9-10-2022, 19:37
XİN başçısından İran əleyhinə çağırışAlmaniyanın xarici işlər naziri Annalena Berbok İranla bağlı çağırış edib.
Butov.az xəbər verir ki, XİN başçısı etirazçılara qarşı zorakılıq hərəkətlərinə görə məsuliyyət daşıyan İran hakimiyyətinin Avropa İttifaqına girişinə qadağa qoyulmasına və aktivlərinin dondurulmasına çağırıb:“Biz Aİ-nin bu qəddar repressiyaya görə məsuliyyət daşıyanlara giriş qadağası qoymasını, habelə onların Aİ-dəki aktivlərini dondurmasını təmin edəcəyik”.
9-10-2022, 19:34
Komaya düşən qazi vəfat etdiVətən Müharibəsi qazisi, Sumqayıt şəhər sakini Bəhruz Zülfüqarov dünyasını dəyişib.
Butov.az xəbər verir ki, ötən ay əməliyyat olunan Zülfüqarov komaya düşüb. O, böyrək və bağırsaq problemlərindən əziyyət çəkib. Allah rəhmət eləsin!
9-10-2022, 18:44
Ordumuzun mövqeləri atəşə tutulduOktyabrın 8-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi, oktyabrın 9-u səhər saatlarında isə Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
9-10-2022, 18:36
ABŞ Ukraynaya yeni raket sistemləri göndərirAmerika Birləşmiş Ştatları ən son NASAMS hava hücumundan müdafiə sistemlərini Ukraynaya çatdırmaq niyyətindədir.
Butov.az xəbər verir ki, Kiyev NASAMS zenit-raket kompleksinin iki batareyasını ala bilər. Amerikalılar üçün bu, 182 milyon dollara başa gələcək. İki batareya ilə birlikdə Ukrayna səkkiz buraxılış qurğusu və radarlarla təchiz edilmiş komanda məntəqəsi alacaq. HHM sisteminin yaxın iki ay ərzində çatdırılması gözlənilir.
9-10-2022, 18:08

9-10-2022, 17:39

9-10-2022, 17:37
Sabah yağış yağacaqAzərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti, gündüz 23-25° isti, Bakıda gecə 16-18° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq. Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşama doğru əksər rayonlarda tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək.
9-10-2022, 17:34
İrəvanda partlayış oldu: Yaralılar var Ermənistanın paytaxtı İrəvanın Baqratunyats küçəsində yerləşən hosteldə partlayış olub. Bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Hadisə nəticəsində 2 nəfər yaralanıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Partlayışdan sonra güclü yanğın başlayıb. Yanğının söndürülməsinə yanğınsöndürən briqadası cəlb olunub.
9-10-2022, 17:20
Şəhidlərimizə həsr olunan kitabın təqdimatı olduAzərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Manya Səxavətqızının “Vətən fədailəri: İmişli şəhidləri” kitabının təqdimat mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə Nazirliyinin nümayəndələri, millət vəkilləri, şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları, din xadimlərinin iştirak etdiyi tədbirdə Vətən müharibəsində qazanılan qələbənin tariximizdə mühüm yer tutduğu, bu zəfərin əsrlər sonra da xalqımız tərəfindən qürur və iftixar hissi ilə yad ediləcəyi bildirilib. Qeyd olunub ki, Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalanların müqəddəs xatirəsi daim qəlblərdə yaşayacaq. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə və yazdığı kitablarla şəhidlərimizin xatirəsini əbədiləşdirən şairə-publisist Manya Səxavətqızına minnətdarlıqlarını bildiriblər. Tədbirin sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında “Biz ölsək də ana Vətən yaşasın” adlı bədii kompozisiya təqdim olunub.
9-10-2022, 17:03
Tehran Qafanda baş konsulluğu niyə açıb? - İranlı nazir danışdıİranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian ölkəsinin Ermənistanın Qafan şəhərində ilk baş konsulluq açmasından danışıb.
Butov.az-ın məlumatına görə, nazir bildirib ki, Qafanda baş konsulluq iki ölkə arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək və gücləndirmək məqsədilə açılıb.“Bu qərar sayəsində biz yaxın gələcəkdə İran-Ermənistan münasibətlərinin genişlənməsinin və dərinləşməsinin şahidi olacağıq”, - deyə Hüseyn Əmir Abdollahian əlavə edib. Onun sözlərinə görə, İranın 13-cü hökuməti bölgədə iqtisadi siyasəti gücləndirməyi, Şimal-Cənub tranzit yolunun dinamikliyini hədəf seçib. Xatırladaq ki, İran Qafanda baş konsulluğu bu ilin avqustunda açıb.