8-09-2022, 23:07
Qarabağda aşkarlanan minaların sayı açıqlandıLaçın və Kəlbəcər rayonları ərazisindəki dəqiqləşdirilmiş mövqelərdə qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahələrindən son on gün ərzində 72 ədəd 2019-cu ildə Ermənistanda istehsal olunan PMN-E növlü piyada əleyhinə və 2 ədəd tank əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Cari ilin sentyabr ayı ərzində işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən 73 ədəd piyada əleyhinə, 47 ədəd tank əleyhinə mina və 8 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib, 273 hektar ərazi tam təmizlənib. Ümumilikdə mühəndis-istehkam bölmələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə bu günədək 26455 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. 7558 ədəd piyada əleyhinə, 2342 ədəd tank əleyhinə mina və 9944 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib. Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
8-09-2022, 23:05
Avropanı “tarixin ən pis qışı” gözləyirAvropa İttifaqının iqtisadiyyat üzrə komissarı Paolo Gentilon Avropa qitəsilə bağlı qorxunc proqnoz verib.
Butov.az xəbər verir ki, avrokomissar qış fəslinə doğru qazın qiymətinin kəskin bahalaşacağını, Avropada iqtisadi artım tempinin azalacağını bildirib. Onun sözlərinə görə, bu il Avropa qitəsi tarixin ən pis qış fəslini yaşayacaq.
8-09-2022, 23:03
Hökumət insanların çətinliyini anlayır - Baş nazir
Hökumət insanların enerji ödənişləri ilə bağlı çətinliyini anlayır. Bunu Böyük Britaniyanın yeni Baş naziri Liz Trass hökumətin enerji ödənişlərilə bağlı planlarından danışarkən bildirib. Baş nazir bu siyasətin həyata keçirilməsi üçün fövqəladə qanunvericiliyin irəli sürüləcəyini qeyd edib. Trass oktyabr ayından etibarən ev təsərrüfatlarının enerji xərclərinin ildə 2500 funt sterlinqlə məhdudlaşacağını bildirib. O əlavə edib ki, eyni tipli dəstək bizneslər üçün də 6 aylıq müddətdə göstəriləcək. Qeyd edək ki, ev təsərrüfatının qaz və elektrik haqqı oktyabrda 1971 funt sterlinqdən 3549 funt-sterlinqə qalxmalı idi. Liz Trassın açıqladığı yeni sxemə əsasən bu məbləğ oktyabr ayından etibarən 2500 funt sterlinqi keçməyəcək.
8-09-2022, 23:02
Bu rayon və şəhərlərdə pensiyalar ödənildiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib. Nazirlikdən verilən məlumata görə, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər. Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.
8-09-2022, 23:00
Məktəblərdə 3 mindən çox müəllim yeri boşdurAzərbaycanda məktəblər üzrə təxminən 3 mindən çox müəllim yeri vakantdır. Bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. Onun sözlərinə görə, vakant yerlər dərs saatları daha az olan və ucqar rayonlarda yerləşən məktəblərdədir: "Bu il təxminən həm müddətli, həm də müddətsiz şərtlərlə işə qəbul edilənlərin sayı 6 min nəfərdir. İl ərzində boş qalan yerlərə müddətli müqavilə ilə işə qəbul olacaq".
8-09-2022, 22:58
Daha 5 taxıl gəmisi Ukraynadan yola düşdüSentyabrın 8-də kənd təsərrüfatı məhsullarının yükləndiyi beş gəmi Odessa limanlarını tərk edərək “taxıl dəhlizi” marşrutu üzrə hərəkətə başlayıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat yayılıb. Bildirilib ki, indiyədək Ukraynadan 2,4 milyon ton kənd təsərrüfatı məhsulu yüklənmiş 101 gəmi yola salınıb. Ukrayna kənd təsərrüfatı məhsullarının 44 faizini Asiya ölkələrinə ixrac edib. Belə ki, 54 gəmi ilə 1,04 milyon ton taxıl Asiya ölkələrinə, 32 gəmi ilə 850 min ton taxıl Avropaya, 16 gəmi ilə 470 min ton kənd təsərrüfatı məhsulu isə Afrikaya daşınıb. Qeyd edək ki, Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı Birgə Koordinasiya Mərkəzinin nəzarət etdiyi humanitar dəhliz vasitəsilə həyata keçirilir. Mərkəzin nümayəndələri hər bir gəmini Bosfor boğazına girməzdən öncə yoxlayır və analoji tədbirlər Odessa limanlarına yüklənmə üçün gedən yük gəmilərinə də şamil olunur.
8-09-2022, 22:57
Ermənistanda uşaqlara Azərbaycan dili öyrədilir
Ermənistanda yuxarı sinif şagirdlərinə fakultativ fənn kimi Azərbaycan və türk dilləri tədris olunur. Bu barədə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vaqram Dumanyan jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, nazirlik Azərbaycan və türk dillərini yuxarı siniflərdə istəyə uyğun olaraq, gürcü və fars dillərini isə əsas dil kimi öyrənməyi təklif edib: “44 günlük müharibə zamanı əmin olduq ki, azərbaycanlılar erməni dilində yaxşı danışır. Onlar Azərbaycan məktəblərində erməni dilini oxuyub və öyrənməkdə davam edirlər", - erməni nazir vurğulayıb.
8-09-2022, 22:55
Pentaqon rəhbəri ukraynalı həmkarı ilə görüşübABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin ukraynalı həmkarı Oliksiy Reznikovla görüşüb.Bu barədə Pentaqon rəhbəri "Twitter" hesabında bildirib. Ostin bildirib ki, görüş Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasından əvvəl baş tutub. Nazirlər Ukraynadakı durumu, həmçinin Rusiyaya qarşı birgə mübarizəni müzakirə ediblər.
8-09-2022, 22:54
Avropa Bankının prezidenti Azərbaycana gəlirAvropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso sentyabrın 12-də Azərbaycana gələcək.
Butov.az-ın məlumatına görə, səfər çərçivəsində bankın prezidenti Azərbaycanın dövlət strukturlarının nümayəndələri ilə görüşlər keçirəcək. AYİB-nin daha əvvəl qeyd etdiyi kimi, enerji, “yaşıl” texnologiyalar, o cümlədən Gəncədə küçələrin işıqlandırılması layihəsi sahəsində müxtəlif müqavilələrin imzalanması gözlənilir. Bankın Azərbaycandakı layihələrinin hazırkı kredit portfeli 844 milyon avro həcmində qiymətləndirilir. AYİB Azərbaycanla 1992-ci ildən əməkdaşlıq edir və ölkənin aparıcı investorudur. Ümumilikdə bank Azərbaycanda 181 layihənin həyata keçirilməsinə 3,6 milyard avro sərmayə qoyub.
8-09-2022, 22:52
Fransa Azərbaycana minatəmizləmə üçün xüsusi alətlər göndərib
Fransa Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) 300-dən çox yüksək keyfiyyətli minalardan təmizləmə aləti göndərib. Bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross tviterdə yazıb.“Ötən həftə Fransa ANAMA-ya Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətini sürətləndirməyə kömək edəcək 300-dən çox yüksək keyfiyyətli minalardan təmizləmə aləti çatdırıb”, - diplomat qeyd edib.