Qətərdə hərbi helikopter qəzası - 6 nəfərin meyiti tapıldı .....                        İstanbulda bina çökdü .....                        Lənkəranda bu quşlar kütləvi qırılır .....                        İran İsrailin Ben-Qurion aeroportunu vurdu .....                        Sumqayıtda tonqalda partlayış - Yaralananların vəziyyəti açıqlandı .....                        20 dərəcə isti - SABAHIN HAVASI .....                        Qətlə yetirilən müəllim haqda yeni məlumat .....                        II Qareginin Tbilisiyə getməsinin qarşısı alındı .....                        ABŞ-İsrail koalisiyası İranın Natanz nüvə obyektini vurdu .....                       
2-12-2025, 17:48
Tehran və Ankara razılığa gəliblər - Arakçi


Tehran və Ankara razılığa gəliblər - Arakçi

İki böyük regional güc olaraq Tehran və Ankara regionda davamlı sülh, sabitlik və inkişafı təşviq etmək üçün sıx əməkdaşlığa sadiqdirlər.
Bunu İranın xarici işlər naziri Abbas Arakçi bildirib.
Arakçi dünən Türkiyənin xarici işlər naziri Hakan Fidan və onu müşayiət edən nümayəndə heyətini Tehranda qəbul etdiyini söyləyib.
O qeyd edib ki, "tamamilə isti və konstruktiv bir atmosferdə iki tərəf ikitərəfli münasibətlərin artan trayektoriyasını nəzərdən keçirib və hər iki ölkə liderlərinin iqtisadi, ticarət, enerji, texnologiya, təhlükəsizlik və mədəniyyət sahələrində əməkdaşlığı dərinləşdirmək əzmini bir daha təsdiqləyiblər".
Arakçi əlavə edib ki, hər iki tərəf "Qəzza və İordan çayının Qərb sailindəki fəlakətli vəziyyətlə bağlı dərin narahatlıqlarını ifadə edib, İsrail rejimi tərəfindən törədilən soyqırımı qətiyyətlə pisləyib və bu cinayətlərə son qoyulması və rejimin beynəlxalq forumlarda məsuliyyətə cəlb edilməsinin təcili zərurəti barədə razılığa gəliblər".
Suriya və Livandakı hadisələrdən danışan Abbas Arakçi vurğulayıb ki, hər iki ölkə "bu dövlətlərin milli suverenliyinə, ərazi bütövlüyünə və birliyinə tam hörməti vurğulayır və davam edən İsrail təcavüzünü qətiyyətlə pisləyir".
2-12-2025, 17:40
Novruzla Ramazan eyni günə düşür: 11 gün iş olmayacaq


Novruzla Ramazan eyni günə düşür: 11 gün iş olmayacaq

Gələn il Novruz və Ramazan bayramları üst-üstə düşəcək.
2026-cı ildə martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Qərar Nazirlər Kabineti tərəfindən verilib.
21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart qeyri-iş günləri olacaq.
Martın 20, 21-i həm də Ramazan bayramıdır. Əmək Məcəlləsinə əsasən, Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən növbəti iş günləri 27 və 30 mart tarixləri də qeyri-iş günü olacaq.
Beləliklə, Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart qeyri-iş günü olacaq.
2-12-2025, 17:27
Federika Moqerini saxlanıldı


Federika Moqerini saxlanıldı

Avropa diplomatiyasının keçmiş rəhbəri və Avropa Kollecinin rektoru Federika Moqerini Belçika polisi tərəfindən dələduzluqda şübhəli bilinərək saxlanılıb.
Avropa Baş Prokurorluğu (EPPO) Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) Brüsseldəki mənzil-qərargahında Aİ vəsaitlərinin mümkün sui-istifadəsi ilə bağlı təhqiqat çərçivəsində axtarışların aparıldığını təsdiqləyib. Keçirilən əməliyyatlar nəticəsində 3 şübhəli həbs edilib.
Brüggedəki Avropa Kollecinin bir neçə binasında, eləcə də müttəhimlərin iqamətgahlarında paralel araşdırmalar aparılıb. EPPO aydınlaşdırıb ki, saxlanılan şəxslər dələduzluq, korrupsiya və cinayətkar maraqların toqquşmasında ittiham olunurlar. Axtarışlar zamanı çoxlu sənədlər ələ keçirilib. İstintaq Avropa Fırıldaqçılıqla Mübarizə Bürosunun (OLAF) köməyi ilə aparılır.
İlkin məlumatlara görə, EEAS əməkdaşları gənc diplomatlar üçün on aylıq təhsil proqramını həyata keçirmək üçün 2021-ci il tenderinin seçim meyarları ilə bağlı Avropa Kollecinə əvvəlcədən məlumat vermiş ola bilərlər. Müsabiqədən sonra qurum 654 000 avro maliyyə vəsaiti əldə edib. Kollecə Federika Moqerini rəhbərlik edir. Hazırda heç kimə qarşı rəsmi ittiham irəli sürülməyib.
2-12-2025, 17:13
Bütün şəhid ailələri və müharibə əlilləri evlə təmin olunacaqlar


Bütün şəhid ailələri və müharibə əlilləri evlə təmin olunacaqlar

"Birinci plenar iclasda sual qalxmışdı ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri və müharibə əlilləri üçün mənzil və yaxud fərdi evlərin inşasından maraqlı deyil. Bu belə deyil".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
Nazir bildirib ki, şəhid ailələrinin və müharibə əlillərinin mənzil, məişət şəraitinin yaxşılaşdırılması üçün 2 proqram icra edilir:
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu proqramları icra etmək üçün kifayət qədər vəsaitə malikdir, proqrmalar dayandırılmayıb və davam etdirilir. Nazirlik ölkə üzrə yeni inşa edilmiş çoxmənzilli binalarda mənzillərin alışını həyata keçirir və bu məqsədlə müvafiq tenderləri elan edirik. Ümumilikdə bu proqram çərçivəsində 15,7 min mənzil və fərdi evlərin verilməsi təmin edilib. 2018-2025-ci illərdən bu kateqoriyadan olan şəxslərə 10 min mənzil və fərdi evlərin verilməsini təmin etmişik. Post-müharibə dövründə 6,9 min mənzil verilməsini təmin etmişik. Cari ildə isə bu məqsədlər üçün 400-ə yaxına mənzilin alınmasını təmin edəcəyik.
Dağlıq və dağətəyi rayonlarda coğrafi çətinliklər nəzərə alınaraq növbəti ildən həmin rayonlarla bağlı xüsusi yanaşma tətbiq olunacaq. Mənzil-məişət şəraitin yaxşılaşdırılmasına ehtiyacı olan məznil növbəsində olan ölkə üzrə bütün şəhid ailələri və müharibə əlilləri mənzillə təmin olunacaqlar”.
2-12-2025, 17:09
2026-cı ilin bayram günləri - Baş nazir QƏRAR VERDİ


2026-cı ilin bayram günləri - Baş nazir QƏRAR VERDİ

2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib.
Nazirlər Kabineti bu barədə qərar verib.
2026-cı il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 20, 21-i Ramazan bayramı, mayın 27, 28-i Qurban bayramı günləri müəyyən edilib.
Həmin günlər iş günü hesab edilmir.
2-12-2025, 16:58
“Meydan TV” işi üzrə məhkəmə başlayır


“Meydan TV” işi üzrə məhkəmə başlayır

“Meydan TV” işi üzrə ittiham olunan 10 nəfərin məhkəməsi başlayır.
Bakı Şəhər Baş Polis İdarəsində aparılan ibtidai istintaqla toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işini Aytən Əliyevanın sədrlik etdiyi hakimlər araşdıracaq.
İlk iclas dekabrın 12-si keçiriləcək.
Qeyd edək ki, “Meydan TV” ilə bağlı cinayət işi çərçivəsində jurnalistlər - Aynur Elgünəş, Natiq Cavadlı, Ramin Deko, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudova, Şəmşad Ağa, Fatimə Mövlamlı, Nurlan Libre və Ülviyyə Əli həbs olunublar. Onlar barəsində mütəşəkkil dəstə tərəfindən törədilən qaçaqmalçılıq və digər bir neçə ağır maddə ilə ittiham elan edilib.
2-12-2025, 16:39
Sarkisyan Putinə gizli məktub yazıbmış – Qarabağla bağlı plan nə idi?


Sarkisyan Putinə gizli məktub yazıbmış – Qarabağla bağlı plan nə idi?

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Rusiya lideri Vladimir Putinə ünvanladığı gizli məktubun mətni üzə çıxıb.
Məktub bu gün Ermənistan hökumətinin saytında dərc olunub.
Məktub Ermənistan rəhbərliyinin illər boyu “sülh tərəfdarı” görüntüsü yaratmasına baxmayaraq, əslində prosesə maksimalist, qeyri-konstruktiv və Azərbaycanın ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən mövqedən yanaşdığını təsdiqləyir.
Sarkisyan məktubunda Qarabağdakı separatçıların danışıqların bütün mərhələlərində “tamhüquqlu tərəf” kimi tanınmasını tələb edir, 1991-ci ildə keçirilmiş separatçı “referendumun” nəticələrinin gələcək statusun əsas hüquqi bazası sayılmasını istəyir və Azərbaycanın işğal olunmuş rayonlardan çıxmasını yalnız Rusiyanın təmin edəcəyi təhlükəsizlik şərtləri ilə şərtləndirirdi.
Məktubda ən diqqətçəkən məqam isə Ermənistanın Rusiya vasitəsilə Azərbaycana təzyiq göstərilməsinə açıq çağırış etməsi, hətta Bakının tələbləri qəbul etməyəcəyi təqdirdə “Dağlıq Qarabağın müstəqilliyinin tanınması prosesinə başlamaq” barədə təklif irəli sürməsidir.
Sənəddən görünür ki, Ermənistan danışıqlarda balanslı həllə deyil, faktiki olaraq status-kvonun qorunmasına, separatçı rejimin legitimləşdirilməsinə və işğal olunmuş ərazilərin qaytarılmamasına çalışıb. Sarkisyan Rusiyanın vasitəçilik rolunu neytral mexanizm kimi deyil, Bakıya qarşı siyasi təzyiq vasitəsi kimi görməyə cəhd edir və Moskvanın bölgədə öz ağırlığından istifadə etməsini açıq şəkildə tələb edir.
Məktub həm də onu göstərir ki, Ermənistan illər boyu beynəlxalq vasitəçilərə konstruktiv tərəf kimi təqdim olunmasına baxmayaraq, real danışıqlarda sülhə yönəlmiş addımlar atmaq niyyətində olmayıb. Sənəddə Bakı tərəfindən irəli sürülən “ərazilər müqabilində sülh” formatı ən təhlükəli ssenari kimi təqdim edilir, kompromisə getmək əvəzinə Ermənistanın maksimalist mövqedən geri çəkilməyəcəyi vurğulanır.
Bu məktub Ermənistanın əvvəlki rəhbərliyinin danışıqlar prosesindəki səmimiyyəti ilə bağlı suallara nöqtə qoyur: rəsmi İrəvan illərlə regionda sabitliyə aparan yolları bağlayıb, sülh prosesini manipulyasiya edib və Rusiya faktorundan istifadə edərək Azərbaycanın legitim tələblərini neytrallaşdırmağa çalışıb.
Ortaya çıxmış sənəd göstərir ki, münaqişənin 30 ilə yaxın müddətdə uzanmasının əsas səbəblərindən biri Ermənistanın reallığa uyğun olmayan maksimalist siyasəti və sülhə deyil, status-kvonu saxlamağa hesablanmış mövqeyi olub.
2-12-2025, 16:12
14 faiz yox, 7 faiz gəlir vergisi ödəyəciyik


14 faiz yox, 7 faiz gəlir vergisi ödəyəciyik

Gələn ildən qeyri-neft sektorunda muzdla işləyənlərin gəlir vergisinin tətbiqi ilə bağlı məsələ də xüsusi diqqət çəkir. Qeyd edim ki, bu güzəşt 2019-cu ildə tətbiq qüvvəyə minib və müddətli xarakter daşımışdır. Güzəştin müddəti 2026-cı il yanvarın 1-də bitir. Bu güzəşt rejimi sıfır dərəcə ilə, yəni gəlir vergisi tutulmadan tətbiq edilirdi ki, bu da dünyada nadir hallardandır.
Bunu Milli Məclisin bugünkü plenar iclasında maliyyə naziri Sahil Babayev bildirib.
O qeyd edib ki, yeni dəyişikliklərə əsasən, 2500 manatadək gəlirlər 14% gəlir vergisi ilə, 2500 manatdan yuxarı gəlirlər isə 25% gəlir vergisinə cəlb ediləcəkdi.
"Lakin Azərbaycan hökuməti özəl sektorun inkişafını və qeyri-neft sektorunun stimullaşdırılmasını nəzərə alaraq, növbəti böyük güzəştli rejim tətbiq edir. İlk növbədə biz güzəştli rejim olaraq yox daimi rejim olaraq bu dərəcələri demək olar ki, 50 faiz aşağı salırıq - 14%-lik rejimi 7%-ə salırıq. Bununla da qalmır, əlavə olaraq 7 faizə keçidə də biz tədrici keçid olaraq müəyyən edirik, yəni 2026-cı ildə muzda işləyən əhalinin böyük əksəriyyətini əhatə edən 2500 manata qədər gəliri olan şəxslərin ödəyəcəyi gəlir vergisi cəmi 3 faizdir", - nazir bildirib.
2-12-2025, 16:04
Ermənistan hökuməti Qarabağ danışıqlarının sənədlərini dərc etdi


Ermənistan hökuməti Qarabağ danışıqlarının sənədlərini dərc etdi

Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin sənədləri Ermənistan hökumətinin gov.am saytında dərc edilib.
Ermənistan hökumətinin saytında 2020-ci ilə qədər Qarabağ münaqişəsi üzrə danışıqların əsasını təşkil edən 13 sənədin faylı yerləşdirilib. Bunlara 2011-ci ildə Kazanda müzakirə edilən sənəd, 2019-cu ildə təqdim edilən vasitəçi təklifləri və digər sənədlər daxildir.
Sənədlər arasında eks-prezident Serj Sarkisyanın Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən dəfələrlə xatırlanan məşhur məktubu da var. Sarkisyanın 2016-cı ilin avqustunda yazdığı məktub Rusiya Prezidenti Vladimir Putinə ünvanlanmışdı.
2-12-2025, 15:48
Bəziləri deyir ki, guya işsizlər sığortalanmayacaq - Sahil Babayev detalları AÇIQLADI


Bəziləri deyir ki, guya işsizlər sığortalanmayacaq - Sahil Babayev detalları AÇIQLADI

İcbari sığorta haqqını muzdla işləyənlər və bir sıra fərdi sahibkarlar istisna olmaqla digər bütün şəxslər ödəyirlər. Biz bu maddənin tətbiqini müəyyən dövr ərzində bir il bir il təxirə salırdıq. İndi isə dövlət tərəfindən icbari siğorta haqqı qarşılanan şəxslərin sayını yeni dəyişikliklərlə 9 dəfə artırırıq. Bu dövlətin atdığı böyük və mütərəqqi bir addımdır.
Bunu Milli Məclisin bugünkü plenar iclasında maliyyə naziri Sahil Babayev bildirib.
“Biz göstəririk ki, bəlli bir kateqoriyaya aid olan bütün insanlar yəni uşaqlar, pensiyaçılar, əlilliyi olan şəxslər, əmək qabiliyyəti olmayan şəxslər, işsizlər dövlət tərəfindən sığorta olunacaqlar. Nədənsə bu məsələ tam əks formada təqdim olunur ki, guya işsizlər sığortalanmayacaqlar. Halbuki, ilk dəfə olaraq qanunvericilikdə birbaşa qeyd olunur ki, işsizlər də dövlət tərəfindən sığorta olunacaqlar. 2026-ci ilin dövlət büdcəsində bu məqsəd üçün 900 milyon manat vəsait ayrılıb. Bu da təqribən 7,5 milyona qədər insanın sığorta haqqını əhatə edir. Əlavə olaraq, təxminən 2 milyon insan muzlu əmək müqavilələri ilə çalışır. Onların sığortası Əmək müqaviləsinin şərtlərinə uyğun olaraq işçi və işəgötürən tərəfindən ödənilir. Fərdi sahibkarların da sığorta haqları onlar tərəfindən qarşılanır.
Beləliklə, əhalinin minimum 95%-i sığorta sistemi ilə tam şəkildə əhatə olunacaq. Kimlər əhatədən kənarda qalır? Yalnız işləyən, gəliri olan, lakin bu gəlirini gizlədən və qeyri-formal məşğul olan şəxslər. Qeyri-formal məşğulluq isə elə özü qanunvericiliklə qadağan olunmuş fəaliyyət sayılır. Biz isə deyirik ki, yalnız qanunsuz şəkildə fəaliyyət göstərən şəxslər siğorta haqlarını özləri ödəyəcəklər", - o qeyd edib.
Nazir bunun müəyyən edilmə meyarlarından da danışıb:
"Bu da təqdim olunmuş layihədə öz əksini tapıb - xüsusi qaydalar olacaq və həmin meyarlar elektron qaydada müəyyən olunacaq. Fərdiləşdirilmiş məlumatlar əsasında, təqdim olunan şəxsiyyət vəsiqəsi və fərdi identifikasiya nömrəsi ilə müəyyən ediləcək ki, həmin şəxslər hansı kateqoriyaya aiddirlər. Həmin kateqoriyalara düşməyən şəxslərin isə gəlir mənbəyi araşdırılacaq və onların sığortadan kənar qalmasına imkan verilməyəcək. Onlar üçün də şərait yaradılacaq ki, bir dəfəlik sığorta haqqı ödəməklə istənilən məbləğdə olan tibbi xidmətdən yararlana bilsinlər.
Yəni əksinə, təqdim olunmuş bu yenilik əhalimizin sosial siğorta ilə əhatə olunması istiqamətində növbəti güzəştli və müsbət bir addımdır. Bu gün qeyri-qanuni şəkildə fəaliyyətlə məşğul olan şəxslər sabah hər kəs kimi".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!