Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
4-11-2022, 16:24
İlham Əliyev bu qanunu təsdiqlədi


İlham Əliyev bu qanunu təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb. Qanuna əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında” 2022-ci il avqustun 10-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilir.
4-11-2022, 16:22
Prezidentdən 12 milyonluq sərəncam


Prezidentdən 12 milyonluq sərəncam

Prezident İlham Əliyev Hacıqabul rayonunun Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi ilə bağlı Sərəncam imzalayıb. Butov.az xəbər verir ki, Sərəncama əsasən, on iki min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.8-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 12,0 (on iki) milyon manat ayrılıb.
4-11-2022, 16:20
Putin səfərbərliyə cəlb olunanların sayını açıqladı


Putin səfərbərliyə cəlb olunanların sayını açıqladı

Rusiyada qismən səfərbərlik çərçivəsində orduya 318 min nəfər cəlb olunub. Bu barədə məlumatı Rusiya Prezidenti Vladimir Putin açıqlayıb. Onun sözlərinə görə, həmin şəxslərin 49 mini artıq döyüş tapşırıqları icra edir, digərləri isə hazırlıq mərhələsindədir. Putin, həmçinin qeyd edir ki, Rusiya Silahlı Qüvvələrinə qoşulmaq istəyən könüllü şəxslərin axını davam edir: “Buna görə, səfərbərliyə cəlb olunanların sayı artıq 300 mini ötüb”. Xatırladaq ki, Rusiyada sentyabrın 21-i elan olunan qismən səfərbərlik oktyabrın 28-i başa çatıb. Səfərbərlik çərçivəsində 300 min nəfərin orduya cəlb olunması planlaşdırılırdı.
4-11-2022, 16:10
Ərdoğan Qərbi günahlandırdı


Ərdoğan Qərbi günahlandırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrini Afrikanın aclıqdan əziyyət çəkən ölkələrinin problemlərinə biganə yanaşmaqda günahlandırıb. Butov.az xəbər verir ki, Ərdoğanın sözlərinə görə, o, rusiyalı həmkarı Vladimir Putinlə ehtiyacı olan ölkələrə pulsuz taxıl tədarükü haqqında razılığa gəliblər. Ərdoğan deyib ki, 2022-ci il noyabrın 15-16-da İndoneziyada keçiriləcək G20 sammitində Afrika ölkələrinin ərzaq təminatı məsələsini qaldırmağı planlaşdırır. Türkiyə lideri Qərbin Afrika ölkələrindəki aclıq problemlərinə münasibətini tənqid edərək, bunu biabırçılıq adlandırıb. O, Qərbi bu problemlər fonunda “insanlıq dərsi” verməkdə suçlayıb. Noyabrın 3-də Rusiya Ukraynanın kənd təsərrüfatı məhsullarının Qara dəniz vasitəsilə ixracı üçün “taxıl müqaviləsi”ndə iştirakını bərpa etmək qərarına gəlib. Rəsmi Moskva bildirib ki, Rusiya tərəfi Ukraynadan zəmanət alıb, ona əsasən, Kiyev taxıl dəhlizindən Moskvaya qarşı hərbi əməliyyatlar üçün istifadə etməyəcəyinə söz verib. Türkiyə danışıqlarda vasitəçi kimi çıxış edib.
4-11-2022, 16:07
Ukrayna Avropa İttifaqına daxil olacaq - Zelenski


Ukrayna Avropa İttifaqına daxil olacaq - Zelenski

ABŞ-da hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Amerika cəmiyyətinin əksəriyyəti Ukraynanın yanındadır. Ona görə də Amerika cəmiyyətinin Ukraynaya dəstəyinin davam etdirilməsi ilə bağlı narahatlığa əsas görmürəm. Bunu xarici KİV-ə müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. Zelenski deyib ki, Amerika cəmiyyətinin seçiminə hörmətlə yanaşacaqlarını açıqlayıb:"Müharibə ona görə başladı ki, Rusiya bizi müstəqil ölkə, Avropa ölkəsi kimi tanımır. Xalqın müstəqil olmaq istədiyi Belarusda da eyni şey olacaq. Niyə Rusiya Belarusda insanların necə yaşamasına qərar verməlidir?". Zelenski, həmçinin ölkəsinin Avropa İttifaqına daxil olacağını söyləyib: "Gec və ya tez olacağını demək istəmirəm, çünki artıq gec olduğuna inanıram”.
4-11-2022, 15:28
Rəisi Baydenə cavab verdi: İran əsla sağmal inək olmayacaq!


Rəisi Baydenə cavab verdi: İran əsla sağmal inək olmayacaq!

İran prezident İbrahim Rəisi ABŞ prezidenti Co Baydenin “Biz tezliklə İranı azad edəcəyik” açıqlamasına cavab verib. Butov.az xəbər verir ki, İbrahim Rəisi ABŞ-ın müharibələrdə və qan tökülmələrində aparıcı rol oynadığını, xalqların maraqlarını öz maraqları naminə məhv etdiyini bildirib. O, ABŞ prezidenti Co Baydeni İrandakı iğtişaşları dəstəkləməkdə ittiham edib. İran prezidentinin sözlərinə görə, bu gün imperializmin simvolu ABŞ-da hökmranlıq edən sistemdir. O, Amerikanı “böyük şeytan” adlandırıb. İbrahim Rəisi çıxışının sonunda belə deyib:“Bir neçə saat əvvəl ABŞ prezidentinin İranı azad etmək istədikləri ilə bağlı açıqlamalarını eşitdim. Baydenə demək istəyirəm: İran 43 il bundan əvvəl azad edilib və biz heç vaxt sağmal inək olmayacağıq!”.
4-11-2022, 15:25
Türkiyədə Qardaşlıq Parkı açıldı


Türkiyədə Qardaşlıq Parkı açıldı

Türkiyənin Kayseri şəhərində Azərbaycan Qardaşlıq Parkının təntənəli açılış mərasimi keçirilib. Butov.az xəbər verir ki, tədbir Kayserinin Talas Bələdiyyəsinin və Azərbaycan-Türkiyə Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub. Mərasimi açıq elan edən Talas bələdiyyəsinin sədri Mustafa Yalçın bildirib ki, Kayseridə qardaş Azərbaycana hər zaman xüsusi münasibət bəslənilir. “Talas bələdiyyəsi olaraq belə mötəbər tədbirə ev sahibliyi etdiyimiz üçün qürur duyuruq”, - deyə bələdiyyə sədri vurğulayıb. Tədbirin layihə rəhbəri və təşəbbüskarı olan Azərbaycan-Türkiyə Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyinin həmtəsisçisi və fəxri prezidenti Nəcəf Qənbərov türk dünyasının parlaq zəfərlərindən biri olan 44 günlük Vətən müharibəsi dövründə və sonra iki Prezidentin – iki Ali Baş Komandanın bütün dünyaya göstərdiyi birlikdən danışıb. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarının bu parkda öz əksini tapdığını nəzərə çatdırıb. Bu layihənin gerçəkləşdirilməsi üçün göstərdikləri dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə və Kayseri şəhər rəhbərliyinə minnətdarlığını bildirib. Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Haciyev çıxışı zamanı Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və birliyimizin daim olmasını arzulayıb. Azərbaycan və Türkiyə Prezidentlərinin öz millətinin və dövlətinin lideri olmağı bacarmış siyasətçilər olduğuna, mürəkkəb siyasi proseslər dövründə apardıqları siyasətin yalnız öz dövlət və millətinin mənafeyinə xidmət etdiyinə diqqəti cəlb edib. Tədbirdə çıxış edən Kayseri Böyükşəhər Bələdiyyəsinin sədri Memduh Büyükkılıç və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova Azərbaycan Qardaşlıq Parkının yaradılmasının önəmindən bəhs ediblər. Ədalət və İnkişaf Partiyası sədrinin müavini Mehmet Özhasekinin, Zəngilana səfərləri zamanı keçirdikləri qəza səbəbindən tədbirdə iştirak edə bilməyən Türk Şurası Ağsaqqallar Birliyinin sədri Binəli Yıldırımın və Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın təbrik məktubları oxunub. Onlar parkın açılışını Azərbaycan və Türkiyə qardaşlığının sevinc, qürur və uğur günü kimi dəyərləndiriblər. Könüllərinin hər zaman Azərbaycanla birlikdə olduğunu, gələcəkdə Şuşa Mədəniyyət Evinin açılış törənində iştirak edəcəklərinə ümid etdiklərini və bundan qürur duyacaqlarını bildiriblər. Sonra Azərbaycan Qardaşlıq Parkının qırmızı lenti kəsilib. Parkın ərazisində Qarabağın və Şuşanın rəmzlərindən biri olan İsa bulağı tikilib, Azərbaycanın qan yaddaşı sayılan Xocalı soyqırımı qurbanlarının abidəsi ucaldılıb. Bu parkda tikiləcək Şuşa Mədəniyyət Evinin təməli qoyulub. Qeyd edək ki, açılış mərasimində Erciyes Universitetinin, bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
4-11-2022, 15:23
“Putinlə razılaşdıq, taxıl pulsuz veriləcək” - Ərdoğan


“Putinlə razılaşdıq, taxıl pulsuz veriləcək” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya dövlət başçısı Vladimir Putinlə taxıl məsələsində razılığa gəldiklərini açıqlayıb. Ərdoğan bu barədə 19-cu MÜSİAD “Expo” sərgisində çıxışı zamanı danışıb.“Vladimir Putin taxılı pulsuz şəkildə Cibuti, Somali və Sudana göndərmək barədə təklif etdi. Həmfikir olduq, razılaşdıq. Atmalı atdığımız addım budur. Ehtiyacı olan ölkələrə taxıl pulsuz çatdırılacaq”, - Türkiyə lideri əlavə edib. Qeyd edək ki, bir neçə gün öncə Rusiya “taxıl sazişi”nin icrasını bərpa edib. Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, Moskva Ukraynadan yazılı təminat alıb - Kiyev taxıl dəhlizindən Moskvaya qarşı hərbi əməliyyatlar üçün istifadə etməyəcəyinə söz verib.
4-11-2022, 15:20
İsrail Qəzzaya zərbələr endirdi


İsrail Qəzzaya zərbələr endirdi

İsrail Fələstinin Qəzza zolağına zərbələr endirib. Bu addımın HƏMAS-ın raket zərbələrinə cavab olaraq atıldığı bildirilib. İlkin məlumata görə, İsrail hərbçilərinin zərbələri nəticəsində yaralanan və ya ölən olmayıb. Qeyd edək ki, Qəzza zolağı Fələstinin əsas hissəsi olan İordan çayının qərb sahillərindən kənarda yerləşir. Aralıq dənizi sahilində yerləşən ərazi uzun müddət embarqo altında saxlanılıb.
4-11-2022, 14:57
Türkiyə ordusu şəhid verdi


Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusunun hərbi qulluqçusu İraqda şəhid olub. Hadisə İraqın şimalındakı “Pençe-Kilit” əməliyyat bölgəsində baş verib. Terrorçuların açdığı atəş nəticəsində hərbçi Lokman Akçağlayan həyatını itirib. Hazırda bölgədə antiterror əməliyyatları davam etdirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!