Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər .....                        Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərləndi .....                        Netanyahu: İranla razılaşmada İsrailin maraqları nəzərə alınmalıdır .....                        Millimizin Millətlər Liqasındakı rəqibləri açıqlandı .....                        Ceyhun Bayramov Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb .....                        ABŞ-də Azərbaycan vətəndaşı həbs edildi - Ağır cinayətlərdə ittiham olunur .....                        Qaradağda yaşayış binasında yanğın: Təxliyə olunanlar var .....                        Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                       
Tarix : 7-09-2022, 18:11
Boris Conson bundan sonra nə ilə məşğul olacaq?


Boris Conson bundan sonra nə ilə məşğul olacaq?

Dünən Böyük Britaniyanın Baş naziri vəzifəsindən istefa verən Boris Consonun bundan sonra nə işlə məşğul olacağı dünya mediasında müzakirə mövzusudur. Butov.az xəbər verir ki, xarici mediadakı bu müzakirələrə qoşulan ekspertlər Consonun yenidən jurnalistikaya qayıdacağını təxmin edirlər. Qeyd edək ki, sabiq Baş nazir siyasətə gəlməzdən əvvəl tanınmış jurnalist olaraq çox yaxşı pul qazanırdı. BBC-nin məlumatına görə, "Daily Telegraph" qəzeti ona həftəlik köşə yazılarına görə ildə 275 min funt sterlinq (541 min AZN) ödəyirdi. “İndi mümkündür ki, müxtəlif nəşrlər Conson üçün mübarizə aparsınlar - kim daha çox ödəyəcək”. Digər ehtimallara görə, sabiq Baş nazir ictimai çıxışlarla da yaxşı pul qazana bilər. Conson bu sahədə təcrübəyə malikdir. 2019-cu ilin martında, o, Theresa May hökumətini tərk edəndən sonra, bank işçiləri və Hindistan media şirkətinin iclasındakı cəmi iki çıxışına görə 160 min funt-sterlinqdən (313 min AZN) çox ödəniş almışdı. "Şübhəsiz ki, o, çox yazacaq və çıxış edəcək", - Consonun həm London meri, həm də Baş nazir olarkən müşaviri olmuş lord Udny-Lister deyib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!