Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
24-10-2022, 16:33
İlham Əliyev Qaribaşvili ilə görüşdü


İlham Əliyev Qaribaşvili ilə görüşdü

Oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında (Château Mukhrani) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü keçirilib. Butov.az xəbər verir ki, Gürcüstanın Baş naziri dövlətimizin başçısını qarşılayıb. Sonra rəsmi foto çəkdirilib.



24-10-2022, 16:30
Azad edilmiş ərazilərdə daha 89 mina aşkarlandı


Azad edilmiş ərazilərdə daha 89 mina aşkarlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 89 mina aşkarlayıb. ANAMA-dan verilən məlumata görə, oktyabrın 17-dən 22-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 61, tank əleyhinə 28 mina və 367 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 381 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

24-10-2022, 16:26
“Son bir ayda Putinlə 5 dəfə danışmışam” - Ərdoğan


“Son bir ayda Putinlə 5 dəfə danışmışam” - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə son bir ay ərzində beş dəfə danışıqlar apardığını bildirib.“Anadolu” agentliyi Ərdoğanın sözlərindən sitat gətirib:“20 ildir ki, həm baş nazir olduğum müddətdə, həm də prezidentliyim dövründə biz dünya liderləri ilə daimi əlaqə saxlayırıq. Təkcə son bir ayda biz cənab Putinlə beş dəfə danışmışıq. Eyni şəkildə cənab Zelenski ilə də. Digər tərəfdən, ABŞ prezidenti ilə telefon diplomatiyamız var”.
24-10-2022, 16:13
Ruslar Ukraynaya İran PUA-ları ilə hücum edir - Britaniya MN


Ruslar Ukraynaya İran PUA-ları ilə hücum edir - Britaniya MN

Rusiya işğalçıları Ukraynanın hava hücumundan müdafiə sistemini yarmaq üçün İranın pilotsuz təyyarələri ilə kütləvi hücumlar təşkil edir. Bu barədə Britaniya Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat yayıb. Qeyd olunub ki, Rusiya İranın pilotsuz təyyarələri ilə Ukraynadakı hədəfləri vurmağa davam edir, lakin Ukrayna ordusu pilotsuz təyyarələrlə mübarizədə uğur qazanır. Rəsmi mənbələr hücumların 85%-ə qədərinin qarşısının alındığını iddia edir. İran PUA-ları ləng, səs-küylü və aşağı hündürlükdə uçur, bu da onları adi hava hücumundan müdafiə vasitələri ilə asanlıqla vurur. Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya Ukraynanın hava hücumundan müdafiə sistemlərinə nüfuz etmək üçün çoxlu sayda "Şahed-136"dan istifadə edir. “Çox güman ki, onlardan çatışmazlıq getdikcə böyüyən Rusiyanın uzaqmənzilli dəqiq silahlarının əvəzedicisi kimi istifadə olunur”, - deyə məlumatda bildirilib.
24-10-2022, 16:11
Göygöldə silah-sursat tapıldı


Göygöldə silah-sursat tapıldı

Göygöl rayonunda silah-sursat tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Hacıməlik qəsəbəsi yaxınlığındakı ərazidə silah-sursat olması barədə məlumat daxil olub. Dərhal RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirliblər. Araşdırmalar zamanı oradan 1 ədəd “AKM” markalı avtomat və onun hissələri, 4 ədəd həmin avtomata aid daraq və 100 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
24-10-2022, 16:09
İlham Əliyev Gürcüstanda səfərdədir


İlham Əliyev Gürcüstanda səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfərə gedib. Butov.az xəbər verir ki, Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və digər rəsmi şəxslər qarşılayıblar.
24-10-2022, 07:56
Azərbaycan - Türkiyə qardaşlığının dünyaya növbəti ismarıcı

Azərbaycan - Türkiyə qardaşlığının dünyaya növbəti ismarıcı: Zəngilan Hava Limanının açılışı

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində 30 illik işğala son qoyması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpa edilməsi regionda yeni reallıqlar yaratdı. Müharibənin sonunda əldə etdiyimiz şanlı qələbə ilə 44 günlük vətən müharibəsi tariximizə "Zəfər Yürüşü" adı ilə daxil oldu.
8 noyabr 2020-ci il tarixli üçtərəfli bəyənatın qəbul edilməsindən sonra işğaldan azad edilmiş ərazilərdə erməni vəhşiliklərinin şahidi olduq. Dini ibadətgahlarımız, mədəni və tarixi abidələrimiz, yaşayış obyektləri erməni vandalları tərəfindən tamamilə dağıdılmışdı. Ancaq Azərbaycan bu torpaqlara yeni həyat verdi. Yeni infrastruktur layihələr, yenidənqurma və bərpa işləri "Böyük Qayıdış"ı sürətləndirdi. Artıq Zəngilanın Ağalı kəndində bu torpağın əsl sakinləri yaşayırlar. Ağalıya qayıdış, "Böyük Qayıdış"ın başlanğıcı hesab olunur.
Zəngilan İran və Ermənistan Respublikaları ilə sərhəddə yerləşməklə həmdə mühüm strateji-coğrafi əhəmiyyətə malikdir. Zəngilanda hava limanın inşa edilməsi də məhz bu məqamlar nəzərə alınmaqla həyata keçirildi. Zəngilan hava limanı 2021-ci ilin aprel ayında tikintisinə başlanılan beynəlxalq hava limanıdır. Hava limanı Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır.
Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları Prezidentlərə təqdim edilib. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.
Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr təşkil edir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edəcək.
Perronun sahəsi 60 min kvadratmetrdir. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək. Müasir dünya tələblərinə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmək imkanına malik olacaq. Terminal daxilində VIP-zal, kafe, tibb məntəqəsi və ofis otaqları mövcuddur.
Aeroportda tam avtomatlaşdırılmış hava hərəkətinə nəzarət və aviasiya rabitəsi sistemləri ilə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi tikilib.Uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün ICAO-nun beynəlxalq tələblərinə uyğun olaraq İtaliyanın və Almaniyanın aparıcı istehsalçılarının müasir aeronaviqasiya dəstək sistemləri tətbiq edilib. Qısa müddətdə ILS/DME instrumental eniş sistemləri, VOR/DME marşrutu üzrə hava gəmisi naviqasiya vasitələri, avtomatlaşdırılmış aviasiya və meteoroloji müşahidə sistemləri, ilkin və ikinci dərəcəli radar sistemləri quraşdırılaraq istifadəyə verilib. Bütün sistemlər ICAO və “Eurocontrol”un beynəlxalq aviasiya kataloqlarında qeydiyyatdan keçib.
Zəngilan Beynəlxalq Hava Limanının ərazisində yardımçı binalar, transformator binası, qazanxana və su çənləri inşa edilib. Uzunluğu təxminən 10 kilometr olan 35 kilovoltluq ikidövrəli elektrik kabel xətti çəkilib. 230 metr dərinlikdə artezian quyusu qazılaraq su çıxarılıb.
Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcəyi günü yaxınlaşdırmaqdadır.
Onu da deyək ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur.
Zəngilan hava limanının açılışının Azərbaycan və Türkiyə prezidentləri tərəfindən edilməsi bütün dünyaya Azərbaycan - Türkiyə qardaşlığının növbəti ismarıcıdır.
İlham Məmmədov
Milli Məclisin deputatı
23-10-2022, 20:46
ANAMA-dan vətəndaşlara növbəti xəbərdarlıq


ANAMA-dan vətəndaşlara növbəti xəbərdarlıq

Xəbər verdiyimiz kimi, Tərtər rayonunda mina hadisəsi baş verib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən verilən məlumata görə, 2022-ci 23 oktyabr tarixində Tərtər rayonunda minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib. Məlumata əsasən mina partlayışı nəticəsində Tərtər rayonunun Seydimli kənd sakini 1996-cı il təvəllüdlü Əlizadə Samir Bruc oğlu xəstəxanaya yerləşdirilib və hər iki ayağı topuq nahiyəsindən aşağı amputasiya edilib. ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır.
23-10-2022, 20:41
Şoyqu bir gündə dörd həmkarına zəng etdi


Şoyqu bir gündə dörd həmkarına zəng etdi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Pentaqonun rəhbəri Lloyd Ostin ilə telefon danışığı aparıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlər Ukraynadakı vəziyyəti müzakirə ediblər. Qeyd edək ki, Ostin oktyabrın 23-də Sergey Şoyqunun zəng etdiyi dördüncü müdafiə naziri olub. Şoyqu bundan əvvəl Fransa, Türkiyə və Britaniya müdafiə nazirlərinə zəng vurub. Danışıqların əsas mövzusu Ukrayna müharibəsi ilə bağlıdır.
23-10-2022, 20:25
İran Rusiyanın köməyinə çatdı


İran Rusiyanın köməyinə çatdı

İran müvafiq müqavilə çərçivəsində Rusiyaya 40 qaz turbini tədarük edəcək. Bu barədə İranın Qaz Mühəndisliyi Şirkətinin (IGEDC) icraçı direktoru Reza Noşədi bildirib. “Qaz sənayesinin işləməsi üçün lazım olan avadanlıq və qurğuların 85%-i İranda istehsal olunur. Bu səbəbdən də, biz Rusiya ilə 40 qaz turbininin tədarükünə dair müqavilə imzalamışıq”, - şirkət rəhbəri deyib. Xatırladaq ki, bir müddət öncə İranın neft naziri Cavad Ouci Rusiya və İran arasında neft-qaz sənayesi üzrə 40 milyard dollardan çox sövdələşmələr bağlandığını elan etmişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!