13-03-2023, 14:27
Türk dövlətləri arasında gömrük dəhlizi yaradılacaqTürk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi yaradılacaq. Bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunan “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb. Qanuna əsasən, Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında beynəlxalq kombinə edilmiş yük daşımaları həyata keçiriləcək.
13-03-2023, 14:23
İdmançıların universitetlərə müsabiqədənkənar qəbulunun tərəfdarıyıq - NazirBiz bir çox idmançıların universitetlərə müsabiqədənkənar qəbulunun tərəfdarıyıq. Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı ictimai dinləmədə bildirib. "İl ərzində təxminən 400-500 istedadlı idmançının universitetlərə müsabiqədənkənar qəbulu nəzərdə tutula bilər. Bununla da Azərbaycan bayrağının xaricdə yüksəldilməsinə daha çox nail ola bilərik. Bu gün artıq dünya standartlarında idman həvəskar istiqamət kimi yox, peşakar iş kimi görülür. Bizdə də belə olmaldır”,- deyə nazir çıxışında vurğulayıb.
12-03-2023, 23:47
Saakaşvili ölkəni hərbi əməliyyatlara cəlb etmək üçün göndərilibMixail Saakaşvili Gürcüstanda sabitliyi pozmaq və ölkəni hərbi əməliyyatlara cəlb etmək üçün göndərilib. Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının efirində bildirib. "Ukraynada müharibənin başlaması hələ noyabrda (2021-ci ildə), maksimum dekabrda gözlənilirdi. Bu barədə məlumatımız var idi, o cümlədən mən həmkarlarımızdan, tərəfdaşlarımızdan bilirdim. Saakaşvili Gürcüstana nə vaxt gəlib? Saakaşvili oktyabrın 1-də göndərilib. Əsas məqsəd burada dövlət çevrilişi təşkil etmək və lazımi vaxtda ölkələri müharibəyə cəlb etmək idi. Bizim buna heç bir şübhəmiz yoxdur”, - Qaribaşvili deyib. Baş nazirin sözlərinə görə, Rusiya diqqətini Gürcüstana yönəltsə, Ukrayna üçün yəqin ki, bir növ rahatlıq ola bilər. Qaribaşvilinin fikrincə, Saakaşvilinin yaratdığı müxalif “Vahid Milli Hərəkat” partiyası hakimiyyətdə olsaydı, Gürcüstan “ikinci Mariupol” olardı.
12-03-2023, 23:22
Əsgərin ölməsi faktı ilə əlaqədar cinayət işi başlanılıbMüdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Nəzərzadə Nihad Natiq oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə əlaqədar cinayət işi başlanılıb. Bu barədə Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib. Əsgər Nəzərzadə Nihad Natiq oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə əlaqədar Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
12-03-2023, 23:18
Muharrem İnce də prezidentliyə namizədliyini irəli sürübMəmləkət partiyasının sədri Muharrem İncenin Türkiyə prezidentliyinə namizədliyi irəli sürülüb. Bu barədə partiyanın sözçüsü İpek Özkal Sayan məlumat verib. Bildirilib ki, İncenin namizədliyinin irəli sürülməsinə partiya üzvləri qərar verib. Qeyd edək ki, indiyədək Türkiyə prezidenti postu uğrunda 3 nəfərin namizədliyi irəli sürülüb. Bunlar Rəcəb Tayyib Ərdoğan, Kemal Kılıçdaroğlu və Sinan Oğandır.
12-03-2023, 23:13
Moldovada hakimiyyətə qarşı etiraz aksiyası baş qaldırıbBu gün Moldovada rusiyayönlü Şor partiyası hakimiyyətə qarşı etiraz aksiyası keçirib. Kişinyovda şəhər mərkəzinə əlavə polis qüvvələri cəlb edilib. Polislər etirazçıların parlament binasına daxil olmasının qarşısını ala biliblər. 50-dən çox nümayişçinin həbs edildiyi deyilir. Aksiya iştirakçıları qiymət artımına etiraz etdiklərini bildiriblər, onlar hökumətdən qış ayları üçün bütün vətəndaşların kommunal xərclərini ödəməyi tələb ediblər. Rusiyayönlü “Şor” partiyası son vaxtlar Moldova hökumətinin Qərblə yaxınlaşmasına qarşı intensiv etiraz aksiyası keçirir. Moldova prezident Maya Sandu Rusiyanı ölkənin daxili işlərinə qarışmaq cəhdində ittiham edib. Onun sözlərinə görə, Rusiya hakimiyyəti hökuməti devirməyə çalışır.
12-03-2023, 23:08
İran və Belarusiyanın XİN rəhbərləri görüşübBelarus prezidenti Aleksandr Lukaşenkonun rəsmi səfəri ərəfəsində iki ölkənin xarici işlər nazirləri Sergey Aleynik və Hüseyn Əmir Abdullahian Tehranda görüşüblər. Bu barədə Belarusun rəsmi "BelTA" agentliyi məlumat yayıb. Bildirilib ki, Belarus və İran XİN rəhbərləri ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf dinamikasını müzakirə ediblər. Həmçinin Belarus-İran birgə layihələrinin praktiki həyata keçirilməsinə xüsusi diqqət yetirilib. Görüşdə diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması çərçivəsində tədbirlər planına baxılıb.
12-03-2023, 23:03
Egey dənizində su nəqliyyatının hərəkəti məhdudlaşdırılıbEgey dənizində su nəqliyyatının hərəkəti məhdudlaşdırılıb. Buna səbəb ekstremal hava şəraiti olub. Belə ki, fırtına kiçik qayıqlar üçün dənizdə hərəkəti təhlükəli edib. Qeyd edilib ki, Geyikli və Bozcaada adaları arasında müntəzəm reyslə hərəkət edən qayıq marşrutları da ləğv olunub. Dənizdə bütün növ su nəqliyyatının hərəkətinin hava şəraitinin normallaşmasından sonra bərpa ediləcəyi vurğulanıb.
12-03-2023, 23:00
Hatayı yalnız buraxmayacağıq - Ərdoğan"Hatayı yalnız buraxmayacağıq". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Bu gün 3 dəfədir ki, zəlzələ bölgəsinə gəlirik. Yarım milyondan çox insan burada vəzifəsinin başındadır. Əsgəri, jandarmı, digər qurumları - hamısı sahədədir. Hatay aeroportunu 1 həftəyə düzəltdik. Yeni binaları tikməyə davam edirik. 183 min mənzil və 15 min kənd evi inşa etməyi planlaşdırırıq. 426 min çadır qurmuşuq, 100 min konteyneri də qurmağı nəzərdə tutmuşuq. Hər dəfə gəlib şəxsən görülən işlərə nəzarət edəcəyik", - deyə Ərdoğan söyləyib.
12-03-2023, 22:57
Ərdoğan yenidən zəlzələ bölgəsinə yollanıbTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsində yerləşən Hatay vilayətinə gedib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Bildirilib ki, Ərdoğanı "Cünhur İttifaqı"ndakı siyasi müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı da müşayiət edir. Səfər zamanı liderlər Hatayda zəlzələnin törətdiyi fəsadların aradan qaldırılılması prosesi çərçivəsində görülən işlərlə tanış olacaqlar.