Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
18-01-2023, 23:18
Paşinyan NATO nümayəndəsi ilə bir sıra məsələləri müzakirə etdi


Paşinyan NATO nümayəndəsi ilə bir sıra məsələləri müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Pirisi qəbul edib. Tərəflər Ermənistan-NATO əməkdaşlığı ilə bağlı məsələləri, eləcə də Cənubi Qafqazda baş verən prosesləri müzakirə ediblər. Baş nazir ənənəsinə sadiq qalaraq, Azərbaycandan şikayətlənib və Laçın dəhlizində Qarabağ ermənilərinə problem yaradıldığını qeyd edib. Xavyer Kolomina deyib ki, NATO regionda sabitliyin və sülhün təmin edilməsində maraqlıdır və beynəlxalq tərəfdaşların bu istiqamətdə göstərdiyi səylərə dəstəyini ifadə edir. Görüş zamanı həmsöhbətlər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.
18-01-2023, 23:10
İran XİN Türkiyəyə səfəri zamanı əldə olunan razılaşmalardan danışdı


İran XİN Türkiyəylə əldə olunan razılaşmalardan danışdı

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyəyə səfəri zamanı əldə olunan razılaşmalar barədə məlumat verib. Nazir bu barədə twitter səhifəsində yazıb. "Prezident Ərdoğan və XİN başçısı Çavuşoğlu ilə görüşdük. İki ölkə arasındakı iqtisadi və ticarət əlaqələrində əməkdaşlığın genişləndirilməsi faydalı oldu. İranda ticarət həcminin, yatırımların, hərtərəfli regional və beynəlxalq əməkdaşlığın artırılmasının qarşısını alan əngəllərin aradan qaldırılması ilə bağlı razılaşdıq", - deyə Abdullahian qeyd edib.
18-01-2023, 23:02
İran və Rusiya arasında 3 illik razılıq əldə olundu


İran və Rusiya arasında 3 illik razılıq əldə olundu

İran və Rusiya 3 il ərzində tikintisi nəzərdə tutulan Rəşt-Astara dəmir yolu layihəsinin tikintisi ilə bağlı razılığa gəliblər. İranın nəqliyyat və şəhərsalma nazirinin nəqliyyat məsələləri üzrə müavini Şəhriyar Əfəndizadə Rəşt-Astara dəmir yolu layihəsini ölkədəki ən mühüm proje hesab edib. O əlavə edib ki, layihə Bəndərabbasdan Rəştə və Rəştdən Astaraya qədər olan 162 km şimal-cənub dəhlizini tamamlayır və İranı Azərbaycan Respublikası vasitəsilə Rusiya və Şimali Avropa ilə birləşdirəcək. Rusiya hökumətinin Rəşt-Astara dəmir yolunun kredit və ya digər üsullarla tamamlanması istəyinə toxunan Əfəndizadə bildirib ki, son aylarda iki ölkə arasında tranzitin inkişafı üçün Rusiya hökuməti ilə danışıqlar aparılıb. O, İran, Rusiya və Azərbaycan arasında üçtərəfli memoranduma işarə edərək bildirib ki, dəmir yolu layihəsinin tikintisi və istismarı ilə bağlı məsələlər 16 maddədə nəzərdə tutulub. Rusların sərmayəsi ilə dəmir yolu layihəsinin 3 il ərzində başa çatdırılması nəzərdə tutulur ki, bu da verilən proqnozdan bir il azdır. Razılaşmaya əsasən, iranlı podratçılar dəmir yolu xəttinin infrastrukturunu tam şəkildə həyata keçirəcəklər. Azərbaycanda səfərdə olan Rusiya prezidentinin xüsusi köməkçisi İqor Levitin və onu müşayiət edən nümayəndə heyəti, eləcə də İran rəsmiləri çərşənbə günü Rəşt-Astara dəmir yolu xəttinə baş çəkəcəklər.
18-01-2023, 22:57
Bu şəxslər maliyyə sanksiyalarından azad olacaq


Bu şəxslər maliyyə sanksiyalarından azad olacaq

Vergi Məcəlləsində son dəyişikliklərdə vergi ödəyicilərinin mənafelərinə xidmət edən bir sıra dəyişikliklər edilib. Onlardan biri də hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmayan vergi ödəyicilərinə vergi hesabatlarının təqdim olunmamasına görə tətbiq edilən maliyyə sanksiyasının ləğv olunması ilə bağlıdır. Dövlət Vergi Xidmətinin əməkdaşı Anar Cabbarov qeyd edib ki, təcrübədə bir sıra vergi ödəyiciləri (xüsusilə mikro sahibkarlıq subyektləri) bir çox hallarda sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatın olmaması barədə arayışı təqdim etmir (əksər hallarda qanunvericiliyin tələblərini bilməməsi səbəbindən) və vergi orqanı tərəfindən həmin şəxslərə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunurdu: "Bu isə vergi öhdəliyi yaranmayan vergi ödəyicilərinin maliyyə itkilərinə məruz qalmasına səbəb olurdu. Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, bundan sonra maliyyə sanksiyaları yalnız hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən əməliyyatlar aparan, habelə vergitutma obyektləri olan, yəni vergi hesabatları vermək öhdəliyi olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə tətbiq olunacaq". Hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatın olmaması barədə arayışı təqdim etməyən vergi ödəyicilərinə maliyyə sanksiyaları tətbiq edilməyəcək.
18-01-2023, 22:39
Hindistan Azərbaycana yeni səfirini təyin edib


Hindistan Azərbaycana yeni səfirini təyin edib

Hindistan Azərbaycana yeni səfir təyin edib. Sridharan Madhusudhanan Hindistanın Azərbaycana səfiri təyin edilib. O, hazırda Hindistan Xarici İşlər Nazirliyində katib vəzifəsində çalışır. Sridharan Madhusudhanan Hindistanın ABŞ, Çin və Tayvandakı səfirliklərində müxtəlif postlarda çalışıb.
18-01-2023, 22:36
Azərbaycan rəsmiləri ilə Qarabağ erməniləri arasında görüş olub - Lavrov


Azərbaycan rəsmiləri ilə Qarabağ erməniləri arasında görüş olub - Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan rəsmiləri ilə Qarabağ erməniləri arasında görüş olduğu barədə məlumat verib. Nazir bu barədə 2022-ci ilin yekunlarına dair mətbuat konfransında danışıb. Nazirin sözlərinə görə, görüşdə Rusiya sülhməramlıları da iştirak edib. Lavrov detallara toxunmayıb. O, görüşün dəqiq vaxtını açıqlamasa da, tezliklə bir sıra məsələlərin yoluna qoyulacağını bildirib. "Dünən və ya srağagün Azərbaycan nümayəndəsi ilə Qarabağ nümayəndələri arasında Rusiya kontingentinin komandirinin iştirakı ilə görüş keçirilib. Düşünürəm ki, yaxın vaxtlarda məsələ öz həllini tapacaq", - Lavrov bildirib.
18-01-2023, 22:25
Qərblə köhnə münasibətimiz artıq mövcud olmayacaq - Lavrov


Qərblə köhnə münasibətimiz artıq mövcud olmayacaq - Lavrov

Rusiya XİN başçısı ölkəsinin ABŞ-la münasibətlərindən söz açıb. Nazir bu barədə keçirdiyi 2022-ci ilin xarici siyasət yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb. "Bizimlə Qərb arasında köhnə münasibətlər artıq mövcud olmayacaq. Rusiya Federasiyası "dost olaq" təklifləri ilə ABŞ-ın arxasınca qaçmayacaq. Narışkinlə Börns arasındakı görüş də Baydenin Putinə müraciəti əsasında baş tutub. Rusiya ABŞ-ın istənilən ciddi təklifinə ciddi cavab verəcək, bu, Vaşinqtondan asılıdır", - deyə Lavrov bəyan edib. O, Rusiyanın Çinlə münasibətlərindən də danışıb: "ABŞ Rusiya və Çini cilovlamaq üçün kifayət qədər qüvvəyə malik deyil. Rusiya ilə Çin arasında milli valyutalarla ticarətin payı dövriyyənin təxminən yarısına çatıb və artacaq". Nazir Türkiyə-Suriya normallaşması mövzusuna da toxunub. O bildirib ki, Moskva prosesi dəstəkləyir və Türkiyə vasitəçilik üçün Rusiyadan kömək istəyib.
18-01-2023, 21:32
Qərbi Azərbaycan İcmasında dinləmələr keçirilib.


Qərbi Azərbaycan İcmasında “Qayıdış Konsepsiyası” layihəsinə dair təkliflərlə bağlı dinləmələr keçirilib.

Qərbi Azərbaycan İcmasında, İcmanın rəhbər heyətində təmsil olunan ziyalılar və bir qrup alim və mütəxəssislə “Qayıdış Konsepsiyası” layihəsinə dair təkliflərlə bağlı dinləmələr keçirilib.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli əvvəlcə ümumilikdə İcmanın qarşısında duran vəzifələrdən bəhs edib. İcma sədri vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışı zamanı bir qrup ziyalı ilə görüşündəki proqram xarakterli çıxışında irəli sürdüyü “Qayıdış Konsepsiyası” layihəsi üzərində iş gedir. Bildirib ki, Qərbi Azərbaycana, ata-baba yurdlarına qayıtmaq bu insanların haqqıdır və bu prosesin beynəlxalq konvensiyalardakı geri qayıtmaq hüququ, eləcə də sülh yolu ilə baş tutmasına dair konsepsiya layihəsində bu kimi məsələlərə xüsusi diqqət yetirilir. Bununla bağlı tədbirdə iştirak edən ziyalıların fikirlərinin və təkliflərinin dinlənilməsinin önəmini vurğulayan sədr, təkliflərini səsləndirmək üçün sözü istirakçılara verib.

İcmanın qadınlar şurasının rəhbəri, millət vəkili Məlahət İbrahimqızı, millət vəkili Etibar Əliyev, İcmanın Nəzarət – Təftiş komissiyasının rəhbəri Vahid Novruzov, MQF-nin prezidenti Rauf Zeyni, professor İbrahim Bayramov, Tarixçi alim Nazim Mustafa, tədqiqatçı alim Nazir Əhmədli, professor Qaley Allahverdiyev və digərləri “Qayıdış Konsepsiyası” layihəsi ilə bağlı təkliflərini səsləndiriblər.
Tədbir zamanı həmçinin, İcmanın çağırışına uyğun olaraq, “Qayıdış Konsepsiyası” layihəsinə dair geniş ictimaiyyətdən daxil olmuş yazılı təkliflər nəzərdən keçirilib.


Qərbi Azərbaycan İcmasının mətbuat xidməti
18-01-2023, 14:13
Sabahın havası


Sabahın havası

Yanvarın 19-da gözlənilən hava şəraitinin proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, az çiskin olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
18-01-2023, 14:05
Avropa üzrə reytinq açıqlandı - “Qarabağ” klubu 49-cu pillədədir


Avropa üzrə reytinq açıqlandı - “Qarabağ” klubu 49-cu pillədədir

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların Avropa reytinqini açıqlayıb. “Qarabağ” siyahının 49-cu pilləsində qərarlaşıb. Azərbaycan təmsilçisi “Borussiya” (Dortmund, Almaniya), “Latsio”, “Fiorentina”, “Atalanta (hamısı İtaliya), “Sevilya” (İspaniya), “Lion” (Fransa), “Lester” və “Nyukasl” (hər ikisi İngiltərə) kimi məşhur klubları qabaqlayıb. Siyahıya İngiltərənin “Liverpul” klubu başçılıq edir, 2-ci pillədə “Çelsi”, 3-cü yerdə isə “Mançester Siti” qərarlaşıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!