Zəngilan və Cəbrayılda qartəmizləmə işləri görülür .....                        Lerikin kəndlərinə işığın verilməsi bərpa olunur - "Azərişıq” .....                        Əliyar Ağayev Avropa Liqasına təyinat aldı .....                        Vaqif Allahverdiyevə 8 il həbs verildi .....                        Rayonlarda qar intensivləşib, 12 dərəcə şaxta var .....                        Bu mükafatı almaq mənim üçün böyük şərəfdir - İlham Əliyev .....                        İlham Əliyev bank prezidenti ilə görüşdü .....                        Avropa Birliyindən Trampa XƏBƏRDARLIQ .....                        Kəlbəcərin yeganə 20 Yanvar şəhidi - Firuz Cabbarov .....                       
Tarix : 10-01-2023, 19:51
Sülh müqaviləsini Moskvanın təklif etdiyi əsasda imzalamağa hazırıq - Paşinyan


Sülh müqaviləsini Moskvanın təklif etdiyi əsasda imzalamağa hazırıq - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bir sıra məsələlərə münasibət bildirib. Paşinyan sülhməramlılar haqqında fikirlərinin tənqidi olmadığını bildirib. "Biz Rusiya sülhməramlılarını tənqid etmirik, narahat olduğumuzu bildiririk. Bu narahatlıqların uzun tarixi var. Mən bu məsələləri Rusiya Federasiyasının sülhməramlı kontingentinin komandiri ilə deyil, onun ali baş komandanı ilə müzakirə edirəm və bu, düzgün formatdır", - deyə o qeyd edib. Paşinyan hansı halda Azərbaycanla sülh müqaviləsinin imzalanmayacağını da açıqlayıb: "Sənəd Ermənistanın maraqlarına cavab verməsə, ondan imtina ediləcək. Razılaşmanın hazır olması barədə mütləq məlumat verəcəyimə əmin edirəm. Amma hələlik heç bir xəbər yoxdur. İrəvan sazişin mətni ilə bağlı öz şərhlərini Bakıya göndərib, lakin hələ də cavab almayıb. Ermənistan müqavilə bağlamağa hazırdır və əlindən gələni edəcək. Sənədin imzalanması yaxşı xəbər olacaq, çünki bu, tərəflərin öz maraqlarını balanslaşdıra bildiklərini ifadə edəcək. Amma indi problem sənədin məzmununda deyil, onun həyata keçirilməsi mexanizmindədir", - deyə baş nazir bildirib. O bəyan edib ki, Ermənistan tərəfi sülh müqaviləsini Moskvanın təklif etdiyi əsasda imzalamağa hazırdır, həm də Qərb ölkələrinin təkliflərinə baxıla bilər. Paşinyan, həmçinin KTMT-lə münasibətlərdən də danışıb. O vurğulayıb ki, Ermənistan KTMT ilə müttəfiqlik münasibətlərini institusional əsasda qurmaq istəyir: "Amma KTMT məsuliyyət zonasının harada olduğunu demədikdə, bu, Ermənistan üçün fundamental problem yaradır. KTMT-nin məsuliyyət sahəsini dəqiqləşdirmək lazımdır, bundan sonra təşkilatla münasibətlər institusionallaşa bilər". Bundan əlavə, Ermənistan baş naziri Jurnalistlər Birliyinin çağırışına cavab verib: "Bütün jurnalistlərin çağırılmaması logistika problemi ilə bağlıdır. Ermənistanda mətbuat orqanlarının sayı gündən-günə artır. Bu qədər jurnalisti yerləşdirmək lazımdır. Əgər siz etiraz etməsəniz, gələn dəfə sizsiz - onlarla konfrans keçirərik. Yalnız müxalif jurnalistlər üçün".


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!