16-01-2023, 22:15
Serbiya prezidentindən BMT-yə çağırışSerbiya prezidenti Aleksandr Vuçiç Birləşmiş Millətlər Təşkilatına (BMT) çağırış edib. O, Kosovadakı serb azlığın hüquqlarının müdafiəsinə qalxıb. Vuçiç albanların serblərə hücum etdiyini iddia edib. "Bu, qəbuledilməzdir. BMT adekvat reaksiya verməlidir", - deyə Serbiya prezidenti bildirib. Qeyd edək ki, son vaxtlar Kosova və Serbiya arasında gərginlik artıb. 2008-ci ildə Serbiyadan müstəqilliyini elan edən Kosova ABŞ, Türkiyə və Avropa ölkələrinin əksəriyyəti tərəfindən tanınır. Azərbaycan isə bu ölkəni Serbiyanın Kosova və Metoxiya regionunun tərkib hissəsi kimi qəbul edir.
16-01-2023, 22:11
İsveçin NATO-ya üzvlüyü müzakirə edildiAvropa İttifaqı Şurasının prezidenti Şarl Mişel İsveçin baş naziri Ulf Kristersonla görüşüb. Tərəflər İsveçin NATO-ya üzvlük prosesini müzakirə ediblər. Daha sonra birgə mətbuat konfransı keçirilib. İsveç baş naziri ölkəsinin NATO üzvü olmasının vacibliyindən danışıb. Onun sözlərinə görə, İsveçin NATO-ya üzv olması bütün Avropanın təhlükəsizliyi deməkdir. Qeyd edək ki, İsveç və Finlandiya Rusiyanın Ukraynaya hücumundan sonra NATO-ya üzv olmaq istəyini elan etsə də, yeni üzvlərinin qəbulunun konsensus yolu ilə baş tutduğu hərbi alyansın üzvlərindən biri olan Türkiyə terrorla mübarizədə əməkdaşlıqdan yayındıqları üçün bu ölkələrin üzvlüyünə veto qoyacağını açıqlamışdı. Daha sonra əldə olunan razılığa əsasən, İsveç və Finlandiya müəyyən öhdəlikləri yerinə yetirəcəyi təqdirdə rəsmi Ankara buna etiraz etməyəcək.
16-01-2023, 22:05
162 nəfər həmyerlimiz Ukrayna vətəndaşlığını alıb2022-ci ildə Ukrayna vətəndaşlığını alan Azərbaycan vətəndaşlarının sayı məlum olub. Ukrayna Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, il ərzində ümumilikdə 162 nəfər Azərbaycan vətəndaşı Ukrayna vətəndaşlığını alıb. Bunlardan 14 nəfər Ukrayna prezidenti fərmanı ilə vətəndaşlıq alıb. Vətəndaşlıq alanlardan 2-si uşaqdır. Qeyd edək ki, 2022-ci ilin əvvəlindən Rusiyanın geniş miqyaslı hücumu nəticəsində Ukraynada müharibə gedir.
16-01-2023, 17:58
Bu gün Rusiyanın yeganə taktikası terrordur - ZelenskiUkrayna prezidenti Volodimir Zelenski Rusiyanın müharibədəki taktikasının terror olduğunu bildirib. Zelenski bu barədə "Telegram" kanalında yazıb. "Bu gün Rusiyanın yeganə taktikası terrordur. Bu cür taktikaların yeganə mümkün nəticəsi məğlubiyyət olacaq. Terror onların zəifliyinin sübutu və bizim dayanıqlılığımız üçün bir sınaq oldu. Bizim üçün ən qaranlıq vaxtlar işıqsız olan vaxtlar deyil, azadlıq olmayan zamandır", - deyə Ukrayna prezidenti qeyd edib. Xatırladaq ki, ötən həftə Rusiya Ukraynanın bir sıra şəhərlərini raket atəşinə tutub. Son olaraq Dneprə raket hücumu zamanı 40 nəfər ölüb, 70-dən çox insan yaralanıb.
16-01-2023, 17:54
Alman nazirin istefası qəbul olunduAlmaniya kansleri Olaf Şolts müdafiə naziri Kristin Lambrextin istefasını qəbul edib. Bu barədə Almaniya hökuməti rəsmi məlumat yayıb. Qeyd olunub ki, qısa vaxt ərzində yeni nazir təyin ediləcək.
16-01-2023, 17:50
Ermənistanda bu qanun yeni redaksiyada qəbul olunacaqErmənistanda dövlət sirri haqqında qanun yeni redaksiyada qəbul olunacaq. Bunu Ermənistan parlamentinin iclasında ölkənin Milli Təhlükəsizlik Xidmətinin sədr müavini Tiqran Harutyunyan deyib. Onun sözlərinə görə, hazırkı sənəd 1996-cı ildə Rusiya Federasiyasının oxşar qanununun analoqu əsasında hazırlanıb. "Amma artıq rəsmi sirr anlayışı demək olar ki, heç bir yerdə işlədilmir və xarici tərəfdaşlar bununla qarşılaşanda anlaşılmazlıq olur. Qanunun yeni redaksiyasında idarələr tərəfindən dövlət sirri təşkil edən məlumatların siyahılarının formalaşdırılması qaydaları müəyyən edilib", - deyə Harutyunyan vurğulayıb.
16-01-2023, 17:43
İlham Əliyev “Masdar”la olan əməkdaşlığın üstünlüklərini qeyd etdiDünən “Masdar” ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 4 qiqavatlıq külək və günəş enerjisinin istehsalına dair razılaşma imzaladılar. Bu, hələ qısamüddətli layihədir. Ortamüddətli layihələr gücləri 10 qiqavata qədər artıracaq. Bunu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Dövlətimizin başçısı qeyd edib: “Bu, tamamilə icraolunandır. Bununla bağlı yol xəritəmiz var. Yalnız həmin layihə nəticəsində, “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək”. Prezident İlham Əliyev vurğulayıb ki, bütövlükdə Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisi istehsal etmək imkanı yaradacaq.
16-01-2023, 17:39
Peskov yenilənmiş konsepsiyayla bağlı açıqlama verdiRusiya Federasiyasının yenilənmiş xarici siyasət konsepsiyası hazırlanır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, layihə üzərində iş gedir və konsepsiya sənədinin hazırlanması tezliklə yekunlaşdırılacaq. "Rusiya Federasiyasının xarici siyasətinin yeni konsepsiyası Putinin fərmanı ilə Təhlükəsizlik Şurasının iclası keçirilmədən təsdiq oluna bilər", - deyə o bildirib. Bundan əlavə, Kreml rəsmisi Ukraynaya görə Qərb ölkələrini tənqid edib: "Rusiya Federasiyası Avropa ölkələrinin Ukraynaya ağır texnika tədarük etmək qərarını çox mənfi qiymətləndirir, onları ukraynalıların gələcəyi maraqlandırmır. Qərbin Ukraynaya ağır zirehli texnika verməsi vəziyyəti dəyişdirmək iqtidarında deyil". Vaqner qrupu ilə rəsmi Moskva arasında fikir ayrılığı barədə yayılan məlumatları təkzib edən D.Peskov bunun ancaq informasiya sferasında olduğunu iddia edib.
16-01-2023, 17:32
Peskov Dneprdə baş verən hadisəyə münasibət bildirdiKremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukraynanın Dnepr şəhərində yaşayış binasına raket zərbələri endirməsinə münasibət bildirib. Peskov faktı təkzib edib. "Rusiya hərbçiləri yaşayış binalarına və Ukraynanın sosial infrastrukturuna zərbə endirmir", - deyə sözçü bildirib.. Qeyd edək ki, Dneprə hücum nəticəsində azı 36 dinc sakin həyatını itirib, 70-dən çox adam yaralanıb.
16-01-2023, 17:28
Bərpaolunan enerjiylə bağlı proqramımız tamamilə fərqlidir - İlham ƏliyevBiz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik, enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatını təmin edir, həmçinin xam neft, neft məhsulları, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisi ixrac edir. Bunu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib. Dövlətimizin başçısı bildirib: “Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu, onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, onun sayəsində biz ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq”.