5-11-2022, 17:34
Füzulidə şəhid ailələri ziyarət olunub8 Noyabr - Zəfər Günü ərəfəsində Füzuli rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşülüb.
Butov.az xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan görüşlərdə RİH-nin başçısı Alı Alıyev və Aparatın əməkdaşları tərəfindən ərazidə yaşayan Vətən müharibəsi şəhidi ailələri ilə yanaşı Respublikamızın müxtəlif bölgələrində yaşayan və bu qəbildən olan bütün ailələr də ziyarət olunub. Məlumat üçün qeyd edək ki, Füzuli rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailələri rayon ərazisi ilə yanaşı Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, İmişli, Beyləqan rayonları ərazisində də məskunlaşıb yaşayırlar. Ziyarət zamanı şəhid ailələri 8 Noyabr Zəfər Günü münasibətilə təbrik olunmuş, onlarla səmimi söhbətlər aparılıb, ailələrə bayram sovqatları təqdim olunub. Şəhid ailələri onlara göstərilən diqqətə və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
5-11-2022, 17:30
Təbrizdə azərbaycanlı fəallar həbs edilibİranın Təbriz şəhərində azərbaycanlı fəallar həbs edilib. Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Bildirilib ki, Rəhman Azərirad İranın Təhlükəsizlik (ETTELAAT) Nazirliyi tərəfindən həbs olunub. Onun həbs səbəbi və hara aparılması barədə məlumat verilməyib. Bundan başqa, əslən Muğan bölgəsindən olan və Təbrizdə yaşayan 24 yaşlı gənc fəal Səkinə Piran sentyabrın 29-da işə gedərkən təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. ETTELAAT təcridxanasında yeddi gün dindirilən fəal döyülüb və məcburi etiraf üçün ona işgəncə verilib. Eyni zamanda Təbrizdə milli fəal Məhəmməd Cavidi həbs edilib. O, təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Təbrizdə yaşayan milli-mədəni fəal Məhəmməd Cavidi ETTELAAT qüvvələri tərəfindən saxlanılıb. Onun həbsinin səbəbi məlum deyil.
5-11-2022, 17:27
Putin istəsə, müharibəyə sabah son qoyarRusiya bilməlidir ki, nüvə müharibəsinin qalibi olmayacaq. Bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib. Baş katib qeyd edib ki, Ukraynada müharibəni Rusiya Prezidenti Vladimir Putin başladıb: “Bu, onun seçimi idi. Əgər istəsə, müharibəyə sabah son qoya bilər".
5-11-2022, 15:52
Bazar gününün havası - Duman, yağış, qar...Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi ərazilərində intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 9-11° isti, gündüz 11-13° isti olacaq, Bakıda gecə 9-11° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 11-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti olacaq.
5-11-2022, 15:51
Şimali Koreya ballistik raketləri işə saldıŞimali Koreya Yapon dənizi istiqamətinə 4 raket buraxıb. Bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Bildirilib ki, buraxılmış daha 4 raket ballistik raketlər olub. Qeyd edək ki, son dövrlər KXDR-in hərbi sahədə aktivləşməsi Cənubi Koreya və ABŞ-ın narahatlığına səbəb olub.
5-11-2022, 15:47
Kəmaləddin Heydərov bayram günlərilə bağlı əmr verdiFövqəladə Hallar Nazirliyi Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, vətəndaşların həyat və fəaliyyəti, habelə bayram tədbirləri ilə əlaqədar aidiyyəti üzrə təhlükəsizliyin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına artıq müvafiq tapşırıqlar verilib.
5-11-2022, 15:44
Laçın dəhlizi yalnız üç məqsədlə istifadə oluna bilər - Rəsmi“Laçın dəhlizi yalnız üç məqsəd üçün istifadə oluna bilər. Hərbi məqsədlər üçün istifadə oluna bilməz”. Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. "Üçtərəfli bəyanatda bu açıq qeyd olunub. Dəhliz yalnız vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması üçün istifadə oluna bilər”, - C.Bayramov bildirib.
5-11-2022, 15:42
Rusiyada faciə - 13 nəfər “Poliqon”da yandıRusiyanın Kostroma şəhərində “Poliqon” kafesində baş verən yanğında 13 nəfər ölüb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Hadisə ilə əlaqədar 250 nəfər ərazidən təxliyə olunub. Məlumata görə, yanğına pirotexniki vasitələrdən istifadə səbəb olub.
5-11-2022, 15:39
İrandakı etirazlarda daha 16 nəfər ölübİranda işgəncələrə məruz qalan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra alovlanan etirazlarda daha 16 nəfər həyatını itirib.
Butov.az xəbər verir ki, hadisə sünni əhalinin kompakt yaşadığı Sistan-Bəlucistan ostanının Haş şəhərində baş verib. Belə ki, cümə namazından sonra təşkil olunmuş növbəti etiraz aksiyasına təhlükəsizlik qüvvələri sərt müdaxilə edib. Nəticədə 16 etirazçı həyatını itirib. 2 gün əvvəl isə İranın Kərəc şəhərində aksiyalar zamanı etirazçılarla polis əməkdaşları arasında qarşıdurma yaşanıb. İğtişaşlarda 2 etirazçı və 1 polis dünyasını dəyişib. Qeyd edək ki, İranda hicab qaydasının pozulması iddiası ilə saxlanılan 22 yaşlı Məhsa Əmininin 16 sentyabrda dünyasını dəyişməsindən sonra iğtişaşlar başlayıb. Ailəsi onun polis tərəfindən döyüldüyünü bildirir, rəsmi qurumlar isə bu ittihamı qəbul etmir.
5-11-2022, 15:37
Dardanel boğazı bağlandıTürkiyənin Çanaqqala vilayətindən keçən Dardanel boğazında ekstremal hava şəraiti ilə əlaqədar gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Buna səbəb sis-dumanlı hava şəraiti nəticəsində görmə məsafəsinin minimuma enməsi olub. Çanakkale Gəmi Nəqliyyatı İdarəsinin qərarına görə, hava şəraitinin normallaşmasından sonra qadağa ləğv olunacaq və gəmilərin Dardanel boğazında hərəkəti bərpa olunacaq.