Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
26-10-2022, 17:28
“Ukraynanın planlarından məlumatlıyıq” - Putin xəbərdarlıq etdi


“Ukraynanın planlarından məlumatlıyıq” - Putin xəbərdarlıq etdi

“Ukrayna ABŞ-ın xarici siyasətinin alətinə çevrilib və praktiki olaraq suverenliyini itirib”. Bunu Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin xüsusi xidmət və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşündə bildirib. Onun çıxışı Kremlin rəsmi Telegram kanalında yayımlanıb. Dövlət başçısının fikrincə, ABŞ Ukraynadan Rusiyaya qarşı istifadə edir. “Ölkə faktiki olaraq suverenliyini itirib və birbaşa ABŞ-ın nəzarətindədir, ondan Rusiyaya, Belarusa, bütövlükdə KTMT və MDB-yə qarşı bir zərbə aləti kimi istifadə olunur ”, - Rusiya lideri bildirib. Prezident həmçinin bildirib ki, Ukrayna ərazisi bioloji eksperimentlər üçün sınaq poliqonuna çevrilib. Putinin sözlərinə görə, Rusiya Ukraynanın “çirkli bomba”dan istifadə etmək planlarından xəbərdardır. Rusiya lideri deyib ki, bəzi Qərb ölkələri MDB üzvlərinə şantaj və açıq-aşkar qorxutma taktikalarından istifadə edirlər. Qeyd edək ki, Vladimir Putin bu gün ballistik və qanadlı raketlərin praktiki buraxılışlarına nəzarət təlimində iştirak edib.
26-10-2022, 17:25
Yoldaşı hamilə olan 2 uşaq ataları səfərbərliyə çağırılmayacaq


Yoldaşı hamilə olan 2 uşaq ataları səfərbərliyə çağırılmayacaq

Rusiya Federasiyasının Müdafiə Nazirliyi həyat yoldaşının hamiləliyi 22 həftədən çox olması şərti ilə, iki uşaq atalarının qismən səfərbərlik dövründə hərbi xidmətə çağırışdan azad edilməsinə qərar verib. Bu barədə Dövlət Dumasının Ailə, Qadın və Uşaq Komitəsinin rəhbəri Nina Ostanina “Telegram” kanalında açıqlama verib. "Müdafiə nazirinin müavini Nikolay Pankovla indicə telefonla danışdım. Həyat yoldaşı 22 həftəlik hamilə olan iki uşaq atalarının qismən səfərbərlikdən azad edilməsi ilə bağlı Baş Qərargahın direktivinə etdiyimiz dəyişikliklər qəbul edildi", - o yazıb. Ostaninanın sözlərinə görə, Baş Qərargahın direktivinə düzəliş edilib, ona əsasən, “əlil uşaqların ataları ailədəki uşaqların sayından asılı olmayaraq, qismən səfərbərlikdən azad edilir”. Bunun müqabilində bizdən xahiş olundu ki, “Səfərbərlik haqqında” qanuna dəyişikliklərin qəbulu ilə bağlı xüsusi əməliyyat başa çatana qədər israrlı olmayaq, çünki direktiv SVO-nun müddəti bitənə qədər qüvvədədir”, - Ostanina qeyd edib.
26-10-2022, 17:22
Rusiya nüvə təlimlərinə başladı


Rusiya nüvə təlimlərinə başladı

Rusiya düşmənin nüvə zərbəsinə cavab olaraq Silahlı Qüvvələrin strateji nüvə qüvvələri tərəfindən kütləvi nüvə zərbəsi endirmək üçün təlimlər keçirir. Bu barədə oktyabrın 26-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. Təlim Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi altında keçirilir. "Yoldaş Ali Baş Komandan, Rusiya Federasiyası Silahlı Qüvvələrinin təlim planına uyğun olaraq, sizin rəhbərliyinizlə Rusiya Federasiyası Silahlı Qüvvələrinə nəzarət etmək üçün təlimlər keçirilir, bu müddət ərzində kütləvi hərbi əməliyyatların aparılması tapşırıqları yerinə yetirilir. Düşmənin nüvə zərbəsinə cavab olaraq strateji hücum qüvvələrinin nüvə zərbəsi işlənib hazırlanacaq", - deyə Şoyqu Putinə məruzə edib.
26-10-2022, 17:20
Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı


Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı

Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirəcək. Bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. “Prezident günortadan sonra Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüş keçirməyi planlaşdırır”, - deyə Peskov bildirib. Onun sözlərinə görə, bundan əvvəl prezidentin daha çox tədbirləri ola bilər ki, bu barədə Kreml əlavə məlumat verəcək. Çərşənbə günü Putin MDB ölkələrinin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Şurasının iclasının nümayəndə heyətlərinin rəhbərləri qarşısında çıxış edəcək.
26-10-2022, 17:17
Azad edilmiş ərazilərdə minə yaxın meyit tapılıb


Azad edilmiş ərazilərdə minə yaxın meyit tapılıb

“Yeni azad edilmiş ərazilərdə minə yaxın həlak olmuş qəhrəmanın və dinc əhalinin cəsədi çıxarılıb. İzyumdakı kütləvi məzarlıqda tapılan meyitlərin sayı 450-yə yaxındır". Bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyinin mətbuat xidməti "Telegram"da məlumat yayıb. Qeyd olunub ki, işğalçıların vəhşiliklərinin sarsıdıcı faktları üzə çıxır, ölənlər arasında təkcə hərbi qulluqçular deyil, mülki şəxslər – böyüklər və uşaqlar da var. "Lakin dəqiq məlumat yalnız ekspertizadan sonra məlum olacaq", - nazirlikdən bildiriblər. Əlavə edilib ki, işlər hüquq-mühafizə orqanları, pirotexniklər və rayon hərbi idarələrinin nəzdində yaradılmış əməliyyat-axtarış qrupları ilə birgə aparılır.
26-10-2022, 16:42
Yataqxanada yanğın: Sakinlər təxliyə edildi


Yataqxanada yanğın: Sakinlər təxliyə edildi

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz şəhəri, N.Nərimanov prospektində yerləşən 92 saylı peşə liseyinin yataqxanasında yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-dən verilən xəbərə görə, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsi və Şimal Regional Mərkəzinin qüvvələri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli, dördbloklu yataqxana binasının 3-cü blokunun zirzəmisində məişət tullantılarının yandığı müəyyən olunub. FHN-in qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Həmçinin, yanğınsöndürən və xilasedicilər tərəfindən bina sakinlərinin çevik təxliyəsi həyata keçirilib. Yanğın nəticəsində 15kv.m sahədə məişət tullantıları və taxta qırıntıları yanıb, mənzillər yanğından mühafizə edilib. Eləcə də 1-i azyaşlı və 4-ü yaşlı olmaqla 15 nəfər bina sakini təxliyə olunub.





26-10-2022, 16:38
Sabah da yağış yağacaq


Sabah da yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-19° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.
26-10-2022, 16:37
Qəza olan əraziyə günün sonuna qədər su veriləcək


Qəza olan əraziyə günün sonuna qədər su veriləcək

Yasamal rayonu, Əsəd Əhmədov küçəsində magistral su kəmərində baş vermiş qəza günün sonuna aradan qaldırılaraq mərkəzi və məhəllədaxili anbarlara suyun nəqli təmin ediləcək. Bu barədə "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı bildirib."Bu müddətdə mərkəzi və məhəllədaxili anbarlardakı su ehtiyatı hesabına əhali dayanıqlı içməli su ilə təmin olunacaq. Eyni zamanda qəza baş verən ərazidə yol yatağının bərpası işləri həyata keçiriəcək və nəqliyyatın normal hərəkəti mümkün olacaq", - qurum rəsmisi əlavə edib.
26-10-2022, 16:35
Qəza baş verən ərazidə obyektləri su basıb


Qəza baş verən ərazidə obyektləri su basıb

Bakının Yasamal rayonunda magistral su kəmərində baş vermiş qəza nəticəsində ərazidə yerləşən bəzi obyektləri su basıb. Butov.az xəbər verir ki, ərazidən suyun çəkilməsi işləri davam etdirilir. Qeyd edək ki, bu gün səhər saatlarında Yasamal rayonunun Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib.Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları vasitəsilə ərazidən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilir.



26-10-2022, 16:31
Yeni Yasamalı su basdı


Yeni Yasamalı su basdı

Bakını su ilə təmin edən irihəcmli su xəttlərindən birində qəza baş verib. Butov.az xəbər verir ki, hadisə Yasamal rayonunda yerləşən Yeni Yasamal yaşayış kompleksində qeydə alınıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Əsəd Əliyev küçəsində yüksək təzyiqli yeraltı xətt deşilərək 1,5-2 metr hündürlüyündə fontan vurub və küçəni su basıb. Nəticədə ərazidəki bir sıra obyektlərə ziyan dəyib. Dərhal ərazidə xidmət aparan polis əməkdaşları məsələyə müdaxilə edib. Vətəndaşlara dəyən ziyanın qarşısını almaq və təhlükəsizliyi təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilib. Polis əməkdaşları hadisə yerinə aidiyyəti dövlət qurumlarının cəlb olunması istiqamətində onları məlumatlandırıblar. Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!