Putin Pezeşkiana başsağlığı verdi .....                        53 vətəndaşımız İrandan təxliyə edildi .....                        Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur .....                        İranda minlərlə hədəfi vuracağıq - Netanyahu .....                        Azərbaycan və İran XİN başçıları telefonla danışdı .....                        Xameneinin yerinə o təyin olundu .....                        Xamenei kim idi - DOSYE .....                        İran Hörmüz boğazını açdı .....                        Bu ölkələrin vətəndaşları Azərbaycana təxliyə olundular .....                       
14-11-2025, 14:30
Bakı və Abşeronda 21 kq narkotik aşkarlandı - 6 nəfər həbs edildi


Bakı və Abşeronda 21 kq narkotik aşkarlandı - 6 nəfər həbs edildi

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zaman 21 kq narkotik vasitə və 600 ədəd psixotrop tərkibli həb aşkarlanıb.
Abşeron, Suraxanı, Sabunçu və Xəzər rayonlarında keçirilən növbəti tədbirlər zamanı əvvəllər məhkum olunan Araz Firidunbəyli, Arzu Hüseynov, Nahid Mənsimov, Vüsal Əliyev, Şəmistan Rəfili və Adil Ağazadə saxlanılıblar.
Onlardan 21 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 600 ədəd metadon həbi aşkarlanıb.
Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin olunan nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

14-11-2025, 14:07
Əli Nağıyev və Orxan Sultanov Xankəndi toplantısında - FOTO


Əli Nağıyev və Orxan Sultanov Xankəndi toplantısında - FOTO

2025-ci il noyabrın 14-də Xankəndi şəhərində “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransının XXVII plenar iclası keçirilib.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın müvafiq xidmət rəhbərləri, həmçinin fəxri qonaq qismində Macarıstandan olan nümayəndə iştirak edib.
Tədbiri açıq elan edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti səsləndirdikdən sonra plenar iclasın mövzusu ilə bağlı geniş nitqlə çıxış etmişdir. Müasir dövrdə beynəlxalq sabitliyə çoxsaylı təhdidlərin dünyanın nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyinə təsirsiz ötüşmədiyini və türk dövlətlərinin önəmli nəqliyyat şəbəkələrinin üzərində yerləşdiyini qeyd edən Xidmət rəisi bildirmişdir ki, həmin nəqliyyat marşrutlarının təhlükəsizliyinin təmin olunması üçün sözügedən ölkələr arasında müvafiq sahədə əməkdaşlıq əlaqələrinin davamlı şəkildə möhkəmləndirilməsi, birgə səylərin hər zaman səfərbər edilməsi, məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir.
General-polkovnik Əli Nağıyev beynəlxalq nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsiz fəaliyyətinin təminatında, onların beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, qaçaqmalçılıq və sair mənfi təzahürlü hallardan qorunmasında xüsusi xidmət orqanlarının oynadığı roldan da ətraflı söhbət açmışdır.
Vurğulanmışdır ki, Uzaq Şərqdən Avropaya qədər uzanan Orta Dəhlizin vacib tərkib hissəsi olan Zəngəzur dəhlizinin reallaşdırılmasına bəzi destruktiv dairələr hər vəchlə maneçilik törətməyə çalışır və bu amil göstərilən istiqamətdə təhlükəsizliyin etibarlı təmin olunmasını mühüm vəzifələrdən biri kimi qarşıya qoyur.
Daha sonra tədbir digər iştirakçıların çıxışları və qarşılıqlı müzakirələrlə davam etmiş, sonda plenar iclasın yekun sənədi imzalanmışdır.



14-11-2025, 12:38
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda noyabrın 15-də havanın çiskinli olacağı, rayonlarda leysan yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-13, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-10, gündüz 15-19, dağlarda gecə 2-5, gündüz 5-9 dərəcə isti olacaq.
14-11-2025, 00:30
KTMT-nin baş katibi “qara siyahı”ya salındı


KTMT-nin baş katibi “qara siyahı”ya salındı

Ukraynanın “Mirotvorets” adlı onlayn bazası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetovu siyahısına daxil edib.
Bu barədə məlumat resursun saytında yer alıb.
Tasmaqambetov Ukraynaya qarşı aqressiyanı dəstəkləməkdə ittiham olunur. “Mirotvorets” Ukraynada “dövlətin təhlükəsinə təhdid yaradan və ya düşmənçilik mövqeyində olan şəxslərin” şəxsi məlumatlarını dərc etməsi ilə tanınır.
Qeyd edək ki, İmanqali Tasmaqambetov 2023-cü il yanvarın 1-dən KTMT-nin baş katibi vəzifəsini icra edir.
14-11-2025, 00:17
Beydulla Manafov Baş Prokurorluğa çağırıldı


Beydulla Manafov Baş Prokurorluğa çağırıldı

Xaricdə yaşayan Beydulla Manafov Baş Prokurorluğa çağırılıb.
Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən Beydulla Manafova Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.
Məlumatda cinayət prosesini həyata keçirən orqanın adı və ünvanı qeyd olunub. Təqsirləndirilən şəxs 1947-ci il təvəllüdlü Beydulla Ənvər oğlu Manafovdur.
Ona izah edilir ki, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 20 noyabr 2025-ci il tarixdə 14:00-da Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinin inzibati binasına gəlməlidir.
Təqsirləndirilən şəxsə münasibətdə ittihamın mahiyyəti ondan ibarətdir ki, 25200606 saylı cinayət işi üzrə 26 fevral 2025-ci il tarixdə Beydulla Manafovun barəsində Cinayət Məcəlləsinin 281.2 və 283.1-ci maddələri ilə ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaq orqanından qaçaraq Azərbaycanın hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı həmin tarixdə axtarış elan edilib.
Binəqədi Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. 18 sentyabr 2025-ci il tarixdə ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək onun barəsində Cinayət Məcəlləsinin 281.2 və 283.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib.
Həmin qərara əsasən, Beydulla Manafov jurnalist Sevinc Osman qızı Mirzəyeva ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmağı təşviq etməklə 2 sentyabr 2023-cü il və 13 yanvar 2024-cü il tarixlərində Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn qəsdən açıq çağırışlar edilməsinə, bu cür məzmunlu videomaterialları qrup üzvü Sevinc Mirzəyeva vasitəsilə qeyri-məhdud sayda şəxslərin izləyə biləcəyi "YouTube" internet portalında "Sevinc Osmanqızı TV" adlı kanalı vasitəsilə ilə yayılmasına, habelə qeyrisi ilə əlbir olan qrup şəxs halında birləşərək 24 avqust 2024-cü il tarixində aşkar sürətdə Azərbaycan xalqının milli ləyaqətinin alçaldılmasına yönələn hərəkətlər etməsinə və qabaqcadan qeyrisi vasitəsi ilə "AzerFreedom TV Qarabağ" adlı kanalda yeni internet informasiya resursunda yayılmasına əsaslı şübhələr müəyyən edilib.
Təqsirləndirilən şəxsə izah edilir ki, Cinayət-Prosessual Məcəlləsinin 467-13.3-cü maddəsinə əsasən ibtidai istintaqda iştirak etmək, özünün seçimi əsasında müdafiəçi ilə təmin olunmaq və digər prosessual qaydalara malikdir. Müdafiəçidən istifadə etdiyi halda onunla bağlı məlumatları istintaq orqanına göndərməlidir. Qiyabi icraatın açıla biləcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilir.
Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Beydulla Manafova xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla bilər və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.
14-11-2025, 00:15
Yunanıstandan Türkiyəyə hörmətsizlik


Yunanıstandan Türkiyəyə hörmətsizlik

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstana nota verib.
Bu barədə məlumatı “CNN Türk” yayıb.
Yunanıstan Hərbi Hava Qüvvələrinin sosial media hesablarında C-130 təyyarələrini paylaşaraq “Günün fotosu” başlığı yazması Türkiyədə birmənalı qarşılanmayıb.
Tənqidlərə səbəb olan paylaşım silinsə də, Türkiyə Xarici İşlər Nazirliyinin Yunanıstana şifahi nota verdiyi bildirilib.
13-11-2025, 23:56
Kiyevə hərbi yardımı dayandırın!


Kiyevə hərbi yardımı dayandırın!

Brüssel artıq bir neçə ildir ki, Avropa xalqının pullarından istifadə edərək, Ukrayna dövlətini maliyyələşdirir. Bu arada Ukraynada korrupsiya geniş yayılıb və təəccüblü deyil ki, hələ heç kim Aİ-dən alınan vəsaitlərin necə xərcləndiyinə dair dəqiq hesabat görməyib. Bu dəliliyi dayandırmaq vaxtıdır, biz Avropa xalqının pullarını Ukraynaya göndərməməliyik.
Bu açıqlama ilə Macarıstanın xarici işlər naziri Peter Siyarto çıxış edib.
O, həmçinin hökumətinin Ukraynaya yeni subsidiyalar və kreditlər verilməsini nəzərdə tutan Aİ təşəbbüslərində iştirak etməyəcəyinə söz verib.
13-11-2025, 23:23
Paşinyandan keçmiş liderlərə sərt sözlər


Paşinyandan keçmiş liderlərə sərt sözlər

Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərini ölkənin siyasi sistemini “xarici təsir agentlərindən təmizləmək” üçün mühüm imkan adlandırıb.
Paşinyan bu fikirləri parlamentdə 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxışı zamanı səsləndirib.
O bildirib ki, cəmiyyətdə tez-tez hökumətin hələ də Robert Koçaryan və Serj Sarkisyan kimi əvvəlki liderlərin təsirinə reaksiya verdiyi barədə tənqidlər eşidilir:
“Vətəndaşlar deyirlər ki, bəzən sizə bu mövzulara qayıtmaq rahatdır, çünki real problemlərin həllindən yayınmaq imkanı yaradır. Bu vəziyyətə son qoymaq lazımdır və bunun yolu yaxınlaşan parlament seçkiləridir. Biz elə etməliyik ki, onların rəhbərlik etdiyi siyasi qüvvələr parlamentdə olmasın”.
Baş nazir qeyd edib ki, “başqa ölkənin təsir agentləri bu gün Ermənistan dövlətinə nifrət və ikrah hissi aşılamağa çalışırlar”, lakin ölkə “özünün suveren iradəsinə və qərarvermə mərkəzinə malikdir”.
Paşinyan çıxışı zamanı “Daşnaksutyun” Partiyasının təmsilçilərinə də sərt ittiham yönəldib:
“Partiyanız 70 il ərzində dünyanın müxtəlif yerlərində həmin ölkənin təsir agenti kimi fəaliyyət göstərib. Məsələ hazırda hansı ölkədən söhbət getməsindən ibarət deyil. Biz qərar verməliyik: öz parlamentimizdə xarici təsir agentlərinin şəbəkəsini qəbul edəcəyik, ya yox. Mənim cavabım – yox”.
13-11-2025, 23:07
Türkiyədə daha bir təyyarə qəzası – pilot həlak oldu


Türkiyədə daha bir təyyarə qəzası – pilot həlak oldu

Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsinin qalıqları tapılıb, pilot həlak olub.
Bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı məlumat paylaşıb.
“Xorvatiyada rabitə əlaqəsi kəsilən Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəmizin qalıqları Senj şəhəri yaxınlığında aşkar edilib. Bu faciəvi qəzada həlak olan pilota Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirəm. Meşəçilik təşkilatımıza və böyük xalqımıza başsağlığı verirəm”, - nazir qeyd edib.

***

22:22

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi Xorvatiyaya texniki baxış üçün göndərilən Meşə İdarəsinə məxsus iki yanğınsöndürmə təyyarəsindən biri ilə əlaqənin kəsildiyini açıqlayıb.
Nazirlik bildirib ki, təyyarənin tapılması üçün Xorvatiya qurumları ilə birgə axtarış-xilasetmə əməliyyatı başlayıb.
Məlumata görə, iki ədəd AT-802 tipli yanğınsöndürmə təyyarəsi 12 noyabrda Çanaqqaladan Zaqreb şəhərinə planlaşdırılmış texniki baxış üçün havaya qalxıb. Hava şəraiti pisləşdiyi üçün təyyarələr gecəni Reyka (Rijeka) Hava Limanında keçiriblər.
13 noyabrda günortadan sonra hər iki təyyarə Zaqrebə doğru yenidən havaya qalxsa da, güclü hava şəraiti səbəbilə geri dönmək qərarı verilib. Onlardan biri Reyka Hava Limanına təhlükəsiz şəkildə enib.
Digər təyyarə ilə isə Türkiyə saatı ilə 18:25-də radio əlaqəsi tamamilə kəsilib. Həm təyyarə, həm də pilotla əlaqənin bərpası üçün bölgədə intensiv axtarışlar davam edir.
13-11-2025, 22:52
Azərbaycan millisi məğlub oldu


Azərbaycan millisi məğlub oldu

Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu İslandiyaya qarşı keçirib.
8-ci km qəsəbə stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları Albert Qyudmyundsson (20) və Sverrir İnqason (39) vurublar.
Qrupun digər oyununda Fransa Ukraynanı qəbul edəcək. Bu görüş saat 23:45-də başlayacaq.
Qeyd edək ki, beş oyundan sonra Fransa 10 xalla D qrupunda liderdir. İslandiya və Ukraynanın 7, Azərbaycanın 1 xalı var.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!