10-01-2023, 20:30
Prezident yerli kanallara müsahibə verdiYanvarın 10-da Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezident baş verən hadisələrə, yüksəlməkdə olan sahələrə münasibət bildirib, həmçinin daxili siyasətdən danışıb.
10-01-2023, 20:22
Naxçıvanın yeni müavini bir sıra məsələlərə münasibət bildirdi"Naxçıvan Muxtar Respublikasının bir sıra dövlət məmurlarının ölkə Prezidentinin apardığı uğurlu siyasətə və davamlı inkişafa kölgə salmaq istəyən qanunazidd əməlləri və özbaşınalığı aşkar olunub, qanunamüvafiq tədbirlər görülüb, həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib". Bu sözləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, Ali Məclis sədrinin səalhiyyətlərini icra edən Azər Zeynalov yanvarın 10-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, dövlət başçısının qətiyyəti nəticəsində reallaşan Zəngəzur dəhlizi ölkəmizin və regionun, ən əsası isə Naxçıvan Muxtar Respublikasının gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: "Naxçıvan Muxtar Respublikasının bir sıra dövlət məmurlarının ölkə Prezidentinin apardığı uğurlu siyasətə və davamlı inkişafa kölgə salmaq istəyən qanunazidd əməlləri və özbaşınalığı aşkar olunub, qanunamüvafiq tədbirlər görülüb, həmin şəxslər barəsində həbs qətiimkan tədbiri seçilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sosial-iqtisadi inkişaf məsələlərinin həlli ilə yanaşı, həm də dövlət idarəçiliyinin təkmilləşdirilməsini, bütün sahələrdə şəffaflığın təmin edilməsini, inkişafa mane olan neqativ halların aradan qaldırılmasını əsas vəzifələrdən biri kimi müəyyənləşdirib. Ölkə başçısının müvafiq Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılması və səlahiyyətli nümayəndənin təyin olunması da Naxçıvanda effektiv idarəçiliyin təmin edilməsi, vətəndaşla dövlət orqanları arasında dialoqun müasir tələblər səviyyəsində və qanun çərçivəsində qurulması, iqtisadi, sosial, mədəni və digər məsələlərin operativ və səmərəli həlli məqsədi daşıyır. Muxtar respublikada fəaliyyət göstərən qanunverici və icraedici orqanlar öz fəaliyyətini ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq quracaq, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə qarşılıqlı fəaliyyət göstərəcəklər".
10-01-2023, 20:18
“Taliban” rəhbərliyindən yeni qadağa - Gözəllik salonları bağlansınƏfqanıstanda hakimiyyəti ələ keçirən radikal “Taliban” hərəkatının rəhbərliyi ölkədəki qadın gözəllik salonlarının bağlanması barədə göstəriş verib. Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. “Taliban”ın yaratdığı müvəqqəti hökumət bunun üçün 10 gün vaxt verib. Bundan başqa, Əfqanıstanda qadınların ticarət mərkəzlərində işləməsinə qadağa qoyulduğu iddia edilir.
10-01-2023, 20:07
Dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır - Paşinyan"Dünyada elə bir ölkə olmayıb və yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib. Baş nazir əlavə edib ki, Praqa görüşünün yekunlarına əsasən, Ermənistan və Azərbaycan arasında 1991-ci il Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünün tanınması barədə razılıq əldə olunub. Hökumət başçısı onu da qeyd edib ki, Ukrayna hadisələri kontekstində yeni dünya düzəni uğrunda böyük mübarizə gedir: "Və bu yeni düzəndə biz Ermənistanı qurban verə bilmərik. Biz beynəlxalq ictimaiyyətə müharibə elan edirik? Bizim seçimimiz var: inkişafın məntiqinə inteqrasiya etmək və ya onun əleyhinə getmək. Biz sülh üçün seçim edirik".
10-01-2023, 20:04
Pultla hərəkət edən namizədə səs vermək milləti ələ salmaqdır - ƏrdoğanTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətə müraciət ünvanlayıb. Ərdoğan bu barədə sahibkarlıqla bağlı tədbirdə çıxışında danışıb. "6 kapitan bir gəmini batırar, 1 kapitan isə onu xilas edər. Pultla hərəkət edən namizədə "səs verin" demək millətin ağlını ələ salmaq olar. Bir nağaraya 6 toppuz vurmazlar", - deyə Ərdoğan bildirib. "Mən "Cümhur İttifaqı"nın namizədi olaraq aylardır ki, millətimizin hüzurundayam. Amma ər meydanı olan seçki meydanında mübarizə 1 namizədlə olmur. Seçkiyə 4-5 ay qalıb, amma qarşımıza çıxa və ya çıxarıla bilən namizəd yoxdur", - deyə Ərdoğan müxalifəti namizədini açıqlamağa çağırıb. Qeyd edək ki, Türkiyə növbəti prezident seçkilərinə hazırlaşır. Bu il baş tutacaq prezident seçkilərində iqtidar düşərgəsinin namizədi artıq bəllidir. Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dönəmdə də ölkəyə rəhbərlik etmək üçün seçki marafonuna qoşulacaq. O, AKP və MHP-nin təmsil olunduğu Cümhur ittifaqının namizədi kimi irəli sürüb. İqtidardan fərqli olaraq müxalifət hələ Ərdoğana qarşı namizədini açıqlamayıb. Ehtimal olunur ki, Ərdoğanın rəqibi “Altılı Masa”dan və ya kənardan seçiləcək. Hazırda 6 müxalifət partiyasının birləşdiyi “Altılı masa”da Kamal Kılıçdaroğlunun sədrlik etdiyi Cümhuriyyət Xalq Partiyası (CHP), Meral Akşenerin sədrlik etdiyi İyi Partiya (İYİ), Temel Karamollaoğlunun sədrlik etdiyi Səadət Partiyası (SP) və Gültekin Uysalın sədrlik etdiyi Demokrat Partiyası (DP), həmçinin AKP-dən istefa verib yeni partiyalar yaradan keçmiş baş nazir Ahmet Davutoğlunun Gələcək Partiyası və sabiq xarici işlər və iqtisadiyyat naziri olmuş Ali Babacanın Demokratiya və Atılım Partiyası (DEVA) təmsil olunur.
10-01-2023, 19:59
Rusiyayla heç vaxt indiki kimi etibarlı münasibətimiz olmayıb - PaşinyanErmənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya ilə münasibətlərindən danışıb. Paşinyan bu barədə keçirdiyi mətbuat konfransında söz açıb. "Bizimlə Rusiya arasında heç vaxt indiki kimi etibarlı münasibət olmayıb. Sizi əmin edirəm ki, tərəflər bütün məsələləri açıq şəkildə müzakirə edirlər", - deyə Ermənistan baş naziri bildirib. O, brifinqdə danışdıqlarından da Rusiya tərəfinin xəbərdar olduğuna eyham vurub: "Məsələn, bu gün dediklərim də rusiyalı tərəfdaşlar üçün yeni agah olduqları mövzular olmayacaq". Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə Rusiya ilə bağlı narazılıığını ifadə edib.
10-01-2023, 19:54
Ərdoğan CHP liderinə qalib gəldiTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna məhkəmədə qalib gəlib. Bu barədə prezidentin vəkili Hüseyn Aydın sosial şəbəkə hesabında məlumat yayıb. O bildirib ki, Ərdoğanın hüququnun pozulması iddiası ilə Kılıçdaroğlunu verdiyi məhkəmə prosesi yekunlaşıb. Məhkəmənin qərarına əsasən, Kılıçdaroğlu partiyasının parlamentdəki fraksiya iclasında Ərdoğan haqqında səsləndirdiyi fikirlərə görə 50 min lirə mənəvi təzminat ödəməli olacaq.
10-01-2023, 19:51
Sülh müqaviləsini Moskvanın təklif etdiyi əsasda imzalamağa hazırıq - PaşinyanErmənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bir sıra məsələlərə münasibət bildirib. Paşinyan sülhməramlılar haqqında fikirlərinin tənqidi olmadığını bildirib. "Biz Rusiya sülhməramlılarını tənqid etmirik, narahat olduğumuzu bildiririk. Bu narahatlıqların uzun tarixi var. Mən bu məsələləri Rusiya Federasiyasının sülhməramlı kontingentinin komandiri ilə deyil, onun ali baş komandanı ilə müzakirə edirəm və bu, düzgün formatdır", - deyə o qeyd edib. Paşinyan hansı halda Azərbaycanla sülh müqaviləsinin imzalanmayacağını da açıqlayıb: "Sənəd Ermənistanın maraqlarına cavab verməsə, ondan imtina ediləcək. Razılaşmanın hazır olması barədə mütləq məlumat verəcəyimə əmin edirəm. Amma hələlik heç bir xəbər yoxdur. İrəvan sazişin mətni ilə bağlı öz şərhlərini Bakıya göndərib, lakin hələ də cavab almayıb. Ermənistan müqavilə bağlamağa hazırdır və əlindən gələni edəcək. Sənədin imzalanması yaxşı xəbər olacaq, çünki bu, tərəflərin öz maraqlarını balanslaşdıra bildiklərini ifadə edəcək. Amma indi problem sənədin məzmununda deyil, onun həyata keçirilməsi mexanizmindədir", - deyə baş nazir bildirib. O bəyan edib ki, Ermənistan tərəfi sülh müqaviləsini Moskvanın təklif etdiyi əsasda imzalamağa hazırdır, həm də Qərb ölkələrinin təkliflərinə baxıla bilər. Paşinyan, həmçinin KTMT-lə münasibətlərdən də danışıb. O vurğulayıb ki, Ermənistan KTMT ilə müttəfiqlik münasibətlərini institusional əsasda qurmaq istəyir: "Amma KTMT məsuliyyət zonasının harada olduğunu demədikdə, bu, Ermənistan üçün fundamental problem yaradır. KTMT-nin məsuliyyət sahəsini dəqiqləşdirmək lazımdır, bundan sonra təşkilatla münasibətlər institusionallaşa bilər". Bundan əlavə, Ermənistan baş naziri Jurnalistlər Birliyinin çağırışına cavab verib: "Bütün jurnalistlərin çağırılmaması logistika problemi ilə bağlıdır. Ermənistanda mətbuat orqanlarının sayı gündən-günə artır. Bu qədər jurnalisti yerləşdirmək lazımdır. Əgər siz etiraz etməsəniz, gələn dəfə sizsiz - onlarla konfrans keçirərik. Yalnız müxalif jurnalistlər üçün".
10-01-2023, 19:46
Qanunsuz ağackəsməylə bağlı cinayət işi açıldıQanunsuz ağackəsmə faktları üzrə cinayət işləri başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın 4 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. Araşdırma zamanı Ağdam, Balakən, Qusar və Ağsu rayonu ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahələrində 398 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində ümumilikdə 68 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanaraq aidiyyəti istintaq orqanlarına göndərilib.
10-01-2023, 19:27
Akar Suriyayla olan normallaşma prosesindən danışdıTürkiyənin milli müdafiə naziri Suriya və Türkiyə arasında olan normallaşma prosesindən danışıb. Nazir bu barədə hökumətin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. "Bu, prosesdir. 11 il sonra müdafiə nazirləri səviyyəsində görüş oldu. Arzumuz odur ki, qarşılıqlı görüşlər yolu ilə münasibətlər normallaşar, bölgə sülhünə töhfə verilər. Türkiyə terrorla mübarizə və miqrasiya problemini çözməyə çalışır", - deyə Akar bildirib. Nazir Ukraynadakı müharibə mövzusuna da toxunub. "Türkiyə əvvəldən bəri bu savaşın başlamasını önləmək üçün səylər göstərdi. Prezidentimiz Ərdoğan humanitar yardım göstərilməsi, atəşkəs və digər mövzuları gündəmə gətirdi. Bunun üçün tərəflər arasında dialoq olduqca böyük önəm daşıyır", - deyə Hulusi Akar əlavə edib.