Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
19-01-2023, 00:02
İlham Əliyev Latviya prezidenti ilə görüşdü


İlham Əliyev Latviya prezidenti ilə görüşdü

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Latviya Respublikasının Prezidenti Egils Levits ilə görüşü olub. Görüşdə Prezident İlham Əliyev Latviyaya səfərlərini məmnunluqla xatırlatdı və Prezident Egils Levitsi Azərbaycana səfərə dəvət edib. Dəvəti minnətdarlıqla qəbul edən Prezident Egils Levits Azərbaycanın Latviyanın çox önəmli tərəfdaşı olduğunu bildirib. Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələrinə də toxunulub. Latviyanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrini daim dəstəklədiyi qeyd olundu. Həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və qaza tələbatının ödənilməsində oynadığı rol yüksək qiymətləndirilib. Azərbaycanın Avropa İttifaqı ölkələrinə potensial elektrik enerjisi ixrac edən ölkə kimi imkanlarının artacağı bildirilib, bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi ilə bağlı ötən ilin dekabrında Buxarestdə imzalanan Sazişin əhəmiyyəti qeyd edilib. Söhbət zamanı Azərbaycanın Orta Dəhlizdə yerləşən ölkə olaraq Mərkəzi Asiya ilə Avropa İttifaqı arasında mühüm nəqliyyat daşımalarının həyata keçirilməsində önəmli rolu vurğulanıb. Görüşdə Latviya ilə Azərbaycan arasında BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də qeyd olunub. Latviya Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi fəaliyyətini xüsusi qeyd edib. Prezident Egils Levits, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində bir sıra təşəbbüslərə imza atdığını bildirdi, xüsusilə COVID-19-a qarşı mübarizə istiqamətində uğurlu fəaliyyətini vurğulayıb.

18-01-2023, 23:58
Pandemiya dövründə 80-dən çox ölkəyə dəstək göstərmişik - İlham Əliyev


Pandemiya dövründə 80-dən çox ölkəyə dəstək göstərmişik - İlham Əliyev

Azərbaycan pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərib. Biz bunu könüllü olaraq, hər hansı təmənna güdmədən etdik. Biz, sadəcə, hesab etdik ki, bizim belə imkanımız varsa, bunu etməliyik. Bu barədə Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bildirib. “1990-cı illərin əvvəllərində elə dönəm var idi ki, ölkəmizin köməyə ehtiyacı olub. O zaman ölkəmiz yoxsul idi və bir çox sosial problemlərlə üzləşmişdi. Yəni, biz kasıblığın nə olduğunu yaxşı bildiyimiz üçün kömək əlimizi uzatdıq. Bu ideologiya üstünlük təşkil etsə, dünya daha təhlükəsiz olar”, - deyə dövlət başçısı vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, bu gün dünyanın üzləşdiyi əsas problemin legitim mənbəyi yoxdur, bunlar, sadəcə, baxışlar, ambisiyalar və virtual liderlik uğrunda mübarizə ilə bağlıdır.
18-01-2023, 23:55
İlham Əliyev ölkə ərazisindən tranzit daşımaların 75% artdığını qeyd etdi


İlham Əliyev ölkə ərazisindən tranzit daşımaların 75% artdığını qeyd etdi

"Ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görədir. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir". Bu fikirləri Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bildirib. Dövlət başçısı qeyd edib ki, tarif siyasəti də mühüm məsələdir: “Çünki burada bir çox ölkələrin səylərinin birləşdirilməsi lazımdır ki, bizim razılaşdırılmış tarif siyasətimiz mövcud olsun və heç bir ölkə süni şəkildə öz mənfəətini artırmağa çalışmasın. Biz müştərək faydanı görməyi öyrənməliyik. Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar”. Prezident İlham Əliyev həyata keçirilməsinə başlanılan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Xəzər dənizinə istiqamətləndiyini bildirib: "Bu, çox vacib əlavə təchizat marşrutudur və Orta Dəhlizin parlaq gələcəyi var".
18-01-2023, 23:51
Çinlə gələcək əməkdaşlığımızı müzakirə etdik - İlham Əliyev


Çinlə gələcək əməkdaşlığımızı müzakirə etdik - İlham Əliyev

Çin və Azərbaycan yaxşı dostlardır. Mənim Sədr Si Cinpinlə dəfələrlə görüşmək imkanım olub. Sonuncu dəfə bir neçə ay bundan öncə bizim çox yaxşı görüşümüz olub. Bu barədə Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bildirib. Çin lideri ilə ötən ilin payızında beynəlxalq tədbirlərin birində görüşdüklərini xatırladan deyə dövlətimizin başçısı deyib: “Bizim gələcək əməkdaşlığımız haqqında çox məhsuldar müzakirələrimiz oldu. “Bir kəmər, bir yol” sammiti çərçivəsində Pekində Sədr Si Cinpinlə görüşüm zamanı o məni Çinin böyük dostu adlandırdı. Bu mənim üçün böyük şərəf idi”.
18-01-2023, 23:43
Bayraktar PUA-larının növbəti müştərisi bəlli oldu


Bayraktar PUA-larının növbəti müştərisi bəlli oldu

Küveyt Türkiyənin "Baykar" şirkəti tərəfindən istehsal edilən "Bayraktar TB2" pilotsuz uçuş aparatlarının növbəti müştərisi olub. Türkiyə şirkəti Küveyt Müdafiə Nazirliyi arasında müqavilə imzalanıb. Bildirilir ki, 2019-cu ilin iyul ayından davam edən Amerika, Avropa və Çindən önəmli şirkətlərin yer aldığı tenderin qalibi Türkiyənin "Baykar" şirkəti olub. Tərəflər arasında imzalanan müqavilənin dəyəri 370 milyon dollardır.
18-01-2023, 23:39
Serbiya prezidentindən Ukraynaya dəstək


Serbiya prezidentindən Ukraynaya dəstək

Serbiya prezidenti Aleksandr Vuçiç Ukraynaya dəstəyini ifadə edib. Vuçiç bu barədə "Bloomberg"ə müsahibəsi zamanı danışıb. O, Ukraynanın işğal edilməsini dəstəkləmədiyini açıqlayıb: "Serbiya Krımı və Donbası Ukraynanın bir hissəsi kimi tanıyır". "Bizim üçün Krım Ukraynadır, Donbass Ukraynadır. Belə də qalacaq", - deyə Serbiya prezidenti bildirib. Lakin Vuçiç onu da əlavə edib ki, Rusiyaya qarşı sanksiya tətbiq edilməsinə qarşıdır.
18-01-2023, 23:37
Mirzoyan sülh müqaviləsinin mətni ilə bağlı müzakirələrə toxundu


Mirzoyan sülh müqaviləsinin mətni ilə bağlı müzakirələrə toxundu

Ermənistan XİN başçısı Ararat Mirzoyan sülh müqaviləsinin mətni ilə bağlı müzakirələrdən danışıb. Nazir bu barədə parlamentdəki çıxışı zamanı söz açıb. Ararat Mirzoyan bildirib ki, İrəvan sülh müqaviləsi ilə bağlı təkliflərinə Bakının cavabını gözləyir. "Ermənistan sülh müqaviləsinin mətni üzərində işləməyə mane olmur", - deyə XİN başçısı əlavə edib.
18-01-2023, 23:32
Rusiya vətəndaşlarının “YouTube”a girişi məhdudlaşır


Rusiya vətəndaşlarının “YouTube”a girişi məhdudlaşır

Rusiya Federasiyası vətəndaşları üçün "YouTube"a giriş qadağan ediləcək. Bunu "Vaqner" özəl hərbi şirkətin təsisçisi Yevgeni Priqojin deyib. Onun sözlərinə görə, kim qadağadan sonra videohostinqdən istifadə etsə, ciddi şəkildə cəzalandırılacaq: “İndi isə mən sizə gizli bir məlumat vermək istəyirəm. "YouTube" tezliklə bağlanacaq. "YouTube"a giriş qadağan edildikdən sonra kim ondan aktiv istifadə etməyə davam etsə, müəyyən olunacaq və layiqli cəzasını çəkəcək”.
18-01-2023, 23:28
Ermənistan sülh müqaviləsini imzalamağa hazırdır - Paşinyan


Ermənistan sülh müqaviləsini imzalamağa hazırdır - Paşinyan

“Biz çox aydın şəkildə bəyan edirik ki, Praqa razılaşmalarına əsasən, sülh müqaviləsini imzalamağa hazırıq”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə deputatların suallarını cavablandırarkən deyib. Paşinyan çıxışı zamanı həmişəki kimi Azərbaycan əleyhinə fikirlər səsləndirib. Onun fikrincə, Azərbaycan tərəfindən verilən bəyanatlar sülhün bərqərar olmasına yeni maneələr yaradır. Paşinyan deyib ki, regionda sabitliyi qorumağın ən yaxşı yolu danışıqlarla həll variantını tapmaqdır. Baş nazirin sözlərinə görə, indiki şəraitdə ölkənin məqsədləri fəal diplomatiya və dövlət institutlarının gücləndirilməsi, eləcə də sülh gündəliyinə sadiqlikdir. "İ​lk növbədə fəal diplomatiya işi aparmaq, institusional strukturları gücləndirmək, islahatlar yolundan sapmamaq, sülh gündəliyindən yayınmamaq və ya ondan imtina etmək olmaz”, - Paşinyan bildirib.
18-01-2023, 23:23
Ölkə üzrə əhali sayında artım var


Ölkə üzrə əhali sayında artım var

Azərbaycan əhalisinin sayı açıqlanıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir. Belə ki, ölkə üzrə əhalinin sayı ötən ilin əvvəlindən 58 679 nəfər və ya 0,6 faiz artaraq 2022-ci il dekabr ayının 1-i vəziyyətinə 10 215 045 nəfərə çatıb. Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!