Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
9-11-2022, 19:19
Peskov Donbasa gedib


Peskov Donbasa gedib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Donbasa səfər edib. Bu barədə Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko bildirib. “Dünən axşam Luqanskdan qayıdan Dmitri Sergeyeviç Peskova təşəkkür etmək istərdim", - o deyib. Rusiya Prezident Administrasiyasının rəsmisinin sözlərinə görə, Peskov tanınmamış, separatçı "LXR" və "DXR"in media və mətbuat xidmətinin əməkdaşlarına təlim keçib.
9-11-2022, 18:08
Peskov Donbasa gedib


Peskov Donbasa gedib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Donbasa səfər edib. Bu barədə Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko bildirib. “Dünən axşam Luqanskdan qayıdan Dmitri Sergeyeviç Peskova təşəkkür etmək istərdim", - o deyib. Rusiya Prezident Administrasiyasının rəsmisinin sözlərinə görə, Peskov tanınmamış, separatçı "LXR" və "DXR"in media və mətbuat xidmətinin əməkdaşlarına təlim keçib.
9-11-2022, 18:06
Qalmaqallı Pelosi seçkidə qalib gəldi


Qalmaqallı Pelosi seçkidə qalib gəldi

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Kaliforniya ştatında təkrar seçkilərdə qalib gəlib. Bu barədə CNN məlumat yayıb. O, 82% səslə respublikaçı rəqibi Con Dennisi qabaqlayıb. Lakin Respublikaçılar Nümayəndələr Palatasında yerlərin əksəriyyətini qazansa, spiker partiyanın nümayəndələri arasından təyin ediləcək. CNN-in onlayn seçki nəticələri tablosuna əsasən, respublikaçılar seçkilərdə öndədirlər (193 Respublikaçı namizəd, 170 demokrata qarşı). Qeyd edək ki, Nensi Pelosi 1987-ci ildən Nümayəndələr Palatasının üzvüdür. O, 2019-cu ildən ABŞ Konqresinin Nümayəndələr Palatasının sədridir.
9-11-2022, 17:56
NATO-nun sammiti bu şəhərdə keçiriləcək - Rusiyaya gözdağı


NATO-nun sammiti bu şəhərdə keçiriləcək - Rusiyaya gözdağı

Şimali Atlantika alyansının (NATO) növbəti sammiti 11-12 iyul 2023-cü ildə Litvanın paytaxtı Vilnüsdə keçiriləcək. Bu barədə alyansın baş katibi Yens Stoltenberq bildirib. "Məmnuniyyətlə bildirmək istəyirəm ki, NATO ölkələrinin dövlət və hökumət başçılarının növbəti görüşü 11-12 iyul 2023-cü ildə Vilnüsdə keçiriləcək", - deyə TASS onun sözlərindən sitat gətirir. Stoltenberq deyib ki, sammit zamanı NATO liderləri müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasını və Ukraynaya yardımın davam etdirilməsini nəzərdən keçirəcəklər. Qeyd edək ki, NATO-nun Rusiya ilə hazırkı gərgin münasibətləri fonunda onun növbəti sammitinin Rusiya ilə həmsərhəd (Kalininqrad vilayəti vasitəsilə) ölkədə keçirilməsi diqqətdən yayınmır.
9-11-2022, 17:24
Patruşev İrana PUA və raket almağa gedib


Patruşev İrana PUA və raket almağa gedib

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrandan daha çox pilotsuz uçuş aparatları və raketlər almaq üçün Tehrana gedib. Bunu politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb. "Rusiya Təhlükəsizlik Şurasının katibini iqtisadi heyətin müşayiət etməsi aldığı hərbi texnikanın qarşılığında nə qədər maliyyə ödəyəcəyi ilə bağlıdır. Rusiya onsuz da gərgin günlər yaşayan və beynəlxalq aləmdən təcrid olunan İranı daha çox bataqlığa sürükləyir. İran dronlarının Ukrayna şəhərlərini və mülki insanları hədəf götürməsi Tehran üçün nəticəsiz qalmayacaq. Bunu İran hakimiyyəti içərisində anlayanlar da var, sadəcə İslam Keşikçiləri Koprusundan qorxduqları üçün səsləri çıxmır, “Ukraynada işğalçı müharibə aparan Rusiyaya hərbi texnika vermək düzgün deyil” deyə bilmirlər", - deyə politoloq vurğulayıb. Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İran Milli Təhlükəsizlik Şurasının (MTŞ) katibi, kontr-admiral Əli Şəmxaninin rəsmi dəvəti ilə Tehrana səfər edib. Səfər zamanı Patruşevin İranın yüksək səviyyəli siyasi və iqtisadi nümayəndələri ilə görüşləri nəzərdə tutulub. İrana səfərdə Patruşevi iqtisadi nümayəndə heyəti müşayiət edib.
9-11-2022, 17:15
BMT-dən Azərbaycan xalqına təbrik


BMT-dən Azərbaycan xalqına təbrik

BMT-nin Azərbaycandakı Nümayəndəliyi 9 Noyabr - Bayraq Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Bununla bağlı BMT Nümayəndəliyi "Twitter"də paylaşım edib. "BMT-nin Azərbaycandakı Nümayəndəliyi Dövlət Bayrağı Günü münasibəti ilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir. Biz Azərbaycan ilə tərəfdaşlığımızı qiymətləndiririk və sülh, firavanlıq və davamlı inkişafa nail olmaq üçün birlikdə işləməyə hazırıq. Dövlət Bayrağı Gününüz mübarək!", - təbrikdə qeyd olunub.
9-11-2022, 17:00
Niaqara şəlaləsi bayrağımızın rənglərinə büründü


Niaqara şəlaləsi bayrağımızın rənglərinə büründü

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin təşəbbüsü ilə ABŞ və Kanada arasında yerləşən və dünyanın ən böyük şəlalələrindən olan Niaqara şəlaləsi 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə mavi, qırmızı və yaşıl rənglər ilə işıqlandırılıb. Bu barədə Azərbaycanın ABŞ-dakı Səfirliyi məlumat yayıb. Qeyd edilib ki, 8 noyabr tarixinin ölkəmizdə Zəfər Gününə təsadüf etməsi, eləcə də, ABŞ və Azərbaycan arasında vaxt fərqini nəzərə alaraq, şəlalənin məhz bu tarixdə işıqlandırılması üçün Azərbaycanın ABŞ-dakı Səfirliyi tərəfindən Niaqara Şəlaləsi Dövlət Parkının rəhbərliyinə müvafiq müraciət ünvanlanıb və Park rəhbərliyi tərəfindən sözügedən müraciət ilə bağlı müsbət qərar qəbul edilib.

9-11-2022, 16:55
Rusiyada yük qatarı relsdən çıxdı


Rusiyada yük qatarı relsdən çıxdı

Rusiyanın Başqırdıstan Respublikasında çınqıl daşıyan qatar qəzaya uğrayıb. Butov.az-ın məlumatına görə, bu gün səhər saatlarında baş verən qəza nəticəsində qatarın dörd vaqonu relsdən çıxıb. Hadisə zamanı xəsarət alanların olmadığı deyilir. Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.
9-11-2022, 16:19
Füzulidə partlayış olub - Xəsarət alanlar var


Füzulidə partlayış olub - Xəsarət alanlar var

Füzuli rayonunun Arayatlı kəndində evdə partlayış olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, ümumi sahəsi 208 m² olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib. Partlayış dalğasının təsirindən otaqların pəncərə çərçivələri dağılıb. Yanğın nəticəsində evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 53 m² olan talvar yanıb. Hadisə zamanı 2 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
9-11-2022, 16:17
Ermənilərdən növbəti təxribat - Sülhməramlılar yenə göz yumdu


Ermənilərdən növbəti təxribat - Sülhməramlılar yenə göz yumdu

Ermənilərin Azərbaycan Ordusuna qarşı təxribatları davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!