29-11-2022, 21:23
Zelenski Şoltsla taxıl sazişini müzakirə etdi Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub. Bu barədə Zelenski "Twitter" hesabında yazıb. O, Ukrayna taxılının daşınması təşəbbüsünü dəstəklədiyinə görə Şoltsa təşəkkür edib. “Biz sülhə nail olmaq üçün Ukrayna formulunun gerçəkləşdirilməsini və Rusiyanın raket terrorundan ölkəmizin qorunması üçün birgə əməkdaşlığımızı müzakirə etdik”, - deyə Zelenski qeyd edib.
29-11-2022, 21:19
Ermənistan 8 kəndi hələ də işğal altında saxlayır - XİN“Cari ilin sentyabr ayında delimitasiya olunmamış sərhəddə Ermənistan tərəfinin mina basdırması və hərbi mövqelərimizə qarşı təxribat törətməsi nəticəsində baş vermiş toqquşma nəticəsində Azərbaycanın guya Ermənistan ərazilərini işğal etməsi iddiasının heç bir əsası yoxdur”. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 28 noyabr 2022-ci il tarixində “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı səsləndirdiyi iddialarla bağlı şərhində bildirilib. “30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərini işğal altında saxlayan, Azərbaycanın 8 kəndini hələ də işğal edən, qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayan, hərbi təxribatlarını və mina təhdidlərini davam etdirən Ermənistanın Azərbaycanı delimitasiya edilməmiş sərhəddə hər hansı mövqe tutmaqda və bununla komissiyanın işinə maneçilik törətməkdə təqsirləndirməsi heç bir məntiqə sığmır. 2020-ci il Vətən müharibəsindən sonra ölkəmizin Ermənistanla sərhədlərin delimitasiya olunması təklifinə uzun müddət heç bir cavab verməyən tərəfin məhz Ermənistan olduğu da unudulmamalıdır” - A.Hacızadə qeyd edib.
29-11-2022, 21:05
Ukrayna Fransadan reaktiv yaylım atəş sistemi aldıUkrayna Fransadan daha bir Lance Roquette Unitaire (LRU) uzaq mənzilli reaktiv yaylım atəş sistemi alıb. Bu barədə Ukrayna müdafiə naziri Oleksiy Reznikov "Twitter" hesabında yazıb. “Ukrayna ordusunun “uzun əl” (uzaq mənzilli raket atışı sistemləri) ailəsinin 4-cü üzvü bu gün Fransadan ölkəmizə gəldi. Ukrayna ordusu indi düşmənin qarşısını almaq və məhv etmək üçün daha güclüdür. Bu ölkələrimizin liderləri arasında dostluğun gözlənilən nəticəsidir. Fransa müdafiə naziri Sebastiyen Lekornuya, hökumətinə və xalqına təşəkkür edirəm” ,- Reznikov vurğulayıb.
29-11-2022, 20:59
Şabran və Qubada yanan meşələr bərpa olunurYay aylarında yanğına məruz qalmış ərazilərin bərpası məqsədilə növbəti meşəbərpa tədbirləri bu gün Şabran və Quba rayonlarının meşə fondu torpaqlarında keçirilib. Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, əkinə hazır vəziyyətə gətirilmiş meşə ərazilərində ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin və Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə ümumilikdə 5 hektar sahədə ağac əkini və toxum səpini işləri aparılıb: “Ölkə ərazisinin yanğına məruz qalmış meşə fondu torpaqlarında bərpa tədbirləri payız əkin mövsümünün sonunadək davam edəcək”.
29-11-2022, 20:52
“Biz bilirik ki, sülh prosesi asan deyil” – ABŞ rəsmisi“Mən Bakıya səfər etməkdən və Birləşmiş Ştatların Azərbaycandakı Səfirliyindən sizinlə danışmaqdan məmnunam”. Bunu ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker deyib. O bildirib ki, Azərbaycanın potensialı nəzərə çarpır:“Hər dəfə buraya döndüyüm zaman mən iqtisadiyyatın, insanların dayanıqlığının və bütün Cənubi Qafqaz bölgəsi üçün imkanların artdığını müşahidə edirəm. Dövlət katibi Antoni Blinken sülhün əldə olunması üçün imkana və Cənubi Qafqazın potensialına çox inanır. O, coğrafiyanın vacib olduğunu anlayaraq, məndən bölgəyə səfər etməyi xahiş etdi. Mən indi Bakıdayam, buradan da Tbilisi və İrəvana səfər edəcəyəm. Bu bölgədə coğrafiya və tarix görüşür. Biz bilirik ki, sülh prosesi asan deyil. Bilirəm ki, münaqişə hər iki tərəfdə illər boyu böyük çətinliklərə və əzaba səbəb olmuşdur. Lakin inanıram ki, ümid də var. Dinc gələcək üçün olan bir ümid. Ümid edirəm ki, sülh danışıqları zamanı əldə edilən impuls saxlanıla biləcək və daha parlaq gələcəyin təminatı üçün tarixin yeni səhifəsi açıla bilər”. ABŞ rəsmisi qeyd edib ki, hazırda gələcəyə baxan və davamlı sülhü əldə etmək istəyən hər iki ölkə tərəfindən real və cəsarətli addımlar müşahidə edilir: “Dövlət katibi Blinkenin qeyd etdiyi kimi, hər iki ölkə Cənubi Qafqazda daha firavan, dinc gələcəyi təmin etmək naminə çalışır. Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu dəstəkləyir və əldə olunan impulsun yeni ildə də saxlanılmasına çağırır. Real proqres əldə olunub, sülh daha yaxşı və parlaq gələcək vəd edir. Mən sülhün əldə olunması üçün nümayiş etdirilən zəruri cəsarəti və qətiyyəti alqışlayıram”.
29-11-2022, 20:46
Ruslar saxta sənədlə Finlandiyaya qaçır - Araşdırma başladıldıFinlandiyanın Sərhəd Xidməti ölkə ərazisinə daxil olarkən xarici pasportlarına saxta möhür vurulmuş Rusiya vətəndaşları ilə bağlı araşdırmalara başlayıb. Bu barədə Finlandiyanın “Yle” telekanalı məlumat yayıb. Bildirilib ki, hazırda qeydə alınmış 88 belə fakt üzrə araşdırmalar davam etdirilir. İl ərzində ümumilikdə 350 saxta möhürlü pasportlardan istifadə etməklə ölkə ərazisinə qanunsuz daxil olma faktı müəyyən edilib. Sərhəd Xidməti rəsmisinin verdiyi məlumata görə, belə hallar daha çox Şimali Qafqaz əsilli Rusiya vətəndaşları tərəfindən törədilib. Qeyd edək ki, xarici pasporta vurulmuş möhür vasitəsilə insanların Avropa Birliyi ərazisində nə qədər qalması müəyyən edilir. Rusiya vətəndaşları üçün nəzərdə tutulmuş 90 günlük müddət başa çatdıqda saxta möhürlə bu müddətin uzadılmasına cəhd edilir.
29-11-2022, 20:45
Bu şəxslər valideynlik hüququndan məhrum ediləcəkValideynlər (onlardan biri) uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə valideynlik hüququndan məhrum ediləcək. Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Həmçinin, dəyişikliyə əsasən, 14 yaşına çatmayan şəxslərə qarşı zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olanlar 20 ilədək azadlıqdan məhrum ediləcək. Dəyişiklikər müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.
29-11-2022, 20:40
NATO-dan İrana xəbərdarlıqRusiyanın silah ehtiyatı azaldığı üçün digər ölkələrdən silahlar alır. Bunun bariz nümunəsi də İrandan alınan silahlardır. Bunu NATO-nun Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib.“Heç bir ölkə Rusiyanı silahla təchiz etməməlidir”, - Yens Stoltenberq əlavə edib.
29-11-2022, 15:56
NATO-dan İrana xəbərdarlıqRusiyanın silah ehtiyatı azaldığı üçün digər ölkələrdən silahlar alır. Bunun bariz nümunəsi də İrandan alınan silahlardır. Bunu NATO-nun Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib.“Heç bir ölkə Rusiyanı silahla təchiz etməməlidir”, - Yens Stoltenberq əlavə edib.
29-11-2022, 15:53
Fazil Mustafa: “Heç bir qanun mükəmməl deyil”"Siyasi partiyalar haqqında" qanun layihəsi yeganə qanundur ki, hazırlıq müddətində bu qədər dəyişikliklər oldu. Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib. Deputat qeyd edib ki, ümumilikdə heç bir qanun mükəmməl deyil. "Zamanın tələbinə uyğun olaraq, müəyyən dəyişikliklər olacaq. Qanunda müəyyən məhdudiyyətlər də var ki, onları qeyd etmək lazımdır. Qanunda qeyd olunur ki, xalqın adından danışmaq olmaz. Bu müddəa düzgün deyil. Məsələn, bu gün mən deyirəm ki, Fransa Senatının Azərbaycan haqqında çıxışlarını lənətləyirəm. İndi bunu deməyim? Xalqın adından çıxış etməyim? Bu müddəada uyğunsuzluqlar var”, - deyə Fazil Mustafa vurğulayıb.