23-10-2022, 20:15
DİN-dən minaya düşən şəxslə bağlı açıqlamaTərtərdə bir nəfər minaya düşüb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirib ki, bu gün saat 17 radələrində Tərtər rayonun Çaylı kəndi ərazisində rayon sakini Samir Əlizadə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, polis əməkdaşları tərəfindən dərhal xəstəxanaya yerləşdirilib, müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
23-10-2022, 20:13
26 yaşlı gənc minaya düşdü, hər iki ayağını itirdiOktyabrın 23-ü saat 17 radələrində Tərtər rayonunun Çaylı adlanan ərazisində 1 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Tərtər rayon prokurorluğundan bildirilib. İlkin araşdırmalarla həmin ərazidə olarkən 1996-cı il təvəllüdlü Samir Əlizadənin minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alaraq hər iki ayağının amputasiya olunması müəyyən edilib. Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
23-10-2022, 20:11
Ukraynada İranın 273 PUA-sı məhv edilibBu ilin sentyabrın 13-dən indiyədək Ukrayna hərbçiləri İrana məxsus 273 “Şahed-136” kamikadze pilotsuz uçuş aparatını məhv edib. Bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat deyib. Onun sözlərinə görə, Rusiya Ukraynaya qarşı İran PUA-larının iki növündən istifadə edir. Eyni zamanda, qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri daha 4 "Mohajer-6" hücum pilotsuz təyyarəsini vurub.
23-10-2022, 16:09
Rusiyada təyyarə evin üzərinə düşdü Rusiyanın İrkutsk vilayətində "Su-30" hərbi təyyarəsinin yaşayış evinin üzərinə düşməsi nəticəsində iki pilot həlak olub. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, sakinlər arasında itki yoxdur.
23-10-2022, 16:07
Türkiyə İranla razılaşdıİran və Türkiyə qaz ixracı sahəsində yeni razılaşmalar əldə ediblər. Bu barədə İranın Milli Qaz Şirkətinin nümayəndəsi Məhəmməd Rza Colayi bildirib.“Milli Qaz Şirkəti Türkiyənin “Botaş” şirkətinin nümayəndələri ilə görüş keçirib. Görüş zamanı bir sıra razılaşmalar əldə olunub. Razılaşmalara uyğun olaraq, İran qazının Türkiyəyə ixracı ilə bağlı növbəti altı ay ərzində müxtəlif tədbirlər koordinasiya olunmuş şəkildə həyata keçiriləcək”, - Colayi deyib. Onun sözlərinə görə, görüş zamanı İran qazının ixrac imkanlarının hazırkı səviyyəsi və ölkələr arasında əməkdaşlığın digər formalarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, İran Türkiyəyə Tengiz-Ankara qaz kəməri vasitəsilə ildə orta hesabla 10 milyard kubmetr qaz verir. 2021-ci ildə İran qazının Türkiyənin enerji balansındakı payı 16%-ə yaxın olub.
23-10-2022, 16:03
Çempionumuz danışdı: "Fantastik nəticədir"“Yaxşı iş gördük. Azərbaycan üçün fantastik nəticədir”. Bu sözləri gənclər arasında şahmat üzrə dünya çempionatının qalibi olmuş azərbaycanlı şahmatçı Abdulla Qədimbəyli deyib. İtaliyanın Sardiniya adasında baş tutan turnirdə qələbə qazanan Qədimbəyli qeyd edib ki, bu yarış dünyanın ən çətin turniridir:“Çətin idi, amma öhdəsindən gəldim. Birincilik qazandım. Əlimdən gələni etdim ki, qalib olum. İnanıram ki, Azərbaycan xalqı da mənimlə fəxr edir. Çünki bu, ölkəmiz üçün əla nəticədir”.
23-10-2022, 15:57
Dövlət çevrilişi etmək istəyənlər həbs olunduQırğızıstan Daxili İşlər Nazirliyi (DİN) ölkədə kütləvi iğtişaşlar hazırlamaqda şübhəli bilinən şəxsləri saxlayıb.
Butov.az xəbər verir ki, rəsmi məlumata əsasən, ələ keçirilən şəxslər keçmiş dövlət qulluqçularıdır. Bildirilib ki, onların sayı 10-dan çoxdur. Saxlanılan şəxslərlə bağlı Qırğızıstan Cinayət Məcəlləsinin “Kütləvi iğtişaşlar təşkil etməyə hazırlıq” maddəsi ilə cinayət işi başlanıb. Xüsusi istintaq hərəkətləri zamanı başlanmış cinayət işi çərçivəsində saxlanılan şəxslərin qanunsuz olaraq hakimiyyəti ələ keçirməklə kütləvi iğtişaşların təşkilində və hazırlanmasında iştirak etmələri barədə sübutlar əldə edilib.
23-10-2022, 15:53
Ağstafada 22 yaşlı oğlanı qatar vurduAğstafada 22 yaşlı oğlanı qatar vurub.
Butov.az-ın verdiyi məlumata görə, hadisə rayonun Böyük Kəsik stansyasının yaxınlığında qeydə alınıb. Masallı rayon sakini, 2000-ci il təvəllüdlü Əlizadə Abdullayevi dəmiryollu xəttini keçən zaman qatar vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyərinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
23-10-2022, 15:49
Sabah da yağış yağacaqAzərbaycanda oktyabrın 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 13-15° isti, gündüz 17-20° isti, Bakıda gecə 13-15° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava hökm sürəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 0°-yə yaxın, gündüz 6-10° isti olacaq.
23-10-2022, 15:46
Seçki sorğusu - Ərdoğan birinci olduTürkiyədə prezident seçkiləri ilə bağlı sorğu keçirilib. Qardaş ölkənin hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan sorğuda birinci olub.
Butov.az xəbər verir ki, "MetroPoll”un təşkil etdiyi seçki sorğusunda 42,1 faiz səs toplayan Ərdoğan bütün rəqiblərini geridə qoyub. O, ən yaxın rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu 19,6 faiz üstələyib. Bundan əlavə, Mənsur Yavaş 16,9 faiz səs toplayıb, Əkrəm İmamoğlu isə siyahıda yer almayıb. Rəyi soruşulan respondentlərin 42 faizi prezident seçkilərində Ərdoğana səs verəcəkləri bildirib. 23 faiz respondent Kılıçdaroğlunu, 17 faiz Yavaşı, 12 faiz isə HDP-nin namizədini dəstəkləyəcəyini açıqlayıb. Qeyd edək ki, Türkiyədə növbəti prezident seçkiləri gələn ilin yayında keçiriləcək. İqtidar düşərgəsi Prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb, müxalifət isə hələ də vahid namizədini müəyyən edə bilməyib. Siyasi analitiklər Ərdoğan yenidən prezident seçilmək şansının digərlərinə nisbətdə yüksək olduğunu düşünür.