Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
12-03-2023, 17:06
50 mindən çox şagird buraxılış imtahanında iştirak etdi


50 mindən çox şagird buraxılış imtahanında iştirak etdi

Martın 12-də Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Gəncə (II zona), Naxçıvan, Mingəçevir şəhərlərində, Abşeron, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Qobustan, Zərdab, Şamaxı, İsmayıllı, Cəlilabad, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Zəngilan (Ağalı kəndi), Qax, Balakən, Zaqatala, Quba, Şabran, Qusar rayonlarında, həmçinin xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə), tədrisi gürcü dilində olan məktəblərdə, hərbi liseylərdə təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirilib. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 215 imtahan binası, 3880 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 629 ümumi rəhbər və imtahan rəhbəri, 4832 nəzarətçi-müəllim, 689 buraxılışı rejimi əməkdaşı (mühafizə), 215 bina nümayəndəsi ayrılıb. Bu imtahanda 50 min 823 şagirdin iştirakı nəzərdə tutulurdu. İmtahanda 47 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib. Bu gün həmçinin Zəngilan rayonu, Ağalı kənd tam orta məktəbində də buraxılış imtahanı keçirilib. Bu Dövlət İmtahan Mərkəzinin işğaldan azad olunan rayonlarda təşkil etdiyi ilk imtahandır. İlkin məlumatlara əsasən, 5 şagirddə və 1 nəzarətçi-müəllimdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkarlanıb və araşdırma aparılması üçün imtahan qərargahına təhvil verilib. Qeyd olunan hallarla bağlı araşdırma aparılır. Bundan əlavə, imtahanın gedişi zamanı imtahan binasında əvvəlcədən gizlədilən 1 ədəd mobil telefon aşkar edilib. Həmçinin Ağcabədi rayonunda imtahan keçirilən binaların birinin arxa pəncərəsindən 2 nəfər kənar şəxs daxil olmağa cəhd edib və həmin şəxslər saxlanılaraq polis əməkdaşlarına təhvil verilib. İlkin araşdırma nəticəsində məlum olub ki, həmin şəxslər ötən illərin məzunlarıdır. Bir nəfər ümumiyyətlə buraxılış imtahanlarında iştirak etməyib, digər şəxs isə ötən il imtahanda iştirak edərək 20 bal toplayıb. Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırılma aparılır. İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub. Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə tövsiyə edirik ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı gətirməyi unutmasınlar. Martın 13-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 1 ay ərzində elan olunması nəzərdə tutulur.
12-03-2023, 17:03
İsveçrə Ukrayna üçün yararlı olan müdafiə sistemlərini məhv edir


İsveçrə Ukrayna üçün yararlı olan müdafiə sistemlərini məhv edir

İsveçrə Ukrayna üçün faydalı olacaq 60 ədəd "Rapier" müdafiə sistemini məhv edir. Bu hava hücumundan müdafiə sistemlərinin ilk partiyası artıq məhv edilib. Daha 3 partiyanın da məhv edilməsinə qərar verilib. Bu qərar kəskin reaksiyasına səbəb olub. İsveçrə tərəfi geniş tənqidlərə məruz qalıb. Belə ki, məsələ ilə bağlı əsas müzakirə mövzusu bu sistemlərin Ukrayna üçün faydalı olacağıdır. Çünki bu texnika dronlar kimi aşağı hündürlükdə uçan hədəflərə qarşı uğurla istifadə edilə bilər.
12-03-2023, 17:00
İsrail Ərdoğan hakimiyyətini dəstəkləyir


İsrail Ərdoğan hakimiyyətini dəstəkləyir

Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkilərində kimin qalib olacağı İsraili də yaxından maraqlandırır. Uzun müddətdən sonra iki ölkə arasında barışığın əldə olunması və diplomatik təmasların bərpası hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövrünə təsadüf etdiyindən Təl-Əviv Türkiyədə iqtidar dəyişikliyini arzulamır. İsrail mətbuatında yer alan xəbərlər və ekspertlərin şərhləri də bunu təsdiqləyir. Qardaş ölkədəki seçkilər barədə danışan israilli məşhur politoloq, beynəlxalq hüquq sahəsi üzrə ekspert Mixail Finkel Ərdoğanın hakimiyyətdə qalmaq şansının yüksək olduğunu söyləyib. “Son vaxtlar İsrail və Türkiyə arasında münasibətlər müsbət istiqamətdə inkişaf edir. Prezident seçkiləri iki ölkə arasında əlaqələrə təsir etmək iqtidarındadır. Bizim gələcək planlarımız var. İsrailin proqnozu Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi ilə bağlıdır", - o bildirib. Politoloq İsrail-Türkiyə diplomatik münasibətlərinin bərpasında Azərbaycanın böyük rol oynadığını vurğulayıb: "Əlbəttə, iki ölkə arasında əlaqələrin normallaşmasına Azərbaycan yardımçı olub. Artıq münasibətlərimiz müsbət istiqamətdə inkşaf edir”. Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək. Hakimiyyət uğrunda mübarizədə əsas favoritlər indiki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və "Millət ittifaqı"nın vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğludur.
12-03-2023, 16:57
Zaxarova taxıl sazişi ilə bağlı açıqlama verdi


Zaxarova taxıl sazişi ilə bağlı açıqlama verdi

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova taxıl sazişi ilə bağlı açıqlama verib. O, jurnalistin bu barədə sualını cavablandırıb.
Sual: "Ukrayna tərəfdaşlarla “taxıl müqaviləsi” üzrə danışıqları bərpa edib. "Reuters" agentliyinin Ukrayna hakimiyyətindəki yüksək vəzifəli mənbəyə istinadən verdiyi məlumata görə, Ukrayna “taxıl müqaviləsi”nin müddətinin uzadılması üçün danışıqlara başlayıb. Rusiya tərəfinin danışıqlarda iştirak etmədiyi bildirilir. Bu yazıları necə şərh edərdiniz?".
Cavab: "İkinci müddəti (120 gün) martın 18-də başa çatacaq “Qara Dəniz Təşəbbüsü”nün uzadılması ilə bağlı müxtəlif tərəflərin, o cümlədən Kiyev rejiminin bəyanatlarından xəbərimiz var. Xüsusilə Rusiya nümayəndələrinin iştirakı ilə bununla bağlı danışıqlar aparılmayıb. Bütövlükdə BMT-nin Baş katibi A.Quterreşin “paket” təklifi ilə bağlı mövqeyimiz “Qara dəniz təşəbbüsü” ilə yanaşı, yerli kənd təsərrüfatı məhsullarının ixracının normallaşdırılmasına dair Rusiya-BMT Memorandumundan ibarətdir, məlumdur və dəyişməz olaraq qalır. Ərzaq böhranının aradan qaldırılması həyata keçirilməlidir. Bildiririk ki, yalnız sazişin Ukrayna hissəsi hələ də effektiv şəkildə həyata keçirilir, Qərbin birtərəfli sanksiyaları nəticəsində Rusiyanın kənd təsərrüfatı ixracı bloklanmaqda davam edir. Martın 13-də məsləhətləşmələrinin növbəti raundu keçiriləcək".
12-03-2023, 16:54
NATO Rusiyanın dağılmasına hazır olmalıdır - Fransalı müavin


NATO Rusiyanın dağılmasına hazır olmalıdır - Fransalı müavin

"NATO Rusiyanın dağılmasına hazır olmalıdır". Bunu hərbi alyansın Avropadakı qüvvələrinin fransalı keçmiş komandan müavini Mişel Yakovlef deyib. Onun fikrincə, Rusiyanın dağılması qaçılmazdır və bu, SSRİ-nin dağılmasından qat-qat qanlı olacaq. "Çünki indi ölkədə faktiki olaraq üç ordu var. Bütün bunlar Rusiya Federasiyasını 1973-cü il modelinin Livanına çevirir. Putin rejimi fevralın 24-dən əvvəl məhvə məhkum idi və Ukraynanı işğal etmək qərarı yalnız süqutu sürətləndirdi", - deyə general əlavə edib.
12-03-2023, 16:49
Prezident alban həmkarı ilə görüşdü


Prezident alban həmkarı ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb. Albaniya Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:
- Salam, bizim ölkəyə səfər etdiyiniz üçün təşəkkür edirəm. Sizi yenidən görməyə çox şadam. Keçən il Tiranadakı görüşümüzü xatırlayıram və qonaqpərvərliyiniz üçün bir daha təşəkkür edirəm. Ölkənizə rəsmi səfərimdən və Sizinlə, Baş nazirlə müzakirələrdən çox məmnun qaldım. Əməkdaşlığımızı gücləndirmək üçün qəbul etdiyimiz qərarlar həqiqətən nümayiş etdirir ki, ölkələrimiz arasında çox yüksək səviyyədə dostluq və qardaşlıq əlaqələri var. X Qlobal Bakı Forumu çərçivəsində keçirilən vacib tədbirdə - atam, Prezident Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiyada iştirak etmək üçün gəldiyinizə görə Sizə təşəkkür edirəm. Çox sağ olun. Əminəm ki, Bakıda qaldığınız müddətdə yaxşı vaxt keçirəcəksiniz. Faydalı, ikitərəfli əməkdaşlığımızın vacib məqamlarına toxunmaq üçün bu, çox yaxşı fürsətdir.
Albaniya Prezidenti Bayram Beqay deyib: Təşəkkür edirəm, cənab Prezident. Əlamətdar tədbir olan Bakı Forumunda iştirak etmək üçün Azərbaycana gəlmək, Sizi ziyarət etmək məndə və mənim heyətimdə böyük məmnunluq hissi doğurur. Bu, səfər etmək və Sizi görmək üçün əlavə bir fürsətdir. Əlbəttə ki, atanızın irsi əbədi olaraq yazılıb və hesab edirəm ki, Bakı və bütün ölkə üçün həyata keçirdiyiniz işləri hər yerdə görmək olar. Dünən mən şəhərə çıxdım, bir az gəzdim və şəhərin heyrətamizliyinin şahidi oldum.
Prezident İlham Əliyev: Təşəkkür edirəm.
Prezident Bayram Beqay: Əlbəttə, Sizin qeyd etdiyiniz kimi, biz keçən il görüşmüşük və düşünürəm ki, ölkələrimiz dost ölkələrdir. Biz ikitərəfli əməkdaşlığımızı gücləndirmək üçün çalışmalıyıq, xüsusilə iqtisadiyyat və turizm sahələrində. Bizdə Transadriatik boru kəməri var və ölkənin bütün ərazisini qazlaşdırmaq üçün daha çox iş görməliyik.
Prezident İlham Əliyev: Elədir ki, var.
Prezident Bayram Beqay: Xüsusilə indi - enerji məsələsinin çox önəmli olduğu bir dövrdə. Qaz da çox vacibdir. Biz çox şadıq və bəxtimiz gətirib ki, Siz üzərinizə belə bir öhdəlik götürmüsünüz və Sizin dostluğunuzu qazanmışıq.
Prezident İlham Əliyev: Təşəkkür edirəm.
Görüşdə Azərbaycan ilə Albaniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin olduğu vurğulanıb, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və qarşılıqlı dəstəyi yüksək qiymətləndirilib. Söhbət zamanı enerji sahəsində əməkdaşlıq, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, Azərbaycanın Albaniyada səfirliyinin yaradılması, həmçinin Albaniyanın Azərbaycanda səfirliyini təsis etməsi ikitərəfli münasibətlərin inkişafı baxımından müsbət addım kimi dəyərləndirilib. Yüksəksəviyyəli qarşılıqlı səfərlərin və təmasların bundan sonra da davam etdiriləcəyi bildirilib.



12-03-2023, 16:43
Ukrayna Almaniya hökumətini ittiham etdi


Ukrayna Almaniya hökumətini ittiham etdi

"Almaniya hökuməti Ukraynaya sursat istehsalı üçün sənaye müəssisəsi ilə müqavilə bağlamır". Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Bild” nəşrinə müsahibəsində bildirib. "Biz Almaniya silah sənayesinin nümayəndələri ilə görüşdük. Mənim iştirakımla onlar Almaniya hökumətindən müqavilələr imzalamağı tələb etdi. Buna görə də demək lazımdır ki, problem hökumətdədir", - o deyib. Qeyd edək ki, bundan əvvəl Ukrayna üçün hərbi istehsalın Almaniyadan ABŞ-a köçürülməsi müzakirə olunurdu.
12-03-2023, 16:34
“Cümhur İttifaqı”na daxil olan partiyalar arasında razılıq əldə edilib


“Cümhur İttifaqı”na daxil olan partiyalar arasında razılıq əldə edilib

Türkiyədə hakim "Cümhur İttifaqı"na yeni daxil olan HÜDAPAR və iqtidardakı Ədalət və İnkişaf Partiyası (AKP) arasında seçkilərlə bağlı razılaşma əldə olunub. Razılaşmaya əsasən, HÜDAPAR-ın deputatlığa namizədləri AKP-nin proporsional siyahısında seçkilərə qatılacaq. Ümumilikdə AKP siyahısında HÜDAPAR-a 20 deputat yerinin ayrılması barədə razılığa gəlinib. HÜDAPAR prezidentliyə namizəd kimi Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək. Qeyd edək ki, Türkiyədə seçkilər 14 mayda keçiriləcək.
12-03-2023, 16:18
Sabah dumanlı hava şəraiti hökm sürəcək


Sabah dumanlı hava şəraiti hökm sürəcək

Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, martın 13-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.
12-03-2023, 16:10
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda martın 13-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-11° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 21-26° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-13° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!