Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
18-09-2022, 15:32
Qırğızlar Tacikistanı “Bayraktar”la vurub

Qırğızlar Tacikistanı “Bayraktar”la vurub

Türkiyə istehsalı olan “Bayraktar TB2” pilotsuz uçuş aparatları bu dəfə Qırğızıstan tərəfindən istifadə olunub. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, ötən günlərdə Tacikistanla sərhəddə baş verən toqquşma zamanı Qırğızıstan "Bayraktar"lardan istifadə edib. Qeyd edək ki, “Bayraktar TB2” uzaqdan idarə olunan pilotsuz uçuş aparatları İkinci Qarabağ müharibəsində və hazırda davam edən Rusiya-Ukrayna müharibəsində istifadə olunub.
18-09-2022, 15:30
Qırğızıstanın sərhəddəki itkiləri - Ölü sayı artıb

Qırğızıstanın sərhəddəki itkiləri - Ölü sayı artıb

Qırğızıstan tərəfi Tacikistanla sərhəddə baş verən qarşıdurma zamanı ölənlərin yeni sayını açıqlayıb. Butov.az xəbər verir ki, Batken vilayətində qurbanların sayı 24-dən 37-yə yüksəlib. Ölkənin Səhiyyə Nazirliyindən verilən məlumatda 129 nəfərin yaralandığı bildirilib. Qeyd olunub ki, onlardan 7 nəfəri ambulator müalicəyə göndərilib.
18-09-2022, 15:28
Baydenlə Trassın ilk görüşü təxirə salındı

Baydenlə Trassın ilk görüşü təxirə salındı

ABŞ prezidenti Cozef Bayden və Böyük Britaniyanın baş naziri Liz Trass arasında nəzərdə tutulan görüş təxirə salınıb. Butov.az xəbər verir ki, BMT Baş Assambleyası çərçivəsində baş tutmalı olan görüş həftənin çərşənbə gününə ertələnib. Qeyd edək ki, bundan əvvəl görüşün bazar günü Londonda keçirilməsi nəzərdə tutulurdu. Görüşün təxirə salınmasının səbəbləri barədə əlavə məlumat verilməyib.
18-09-2022, 15:25
ABŞ Kiprə silah embarqosunu ləğv etdi

ABŞ Kiprə silah embarqosunu ləğv etdi

ABŞ Dövlət Departamenti Cənubi Kiprə tətbiq edilən silah embarqosunu ləğv edib. Bu barədə Departamentin sözçüsü Ned Prays məlumat verib."Dövlət katibi Antoni Blinken Kiprin 2023-cü maliyyə ilində müdafiə materiallarının ixracı və transferlərinin təsdiqlənməsinə icazə vermək üçün müvafiq qanunvericilik çərçivəsində lazımi şərtləri yerinə yetirdiyini müəyyən edib və Konqresə məlumat verib", - açıqlamada deyilir. O, həmçinin bəyan edib ki, Vaşinqtonun beynəlxalq silah ticarəti qaydaları 2022-ci il oktyabrın 1-dən tətbiq olunacaq. Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Kiprlə bağlı qərarını qınayıb.
18-09-2022, 15:22
Polşa Türkiyədən “Bayraktar” aldı

Polşa Türkiyədən “Bayraktar” aldı

Polşa Türkiyədən 24 ədəd “Bayraktar TB2” pilotsuz uçuş aparatı alıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Qeyd edək ki, “Bayraktar TB2”ləri uzaqdan idarə edəcək Polşa pilotlarından ibarət ilk qrup Türkiyədəki işlərini yekunlaşdırıb.
18-09-2022, 15:13
Cüdo millimiz Avropa çempionu oldu

Cüdo millimiz Avropa çempionu oldu

Azərbaycanın gənc oğlanlardan ibarət milli yığma komandası Praqada keçirilən gənclər arasında Avropa çempionatında medal sıralamasına görə 39 ölkə arasında birinci olub. Butov.az xəbər verir ki, sentyabrın 15-17-də Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən gənclər arasında Avropa çempionatında fərdi yarışlara yekun vurulub. Fərdi yarışların sonuncu günündə idmançılarımız 1 qızıl və 1 bürünc medal əldə edib. -90 kiloqram çəkidə yarışan cüdoçumuz Vüqar Talıbov bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalına sahib olub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz İsmayıl Zamanov üçüncü yer uğrunda mübarizədə macarıstanlı idmançı Peter Safranini üstələyərək bürünc medala yiyələnib. -100 kiloqram çəkidə mübarizə aparan cüdoçumuz Ruslan Nəsirli yarışı 5-ci yerdə tamamlayıb. Xatırladaq ki, çempionatın ilk günündə -60 kiloqram çəkidə Turan Bayramov gümüş medal, ikinci günündə isə -73 kiloqram çəkidə Vüsal Qələndərzadə və -90 kiloqram çəkidə Elcan Hacıyev qızıl medal qazanıb. Yarışın ümumi nəticəsinə görə, cüdoçularımız 3 qızıl, 1 gümüş, və 1 bürünc medal qazanaraq oğlanlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yerə çıxıb. Sabah qitə birinciliyində qarışıq komanda yarışları keçiriləcək. Azərbaycan millisinin ilk görüşdə rəqibi Avstriya yığması olacaq.
17-09-2022, 23:03

17-09-2022, 23:01
Yaralı hərbçimiz Şəhid oldu

Yaralı hərbçimiz Şəhid oldu

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, həkimlərimizin səyinə baxmayaraq Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb. Şəhid olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah şəhidlərimizə rəhmət eləsin!
17-09-2022, 22:59
İspaniya Ukraynaya sursatlar göndərdi

İspaniya Ukraynaya sursatlar göndərdi

İspaniya Ukraynaya artilleriya üçün sursatlar göndərib. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Bildirilir ki, sursatları daşıyan İspaniya Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarəsi Ukraynaya yola düşüb. Eyni zamanda Ukrayna üçün ləvazimatlar olan 20 yük maşını göndərilib.
17-09-2022, 22:57
32 hərbçinin meyiti Ermənistana verildi - Rəsmi

32 hərbçinin meyiti Ermənistana verildi - Rəsmi

Məlum olduğu kimi, cari ilin 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı təxribat törədilib. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, Ordumuzun həyata keçirdiyi cavab tədbirləri nəticəsində qarşı tərəf xeyli sayda itki verib. Bildirilib ki, hərbi əməliyyatlardan sonra bizim nəzarətimizə keçmiş ərazilərdə aşkarlanmış 32 Ermənistan hərbi qulluqçusunun meyitinə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun aidiyyəti əməkdaşları ilə birlikdə baxış keçirilmiş və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməyib."Sentyabrın 17-də həmin meyitlər qarşı tərəfə təhvil verilib. Hazırda Ermənistan hərbçilərinə aid digər meyitlərin müayinəsi aparılır və yaxın zamanlarda onlar da təhvil veriləcək", - rəsmi məlumatda qeyd olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
Xəbər lenti
 
Foto
Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!