10-11-2022, 21:19
Rusiya Ukraynanın bu kəndini işğal etdiRusiya hərbçiləri Ukraynanın Donetsk vilayətində yerləşən Pavlovka kəndini nəzarətə götürüb.
Butov.az xəbər verir ki, hadisə yerindən kadrlar WarGonzo Telegram kanalında yayımlanıb. Ukrayna tərəfi hələ ki olaya rəsmi münasibət bildirməyib.
10-11-2022, 21:17
Parisdə 30-dan çox metrostansiya bağlandıFransanın paytaxtı Parisdə ictimai nəqliyyat işçilərinin tətili ilə əlaqədar bu gün 30-dan çox metro stansiyası bağlanıb.
Butov.az-ın məlumatına görə, tətil nəticəsində Parisin 15 metro xəttindən 8-də hərəkət pozulub. Tətil iştirakçıları əməkhaqlarının artımı tələbi ilə çıxış ediblər. Parisin daxil olduğu İl-de-Frans regionunda tətillə əlaqədar böyük tıxaclar müşahidə olunub. Paris və onun ətrafında tıxacların ümumi uzunluğu 359 kilometrə çatıb. Bundan başqa, Fransanın digər şəhərlərində tətillər davam edir. Ölkənin şimalındakı Strasburq şəhərində təxmin 20 avtobus marşrutunun hərəkəti dayanıb. Fransanın cənubundakı Tuluza şəhərində isə hava limanına gedən avtovus reysləri dayandırılıb. Qeyd edək ki, bu gün Londonda da metropolietn işçiləri birgünlük tətil keçirirlər.
10-11-2022, 18:34
Siçan dərmanını "jelibon" bilib yeyən 2 qardaş öldüBakıda dəhşətli hadisə baş verib. Paytaxtın Ramana qəsəbəsində yaşayan azyaşlı iki qardaş siçan dərmanı yeyərək zəhərlənib ölüblər. Hadisə baş verən evin qonşuları bildiriblər ki, 5 yaşlı E.Ə. və 3 yaşlı O.Ə. səhvən siçan dərmanını “jelibon” bilərək yeyiblər. Sonra hər iki qardaş qəfil yerə yıxılıblar və dünyasını dəyişiblər. Qeyd olunur ki, ailənin onlardan başqa övladları yoxdur. Ev yiyəsi həmin dərmanı siçanları məhv etmək üçün istifadə edirmiş. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, hadisə barədə ilk məlumatı manşet.az yayıb.
10-11-2022, 18:32
İranlı aktrisa hicabsız fotosunu yaydıİranlı aktrisa Təranə Əlidusti vətənindəki etirazçılarla həmrəy olaraq hicabsız fotosunu yayıb. Şəkil onun İnstaqram hesabında yerləşdirilib. İranlı aktrisa şəkildə üzərində “Qadın, həyat, azadlıq” yazısı olan plakat tutub. Bu ifadə ölkə hakimiyyətini tənqid edən etirazçıları birləşdirən şüardır. “Daily Mail” nəşri bildirir ki, sənətçi fotoya görə həbs oluna bilər. Sənətçi bundan əvvəl də İran vətəndaşlarını məhbus adlandıraraq doğma ölkəsinin hakimiyyətini tənqid etmişdi. Təranə Əlidosti 2020-ci ildə İran hakimiyyətini tənqid etdiyinə görə 5 aylıq həbs cəzasına məhkum edilmişdi. Aktrisa “Satıcı” filmindəki roluna görə daha çox məşhurlaşıb.
10-11-2022, 18:25
XİN-dən Atatürklə bağlı paylaşımBu gün qardaş Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün vəfatının 84-cü ildönümüdür. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) twitter hesabında yazılıb. “Əziz xatirəsi qardaş xalqlarımızın yaddaşında əbədi yaşayan böyük dövlət xadimi, sərkərdə və siyasətçi Mustafa Kamal Atatürkü dərin hörmət ilə anırıq”, - paylaşımda bildirilib.
10-11-2022, 18:22
Rusiyanın itkiləri Ukraynadan 10 qat artıqdır - ZelenskiUkrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müharibə itkiləri barədə danışıb. Zelenski bu mövzuya “CNN” telekanalına verdiyi müsahibə zamanı toxunub. Onun sözlərinə görə, Rusiya genişmiqyaslı müharibə başlayandan bəri həm şəxsi heyət, həm də artilleriya baxımından böyük itkilərə məruz qalıb. “Dəqiq rəqəm deyə bilmərəm, amma tərəflər arasındakı fərq çox böyükdür. Rusiyanın itkiləri Ukraynadan 10 qat artıqdır”, - deyə Ukrayna prezidenti söyləyib. Qeyd edək ki, Rusiya bu ilin fevral ayının 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
10-11-2022, 18:21
AFFA "Neftçi"ni bu səbəbdən cərimələdiAFFA İntizam Komitəsi "Neftçi"ni 800 manat məbləğində cərimələyib. Buna "ağ-qaralar"ın səfərdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdiyi Premyer Liqanın XIII tur oyununa gecikməsi səbəb olub. "Gənclik şəhəri" təmsilçisi isə stadionda suyun təzyiqinin olmamasına və futbolçuların sudan normal istifadə edə bilməməsinə görə eyni məbləğdə cərimə ödəyəcək. Bundan başqa, "Sumqayıt"ın baş məşqçisi Samir Abasov oyunun rəsmi şəxsini təhqir etdiyinə görə klub 4000 manat ziyana düşüb. 44 yaşlı mütəxəssis isə 5 oyunluq diskvalifikasiya olunub. "Səbail" - "Sabah" (0:2) oyununda PFL-in futbol himninin səsləndirilməməsi meydan sahiblərinə 800 manata başa gəlib. "Turan Tovuz" – "Şamaxı" (1:3) görüşündə təcili tibbi yardım maşını başlama vaxtına gecikdiyinə görə Tovuz təmsilçisi 1 600 manat cərimə edilib. Həmçinin, qonaq komandanın qapıçılar üzrə məşqçisi Anar Niftəliyev azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə klub 4000 manat cərimə ödəyəcək. Mütəxəssis isə 5 oyunluq cəzalanıb. Sözügedən qarşılaşmada hər iki komandanın texniki zonasında oturan şəxslər A buraxılış vəsiqələrini taxmadıqlarına görə klublar 800 manat cərimələnib. "Qəbələ" isə evdə "Zirə"yə 1:0 hesabı ilə qalib gəldiyi matçda 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat ziyana düşüb.
10-11-2022, 18:19
Şəhid qardaşına vəzifə verildi - AMEA-da yeni təyinatAzərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin sərəncamı ilə texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov AMEA Rəyasət Heyəti aparatının Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bu barədə AMEA-dan məlumat verilib. Texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov 1978-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olub. 2016-cı ildən Akademiyanın Elm və təhsil şöbəsində çalışır. 2018-ci ildən yeni vəzifəyə təyin edilənədək həmin şöbənin müdirinin müavini vəzifəsində işləyib. Yeni Azərbaycan Partiyası AMEA Rəyasət Heyəti ərazi ilk partiya təşkilatının sədridir. Hüseyn Hüseynovun qardaşı Ramil Hüseynov Birinci Qarabağ müharibəsində şəhid olub.
10-11-2022, 18:17
İsmayıllıda ata və oğlu bıçaqlandıİsmayıllı rayonunda ata və oğlu bıçaqlanıb. Hadisə noyabrın 9-da rayonun Kürdmaşı kəndində qeydə alınıb. Belə ki, həmin kənd sakini, 2006-cı il təvəllüdlü Q.Gülmalıyev yaşadıqları evin həyətində
həmkəndliləri - 1994-cü il təvəllüdlü Nəcəfov Cümşüd Rauf oğlu və onun atası, 1964-cü il
təvəllüdlü Nəcəfov Rauf Cümşüd oğlu ilə aralarında ailə-məişət zəmnində mübahisə düşüb. Nəticədə o, R.C.Nəcəfova bir, C.Nəcəfovaya isə 2 bıçaq zərbəsi vuraraq xəsarət yetirib. Daha sonra Q.Gülmalıyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis kapitanı Mahir Məsimov "Report"un sorğusuna cavab olaraq bildirib ki, hadisəni törədən şəxsin izahatı alınıb, müvafiq ekspertiza təyin olunub və polis şöbəsində faktla bağlı araşdırmalar davam etdirilir.
10-11-2022, 18:14
Ərdoğan xanımı ilə SəmərqənddədirTürk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının Səmərqənddə keçirilən Zirvə Toplantısında iştirak etmək üçün bu ölkəyə səfər edən Türkiyə Prezidenti Səmərqənddədir. Bu barədə Özbəkistan XİN başçısı Vladimir Norov "Twitter"də məlumat verib. Prezident Ərdoğanı Səmərqənd beynəlxalq hava limanında Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmilər qarşılayıb. Ərdoğanı səfərdə xanımı Əminə Ərdoğan da müşayiət edir.