2-01-2023, 16:24
Sabahın hava proqnozuYanvarın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-13° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət 55-60 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3°-dək şaxta olacaq.
2-01-2023, 16:21
Çavuşoğlu Braziliyanın yeni Prezidenti ilə andiçmə mərasimindəTürkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Brazilyanın yeni Prezidenti Lula da Silvanın andiçmə mərasimində iştirak edib. Bu barədə xarici işlər naziri M.Çavuşoğlu özü "Twitter" hesabında paylaşım edib. "Braziliyanın yeni prezidenti Lula da Silvanın andiçmə mərasimində iştirak etdik. Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğanın təbriklərini və xoş arzularını ona çatdırdıq",-nazir teweet-də qeyd edib.
2-01-2023, 16:15
Rusiyanı müharibəni dayandırmağa məcbur edəcəyik - ŞtoltenberqRusiyanın müharibəni dayandırmaq fikri yoxdur. Beləliklə, Qərb ölkələri Ukraynaya uzunmüddətli dəstək verməyə hazır olmalıdır. Bunu BBC-yə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib. O qeyd edib ki, hərbi dəstək Ukraynanın suveren dövlət kimi ayaqda qalmasını təmin edəcək. Eyni zamanda Moskvanı müharibəni dayandırmaq üçün danışıqlar masası arxasına oturmağa məcbur edəcək.
2-01-2023, 16:04
Gədəbəydə polis özünə atəş açdı Gədəbəy rayonunda Şəmkir Regional Mühafizə şöbəsinin əməkdaşı, polis nəfəri Ülfət Bənnayev tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) mətbuat xidmətindən bildirilib. Rəsmi məlumata görə, hadisə əməkdaşın səhər saatlarında əməkdaşın xidmətə çıxmazdan əvvəl tabel silahını təhvil alarkən baş verib. O, xəstəxanaya yerləşdirilib. Hazırda araşdırmalar davam etdirilir.
1-01-2023, 21:34
Polşada Yeni il atəşfəşanlığı iki nəfərin ölümüylə nəticələndiPolşada Yeni il atəşfəşanlığı zamanı 700-ə yaxın yanğın baş verib. Bu barədə Polşanın dövlət yanğından mühafizə xidmətinin rəsmi nümayəndəsi Karol Kejkovski bildirib. Yanğınlar əsasən zibil qutularında, avtomobillərdə baş verib. Onun sözlərinə görə, yanğınlar nəticəsində 7 nəfər xəsarət alıb, 2 nəfər ölüb. Yanğın zamanı 12 avtomobil yanıb.
1-01-2023, 21:30
Laçın yolundakı etiraz aksiyası eyni sürətlə davam edirAzərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası axşam saatlarında da coşqu ilə davam edir. Havanın soyuq olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. Onlar ekoloji terrorun dayandırılması ilə bağlı şüarlar səsləndirirlər. Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edən aksiya artıq 21-ci gündür davam edir.
1-01-2023, 21:27
Küveyt ilk peykini buraxmağa hazırlaşırKüveyt ilk peykini yanvarın 3-də orbitə çıxarmağı planlaşdırır. Bu barədə Küveytin "Kuna" agentliyi məlumat yayıb. Peyk ABŞ-ın Florida ştatındakı platformadan buraxılacaq. “Kuwait Sat-1” adlanan peyk orbitə buraxıldıqdan təxminən 4 saat 2 dəqiqə sonra, öz missiyasını yerinə yetirməzdən əvvəl yerüstü stansiyaya ilk siqnal göndərəcək. Peyk yer kürəsinin ətrafında fırlanacaq və görüntüləri ekspert qrupu tərəfindən analiz üçün göndərən yüksək keyfiyyətli kameraya malikdir.
1-01-2023, 21:24
Almaniyada Yeni il iğtişaşlarla yadda qaldıBerlində Yeni il iğtişaşlarla yadda qalıb. İlin ilk gecəsində fövqəladə hallar xidmətlərinə 38 hücumun edildiyi, bu zaman 15 əməkdaşın yaralandığı bildirililb. 22 nəfər fişəng atəşi nəticəsində xəsarət alıb. Onlardan biri xəstəxanadadır.
1-01-2023, 21:22
Fişəng partlaması nəticəsində qolunu itirdiİtaliyada Yeni il gecəsi baş verən pirotexniki partlayışlar nəticəsində 180-ə yaxın insan xəsarət alıb. Bu barədə bazar günü respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, 48 zərərçəkən xəstəxanaya yerləşdirilib, onlardan 11-nin vəziyyəti ağır qiymətləndirilir. Ən ağır hadisələr Neapol və Milanda qeydə alınıb. Romada 59 avtomobil yandırılıb. Qurbanlar arasında 50 azyaşlı var. İtaliyanın cənubundakı Tarantoda fişəng partlaması nəticəsində aldığı xəsarətlər səbəbindən 10 yaşlı uşağın qolu amputasiya edilib.
1-01-2023, 21:04
Ukraynadan 16 milyon tondan çox taxıl məhsulları ixrac edilib - Ərdoğan"Ərzaq müqaviləsi çərçivəsində Ukraynadan 16 milyon tondan çox kənd təsərrüfatı məhsulları ixrac edilib". Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Twitter hesabında yazıb. “Bizim açdığımız dəhliz sayəsində 16 milyon tondan çox taxıl və taxıl məhsulları Ukrayna limanlarını tərk edərək bütün dünyaya çatdı”, - Ərdoğan deyib. İyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Müqavilənin müddəti noyabrın 18-də başa çatıb, lakin tərəflərin etirazı olmadığı üçün avtomatik olaraq 120 gün müddətinə uzadılması nəzərdə tutulurdu. Sövdələşmənin özü paket sövdələşmənin ayrılmaz hissəsidir, o, digər şeylərlə yanaşı, Rusiyanın ərzaq və gübrə ixracının qarşısının alınmasını nəzərdə tutur. Moskva qeyd edib ki, məhz bu, yerinə yetirilməyib. Eyni zamanda, BMT-dən məhdudiyyətlərin aradan qaldırılacağına dair təminatlar var idi.