7-09-2022, 19:17
Albaniya İranla diplomatik əlaqələri kəsir
Albaniya İranla diplomatik əlaqələri dayandırır. Bu barədə TASS agentliyi xəbər verir. Bildirilib ki, Albaniya İran səfirliyinin bütün əməkdaşlarına 24 saat ərzində ölkəni tərk etmək əmri verilib.
7-09-2022, 19:15
Putin və Paşinyan Qarabağı müzakirə etdi
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Görüş Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumu çərçivəsində baş tutub. Tərəflər iki ölkə arasında münasibətləri və Qarabağ məsələsini müzakirə ediblər. Putin Qarabağın təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.
7-09-2022, 19:13
Şəhid ailələri Naftalanda müalicə alırlar
Vətənimizin ərazi bütövlüyünün qorunması, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə yüksələn igidlərimizin ailələrinə, dövlət və cəmiyyət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Nizami Rayon İcra Hakimiyyəti və Naftalan Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Nizami rayonunun 22 şəhid ailəsinin üzvü müalicə və istirahət üçün “Gold Naftalan” Müalicə və Sağlamlıq Mərkəzində qarşılanıblar. Müalicə mərkəzində yerləşdirilən Şəhid ailələrinə müalicə prosedurları barədə ətraflı məlumat verilib, müayinə olunduqdan sora müalicə prosesinə başlayacaqları onların diqqətinə çatdırılıb. Daha sonra nahar süfrəsi ətrafında davam etdirilən söhbət zamanı şəhid ailələri onlara göstərilən dövlət qayğısından, şəhid ailələrinin istirahəti və reabilitasiyası üçün keçirilən birgə uğurlu layihənin əhəmiyyətindən danışaraq ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
7-09-2022, 19:10
Suraxanı yolları yenidən qurulacaqPrezident İlham Əliyev Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Butov.az xəbər verir ki, sərəncamla Suraxanı rayonunun Bülbülə, Əmircan, Hövsan, Qaraçuxur, Yeni Suraxanı və Zığ qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 4,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
7-09-2022, 19:08
Ana olan 13 yaşlı qızdan yeni xəbər varOmbudsman nümayəndələri Bakıda ana olmuş 13 yaşlı qızla görüşüblər. Ombudsman Aparatından verilən xəbərə görə, 13 yaşlı qızın ana olması ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanmış məlumat Ombudsman tərəfindən nəzarətə götürülüb. Ombudsmanın tapşırığına əsasən, Aparatın əməkdaşları, həmçinin psixoloqu həmin qızla görüşərək onun və doğulan körpənin səhhəti ilə maraqlanıblar: "Eyni zamanda, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ünvanlanıb".
7-09-2022, 19:06
Şərqi Zəngəzur üçün 2 milyon manat ayrılıb
Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğaldan azad olunmuş ərazilərinin yaşayış məntəqələrində (şəhər, kənd, qəsəbə) tikinti, təmir və bərpa işləri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Butov.az xəbər verir ki, sərəncamla Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin (şəhər, kənd, qəsəbə) tikintisi, təmiri və bərpası işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə ilkin olaraq 2 milyon manat vəsait ayrılıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir.
7-09-2022, 19:04
Bağçalarda kameralar quraşdırılacaq“Uşaq bağçalarında kameralaşma sisteminin tətbiqi bizim üçün prioritet məsələdir. Bununla həm davranış, həm nəzarət, həm də davamiyyət məsələsinə diqqət etmək olar”. Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazir qeyd edib ki, söhbət tək kameraların quraşdırılmasından getmir, eyni zamanda bağçaların internetə çıxışı da təmin olunmalıdır: "Hazırda çox az sayda bağçanın fiberoptik internetə çıxışı var. Qeyd edim ki, məktəblərin 80 %-ni gələn ilin sonuna qədər internetlə təmin edəcəyik. Ümumilikdə proses mərhələli şəkildə aparılacaq. Razıyam ki, bağçalarımızda kameraların quraşdırılması xoşagəlməz halların qarşısının alınmasında effektiv rol oynayır. Lakin hesab edirəm ki, bu, mərkəzləşdirilmiş qaydada olmamalıdır”.
7-09-2022, 19:02
Prezident Qarabağla bağlı mühüm sərəncam imzaladıPrezident İlham Əliyev Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonlarının işğaldan azad olunmuş ərazilərinin yaşayış məntəqələrində (şəhər, kənd, qəsəbə) tikinti, təmir və bərpa işləri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Butov.az xəbər verir ki, Sərəncama əsasən, Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonlarının işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin (şəhər, kənd, qəsəbə) tikintisi, təmiri və bərpası işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.
7-09-2022, 19:00
Məktəbli formaları ilə bağlı məcburiyyət yoxdur Yeni məktəbli formaları ilə bağlı problemlər bəzən valideynlərin məlumatsızlığı, bəzən də doğru ünvanlara müraciət etməmələri səbəbindən ortaya çıxır. Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, Elm və Təhsil Nazirliyi məktəbli formalarının satışı, tikişi ilə məşğul olan qurum deyil: “Biz yalnız həmin formaların nümunəvi, tövsiyə edilən formada olmasına nəzarət edirik. Burada məcburiyyət yoxdur. Burada məktəb kollektivi və məktəbin qərarı olmalıdır. Ümumilikdə formaların olmasını məqsədəuyğun hesab edirik. Əgər məktəbli formaları ilə bağlı məcburiyyət halı olarsa, valideynlər Bakı Şəhəri Təhsil İdarəsi və regional idarələrə müraciət etməlidirlər. Bu halda, həmin müraciətlərə baxıla və ölçü götürülə bilər”.
7-09-2022, 18:58
Ağalıya növbəti köçZəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsi başlayıb. Sentyabrın 7-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan” şəhərciyindən sayca beşinci köç karvanı yola salınıb.
Butov.az xəbər verir ki, otuz ildən sonra doğma yurda qayıdan məcburi köçkünlər bu xoşbəxt anı yaşadıqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, onlara hər zaman xüsusi diqqət və qayğı göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildiriblər. Onlar deyiblər ki, yüksək yaşayış standartları ilə təchiz edilmiş Ağalıda yeni həyata başlamaqla yanaşı, kəndin inkişafına da öz töhfələrini verməyə çalışacaqlar. Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və digər rəsmi şəxslər iştirak ediblər. Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış daha 12 ailə - 63 nəfər daimi yaşayış üçün Dövlət Komitəsinin ayırdığı nəqliyyat vasitələri ilə Ağalıya yola düşüb. Xatırladaq ki, birinci mərhələdə 41 ailənin – 201 nəfərin ən müasir infrastrukturla təchiz olunmuş kəndə köçürülməsi təmin edilib. Hər biri ailəyə həyətyanı sahəsi olan fərdi ev verilib. Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında Dövlət Komitəsinin Repatriasiya Departamentində püşkatma ilə aparılıb.