Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
2-09-2022, 13:34
Rusiyanın canlı qüvvə itkisi 50 minə çatır


Rusiyanın canlı qüvvə itkisi 50 minə çatır

Son sutka ərzində Ukraynada Rusiya ordusunun 350-dən çox hərbçisi məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Rusiyanın canlı qüvvə itkilərinin sayı 48 700 nəfəri keçib. Rusiya ordusunun digər döyüş itkiləri 2009 tank, 4366 zirehli döyüş maşını, 1126 artilleriya sistemi, 289 reaktiv yaylım atəşi sistemi, 153 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 205 helikopter, 853 PUA, 198 qanadlı raket, 15 gəmi, 3247 avtomobil texnikası və avtosistern, 105 xüsusi texnikadan ibarətdir. Xatırladaq ki, Rusiya bu ilin fevralında Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
2-09-2022, 07:44
Məktəblilərin intellekt liqasına start verilir


Məktəblilərin intellekt liqasına start verilir

Məktəblilər arasında intellekt liqasına start verilir.
“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən Butov.az-a bildirilib ki, layihənin əsas məqsədi məktəblilər arasında intellektual oyunlara marağı artıraraq şəbəkələşməsini təmin etmək, gənclərin intellektual bilik və bacarıqlarını daha da möhkəmləndirmək, habelə asudə vaxtının səmərəli təşkilinə töhfə verməkdir.
“Nə? Harada? Nə zaman?” formatında keçiriləcək liqa oyunları 5 turdan ibarət olacaq və iştirakçılar 4-6 nəfərlik komandalar halında yarışacaqlar. Hər turun qalib komandası şəhadətnamə, 5 turun sonunda ümumi xal hesabında qalib gəlmiş komanda isə müxtəlif dəyərli hədiyyələrlə təltif ediləcək.
Qeyd edək ki, layihə “İrəli” İctimai Birliyi, “Dərs Evi” tədris mərkəzi və “3 sual” intellektual oyun platformasının birgə təşkilatçılığı ilə həyata keçirilir.
Layihədə iştirak etmək istəyən məktəblilər komanda şəklində 15 sentyabr, saat 18:00-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3Q47hfp
2-09-2022, 00:15
Azərbaycançılıq...Milli-mənəvi dəyərlər!

Azərbaycançılıq...Milli-mənəvi dəyərlər!

Ümummilli lider Heydər Əliyev:
Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıb. Milli dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz... Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir.

Azərbaycançılıq dilindən, millətindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarını ümumi vətən naminə həmrəyliyə dəvət edir. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması isə torelantlığın bariz təzahürüdür. Əslində, dini və etnik tolerantlıq Azərbaycan xalqının qanında, canında, kökündə var. Milli ənənələrimizdə, mentalitetimizdə, habelə sosial, mənəvi və dini düşüncə laylalarımızı özündə yaşadan folklorumuzda başqa dinlərə, millətlərə dözümlü münasibət özünü yaşadır.
Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli-mənəvi dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.
Milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə biganə münasibət gələcəyimiz üçün yaxşı heç nə vəd etmir. Tarixdən məlumdur ki, öz soykökünə, tarixinə, milli dəyərlərinə, inanclarına dönük çıxan millətlər və dövlətlər müəyyən zaman kəsiyində “əriyib” yox olmuş və tarix səhnəsindən birdəfəlik silinmişlər. Hər hansı bir xalqı, dövləti məhv etmək üçün onu milli dəyərlərindən ayırmaq kifayətdir. Bəs milli-mənəvi dəyərlər deyəndə nə başa düşülməlidir? Milli ideologiya, milli tarix, milli dil, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, folklorumuz: hansı ki bura bizim yaddaşımız – fərd yaddaşı, etnos yaddaşı, millət, xalq yaddaşı daxildir. Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir.
Milli-mənəvi dəyərlərin qorunması və təbliği vətənpərvərlik hisslərinin möhkəmlənməsi ilə birbaşa əlaqəlidir. Belə ki, bəşər övladı tarix boyu yaşadığı coğrafi ərazini qorumağı, orada kök salmağı və oradan hərtərəfli faydalanmağı özünə vəzifə bilmişdir. Öz mövcudluğunu təmin edə bilmək, fəaliyyət göstərmək üçün müəyyən yerə bağlı qalmaqla yanaşı, həm də vətən adını verdiyi həmin yeri qorumaq onun üçün qaçılmaz olmuşdur. Yaşadığı torpaqları vətənləşdirən bəşər övladı müəyyən dəyərlərə yiyələnmiş və zaman keçdikcə bu dəyərlərlə yoğrulub millətə çevrilmişdir. Milli-mənəvi dəyərlər adını verdiyimiz həmin dəyərlər millətin özünəməxsusluğunu, başqa sözlə desək, onun milli kimliyini ortaya qoyur. Məhz vətənpərvərlik hissi sayəsində fərd bu dəyərlərə sahib çıxır, həm onları, həm də aid olduğu vətəni, təmsil etdiyi milləti qorumaq üçün canından belə keçməyə hazır olur.
Azərbaycan xalqı özünün milli-mənəvi irsinə-onu bütövləşdirən və zənginləşdirən komponentlərə-dil, din, adət-ənənə, eyni zamanda birgəyaşayış mühiti və tolerantlıq kimi xüsusiyyətlərə söykənərək bəşəriyyətin mürəkkəb və ziddiyyətli ictimai-siyasi sınaqlarından məharətlə çıxa bilmiş, dünya xalqları arasında öz varlığını, dövlətçilik ənənələrini qoruyub saxlamağı bacarmışdır. Tarixi hadisələrin gedişatı göstərdi ki, minilliklər ərzində formalaşmış milli-mənəvi sərvətimiz milli mənlik şüurumuzu oyadaraq müstəqil dövlətçiliyimizin bərpasına səbəb olan əsas amildir.
Milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Milli dəyərlərimizə, soykökümüzə qayıdışın, milli hisslərimizin oyanışının xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu sahəni diqqət mərkəzində saxlayan ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə xalqımızın milli oyanışının əsası qoyulmuşdur.
Milli-mənəvi dəyərlərimizə dərindən bələd olan Ümummilli lider xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərində onlara harada yaşamalarından asılı olmayaraq Azərbaycançılıq ideologiyasına sadiqliyi, xalqımıza xas olan adətənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi: “Bizim hamımızın bir Vətəni var – bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”.
Milli-mənəvi dəyərlərimizin kökü əməli-salehlik və əxlaqi saflıqdır; mənəvi təmizlik və büllurluqdur; halallıq və gözütoxluqdur; xeyirxahlıq və mərdanəlikdir. Bunların hamısının zirvəsində isə adi vicdan dayanır. Vətənə, dövlətə və onun mövcudluq rəmzi, ali atributu olan bayrağa səmimi sevgi nümunəsini xatırlayanda düşünürük: ta qədim dövrlərdən saf çeşmə tək süzülüb gələn, milli kimlik meyarına çevrilən ali mənəvi keyfiyyətləri, bəşər sivilizasiyasını zənginləşdirən dəyərli mədəni irsi, özünəməxsusluğu şərtləndirən bu xalqın təmsilçisi olmağa həqiqətən də dəyər. Nədən ki, mövcudluq tarixi şərəfli mübarizə yolu ilə zəngin olan müdrik xalqımızın tarixində ona utanc gətirəcək hansısa hadisə olmayıb. Taleyin sərt üzündən əsrlər boyu müxtəlif sarsıntılara, ərazi təcavüzünə, mənəvi terrora, repressiyalara məruz qalan Azərbaycan xalqı ən çətin məqamlarda belə, milli kimliyini, şərəf və heysiyyətini qoruyub. Qloballaşan dünyanın yeni nizamı həqiqi mahiyyətindən çox-çox uzaqlaşmış “qərbləşmə”, “avropalaşma” kimi kütləvi kulturoloyi baxışları, kosmopolit dəyərləri zorən kiçik millətlərə sırımağa çalışsa da, Azərbaycan xalqı bu qarşısıalınmaz prosesə oturuşmuş mənəvi-əxlaqi dəyərlər sistemi ilə layiqli müqavimət gücündə olduğunu təsdiqləyib.
Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı, bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir. Bu mənada, azərbaycançılıq millətindən asılı olmayaraq özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloyi bünövrədir. Bu ideologiyanın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur.
Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətlə inteqrasiya edən ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyət təşkil etməməlidir. Bu baxımdan biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, səmimi dostluğu nəzərdə tuturuq. Biz hər zaman qloballaşma adı altında digər xalqların adət-ənənələrinə zidd olan, milli mentalitetə xas olmayan dəyərlərə qarşı mübarizə aparmalıyıq. Təbii ki, bu mübarizədə milli mənliyimizi qorumaq ən vacib şərtlərdəndir.
Sonda sözlərimi Möhtərəm cənab prezidentin fikirləri ilə tamamlamaq istəyirəm;
“Bizim üstünlüyümüz ondan ibarətdir ki, gənc və güclü dövlətimiz möhkəm təməl üzərində qurulub. Çoxəsirlik tarix, mədəniyyət üzərində qurulub. Milli-mənəvi dəyərlər bizim üçün ən vacib məsələdir. Biz təbii ki, ümumbəşəri dəyərləri bölüşürük. Ancaq bizim üçün başlıca dəyərlər öz milli Azərbaycan dəyərlərimizdir”.

Rövşən Məmmədli
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun əməkdaşı


1-09-2022, 23:08
QHT layihəyə start verdi

QHT layihəyə start verdi

“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyi QHT Agentliyinin maliyə dəstəyi ilə “Vətən sənə canım fəda” mövzulu layihəsinə sentyabrın 1-dən start verib. Layihənin məqsədi Vətən müharibəsində zəfər çalmaq üçün Prezident, Silahlı Qüvvələrin Al Baş Komandanı İlham Əliyevin uğurlu hərbi-siyasi manevrlərini, Zəfər tariximizi yeniyetmə və gənclərə doğru düzgün anlatmaq;
44 günlük müharibəyə qədər, əsasən də XX əsrdə xalqımızın kütləvi terror və qanlı soyqırımlarına məruz qalması, kənd və yer adlarımızı dəyişən erməni vandallarının əcdadlarımızın yaratdığı tarixi abidələri, məscidləri, qalaları dağıdaraq izini itirmələri barədə gənc nəsli məlumatlandırmaq;
Azərbaycanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, hüquqi dövlət quruculuğunun daha da inkişaf etdirilməsinə informasiya dəstəyi verməkdir. (01 sentyabr-01 noyabr 2022-ci) layihə iki ay ərzində icra olunacaq.
“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin mətbuat xidməti.
1-09-2022, 22:51
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi  növbəti layihəsinin icrasına başladı


“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi
növbəti layihəsinin icrasına başladı


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Azərbaycan kəlağayısı min illərin yadigarı” layihəsinə start verildi. İki ay (01.09.2022 – 01.11.2022) müddətinə icra olunacaq layihə çərçivəsində Azərbaycan kəlağayısından bəhs edən “Azərbaycan kəlağayısı min illərin yadigarı” adlı sənədli flim çəkiləcək.
1-09-2022, 22:17
İtaliyada Brüssel görüşü müzakirə edildi


İtaliyada Brüssel görüşü müzakirə edildi

İtaliyada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi və təşkilatçılığı ilə aparılan Brüssel sülh gündəliyinin və bu xüsusda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlanılmasının əhəmiyyəti vurğulanıb. Butov.az xəbər verir ki, bu, Nazirlər Şurasının Sədri Mario Draqinin Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşündə bildirilib. Görüşdə bu prosesin regionda davamlı sülhün və təhlükəsizliyin gücləndirilməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.
1-09-2022, 22:13
İlham Əliyev Mario Draqi ilə görüşüb


İlham Əliyev Mario Draqi ilə görüşüb

Sentyabrın 1-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının Sədri Mario Draqi ilə təkbətək görüşü olub. Butov.az xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevin qarşılanma mərasimi olub. Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi fəxri qarovul dəstəsinin qarşısından keçiblər. İtaliyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri İtaliya Nazirlər Şurasının Sədrinə təqdim olunub. Sonra dövlət başçısı İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi birgə foto çəkdiriblər. Görüşdə Prezident İlham Əliyev İtaliyaya 2020-ci ildəki dövlət səfərini, bundan əvvəlki rəsmi və işgüzar səfərlərini xatırladıb. Söhbət zamanı ölkələrimiz arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin strateji tərəfdaşlıq zəminində inkişafı qeyd edilib. Nazirlər Şurasının Sədri Mario Draqi bu səfərin ölkələrimizin ikitərəfli münasibətlərinin inkişafına töhfə verəcəyini bildirib, İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq səviyyəsində çox yaxşı əlaqələrin qurulduğunu və qarşılıqlı ticarət dövriyyəsinin davamlı surətdə artdığını, enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Görüşdə Azərbaycanın Avropa İttifaqının və İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu xüsusi qeyd edilib. Eləcə də ölkələrimiz arasında iqtisadiyyat, elm, təhsil, mədəniyyət, incəsənət və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub. Həmçinin İtaliya şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-yenidənqurma işlərində fəal iştirak etdiyi vurğulanıb. Söhbət zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri və səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti qeyd olunub. Görüşdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi və təşkilatçılığı ilə aparılan Brüssel sülh gündəliyinin və bu xüsusda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlanılmasının əhəmiyyəti vurğulandı, bu prosesin regionda davamlı sülhün və təhlükəsizliyin gücləndirilməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub. Söhbət zamanı qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




1-09-2022, 22:01
Putin Ukraynadakı müharibənin məqsədini açıqladı


Putin Ukraynadakı müharibənin məqsədini açıqladı

Prezident Vladimir Putin Ukrayna ərazisində Rusiya əleyhinə anklavın yaradıldığını iddia edib. Bu barədə o, Kalininqradda baş turan “Vacib olanlardan danış” adlı açıq dərs zamanı söz açıb. Putinin sözlərinə görə, Rusiyanın "xüsusi əməliyyatı"nın (Rusiya Ukraynadakı müharibəni belə adlandırır - red) məqsədi bu anklavı aradan qaldırmaqdır. "Buna görə də orada döyüşən bizim uşaqlar həm Donbass sakinlərini, həm də Rusiyanın özünü qoruyurlar", - Putin deyib. Prezident, həmçinin iddia edib ki, Donbasda yaşayan insanlar özlərini “Rusiya dünyasının ümumi humanitar, mədəni, linqvistik məkanının” bir hissəsi hesab edirlər.
1-09-2022, 21:58
Rusiya "Vostok" təlimlərinə başladı


Rusiya "Vostok" təlimlərinə başladı

Sentyabrın 1-də Rusiya “Vostok-2022” hərbi təlimlərinin aktiv mərhələsinə başlayıb. Bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Təlimlər doqquz quru poliqonunda, həmçinin Yapon dənizi, Oxot dənizi və Berinq dənizi sularında keçiriləcək. Təlimlərdə Çin, Ermənistan, Hindistan və digər ölkələrin hərbçiləri iştirak edir. Hərbi təlimlər sentyabrın 7-dək davam edəcək.
1-09-2022, 21:55
Ərdoğandan yeni konstitusiya çağırışı


Ərdoğandan yeni konstitusiya çağırışı

Türkiyənin hazırkı Konstitusiyası 1982-ci ildə qəbul edilib və artıq dövrümüzün çağırışlarına cavab vermir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O qeyd edib ki, Ədalət və İnkişaf Partiyası ötən il ölkənin Konstitusiya layihəsini hazırlayıb, lakin bu təşəbbüs digər siyasi qüvvələr tərəfindən lazımi dəstək almayıb. “Müəyyən dairələr Türkiyənin məhkəmə sistemini cinayət təşkilatlarının alətinə çevirməyə çalışır. Biz buna imkan verməyəcəyik. Dünya ictimaiyyəti birdəfəlik dərk edir ki, Türkiyə Cümhuriyyəti qaranlıq qüvvələrin rəhbərlik etdiyi dövlət deyil”, - deyə Ərdoğan vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!