Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
7-09-2022, 18:18
Qəsdən yanğın törədən şəxs əməlini etiraf etdi


Qəsdən yanğın törədən şəxs əməlini etiraf etdi

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğını törədən şəxs müəyyən olunub. Bu barədə nazirlikdən məlumat verilib. Belə ki, 26 avqust 2022-ci il tarixində Saatlı rayonu, Nəsimikənd kəndində Bayraqdarov Bahadur Zeyni oğluna məxsus təsərrüfat obyektində yanğın hadisəsi olub. Hadisə nəticəsində həmin şəxsə məxsus mişar daşından inşa olunmuş ümumi sahəsi 150m² olan təsərrüfat obyekti və 1000 ədəd ot bağlaması yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlər tərəfindən yanğın söndürülərək ətraf tikililərə keçməsinin qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilən tədbirlər nəticəsində yanğının 1974-cü il təvəllüdlü Səfərov Kamil Kamal oğlu tərəfindən törədildiyi müəyyən edilib və o, hadisəni törətdiyini etiraf edib. Yanğının baş verməsində təqsirkar şəxs Səfərov Kamil Kamal oğlu barəsində inzibati xəta haqqında protokol tərtib olunub.

7-09-2022, 18:13
Avtomobillə qadını vurub qaçan sürücü saxlanıldı


Avtomobillə qadını vurub qaçan sürücü saxlanıldı

Sentyabrın 6-da saat 1 radələrində Nəsimi rayonunun H.Seyidzadə küçəsində yolu keçən Qazax rayon sakini Z.Mustafayeva müəyyən edilməyən avtomobillə vurulub. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, qadına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Honda” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini İ.Şıxəliyev saxlanılıb. Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
7-09-2022, 18:11
Boris Conson bundan sonra nə ilə məşğul olacaq?


Boris Conson bundan sonra nə ilə məşğul olacaq?

Dünən Böyük Britaniyanın Baş naziri vəzifəsindən istefa verən Boris Consonun bundan sonra nə işlə məşğul olacağı dünya mediasında müzakirə mövzusudur. Butov.az xəbər verir ki, xarici mediadakı bu müzakirələrə qoşulan ekspertlər Consonun yenidən jurnalistikaya qayıdacağını təxmin edirlər. Qeyd edək ki, sabiq Baş nazir siyasətə gəlməzdən əvvəl tanınmış jurnalist olaraq çox yaxşı pul qazanırdı. BBC-nin məlumatına görə, "Daily Telegraph" qəzeti ona həftəlik köşə yazılarına görə ildə 275 min funt sterlinq (541 min AZN) ödəyirdi. “İndi mümkündür ki, müxtəlif nəşrlər Conson üçün mübarizə aparsınlar - kim daha çox ödəyəcək”. Digər ehtimallara görə, sabiq Baş nazir ictimai çıxışlarla da yaxşı pul qazana bilər. Conson bu sahədə təcrübəyə malikdir. 2019-cu ilin martında, o, Theresa May hökumətini tərk edəndən sonra, bank işçiləri və Hindistan media şirkətinin iclasındakı cəmi iki çıxışına görə 160 min funt-sterlinqdən (313 min AZN) çox ödəniş almışdı. "Şübhəsiz ki, o, çox yazacaq və çıxış edəcək", - Consonun həm London meri, həm də Baş nazir olarkən müşaviri olmuş lord Udny-Lister deyib.
6-09-2022, 21:36
Bayden Britaniyanın yeni liderini təbrik etdi


Bayden Britaniyanın yeni liderini təbrik etdi

ABŞ Prezidenti Co Bayden Böyük Britaniyanın yeni Baş naziri Liz Trassı təbrik edib. Bu barədə ABŞ lideri "Twitter" hesabında təbrik mesajı paylaşıb. Bayden iki ölkənin qlobal çağırışlara qarşı sıx əməkdaşlıq etməsini səbirsizliklə gözlədiyini vurğulayıb. “Mən Rusiyanın hücumundan özünü müdafiə edən Ukraynaya davamlı dəstəyi səbirsizliklə gözləyirəm”, - ABŞ lideri qeyd edib.
6-09-2022, 21:34
Gənc sosial işçilər üçün təlim proqramının 3-cü mövsümünə tələbə qəbulu elan edilir


Gənc sosial işçilər üçün təlim proqramının 3-cü mövsümünə tələbə qəbulu elan edilir

“İrəli” İctimai Birliyi gənc sosial işçilər üçün həyata keçirilən “Essentials of Social Work” təlim proqramının üçüncü mövsümünə tələbə qəbulu elan edir.
Butov.az xəbər verir ki, 3 aylıq təlim proqramı çərçivəsində seçilmiş gənclər bu sahənin peşəkar mütəxəssisləri tərəfindən müxtəlif təlim və görüşlərdə iştirak edərək, öz biliklərini nəzəri və praktiki modullar vasitəsi ilə artıracaqlar.
Ümumilikdə 75 akademik saatı əhatə edən proqram boyunca sosial işçi təcrübələri, empatiya burulğanı, ahıllar, əlilliyi olan şəxslər, qazilər, bullinqə məruz qalmış uşaqlar, sağlamlıq imkanı məhdud uşaqlarla sosial iş, sosial psixologiya, effektiv ünsiyyət, stressin idarə edilməsi və digər mövzularda təlimlər keçiriləcək. Həmçinin proqram müddətində müxtəlif sosial xidmət müəssisələrinə səfərlər də nəzərdə tutulub.
Həyata keçirilən proqramın əsas məqsədi gənclərə sosial iş sahəsini qeyri-formal təhsil metodları ilə öyrətmək, habelə gənc təlimçi və fasilitatorların, potensial sosial işçilərin hazırlanması, onların bilik və bacarıqlarının artırılması yolu ilə keyfiyyətli gənclərlə işə nail olmaqdır.
Qeyd edək ki, təlim proqramının ilk iki mövsümündə ümumilikdə 100-ə yaxın gənc iştirak edib. Proqramda iştirak etmək istəyən 17-23 yaş arasında, sosial iş üzrə ixtisaslaşan, bu sahəyə maraqlı, yüksək motivasiyalı, təşəbbüskar, komandada işləmək bacarığına malik gənclər aşağıdakı linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3ejWC2Z
6-09-2022, 21:34
Almaniyanı etirazlar bürüdü, xalq küçələrə axışdı


Almaniyanı etirazlar bürüdü, xalq küçələrə axışdı

Bu gün Almaniyanın bir neçə şəhərində minlərlə insanın iştirakı ilə etiraz aksiyaları keçirilib. Butov.az xəbər verir ki, nümayişlər federal hökumətin enerji və sosial siyasətinə qarşı yönəlib. Hakim koalisiya tərəfindən əhaliyə 65 milyard avroluq üçüncü yardım paketi qəbul edilməsinə baxmayaraq, vətəndaşlar bunun kifayət etmədiyini bildiriblər. Nümayişçiləri həm solçu, həm də ifrat sağçı partiyalar dəstəkləyib. Onlar hökumətə təzyiq göstərmək məqsədilə öz tərəfdarlarını Almaniya şəhərlərinin küçə və meydanlarına çıxarıblar. Vətəndaşlar enerji daşıyıcılarının və qida məhsullarının kəskin bahalaşmasına etiraz ediblər. Aksiyaların davam edəcəyi qeyd olunub.
6-09-2022, 21:32
Ərdoğan Balkan səfərində - Qapalı görüşlər keçirildi


Ərdoğan Balkan səfərində - Qapalı görüşlər keçirildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Bosniya və Herseqovinaya səfər edib. Bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb. O, Sarayevoda Bosniya və Herseqovina Rəyasət Heyətinin rəhbəri Şefik Jaferoviç ilə danışıqlar aparıb. Görüş Türkiyə liderinin rəsmi qarşılanma mərasimindən sonra baş tutub. Mətbuat üçün qapalı keçirilən görüşdə Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvləri Zelko Komşiç və Milorad Dodik də iştirak ediblər. Görüşdən sonra Ərdoğan Türkiyə-Bosniya və Herseqovina biznes forumuna qatılıb. Qeyd edək ki, Türkiyə Prezidenti sentyabrın 6-da axşam saatlarında Belqrada yola düşəcək.
6-09-2022, 21:30
Nəriman Abbasov UFC-də ilk sınağına çıxır


Nəriman Abbasov UFC-də ilk sınağına çıxır

Azərbaycanın və “Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov UFC-də ilk sınağına çıxacaq. Butov.az xəbər verir ki, 28 yaşlı idmançımız “Dana White’s Contender Series”də gücünü sınayacaq. Seriyada qələbə qazanan döyüşçülər UFC seriyasında mübarizə aparacaqlar. N.Abbasov ABŞ-ın Las-Veqas şəhərində təşkil olunacaq turnirdə braziliyalı İsmael Bonfim ilə üz-üzə gələcək. Sentyabrın 7-də Bakı vaxtı ilə saat 07:00-də başlayacaq turnirdə 5 döyüş olacaq. N.Abbasovla İ.Bonfim ikinci cütdə döyüşəcək. Xatırladaq ki, MMA döyüşçümüz peşəkar karyerasında 28 qələbə qazanıb və 3 dəfə məğlub olub. İsmaelin hesabında 17 qələbə və 3 məğlubiyyət var.
6-09-2022, 21:27
Paşinyan Rusiyadadır - Putinlə görüşəcək


Paşinyan Rusiyadadır - Putinlə görüşəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Vladivostok şəhərinə səfər edib. Bu barədə Paşinyanın ofisi rəsmi məlumat yayıb. Paşinyanı səfərdə Baş nazirin müavini Mher Qriqoryan, parlamentin sədr müavinləri Hakop Arşakyan, Ruben Rubinyan, xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan və digər rəsmi şəxslər müşayiət edir. Baş nazir 7-ci Şərq İqtisadi Forumunun “Çoxqütblü dünyaya aparan yolda” mövzusunda plenar iclasında iştirak edəcək. Səfər çərçivəsində Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub.

6-09-2022, 21:25
Döyüş təyyarələrimiz havaya qaldırıldı


Döyüş təyyarələrimiz havaya qaldırıldı

“TurAz Qartalı - 2022” birgə taktiki-uçuş təlimində döyüş təyyarələri ilə ətrafı tanıma uçuşları icra edilib. Bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir. Sonra təlimin planına uyğun olaraq əməliyyat uçuşları yerinə yetirilib. Uçuşlardan öncə əməliyyatın planı, hava şəraiti və digər texniki məsələlərlə bağlı brifinq təqdim edilib. Plana əsasən radioelektron mübarizə (REM) vasitələrindən istifadə edərək aldadıcı manevrlərlə şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaq və təyin olunan yerüstü hədəflərin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib. Yüksək peşəkarlıq nümayiş etdirən Azərbaycan və Türkiyənin hərbi pilotları qarşıya qoyulan tapşırıqları uğurla icra ediblər.






����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!