Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
6-11-2022, 14:33
İranın PUA və raket zavodlarını vurmaq lazımdır


İranın PUA və raket zavodlarını vurmaq lazımdır

İranın Ukraynada genişmiqyaslı müharibə başlamazdan əvvəl Rusiyaya pilotsuz uçuş aparatları tədarükünü etiraf etməsi məntiqsiz görünür. Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib.“Dronların Rusiyaya təhvil verilməsinin bu cür etirafı bir qədər qəribə görünür. Yəni, onlar mindən çox PUA-nı müharibədən əvvəl tədarük ediblər, rusiyalılar isə döyüş meydanında praktiki olaraq müharibəni uduzduqdan sonra onlardan istifadə etməyə başlayıblar. Yəni kritik infrastrukturumuzu məhv etmək əvəzinə, dronlar 8 ay anbarlarda yatıblar?”, - Ukrayna rəsmisi deyib. Podolyak qeyd edib ki, İrana qarşı onilliklər ərzində tətbiq edilən güclü sanksiyalara baxmayaraq, bu ölkənin Rusiyadan daha yaxşı silahlar istehsal etməsi qəribə görünür:"Tehranın silah istehsalını davam etdirdiyini, totalitar rejimə etiraz edən öz vətəndaşlarını öldürdüyünü, Rusiya üçün silah tədarükünü nəzərə alsaq, daha sərt davranmaq lazımdır. Mənə elə gəlir ki, təkcə sanksiyalar və ya embarqo tətbiq etmək lazım deyil. Məsələn, PUA və ballistik raketlərin istehsalı müəssisələrinə konkret zərbələr endirmək olar". Qeyd edək ki, rəsmi Tehran Rusiyaya pilotsuz uçuş aparatları verdiklərini etiraf edib.
6-11-2022, 14:30
Yeni metro stansiyasından ilk görüntülər


Yeni metro stansiyasından ilk görüntülər

Yaxın günlərdə Bakı Metropoliteninin "Xocasən" stansiyası və eyni adlı deposu istifadəyə veriləcək. Metronun bənövşəyi xətti üzərindəki yeni stansiya yeddivaqonlu platformaya malikdir. Artıq stansiyada son tamamlama işləri görülür və açılışa hazırlıq gedir. Bundan öncə bildirilib ki, Xocasən stansiyası 2022-ci ilin sonunadək istifadəyə veriləcək.





6-11-2022, 14:26
Hər gün azı 10 İran PUA-sını vururuq - Zelenski


Hər gün azı 10 İran PUA-sını vururuq - Zelenski

Hər gün ən azı 10 ədəd İran PUA-sını vururuq. Təkcə ötən gün 11 ədəd "Şahed" vurulub. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib. Dövlət başçısı qeyd edib ki, İran rejimi PUA-ları tammiqyaslı işğal başlamazdan əvvəl Rusiyaya verib.“Biz dəqiq bilirik ki, iranlı təlimatçılar rusiyalı terrorçulara pilotsuz uçan aparatlarından istifadə etməyi öyrədiblər, Tehranda isə bu barədə ümumiyyətlə susurlar”, - Zelenski vurğulayıb. Qeyd edək ki, İran Rusiyaya pilotsuz uçuş aparatları (PUA) tədarük etdiyini etiraf edib.
6-11-2022, 14:23
“Böyük dəbilqə”: Cüdoçularımız birinci yerdə qərarlaşıb


“Böyük dəbilqə”: Cüdoçularımız birinci yerdə qərarlaşıb

Azərbaycan cüdoçuları “Böyük dəbilqə” turnirində uğurlu çıxışını davam etdirir. Komandamız iki günün nəticəsinə görə, 3 qızıl, 2 bürünc medal qazanıb. 61 ölkədən 350-dən çox cüdoçunun mübarizə apardığı mötəbər yarışda Azərbaycan bu nəticə ilə bütün ölkələri qabaqlayaraq birinci yerdə qərarlaşıb. Aktivlərində 1 qızıl, 1 gümüş medal olan Niderland və Kanada komandaları, müvafiq olaraq ikinci və üçüncü yerləri tuturlar. Qeyd edək ki, qızıl medalları yığmamızın aktivinə Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), bürünc medalları isə Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) yazdırıblar.
6-11-2022, 14:21
Kamikadze özünü partlatdı, 15 nəfər öldü


Kamikadze özünü partlatdı, 15 nəfər öldü

Somalinin paytaxtı Moqadişonun cənubunda yerləşən hərbi bazada partlayış törədilib. Butov.az xəbər verir ki, partlayış nəticəsində 15 nəfər həlak olub. Partlayışın keçmiş qənnadı fabrikinin ərazisində yerləşən bazada baş verdiyi bildirilir. Məlumata görə, bazanın ərazisində kamikadze özünü partladıb.
6-11-2022, 14:19
Rusiya sülhməramlıları erməni separatçılarını silahlandırır


Rusiya sülhməramlıları erməni separatçılarını silahlandırır

Azərbaycan tərəfi bu gün Laçın dəhlizi ilə “sülhməramlı humanitar yardım” adı altında silahların daşınmasından xəbərdar olub. Bu barədə “Caliber” məlumat əldə edib. “Sülhməramlılar” öz müvəqqəti məsuliyyət zonasına aşağıdakıları tədarük ediblər:
- piyada əleyhinə minalar;
- tank əleyhinə minalar;
- avtomatik atıcı silahlar, o cümlədən, dəzgahlı pulemyotlar;
- snayper tüfəngləri;
- 122 mm-lik minaatanlar;
- “Fagot” tank əleyhinə idarəolunan raketlər (10 ədəd);
- “Kornet” tank əleyhinə idarəolunan raketlər (10 ədəd);
- Qumbaraatanlar;
- Portativ rabitə;
- Sursatlar.
Bu silahların hamısı Rusiyanın Gümrüdəki hərbi bazasından çıxarılıb. Bu gün və sabah ərzində Erebuni hava limanına Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin silahlarla dolu daha iki təyyarəsinin gəlməsi və həmin silahların Gümrü bazasında saxlanılması gözlənilir. Bəzi silah növləri İran və Suriyadan cəlb olunub. Bir sözlə, Laçın “dərəsində” əməlli-başlı qanunsuzluq hökm sürür. Rusiya sülhməramlıları ərazidəki terrorçuları silahlandırırlar.
5-11-2022, 20:26
Vətən Sizə oğul dedi

Vətən Sizə oğul dedi

“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Vətən sənə canım fəda” layihəsi uğurla davam edir. Layihənin icra planına uyğun olaraq növbəti tədbir noyabrın 2-də Şuşa şəhərində “Vətən Sizə oğul dedi” adı altında keçirilib.
44 günlük Vətən Müharibəsinin rəmzi olaraq, Şuşa uğrunda döyüşərək Şuşaya çatmadan Şəhid olanların ailə üzvlərindən və qazilərdən ibarət 44 nəfərlik qrupun Şuşaya 1 günlük səfərini nəzərdə tutan tədbir Füzuli rayonunun Qaraxanbəyli kəndində, Şəhidlərimizin xatirəsinə ucaldılmış abidənin ziyarəti ilə başladı. Şəhid anaları övladını sığallayırmış kimi, xatirə lövhəsinə sığal çəkirdi. Beləcə hərə qucağında bir şəhidin portretini, ürəyində minlərlə şəhidimizin ağrı-acısını Abşeron rayonundan özü ilə götürərək arzularımızın şəhərinə- Şuşaya daşıdı...

Tədbirin rəsmi hissəsində Azərbaycanın ərazi bütövlüyü, dövlətimizin müstəqilliyi, suverenliyi uğrunda canından keçənlərin xatirəsi sükutla yad edildikdən sonra “Zəfərdən-Zəfərə” adlı buklet və ziyarətçilər üçün hazırlanmış xüsusi geyim formaları tədbir iştirakçılarına paylandı. Layihə rəhbəri, “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyi İdarə Heyətinin sədri Tamxil Ziyəddinoğlu Vətən müharibəsində zəfər çalmaq üçün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu hərbi-taktiki manevrlərdən, beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq davasında yanımıza çəkmək üçün diplomatik gedişlərindən, dünyanın aparıcı kütləvi informasiya vasitələrini Azərbaycanın haqq səsini yaymağa necə səfərbər etməsindən danışdı.

Şuşa ziyarətçilərinin yaralarına sevgi və sayğılaırı ilə məlhəm qoyan Nigar Əliyeva həm də qrup üzvlərinə Şuşanın tarixi, mədəniyyəti, mənəvi dəyərləri barədə ətraflı məlumat verdi.
Ehtiyatda olan Tibb xidməti polkovnik-leytenantı, yazıçı-publisist Elman Rüstəmov, Qazi-jurnalist Əlisəfa Mehdiyev Azərbaycan Ordusunun uğurlarından, azad olunmuş torpaqlarımızda aparılan geniş quruculuq, abadlıq işlərindən söz açdılar. Qarabağın yeni növrağında hər şəhidimizin, hər şəhid ailəsinin öz payı olduğunu bildirdilər. Şəhidd ailələrinin ürək sözləri dinlənildikdən sonra müqəddəs yerlərin gəzintisinə başlandı.

Bu qədər həyəcanın, kədər qarışıq sevincin içində bir sürpriz də oldu. İki il əvvəl ölüm -dirim savaşının getdiyi bu günlərdə Vətənə qurban gedən Fərid İlyaslının ziyarətçilər arasında olan qardaşı Kamala azad Qarabağda, “Xarıbülbül” restoranında ad günü törəni düzənləndi. Qrupdakı şəhid övladları, şəhid anası Bəsirə xanımla birlikdə Kamalın 11 yaşı şərəfinə “Tort” kəsiminə dəvət olundu. Bütün diqqətlər Kamalı təbrikə yönəldi. Anası Bəsirə xanım gözləmədiyi bu hadisədən çox təsirləndi. Bir daha hiss elədi ki, ailəsi dölətimizin, millətimizin diqqətindədir.

Daha sonra xatirə şəkilləri çəkildi, beləcə Şuşanın dağları, qayaları ilə baş -başa bir gün keçirən şəhid ailə üzvləri axşamüstü üzü Bakıya yol aldılar.
Hərbi Jurnalistlər Birliyinin mətbuat xidməti




5-11-2022, 18:32
Cüdoçumuz “Böyük Dəbilqə”də qızıl medal qazandı


Cüdoçumuz “Böyük Dəbilqə”də qızıl medal qazandı

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən Böyük Dəbilqə turnirində final qarşılaşmasına çıxıb. Butov.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində yer alan idmançı həlledici görüşdə kanadalı Artur Margelidonla üz-üzə gəlib. Rəqibini ipponla məğlub edən H.Heydərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) isə bürünc medal qazanıb.
5-11-2022, 18:30
Tokayev prezidentin səlahiyyətlərini məhdudlaşdıran qanunu imzaladı


Tokayev prezidentin səlahiyyətlərini məhdudlaşdıran qanunu imzaladı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlət başçısının səlahiyyətlərini məhdudlaşdıran qanunu imzalayıb. Bu barədə Prezident Sarayının mətbuat xidməti məlumat yayıb. Tokayev konstitusiya islahatlarının Qazaxıstan tarixində yeni dövrün başlanğıcı olduğunu deyib. Onun sözlərinə görə, bu islahatlar son üç il ərzində ölkədəki siyasi dəyişiklikləri möhkəmləndirib və dövlətçiliyin daha da güclənməsi üçün möhkəm bünövrə salıb. Xatırladaq ki, noyabrın 3-də ölkə parlamenti prezidentin səlahiyyətlərini məhdudlaşdıran, onun ailə üzvlərinin siyasi fəaliyyətlə məşğul olmaq imkanları barədə əlavə və dəyişiklikləri qəbul edib. Dəyişikliyə əsasən, dövlət başçısının qohumları dövlət orqanlarında rəhbər vəzifələrə təyin edilə bilməz. Bundan əlavə, prezidentin parlamentin yuxarı palatasının yaradılmasında və yerli hökumət orqanlarının işinin təşkilində iştirakı da məhdudlaşdırılacaq.
5-11-2022, 18:28
Prezidentdən şəhid Səbuhi ilə bağlı sərəncam


Prezidentdən şəhid Səbuhi ilə bağlı sərəncam

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş hərbi qulluqçuların təltif edilməsi haqqında Sərəncam imzalayıb. Butov.az xəbər verir ki, təltif olunanlar arasında gizir Əhmədov Səbuhi Fuad oğlunun da adı yer alıb. Belə ki, şəhid Səbuhi Əhmədov “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub. Səbuhi Əhmədov bu ilin sentyabr ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə yüksəlib. O, İkinci Fəxri Xiyabanda dəfn olunub. Qeyd edək ki, 2 yaşında valideynlərini itirən Səbuhi Əhmədov qardaşı Sənan Əhmədovla birlikdə SOS uşaq evində böyüyüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!