Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
25-10-2022, 20:10
Putin müharibə ilə bağlı tapşırıq verdi


Putin müharibə ilə bağlı tapşırıq verdi

Rusiya Ukraynadakı hərbi kampaniya ilə bağlı qərarların qəbulunu sürətləndirməlidir. Bunu Rusiya prezidenti Vladimir Putin deyib. O qeyd edib ki, Rusiyada sanksiyalara qarşı mübarizə və müharibənin ehtiyacları kontekstində inzibati prosedurları yeniləmək və təkmilləşdirmək lazımdır. Hökumətin koordinasiya şurasının ilk iclasında çıxış edən Putin hökumət strukturları və regionların koordinasiyasının artırılmasının zəruri olduğunu vurğulayıb.
25-10-2022, 20:08
ABŞ Ukraynaya hava müdafiə sistemləri göndərir


ABŞ Ukraynaya hava müdafiə sistemləri göndərir

ABŞ Ukraynaya "Hawk" hava hücumundan müdafiə sistemlərini göndərməyi planlaşdırır. Məlumatı "Reuters" agentliyi adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən yayıb. Bildirilir ki, sistemlər ABŞ ordusunun silah anbarlarından veriləcək. Silahların prezidentin PDA adlı xüsusi qərarı ilə Ukraynaya göndəriləcəyi qeyd olunur. Bu qərarla silahların ötürülməsi üçün Konqresin icazəsinə ehtiyac duyulmur. Agentlik vurğulayıb ki, yeni göndəriləcək hava hücumundan müdafiə sistemləri Vaşinqtonun yazda Kiyevə tədarük etdiyi "Stinger" zenit sistemlərini əvəz edəcək. "Stinger" ölçüsü və növü baxımından nisbətən kiçik, həm də sadədir. Vyetnam müharibəsi dövründən qalan "Hawk" hava hücumundan müdafiə sistemləri bir neçə dəfə təkmilləşdirilib. Bu sistemlər Rusiyanın pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hücumlarına qarşı müdafiədə Ukraynaya kömək edəcək. Amerikanın "Raytheon" şirkəti tərəfindən istehsal olunan müdafiə sistemləri 1,5 km-dən 35 km-ə qədər məsafədə və 60 min ilə 18 min metr yüksəklikdə hədəfləri vurmaq üçün nəzərdə tutulub.
25-10-2022, 20:06
Ruslar bu ölkəyə də gedə bilməyəcəklər


Ruslar bu ölkəyə də gedə bilməyəcəklər

Bu gündən Rusiya vətəndaşlarının turistik Şengen vizası ilə Çexiyaya girişinə rəsmi şəkildə qadağa qoyulub. Butov.az xəbər verir ki, rusiyalılar turizm, idman və ya mədəniyyət məqsədi ilə Çexiyanın beynəlxalq hava limanından ölkəyə daxil ola bilməyəcəklər. “Rusiya rejiminin mülki hədəfləri bombaladığı bir şəraitdə biz buna göz yuma bilmərik”, - deyə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib. Onun sözlərinə görə, Çexiya səfərbərlikdən qaçaraq sığınacaq istəyən rusiyalılara da viza verməkdən imtina etməlidir. Lakin ölkə prezidenti Miloş Zeman nazirin fikri ilə razılaşmayıb və həmin şəxslərin respublikanın təhlükəsizliyinə heç bir təhlükə törətmədiyini deyib. Beləliklə, Çex Respublikası sərhədlərini Rusiya vətəndaşlarına bağlayan altıncı ölkə olub. Bundan əvvəl Latviya, Litva, Estoniya, Finlandiya və Polşa da sərhədlərini rusiyalılara bağlayıblar.
25-10-2022, 20:04
“Azərbaycanın müdafiə ehtiyaclarını qarşılaya bilirik” - Hulusi Akar


“Azərbaycanın müdafiə ehtiyaclarını qarşılaya bilirik” - Hulusi Akar

"Bu gün Türkiyə olaraq Azərbaycan, Liviya və Şimali Kipr Türk Respublikası kimi dost və müttəfiq ölkələrin müdafiə ehtiyaclarını qarşılaya bilirik". Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “SAHA EXPO 2022" müdafiə, aerokosmik və kosmik sənaye sərgisinin açılış mərasimində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Türkiyənin region və dünyada təhlükəsizliyi təmin edən ölkəyə çevrilməsinin əsas səbəblərindən biri milli müdafiə sənayesini inkişaf etdirməsidir:"Ölkəmiz bu sahədə bir çox ilkə imza atıb. Artıq öz silahlarımızı, pilotsuz uçuş aparatlarımızı, helikopter, raket və gəmilərimizi istehsal edən ölkəyik. Ən qısa zamanda öz milli qırıcımız və tankımızı da istehsal edəcəyik". Qeyd edək ki, oktyabrın 25-də İstanbul şəhərində 876 şirkət və 24 universitetin iştirakı ilə "SAHA EXPO 2022" müdafiə, aerokosmik və kosmik sənaye sərgisi öz işinə başlayıb. Azərbaycanın qonaq qismində milli stendi ilə qatıldığı tədbirdə ölkəni müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərliyi altında nümayəndə heyəti təmsil edir.
25-10-2022, 19:23
Ermənistan rəsmisi Türkiyəyə gəlir - Sərhədlər tezliklə açıla bilər


Ermənistan rəsmisi Türkiyəyə gəlir - Sərhədlər tezliklə açıla bilər

Türkiyə və Ermənistan tezliklə sərhədlərinin açılması, eyni zamanda sərhəd ticarətinin təşkili üçün ilk ciddi addımları ata bilər. Bu barədə “Sabah” qəzeti Türkiyənin diplomatik mənbələrinə istinadən məlumat yayıb."Nəşrin məlumatına görə, iki ölkənin xüsusi nümayəndələri - Ruben Rubinyan və Serdar Kılıç arasında münasibətlərin normallaşmasına dair Vyanadakı son görüşdə əldə olunan razılaşmalar fonunda danışıqların Türkiyədə keçirilməsi planlaşdırılır. Növbəti görüşdə mümkün qədər tez bir zamanda iki ölkə arasında sərhədin açılması və sərhəd ticarətinin qurulması məsələsi müzakirə ediləcək. Sərhədin açılması ilə bağlı qərar qəbul edildikdə Akyaka keçid məntəqəsi (Türkiyədə) bir ay ərzində işləyəcək", - deyə qəzet yazıb. Xatırladaq ki, 2021-ci ilin dekabrında İrəvan və Ankara dialoqa başlamaq üçün öz diplomatlarını təyin ediblər. Bunlar Ermənistan tərəfdən parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyə tərəfdən isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıçdır. Onlar artıq bir neçə dəfə görüş keçiriblər. Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur, sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. Ölkələr arasında münasibətlərin kəsilməsinə bir sıra hallar, xüsusən də Ankaranın Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləməsi səbəb olub.
25-10-2022, 19:21
Prezident bir saat bomba sığınacağında gizləndi


Prezident bir saat bomba sığınacağında gizləndi

Almaniya prezidenti Frank-Valter Ştaynmayer hava hücumu xəbərdarlığı səbəbindən Ukraynanın Çerniqov vilayətinin Koryukovka şəhərində bir saat bomba sığınacağında qalmalı olub. Bu barədə ARD teleradio şirkətinin jurnalisti məlumat yayıb."Hava xəbərdarlığı! Ukraynanın şimalındakı Koryukovkaya çatdıqdan bir neçə dəqiqə sonra prezident Ştaynmayer bomba sığınacağına düşməyə məcbur oldu”, - ARD-nin jurnalisti Mattias Deiss öz tvitter-də yazıb. Daha sonra o əlavə edib ki, Ştaynmayer bomba sığınacağında yerli sakinlər və Koryukovka meri ilə söhbət edib. Almaniya prezidenti Frank-Valter Ştaynmayer bu gün Ukraynaya gəlib. Bu, onun Ukraynaya müharibə başlayandan bəri ilk səfəridir. Qeyd olunur ki, dövlət başçısı Kiyevə qatarla gəlib.
25-10-2022, 19:18
Nazir Rişi Sunaka görə istefa verdi


Nazir Rişi Sunaka görə istefa verdi

Rişi Sunakın Baş nazir vəzifəsinin icrasına başlamasından dərhal sonra Böyük Britaniyanın biznes, energetika və sənaye strategiyası naziri Cekob Ris-Moqq istefa verib. Bu barədə "Sky News" telekanalı məlumat yayıb. Daha əvvəl Ris-Moqq hakim Mühafizəkarlar Partiyasının lideri və ölkənin hökumət başçısı postu uğrunda mübarizədə keçmiş Baş nazir Boris Consonu dəstəkləyib. Kanalın məlumatına görə, ətraf mühit, ərzaq və kənd inkişafı naziri Ranil Cayavardena, İcmalar Palatasındakı parlament partiyasının təşkilatçısı Vendi Morton da öz vəzifələrini itirəcəklər. Bundan əlavə, ədliyyə naziri Brendon Lyuis istefa verdiyini rəsmən elan edib
25-10-2022, 19:15
Prezident bu qanunu təsdiqlədi


Prezident bu qanunu təsdiqlədi

“Ekstradisiya haqqında” Avropa Konvensiyasına 2012-ci il sentyabrın 20-də Vyana şəhərində imzalanmış Dördüncü Əlavə Protokol Azərbaycan Respublikasının müvafiq bəyanatları və qeyd-şərtləri ilə təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiq edib. Qanuna əsasən, qeyd olunan əlavə Protokol “Ekstradisiya haqqında” Avropa Konvensiyasının bir sıra müddəalarının müasirləşdirilməsi və onların tamamlanması məqsədilə hazırlanıb. Bu protokola Konvensiyanın 10-cu (müddətin keçməsi), 12-ci (sorğu və əlavə sənədlər), 14-cü (konkretlik qaydası), 21-ci (tranzit) maddələri yeni redaksiyada verilir. 15-ci (üçüncü dövlətə verilmə) maddəyə isə yeni bənd əlavə olunur. Bundan başqa, Konvensiyaya kommunikasiya kanalları və vasitələri, habelə dostcasına həlledilmə adlı yeni müddəaların əlavə olunması nəzərdə tutulur. Dördüncü Əlavə Protokolun müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan Respublikası ilə münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.
25-10-2022, 19:11
Yeni avtobus marşrutu açılır - Gediş haqqı 60 qəpik


Yeni avtobus marşrutu açılır - Gediş haqqı 60 qəpik

27 oktyabrdan yeni E1 ekspres marşrut xətti fəaliyyətə başlayacaq. Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, yeni təşkil edilən xətt üzrə avtobuslar metronun “Xalqlar Dostluğu” stansiyasından başlayaraq Qara Qarayev prospekti - “Koroğlu” metro stansiyası - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Neftçilər prospekti – “Azneft” dairəsi - Bibiheybət -Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edəcək. Marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-nin istismarında olan avtobuslarla icra ediləcək. İlkin mərhələdə daşımalara 10 ədəd avtobus cəlb ediləcək. Xətt üzrə avtobuslar səhər saat 06:30-dan axşam saat 18:30-dək fəaliyyət göstərəcək. Gediş haqqı 0.60 AZN olacaq. Avtobuslar hərəkət sxemi üzrə bütün dayanacaq məntəqələri üzrə deyil, yalnız əvvəlcədən müəyyən edilmiş sərnişin təlabatı daha çox olan məntəqələrdə dayanacaq. E1 xəttinin fəaliyyətə başlaması ilə vətəndaşların rahat, əlavə ödəniş etmədən metronun “Xalqlar Dostluğu” stansiyasından Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində rahat və birbaşa ictimai nəqliyyatla sürətli gediş-gəlişi təmin ediləcək. Bu da öz növbəsində vətəndaşların metronun qeyd olunan istiqamətdə qanunsuz sərnişindaşıma vasitələrindən, eləcə də fərdi avtmobillərdən istifadəsini azaldacaq. Əhalinin ümumi istifadədə olan nəqliyyatdan istifadəsinin stimullaşdırılması isə xüsusilə şəhərin mərkəzində şəxsi avtomobil ilə hərəkətin azaldılmasına müsbət təsir edəcək.
25-10-2022, 18:35
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Oktyabrın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, gün ərzində bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-15° isti, gündüz 17-19° isti, Bakıda gecə 13-15° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75% təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!