Qətlə yetirilən müəllim haqda yeni məlumat .....                        II Qareginin Tbilisiyə getməsinin qarşısı alındı .....                        ABŞ-İsrail koalisiyası İranın Natanz nüvə obyektini vurdu .....                        İsrailli generalın elektron poçtu sındırıldı .....                        “Bəsic”in öldürülən rəhbərliyindəki adlar açıqlanıb - SİYAHI .....                        Tramp İranla müharibəni dayandırmaq istəyir .....                        İsrail İran kəşfiyyatının axtarılan məmurunu öldürüb .....                        Ərdoğan Türk dünyasına mesaj verdi: Bu il... .....                        Sabahın hava proqnozu açıqlandı .....                       
17-12-2025, 00:07
Azərbaycan bizim çox önəmli dostumuzdur - Kobaxidze


Azərbaycan bizim çox önəmli dostumuzdur - Kobaxidze

Rəsmi Tbilisi Azərbaycan və Ermənistanın maraqlarını nəzərə alır. Düşünürəm ki, danışıqlar yolu ilə hər üç ölkənin maraqlarını təmin edəcək ən yaxşı yolu tapacağıq.
Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata açıqlamasında söyləyib.
O deyib: “Türkmənistanda Azərbaycanın Baş naziri ilə çox səmimi görüş keçirdim. Ümumiyyətlə, Azərbaycan bizim çox önəmli dostumuzdur. Hökumətlərimiz arasında olduqca mehriban münasibətlər mövcuddur. Buna görə də, heç bir məsələdə ortaq dil tapmaqda çətinlik çəkməyəcəyik".
Kobaxidzenin sözlərinə görə, danışıqların mövzusu Azərbaycandan Gürcüstan ərazisi vasitəsilə tranzitin hansı formada həyata keçiriləcəyidir. “Bizim üçün Azərbaycan tərəfinin maraqları, eləcə də Ermənistan tərəfinin maraqları tamamilə məqbuldur. Bizim öz maraqlarımız var və düşünürəm ki, danışıqlar əsasında hər üç ölkənin maraqlarını təmin edəcək ən yaxşı yolu asanlıqla tapacağıq”, - deyə Baş nazir bildirib.
O, Cənub Qaz Dəhlizi Sazişinin müddətinin bitməsi ilə bağlı sualı da cavablandırıb. O, bütün məsələlər üzrə danışıqların aparıldığını qeyd edib.
16-12-2025, 23:43
FIFA ilin ən yaxşılarını açıqladı


FIFA ilin ən yaxşılarını açıqladı

FIFA ilin ən yaxşılarını açıqlayıb.
Fransanın PSJ klubunda çıxış edən Usman Dembele ən yaxşı futbolçuya təqdim olunan "The Best" mükafatına sahib çıxıb.
Komandanın çalışdırıcısı Luis Enrike isə ən yaxşı baş məşqçi seçilib.
Argentina təmsilçisi "İndependiente"nin futbolçusu Santyaqo Montiel "Puşkaş" mükafatına layiq görülüb. O, "İndependiente Rivadavia" ilə matçda vurduğu qola görə fərqləndirilib.
Daha əvvəl ən yaxşı qapıçı mükafatını İngiltərə nəhəngi “Mançester Siti”nin formasını geyinən Canluici Donnarumma qazanıb.
16-12-2025, 23:32
Fransa Azərbaycandan neft idxalını 3 dəfədən çox artırıb


Fransa Azərbaycandan neft idxalını 3 dəfədən çox artırıb

Cari ilin yanvar–noyabr aylarında Azərbaycandan Fransaya 143,1 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 281,1 min ton həcmində xam neft və neft məhsulları ixrac olunub.
Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata görə, bu göstərici dəyər ifadəsində 2024-cü ilin eyni dövrü ilə müqayisədə 86 milyon ABŞ dolları və ya 2,5 dəfə, həcm ifadəsində isə 191,3 min ton və ya 3,1 dəfə çoxdur.
Qeyd olunan dövrdə Fransa Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 12-ci yeri tutub.
Qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib.
Məlumata əsasən, analoji 2024-cü ilin dövrü ilə müqayisədə dəyər ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz azalıb, fiziki ifadədə isə 576 min ton və ya 2,7 faiz artım qeydə alınıb.
16-12-2025, 23:15
Qəzada yaralanan kişi bir gün sonra öldü


Qəzada yaralanan kişi bir gün sonra öldü

Balakən rayonunun Talalar kəndi ərazisində dekabrın 15-də baş verən avtomobil qəzasında xəsarət alanlardan daha bir nəfər ölüb.
Ağır qəzada yaralanan rayonun Yeni Şərif kənd sakini, 31 yaşlı Şamil Saxalov həkimlərin səyinə baxmayaraq Balakən Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, VAZ-2106 və VAZ-2115 markalı avtomobillərin toqquşması nəticəsində VAZ-2106-nın sürücüsü - 30 yaşlı Əyyub Anqbazov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən yerləşdirildiyi xəstəxanada ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü - 22 yaşlı Rufan Bayramov və VAZ-2106-da olan sərnişin, 31 yaşlı Şamil Saxalov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
16-12-2025, 22:56
Ermənistan Avropa ölkəsi ilə strateji tərəfdaş oldu


Ermənistan Avropa ölkəsi ilə strateji tərəfdaş oldu

Ermənistan və Lüksemburqun xarici işlər nazirləri - Ararat Mirzoyanla Ksavye Bettel iki ölkə arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıblar.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Ararat Mirzoyan Lüksemburqda işgüzar səfərdədir.
16-12-2025, 22:28
Ukraynada sülh nə vaxt bərqərar olacaq?


Ukraynada sülh nə vaxt bərqərar olacaq?

Ukraynada müharibənin dayandırılması və sülhün bərqərar olunmasına yönəlik plan üzərində ABŞ-la birgə iş aparılır və bu plan hazırda Almaniyanın paytaxtı Berlində müzakirə olunur.
Almaniyanın "Berliner Zeitung" nəşri yazır ki, sözügedən planın yekunlaşdırılması ən tezi gələn ilin yaz aylarında gözlənilir.
Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin Berlindəki səfəri zamanı gündəmdə təkcə Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar olmayıb. Silah tədarükü, maliyyə dəstəyi və ən əsası Ukrayna üçün sülh planı əsas müzakirə mövzuları sırasında yer alıb.
Hökumət dairələrinin bildirdiyinə görə, ABŞ-la birgə hazırlanan sülh planı artıq kifayət qədər irəliləmiş mərhələdədir. Lakin onun tam şəkildə razılaşdırılması və təqdim olunması bahardan əvvəl mümkün deyil. Almaniya və ABŞ hökumətləri planın hazırlanmasına birgə dəstək vermək barədə razılığa gəlib.
Eyni zamanda ABŞ və Almaniyanın bu prosesdə zəmanətçi rolunu üzərinə götürməsi də nəzərdə tutulur. Bununla belə, hələlik planın Kreml üçün real və cəlbedici olacağına dair açıq siqnallar yoxdur. Bu səbəbdən sənəd Ukrayna tərəfi ilə sıx koordinasiya şəraitində hazırlanır ki, “Qərbin diktəsi” kimi təqdim olunmasın. Planın əsas məqamlarının yaxın günlərdə Volodimir Zelenskiyə təqdim ediləcəyi gözlənilir.
Hazırda Almaniya Ukraynaya əsasən hərbi və maliyyə dəstəyi göstərir. Paralel olaraq, Berlinin ev sahibliyi etdiyi danışıqlarda ABŞ və Ukrayna nümayəndə heyətləri müharibənin başa çatdırılması strategiyasını müzakirə edir. ABŞ bu prosesdə Kiyev üçün əsas strateji tərəfdaş olaraq qalır.
Nəşr yazır ki, yaxın günlərdə aparılan danışıqların hansı nəticə verdiyi daha aydın görünəcək.
16-12-2025, 21:55
2025-ci ilin ən yaxşı futbolçusu məlum oldu


2025-ci ilin ən yaxşı futbolçusu məlum oldu

FIFA-nın “The Best” mükafatının qalibi məlum olub.
2025-cü ilin ən yaxşı futbolçusu adına PSJ və Fransa millisinin hücumçusu Usman Dembele layiq görülüb.
Dembele yekun səsvermədə Lamin Yamal (“Barselona”, İspaniya), Kol Palmer (“Çelsi”, İngiltərə), Pedri (“Barselona”, İspaniya), Vitinya (PSJ, Fransa), Harri Keyn (“Bavariya”, Almaniya), Nunu Mendeş (PSJ, Fransa), Əşrəf Hakimi (PSJ, Fransa), Məhəmməd Salah (“Liverpul”, İngiltərə) və Rafinyanı (“Barselona”, İspaniya) qabaqlayıb.
16-12-2025, 21:34
Türkiyənin ən güclü partiyaları - Sorğunun nəticələri AÇIQLANDI


Türkiyənin ən güclü partiyaları - Sorğunun nəticələri AÇIQLAND

Türkiyənin məşhur tədqiqat mərkəzi GENAR-ın noyabr ayında keçirdiyi rəy sorğusunun nəticələri açıqlanıb.
Sorğu siyasi partiyaların cəmiyyətdəki sosial çəkisini və seçicilərin ölkə iqtisadiyyatına etimad səviyyəsini əhatə edir.
GENAR-ın noyabr sorğusuna görə, hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 34 faiz səslə birinci yerdə qərarlaşıb.
Əsas müxalifət qüvvəsi olan Cümhuriyyət Xalq Partiyası (CHP) isə 32,1 faizlə ikinci pillədə yer alıb.
Sorğunun nəticələrinə əsasən, kürd elektoratını təmsil edən DEM Partiyası 10,7 faiz səslə üçüncü, əsasən millətçi elektorata söykənən Milliyyətçi Hərəkat Partiyası (MHP) isə 8,1 faizlə dördüncü yerdədir.
Digər partiyalar arasında İYİ Partiya 4,3 faiz, Zəfər Partiyası 3,6 faiz, “Açar” (Anahtar) Partiyası isə 2,5 faiz səs toplayıb.
16-12-2025, 17:57
Maduro Belarusa qaça bilər: qapımız açıqdır! - Lukaşenko


Maduro Belarusa qaça bilər: qapımız açıqdır! - Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko Venesuela lideri Nikolas Maduronu vəzifəsindən gedəcəyi təqdirdə onu ölkəsinə dəvət edib.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
A.Lukaşenko bildirib ki, Belarus və Venesuela arasında uzunmüddətli münasibətlər var və Maduro istəsə Minskə səfər edə bilər.
"Maduro heç vaxt bizim düşmənimiz olmayıb. Əgər o, Belarusa gəlmək istəyirsə, qapı açıqdır. Amma düzünü desəm, bu heç vaxt müzakirə olunmayıb. Maduro tərk ediləcək və ya qaçacaq insan deyil. O, çox güclü bir insandır", - deyə o bildirib.
A.Lukaşenko ABŞ prezidenti Donald Trampla danışıqlar zamanı Venesuela və digər məsələləri müzakirə etməkdən məmnun olacağını da vurğulayıb.
"Mən tamamilə əminəm ki, bütün məsələlər, Amerika Birləşmiş Ştatlarının istəkləri sayəsində sülh yolu ilə həll edilə bilər. Düşünürəm ki, yaxın gələcəkdə Donald Trampla bu məsələni müzakirə edə biləcəyik. Onunla bir çox maraqlı şeyləri bölüşərdim", - deyə Lukaşenko bildirib.
Onun sözlərinə görə, Venesuela ilə müharibə "ikinci Vyetnam" olardı. O, Venesuela ilə münaqişənin yalnız venesuelalıların Maduroya dəstək olmaq üçün birləşməsinə gətirib çıxaracağına inanır.
"İnanmıram ki, ABŞ-a daxil olan bu qədər narkotik maddə Venesueladan gedir. Bu məsələdə Trampa etibar etmirəm. Maduro narkoman deyil. Bunu dəqiq bilirəm", - deyə Lukaşenko əlavə edib.
16-12-2025, 17:43
Mürvət Həsənli İctimai Şuranın sədri seçildi


Mürvət Həsənli İctimai Şuranın sədri seçildi

Dekabrın 16-da Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın yeni seçilmiş 9 nəfərdən ibarət tərkibinin ilk iclası keçirilib.
İclasda keçirilən səsvermədə Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin rəhbəri Mürvət Həsənli yekdilliklə İctimai Şuranın sədri seçilib. Bundan əlavə, Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyasnın üzvü Emin Əliyev sədr müavini, Azərbaycan Dövlət Aqrar Universitetinin Zoomühəndislik fakultəsinin dekan müavini, Azərbaycan Maarifçilər Assosiasiyasının üzvü Günel Əmiri katib seçilib.
İclasdan sonra İctimai Şura üzvlərinin Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi ilə görüşü keçirilib. Görüşdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov yeni formalaşmış İctimai Şuranın üzvlərini təbrik edib, onlara ictimai iştirakçılıq fəaliyyəti sahəsində uğurlar arzulayıb. Ölkəmizdə kənd təsərrüfatının inkişafının prioritet istiqamətlərdən biri elan edildiyini xatırladan nazir İctimai Şura üzvlərini aqrar sahənin dinamik inkişafı istiqamətində görülən işlərdə, keçirilən tədbirlərdə fəal iştirak etməyə, həyata keçirilən təşəbbüslərə ictimai dəstək verməyə çağırıb.
Nazir İctimai Şuraya seçilən üzvlərin aqrar sektorun müxtəlif istiqamətlərini təmsil edən ictimai qurumların nümayəndələri olduğunu xatırladıb və bu amilin nazirliklə vətəndaş cəmiyyəti təmsilçiləri arasında səmərəli əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyini bildirib.
İctimai Şuranın sədri Mürvət Həsənli müxtəlif dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrasında ictimai iştirakçılığın təmin edilməsi ilə bağlı qarşıda duran vəzifələrdən bəhs edib və İctimai Şura tərəfindən bu vəzifələrin icrası ilə bağlı Fəaliyyət Planının hazırlanacağını bildirib. Görüşdə İctimai Şuranın fəaliyyətinin səmərəli təşkili, ictimai iştirakçılıq tələb edən məsələlər üzrə müvafiq məsləhətləşmələrin keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb, təkliflərin dəyərləndirilməsi üçün müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!