Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
19-12-2022, 17:11
Gələn ildən vergi sahəsində dəyişiklik olacaq


Gələn ildən vergi sahəsində dəyişiklik olacaq

Proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi tutulacaq. Bu barədə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində qeyd olunub. Qanun layihəsinə görə, 2023-cü il yanvarın 1-dən 3 il müddətində aylıq gəlir 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi, 2026-cı il yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 5 faizi tutulacaq.
19-12-2022, 17:05
Onlar da aksiyaya dəstəyə gəldilər..


Onlar da aksiyaya dəstəyə gəldilər..

Mina qurbanları və ya onların yaxınları aksiyaya dəstək vermək məqsədilə Laçın-Xankəndi yoluna gəliblər. Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarının monitorinqinin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası artıq səkkiz gündür davam edir. Mina qurbanları və onların yaxınları da bu gün aksiyaya qoşulublar. Qeyd edək ki, işğal dövründə bir milyondan çox mina Ermənistan tərəfindən Azərbaycan torpaqlarında basdırılıb. Bu, təbiətə, insanlığa qarşı görünməmiş vəhşilikdir. Ekoloji terror olan mina problemi hələ də davam edir. Postmüharibə dövründə də Ermənistan minalama siyasətini dayandırmayıb.
19-12-2022, 17:02
Laçın yolundakı aksiya davam edir - Etirazçı kütləsi genişlənir


Laçın yolundakı aksiya davam edir - Etirazçı kütləsi genişlənir

Artıq 8 gündür ki, ekologiya üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatları, ictimai fəallar və könüllülər Şuşa-Xankəndi yolunda ekoloji cinayətlər əleyhinə aksiya keçirirlər. Hava şəraitinin soyuq olmasına baxmayaraq, dinc aksiya hazırda davam edir. Getdikcə aksiya iştirakçılarının sayı daha da artır və ölkənin bütün bölgələrindən Laçın yoluna axın müşahidə edilir. Aksiyanın fəal iştirakçılarından biri olan siyasi şərhçi Tural İsmayılov son durum barədə məlumat verib. O bildirib ki, dinc aksiyanın əsas tələbi dəyişməz olaraq qalır və etirazçılar ekoloji cinayətlərə son qoyulmasına çağırış edirlər: "Aksiya iştirakçılarının əsas tələbləri ekoloji terrorla bağlıdır. Azərbaycan xalqı öz sərvətlərinin talanmasına, ərazilərinin ekoloji cəhətdən çirkləndirilməsinə etiraz edir. Eyni zamanda müşahidə qruplarımızın Qızılbulaq və Dəmirli yataqlarına monitorinq üçün buraxılmasını tələb edirlər. Aksiyalar siyasi şüar səsləndirilmədən, siyasi məqsəd ifadə edilmədən mədəni şəkildə, gecə-gündüz dayanmadan davam edir. Aksiya daha güclü mərhələyə keçib. Çünki etirazçıların sıraları genişlənir". T.İsmayılov vurğulayıb ki, "Arayik, rədd ol!", "Vardanyan, rədd ol!" şüarları Azərbaycan xalqının ümumi tələbi kimi səsləndirilir: "Gecəboyu belə şüarlar səsləndirilməyib. Gün ərzində Vardanyanla, Qarabağdakı separatçılarla bağlı şüarlara rast gəlmək mümkündür. Amma separatçıların Azərbaycandan çıxarılması xalqın ümumi tələblərindən biridir. Hazırda davam edən aksiya Azərbaycan xalqının erməni separatçılarının suverenliyimizi pozmasına etirazıdır. Bunu siyasi şüar kimi yox, ümumi tələb kimi dəyərləndirmək lazımdır". Aksiya iştirakçılarının sağlıq durumuna gəlincə, T.İsmayılov hər şeyin qaydasında olduğunu söyləyib: "Tibb məntəqəsi kifayət qədər peşəkar formada hazırlanıb. Burada həyati əhəmiyyətli dərmanlar mövcuddur. Həkimlər narahatlıq yaşayan etirazçılara diqqət göstərir, onlarla mütəmadi şəkildə maraqlanırlar. Dağ havası olduğuna görə, istər-istəməz qan təzyiqi qalxır. Başqa problemlərlə də məntəqəyə müraciət edənlər olub. Ümumilikdə isə hər şey qaydasındadır". "Ümumiyyətlə, sülhməramlılarla, aksiya iştirakçıları ünsiyyətə girmir. Hansısa gərginlik və aqressiya müahidə edilmir. Aksiya iştirakçıları tələbləri yerinə yetirilənə qədər öz işlərini davam etdirəcəklərini deyiblər. Yeni qruplar aksiyaya qoşulurlar. Bir sözlə, proses əvvəlkindən daha güclü şəkildə gedir. Aksiya iştirakçılarının inadkar mübarizəsi onların tələblərinin yerinə yetiriləcəyinə işarə edir. Başqa cür aksiyanın dayanması gözlənilmir", - gənc fəal vurğulayıb. Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
19-12-2022, 16:58
Azad olunmuş bölgələrdə minalar aşkarlandı


Azad olunmuş bölgələrdə minalar aşkarlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 94 mina aşkarlanıb. ANAMA-dan verilən məlumata görə, dekabrın 12-dən 17-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 59, tank əleyhinə idə 35 mina və 297 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 579 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
19-12-2022, 16:54
Temperatur aşağı düşəcək - 15 dərəcə şaxta gözlənilir


Temperatur aşağı düşəcək - 15 dərəcə şaxta gözlənilir

Bakıda və Abşeron yarımadasında dekabrın 19-u axşamdan başlayaraq 21-i səhərədək hava şəraitinin qısa müddətə kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23- 28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 20-də hava arabir yağıntılı olacaq. Havanın temperaturu gecə və gündüz 2-5° isti olacaq. Azərbaycanın rayonlarında dekabrın 19-dan 20-na keçən gecə şimal və dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, qərb rayonlarından başlayaraq 21-i gündüzədək ölkə ərazisində hava şəraitinin qısa müddətə kəskin intensivləşəcəyi gözlənilir. Havanın temperaturu: dağlıq və dağətəyi rayonlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacağı, aran rayonlarında isə gece saatlarında "0"-yǝ yaxınlaşacağı gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq, duman olacaq.
19-12-2022, 16:51
Vardanyan erməniləri təxribata sürükləyən çağırışla çıxış etdi


Vardanyan erməniləri təxribata sürükləyən çağırışla çıxış etdi

Qarabağ separatçılarının qondarma “dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyan erməniləri təxribata sürükləyən çağırışla çıxış edib. Şənbə günü Xankəndidə izdihamlı mitinq çağıran, lakin buna nail ola bilməyən R.Vardanyan əvəzində Ağdərə şəhərində və Xocavənd rayonunun mərkəzində təxribat məqsədli görüşlər keçirib. Ermənistan KİV-lərinin məlumatına görə, Ruben Vardanyanı bu görüşlərdə separatçı rejimin “deputatları” müşayiət ediblər. Vardanyan Ağdərədəki qızıl və mis yataqlarını qanunsuz istismar edən “Base Metals” şirkətində olub, onun rəhbərliyi və işçiləri ilə görüşüb. Mövcud vəziyyətdən və Azərbaycanın həyata keçirdiyi siyasətdən danışan milyarder təxribatçı çağırışlar səsləndirib. Qarabağdakı mülki ermənilərlə görüşdə R.Vardanyan hazırkı vəziyyətdə iki ssenarinin olduğunu qeyd edib: “Birincisi döyüşməkdir. Etiraf etmək lazımdır ki, noyabrın 9-dan sonra bizdə sülh yoxdur, əslində müharibə davam edir. Hələ ki ciddi informasiya müharibəsi gedir...”. Ruben Vardanyan deyib ki, ikinci ssenari ermənilərin Qarabağdan getməsidir ki, bu da onlar üçün qəbuledilməzdir: “Buna heç vaxt yol verməməliyik. Müharibə davam edir və bu vəziyyətdə biz mütəşəkkil şəkildə müqavimət göstərməyi bacarmalıyıq. Ağıllı həllər tapmalı və mübarizəyə hazır olmalıyıq. Mən buraya sizinlə birlikdə döyüşmək və qalib gəlmək, həyatımızı və gələcəyimizi müstəqil, təhlükəsiz “Artsax”da qurmaq üçün gəlmişəm”. Sosial şəbəkələrin erməni seqmentindəki xəbərlərdən belə məlum olur ki, Ruben Vardanyanın revanşist çağırışlarına birmənalı reaksiya yoxdur.
19-12-2022, 16:31
vid-20221219-wa00050.mp4 [5,2 Mb] (yüklənib: 4)


Laçın yolunda keçid problemi yoxdur

Biz hətta istənilən mülki erməninin aksiya yerindən keçidinə şərait yaradıla bilər;
- bizdən qorxmaq lazım deyil, biz sülh carçılarıyıq;
- biz “yolkəsən quldur” deyilik, biz sülhə yol açanlarıq;
- dinc ermənilər bizə xilaskarları kimi baxa bilərlər, biz onları girov saxlayan, alət kimi istifadə edən quldur rejimi lənətləyirik;
- bizim erməni uşaqları ilə, yaşıdlarımızla, mülki əhali ilə heç bir problemimiz yoxdur, bizim düşmənimiz ərazimizi talayan quldurlardır.
19-12-2022, 15:34
Dünya Çempionatının “ən yaxşıları” mükafata layiq görüldü


Dünya Çempionatının “ən yaxşıları” mükafata layiq görüldü

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının ən yaxşıları mükafatlandırılıb. Fərdi mükafatları bu futbolçular qazanıb:
Ən gənc oyunçu: Enso Fernandes (Argentina)
Ən yaxşı qapıçı ("Qızıl əlcək" mükafatı): Emiliano Martines (Argentina)
Ən yaxşı bombardir ("Qızıl buts" mükafatı): Kilian Mbappe (Fransa)
Ən yaxşı oyunçu ("Qızıl top" mükafatı): Lionel Messi (Argentina)




18-12-2022, 21:12
İran ilin sonuna qədər ən azı iki peyk buraxacaq


İran ilin sonuna qədər ən azı iki peyk buraxacaq

İran bu ilin sonuna qədər kosmosa ən azı iki peyk buraxacaq. Bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri İsa Zarepur bildirib. Kosmosa buraxılacaq peyklərə “Nahid1” və “Nahid2” adı verilib. İranlı nazir qeyd edib ki, növbəti peyklər buraxılmaq üçün hazırlıq mərhələsindədir. "Nahid" İranın Kosmik Tədqiqatlar İnstitutu tərəfindən qurulan telekommunikasiya peykləridir. Peyklərdən birincisi 2015-ci ildə təqdim edilib.
18-12-2022, 21:08
Məşhurlar da dünya çempionatını gələnlər arasındadır


Məşhurlar da dünya çempionatını gələnlər arasındadır

Futbol üzrə dünya çempionatının finalında Argentina və Fransa yığmaları üz-üzə gəlir. Final matçını izləmək üçün Qətərə gələnlər arasında məşhurlar da var. Belə ki, Fransa Prezidenti Emmanuel Makron, amerikalı milyarder İlon Mask, "Milan"ın məşhur futbolçusu Zlatan İbrahimoviç və digərləri həlledici görüşü stadiondan izləyirlər.




����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!