10-10-2022, 21:19
Qazaxıstan vətəndaşlarını Ukraynadan çıxarırQazaxıstanın Kiyevdəki səfirliyi Rusiyanın Ukraynanın mülki infrastrukturuna endirdiyi raket zərbələri ilə əlaqədar bu ölkədəki vətəndaşlarına müraciət edib.
Butov.az xəbər verir ki, səfirlik vətəndaşları Ukraynanı tərk etməyə çağırıb.“Ukrayna ərazisində mülki infrastruktura və dövlət obyektlərinə hücumların artması ilə əlaqədar Qazaxıstan Respublikasının səfirliyi öz vətəndaşlarını Ukraynaya səfərdən çəkinməyə, Ukraynada olanları isə hava reydləri siqnallarına qulaq asmağa və bomba sığınacaqlarında qalmağa çağırır”, - Qazaxıstan səfirliyinin yaydığı məlumatda qeyd olunub.
10-10-2022, 21:17
Bayden Rusiyanın hücumlarını vəhşilik adlandırdıABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrini pisləyib. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb."Birləşmiş Ştatlar Rusiyanın bu gün Ukrayna ərazisinə, o cümlədən Kiyevə endirdiyi raket zərbələrini qətiyyətlə pisləyir. Bu hücumlar dinc əhalinin ölümünə və yaralanmasına səbəb olub və heç bir hərbi məqsəd daşımayan hədəflər vurulub. Bunlar bir daha Putinin Ukrayna xalqına qarşı qanunsuz müharibəsinin tam vəhşiliyini nümayiş etdirir", - deyə Bayden bildirib.
10-10-2022, 17:55
Xüsusi təyinatlıların birgə təlimi başlayıbAzərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı-2022” adlı birgə təlimləri başlayıb. Bu barədə Türkiyənin Gürcüstandakı səfirliyi məlumat yayıb. Birgə təlimlər Gürcüstanın Muxrovani şəhərində keçirilir. Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının iştirak etdiyi “Qafqaz Qartalı” adlı birgə təlimlər hər il təşkil olunur.
10-10-2022, 17:51
Rusiya bizi İran PUA-ları ilə vurur - Zelenski“Rusiya bizi İranın “Şahed” pilotsuz uçuş aparatları (PUA) ilə vurur”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb."Qarşı tərəf enerji obyektlərini hədəf almaqla enerji sistemimizi məhv etmək, xaos yaratmaq istəyir. İkinci hədəf isə mümkün qədər çox insanın ölümünə səbəb olmaqdır. Hazırda Ukrayna terrorçularla mübarizə aparır", - Zelenski vurğulayıb. Ukrayna lideri əhaliyə çağırış edərək “Hərbçilərimizin köməyi sayəsində hər şey yaxşı olacaq”, - deyib. Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib. Raketlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb. Hücum zamanı çox sayda ölən və yaralananların olduğu bildirilib.
10-10-2022, 17:49
Kadırov Zelenskini ölkədən qaçmağa çağırdıÇeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciət edib.
Butov.az xəbər verir ki, Kadırov Zelenskini ölkədən qaçmağa çağırıb. Çeçen lider Ukrayna Prezidentinə Qərb ölkələrinə getməyi məsləhət görüb."Zelenski Kiyevə və digər şəhərlərə atılan raketlərdən şikayətlənir. Bəs sən, Zelenski, necə düşünürdün? Sən bacarırsan, amma başqaları bacarmır? Yəni, səkkiz il ərzində mülki əhalini bombalamaq, şəhərlərin infrastrukturunu dağıtmaq, AES-i mərmilərlə vurmaq, körpüləri partlatmaq, mühüm obyektləri atəşə tutmaq mümkün idi, ancaq başınıza gələndə birdən-birə kimsə üçün qeyri-mümkün oldu?", - deyə Kadırov teleqram kanalında yazıb.
10-10-2022, 17:47
Putin Ukraynanı sərt cavab tədbirlərilə hədələdiUkrayna hakimiyyəti terror aktlarına davam edərsə, Rusiya daha sərt cavab verəcək. Bunu Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında bildirib. Dövlət başçısı Krım körpüsündə baş verən partlayışın arxasında Kiyev hakimiyyətinin olduğunu vurğulayıb."Məhkəmə-tibbi və digər ekspertizaların məlumatları, eləcə də əməliyyat məlumatları oktyabrın 8-də baş verən partlayışın terror aktı olduğunu göstərir. Bu, Rusiyanın mülki əhəmiyyətli infrastrukturunu məhv etmək məqsədi daşıyan terror hücumudur. Həmçinin aydındır ki, terror aktının sifarişçiləri, təşkilatçıları və icraçıları Ukrayna xüsusi xidmət orqanlarıdır”, - Putin bildirib. Bundan əlavə, Rusiya lideri Ukraynanı nüvə terroru aktlarında - Zaporojye AES-i atəşə tutmaqda və Kursk AES-də təxribat törətmək cəhdlərində ittiham edib. Rusiya lideri Ukrayna hakimiyyətinin “Türk axını” qaz nəqli sisteminin bölmələrindən birini partlatmaq cəhdlərindən də danışıb."Kiyev rejimi öz hərəkətləri ilə əslində özünü beynəlxalq terrorçu təşkilatlarla, ən iyrənc qruplarla bir sıraya qoyub. Bu cür cinayətləri cavabsız qoymaq sadəcə olaraq mümkün deyil", - Putin vurğulayıb. Prezident bildirib ki, Rusiya qoşunları Ukraynada enerji, hərbi komandanlıq və rabitə obyektlərinə böyük zərbə vurub."Əgər ərazimizdə terror aktları törətmək cəhdləri davam edərsə, Rusiyanın cavabları sərt olacaq və miqyasına görə Rusiya Federasiyasının təhdid səviyyəsinə uyğun olacaq. Buna heç kimin şübhəsi olmasın", - deyə dövlət başçısı fikirlərini yekunlaşdırıb.
10-10-2022, 17:38
Rusiya Ukraynanı Xəzərdən vurub - Baş QərargahUkrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın oktyabrın 10-da səhər saatlarında Ukraynanın dinc şəhərlərində törətdiyi kütləvi terrorla bağlı məlumat açıqlayıb. Məlumatda bu günə qədər 83 raket atıldığı bildirilib. Qeyd edilib ki, hücumlar Xəzər dənizi və Nijni Novqorod sularından həyata keçirilib. Müdafiə nazirinin müavini Anna Malyarın “Telegram” kanalında bu fikirləri paylaşıb:“Bu gün saat 06:20-dən 11:15-dək Rusiya Federasiyası Xəzər dənizi regionlarından və Nijni Novqoroddan Kiyev, Lvov, Priluki şəhərlərində Ukrayna ərazisinə raket-raket və hava zərbələri endirib. Xmelnitski, Dnepr, Nijin, Jitomir, Xarkov atəşə məruz qalıb". Odessa OVA-nın rəhbəri Maksim Marçenkonun verdiyi məlumata görə, vilayətdə üç PUA vurulub:"İşğalçılar həmçinin müvəqqəti işğal olunmuş Krım və Belarus ərazisindən buraxılmış 17 ədəd “Shahed 136” kamikadze pilotsuz uçan aparatdan da istifadə ediblər".
10-10-2022, 17:36
Gorus-Qafan yolunun 21 km-lik hissəsi Ermənistan deyil - İrəvandan etirafGorus-Qafan yolunun Azərbaycanın nəzarətinə keçən hissəsi Ermənistan Respublikasının sərhədlərinə daxil deyil. Bunu hakim “Mülki müqavilə” fraksiyasının deputatı Vaaqn Aleksanyan brifinqdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olması kontekstində yol məsələsini şərh edərkən deyib."Söhbət noyabrın 9-dan sonra Azərbaycanın nəzarətinə keçən hissədən gedir. 2010-cu ildə parlament tərəfindən qəbul edilmiş “İnzibati ərazi bölgüsü haqqında” qanuna əsasən, Gorus-Qafan yolunun həmin hissəsi Ermənistanın sərhədlərinə daxil deyil”, - Aleksanyan bildirib. Belədirsə, erməni tərəfinin niyə 30 ildir yolun həmin hissəsini işlətdiyinə gəlincə, deputat deyib ki, bu, birinci Qarabağ müharibəsində əldə edilən qələbə sayəsində təmin olunmuşdu. Eyni zamanda o, keçmiş hakimiyyət orqanlarını ittiham edib ki, Ermənistanın o vaxtkı bütün büdcəsi Azərbaycanın hərbi büdcəsindən aşağı idi və Bakıda toplanan silahlar nə vaxtsa atəş açmalıydı. Gorus-Qafan yolunun bir hissəsi Azərbaycanın nəzarətinə 2020-ci ilin dekabrında keçib. Bu, 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra baş verib. Zəngəzur bölgəsində yerləşən Şahverdilər və Şurnuxu kəndlərinin bir hissəsi Azərbaycanın nəzarətinə qaytarılıb. Nəticədə həm də ərazidən keçən Gorus-Qafan yolunun 21 km-lik hissəsinə nəzarət də Azərbaycana keçib. 2021-ci ilin sentyabrında isə Azərbaycan tərəfi haqlı olaraq Gorus-Qafan yolunun Şahverdilər kəndi ərazisindən keçən hissəsində (həmin yer hazırda Qubadlı rayonunun Eyvazlı kəndinə məxsusdur-red.) gömrük və polis postu quraraq, Ermənistana yük daşıyan İran maşınlarını dayandırıb yoxlamağa və gömrükhaqqı tələb etməyə başlayıb. Bu tədbirlər nəticəsində həm də Gorus-Qafan yolu ilə Xankəndiyə qanunsuz yükdaşımalarına son qoyulub. Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin 2022-ci il oktyabrın 6-da keçirilən görüşünün yekunları üzrə bəyanat qəbul edilib. Ermənistan və Azərbaycan hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər.
10-10-2022, 17:33
Kəlbəcərdə kəşfiyyat işləri aparılır“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Azərbaycan Respublikasının Prezidentinin 16 mart 2020-ci il tarixli 1941 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planı çərçivəsində müvafiq fəaliyyətini davam etdirir.
Butov.az xəbər verir ki, sözügedən tədbirlər planına əsasən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının Kiçik Qafqazın mərkəzi və cənub hissəsində nəcib və əlvan metal perspektivli sahələrdə geoloji-axtarış işlərinin aparılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və “AzerGold” QSC-yə həvalə edilib. Bu çərçivədə Cəmiyyətin geoloji kəşfiyyat qrupu cari ilin iyun ayından etibarən “Tutxun” nəcib metal təzahürləri sahəsində mərhələli axtarışlar aparır. Cəmiyyət tərəfindən 2022-2025-ci illər üzrə tərtib edilmiş kəşfiyyat proqramlarına uyğun olaraq geoloji heyət tərəfindən Tutxun çayının hövzəsinin mina və partlamamış hərbi sursatlardan təmizlənmiş Başlıbel-Xanlanlı, Oruclu-Ağyataq-Çorman sahələrində yerüstü aktiv axtarış-kəşfiyat işləri sürətlə davam etdirilir. Bununla yanaşı, araşdırmalar çərçivəsində Kəlbəcər və Laçın rayonlarını əhatə edən 1624 km2 sahədə Qafqaz regionunda ilk dəfə olaraq innovativ axtarış metodlarından sayılan qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişləri də həyata keçirilməkdədir. Tutxun hövzəsi təzahür sahələrində bütövlükdə geoloji kəşfiyyat işlərinin aparılması məqsədilə sözügedən ərazilərin mina və partlamamış hərbi sursatlardan tam olaraq təmizlənməsi istiqamətində müvafiq qurumlar tərəfindən zəruri addımlar atılır. Qeyd edək ki, “Tutxun” sahəsi Kəlbəcər rayonunun ərazisində, Tərtərçayın sağ qolu olan Tutxun çayının hövzəsində yerləşir. 1958-1990-cı illərə aid geoloji materialların araşdırılması və rəqəmsallaşdırılmasının nəticələrinə əsasən, sahədə qızıl, gümüş və qismən sənaye əhəmiyyətli mis metallaşmasının olduğu proqnozlaşdırılır.
10-10-2022, 17:29
Bu tarixdə Günəş tutulacaq2022-ci il oktyabrın 25-də ikinci Günəş tutulması baş verəcək. BDU-nun Astrofizika kafedrasından verilən xəbərə görə, tutulma qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi 12:58:21-də başlayacaq və 17:02:11-də sona çatacaq. Tutulmanın maksimumu 15:00:16-da olacaq. Tutulma hadisəsi 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək. Bu tutulma hadisəsi Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunacaq. Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək. Bakıda tutulma hadisəsi 13:59:38-də başlayacaq və 16:30:05-də sona çatacaq. Tutulmanın maksimumu 15:17:43-də olacaq.