlər saat yarım gecikən təyyarəmizi səbrlə gözləyiblər. Bir də gördük ki, əllərində bizim adlarımız yazılmış iri plakat olan iki nəfər o baş-bu başa gəzirlər. Beləcə bizi gördülər və apardılar Nevşehir Hacı Bektaş ilçəsinə “Evrim otel”ə. Orada bizi professor Hayrettin bəy İvgin, Mustafa bəy Özcivan və digər ölkələrdən gəlmiş nümayəndələr gözləyirdilər. Bir az dincəldikdən sonra bizi yeməyə apardılar. Bizimlə bərabər Özbəkistan, Kosova, Qazaxıstan, İran, Qırğızıstan, Ankara, Anadolu, Gürcüstandan olan sənət, elm adamları da var idi. Səhəri gün saat 10:00-da Hacı Bektaş Veli Kültür Mərkəzində proqram üzrə tədbir başlandı. Hamımızı adımızla hansı ölkədən gəlmişiksə, təqdim etdilər. Çıxış üçün hər kəsə 10 dəqiqə vaxt verilmişdi. Azərbaycandan Əzizağa və Aynur Nəcəfovlar, mən Zeynəb Bəhmənli, Özbəkistan İslam Mədəniyyət Mərkəzindən Durdana Rasulova, Kosovadan Taner Güclütürk, Qazaxıstandan Marlen Adilov, Qırğızıstandan Tolkun Asirdınova, Kyral Asanaliyeva, Gürcüstandan Şərqşünas Mzısa Buskivadze, İrandan İlqar Baharlı, Türkiyədən Çiğdem Boz, Mehmet Çeribaş, Mehmet Yardımçı və digərləri. Səhəri gün Ankaradan gəlmiş (60 nəfər) ozanlar xor kollektivi çıxış etdi. Xarici ölkələrdən gələn qonaqlara müxtəlif diplomlar təqdim olundu.
Orada olduğumuz 4-cü gecə “Evrim otel”in akt zalında qonaqlıq və çal-çağır, konsert oldu. Öncə Hayrettin İvgin çıxış etdi, sonra Mustafa bəy şeir dedi, həm də oxudu. Amma Hayrettin bəy öz çıxışından sonra mənə söz verdi, Qarabağa və Türkiyəyə aid şeirlər söylədim, kitablar və “Mübariz qadın” jurnalımızı təqdim etdim. Həmin simpoziumda mənə ayrılıqda 2 diplom və 1 təşəkkürnamə verildi. Ozan Nurgül Ateş çoxlu aşıq mahnıları oxudu.
Sonra Xanım Göyçəlinin ifa etdiyi, sözləri mənim olan “Mən gözəllər gözəliyəm” oynaq saz havasına yaxşıca oynadlılar. Əsas onu qeyd edim ki, tədbirdən sonra bizi tarixi yerlərə, ziyarətgahlara apardılar. Birinci Atatürkün heykəlini ziyarət etdim.
Nevşehirdə, Hacı Bektaşda olduğumuz yerlər:
1. Hacı Bektaşın ev muzeyi;
2. Bektaş türbəsi;
3. Dörd qapı məqamı;
4. Aslanlı çeşmə;
5. Badəm Sultan türbəsi;
6. Qaymaqlıda yeraltı şehir;
7. XI yüzilliyin Görəmə monastrı və 7 külesi. Rahibələr ilə rahib okulu;
8. Üçhisar kalesi, 9 mərtəbəli Göremə qülləsi;
9. Pəri bacaları;
10. Göremə Açıq hava muzeyi;
11. Kapadokiya vadisi;
12. Kapadokiya bəyaz atlar ölkesi;

Hacı Bektaş Veli adına Türk xalqı sayqı ilə ehtiramla inam bəsləyir. Hacı Bektaşın adına tarix muzeyi, ev muzeyi, xüsusi qızlar liseyi, Mədəniyyət Mərkəzi, ziyarətgah, Hacı Bektaş Veli Atatürk tarix muzeyi var. Bunların hamısında xatirə şəkilləri çəkdirdik. Bu saydığım, yuxarıda adını çəkdiyim 12 tarixi yerlərə dünyanın hər yerindən turistlər gəldiyini gördüm.
Yeri gəlmişkən Hacı Bektaş Veli Xorasanın Nişabur şəhərində dünyaya gəlmişdir. Onunla eyni illərdə Xorasanın Belh şəhərində tarixi şəxsiyyət Mövlana Cəlaləddin Rumi də dünyaya gəlibdi. Türkiyədə onlar görüşmüşlər.
Hacı Bektaşın babası Hz. Mühammedin nəvəsi (torunu) 7-ci imam Museyi Kazımın soyundan olan seyid İbrahimin və Hatem xatunun oğludur. Ona bəzən Hacı Bektaş Xorasani də deyirmişlər. O, 1221-ci ildə Xorasanı tərk edərək, Azərbaycan üzərindən keçib Anadoluya gəlmişdir. M.K.Atatürk Ankaraya gedərkən 1919-cu ildə Hacı Bektaşı və Çələbi Cəmalləddini ziyarət etmişdir.
Mən bizim “Mübariz qadın” jurnalımızı da aparmışdım. Mahirə xanım Əsədovaya hərs olunmuş xüsusi buraxılışı məclisdə Dünya Söz Akademisinin başkanı professor, dəyərli yazar Hayrettin bəy İvginə təqdim etdim və o xanım haqqında məlumat verdim. Başkan da öz dərgisi olan “Kültür çağlayanı” adlı jurnalından və kitablarından göndərdi. Mənə də jurnal, “Sarı gəlin”, “Aşıq Veysəl” və “Şah İsmayıl” kitablarını hədiyyə etdi. Yeri gəlmişkən deyim ki, Hayrettin bəy “Sarı gəlin” kitabında tarixi faktları açıqlayıb. Mənfur ermənilərin yalanını üzə çıxarıb. Eləcə də “Aşıq Veysəl”in həyat və yaradıcılığını göz önünə gətirib, çox dəyərli bir əsərdi.

Orada digər tanımış yazar Kamber Özcivan bəy mənə gözəl, nəfis formada hazırlanmış kitab bağışladı.
“Hacı Bektaş Veli Dergahı ve Bektaşilik” adlı bu kitabı çox sevdim. Kitabda İslamın dəyərləri, Alevi-Bektaşı toplumunun sorunlarını, çözüm yollarını qələmə almışdır. Bu mövzuda ilk kitabı tanınmış yazar Kamber bəy Özcivan yazıb. Kitab çox dərin məzmunlu, samballı, oxunaqlı, tarixi faktlara əsaslanır.
Mən kitablar üçün professor Hayrettin bəy İvginə və yazar Kamber Özcivana çox təşəkkür edirəm...
Orada mənə Uluslararası Dünya Söz Akademisinin “Kültür ve Edebiyyat Ödülü” diplomu təqdim olundu.

Zeynəb Bəhmənli,
AYB-nin və AJB-nin üzvü,
İrak-Türkmən Yazarlar Birliyinin fəxri üzvü,
Prezident mükafatçısı, şairə-publisist, Musiqişünas

29-08-2025, 23:48
Putin bundan qaça bilməz - Zelenski


Putin bundan qaça bilməz - Zelenski

Rusiyanın Ukraynaya qarşı müharibəsi istənilən halda sona çatacaq. Bütün dünya Moskvanın təcavüzü davam etdirmək üçün gətirdiyi səbəblərin absurdluğunu anlayır.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə bəyan edib.
“Müharibə onsuz da başa çatacaq, Putin bundan qaça bilməz. Hələ də bəhanələr tapmaq olar – denasifikasiya, hakimiyyətin qeyri-legitimliyi və s. Hər bir halda bütün bunlar heç nəyi ifadə etmir, dünyada heç kim bunları dəstəkləmir”, – deyə dövlət başçısı vurğulayıb.
Prezident diqqətə çatdırıb ki, müharibəyə görə məsuliyyət Moskvanın üzərindədir və məhz o, bu müharibəni dayandırmalıdır.
“Bu, istənilən halda baş verəcək, müharibə bu və ya digər formatda sona çatacaq”, – deyə Zelenski əlavə edib.
29-08-2025, 22:53
“Neftçi” doğma meydanda məğlub oldu


“Neftçi” doğma meydanda məğlub oldu

Futbol üzrə Misli Premyer Liqasında III tura start verilib.
İlk oyun günündə 2 qarşılaşma keçirilib.
Günün ilk matçında çempionatın lideri “Sumqayıt” “Şamaxı”nı qəbul edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hazırda “Sumqayıt” 7 xalla turnir cədvəlinə başçılıq edir. İki xalı olan “Şamaxı” 7-ci pillədə qərarlaşıb.
Digər qarşılaşmada isə “Neftçi” doğma meydanda “Turan Tovuz”a 0:1 hesabı ilə uduzub.
Tovuz təmsilçisi 6 xalla 2-ci, Bakı klubu isə 2 xalla 8-ci sırada yer alıb.
Turun digər oyunları avqustun 30-31-də keçiriləcək.
29-08-2025, 22:43
Tarasov vəfat etdi


Tarasov vəfat etdi

Tanınmış rus politoloq Stanislav Tarasov 72 yaşında vəfat edib.
Bu barədə onun həyat yoldaşı “İzvestiya” qəzetinə məlumat verib.
Tarasov 6 ildir ağciyər xərçənginə qarşı mübarizə aparırdı. Onun dəfni sentyabrın 1-nə planlaşdıırlıb.
Xatırladaq ki, Stanislav Tarasov 1953-cü ildə Gəncədə anadan olub.
29-08-2025, 22:33
Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO


Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO

Ukraynada daha bir azərbaycanlı həlak olub.
Rusiya tərəfində hərbi əməliyyatlarda iştirak etmiş Amid İsmayılov həyatını itirib.
Onun hansı istiqamətdə öldüyü məlum deyil.
Amidin Rusiya vətəndaşı olduğu bildirilir.
Onunla vida mərasimi avqustun 30-da anadan olduğu Şəki rayonunun Göybulaq kəndində baş tutacaq.



29-08-2025, 22:19
Azərbaycanlı futbolçu "Barselona" ilə müqavilə imzaladı


Azərbaycanlı futbolçu "Barselona" ilə müqavilə imzaladı

İspaniyanın "Barselona" klubu ilk dəfə Azərbaycanlı futbolçu İbrahim Babayevlə müqavilə bağlayıb.
İbrahim Babaev "Barselona"nın gənclər komandasında (U17) çıxış edəcək.
O, bundan əvvəl İsveçrə "Servett"ində oynayıb.
İmza mərasimində "Barselona" gənclər heyətinin direktoru Soler Ferre və məşhur ispan futbolçusu Xose Ramon Aleksanko iştirak ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!