Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
1-09-2022, 21:15
Putin Qorbaçovla vidalaşdı


Putin Qorbaçovla vidalaşdı

Rusiya lideri Vladimir Putin SSRİ-nin ilk və son prezidenti olmuş Mixail Qorbaçovun dəfn mərasimində iştirak edə bilməyəcək. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O, Putinin hazırda Kalininqradda olduğunu, səfərdən əvvəl Mərkəzi Klinik Xəstəxanada Qorbaçovla vidalaşdığını deyib. “Kalinqrada yola düşməzdən əvvəl prezident Mərkəzi Klinik Xəstəxanada dayandı və Mixail Sergeyeviç Qorbaçovla vidalaşdı. Bilirik ki, vida və dəfn mərasimi sentyabrın 3-də keçiriləcək, amma təəssüf ki, Prezidentin iş qrafiki bunu sentyabrın 3-də etməyə imkan vermədiyi üçün bu gün Mixail Qorbaçovla vidalaşmaq qərarına gəlib", - deyə Kremlin sözçüsü qeyd edib.

1-09-2022, 21:12
Sus kəndindən yeni görüntülər

Müdafiə Nazirliyi Laçın rayonunun Sus kəndindən yeni videogörüntülər yayıb. Butov.az həmin görüntüləri təqdim edir:



Xatırladaq ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.
1-09-2022, 21:09
Avropa İttifaqının qərarı gülüncdür - Peskov


Avropa İttifaqının qərarı gülüncdür - Peskov

Avropa İttifaqının (Aİ) Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini tamamilə dondurmaq qərarı digər absurd qərarları kimi gülünc səslənir. Bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "Qərar ruslar üçün pisdir, çünki viza almaq daha uzun və çətin olacaq. Amma təbii ki, bu razılaşmanın geri çəkilməsi həm də avropalılar üçün vəziyyəti çətinləşdirəcək. Ona görə də bu, sadəcə digər absurd qərarlardan əlavə daha gülünc qərardır”, - Kreml sözçüsü Avropa İttifaqının viza ilə bağlı qərarını şərh edərkən deyib.
1-09-2022, 21:05
İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır - Prezident


İtaliya-Azərbaycan əlaqələrinin
yeni səhifəsi açılır - Prezident


Bugünkü mərasim Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasında keçirilir. Bu, yeni binada keçirilən ilk tədbirdir. Romanın tarixi məhəlləsində yerləşən bu tarixi bina bu gün öz qapılarını açır və eyni zamanda, bu binada Azərbaycanın Mədəniyyət Mərkəzi də fəaliyyət göstərəcək. Bu barədə Prezident İlham Əliyev Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimindən sonra çıxışında bildirib. “Mən çox şadam ki, bu binada keçirilən ilk tədbir məhz təhsil sahəsinə aiddir. Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır. Təhsil sahəsində biz yeni genişmiqyaslı əməkdaşlığa başlayırıq. İki il bundan əvvəl İtaliyada dövlət səfərində olarkən mən bu təkliflə çıxış etmişdim ki, İtaliya-Azərbaycan Universiteti yaradılsın. İtaliya rəhbərliyi də bunu alqışladı və qısa müddət ərzində artıq biz praktiki fəaliyyətə başlayırıq”, - deyə dövlət başçısı vurğulayıb.
1-09-2022, 14:24
Füzuli-Hadrut avtomobil yolunun tikintisi son mərhələdə icra olunur


Füzuli-Hadrut avtomobil yolunun tikintisi son mərhələdə icra olunur

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə və son mərhələ üzrə davam etdirilir. Butov.az xəbər verir ki, avtomobil yolunun uzunluğu 12 kilometrdir. I texniki dərəcəli olacaq bu yol başlanğıcını “Zəfər Yolu”ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. Füzuli-Hadrut avtomobil yolu 4 hərəkət zolaqlıdır. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 21.5 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr təşkil edir. Xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun yeni torpaq yatağının və yol əsasının inşası 8.5 km-lik hissədə yekunlaşıb. Həmin hissəyə asfalt örtüyünün alt layının döşənməsi işləri də icra olunub. Füzuli-Hadrut avtomobil yolunda torpaq yatağının və yol əsasının inşası ilə yanaşı yolboyu atmosfer suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametlərə malik suötürücü boruların, həmçinin dərə sularının ötürülməsi üçün 1 dördbucaqlı su keçidinin tikintisi də yekunlaşmaq üzrədir. Yolun 6,7 kilometrində, “Qarğabazarı” adlanan ərazidən keçən hissəsində tikintisi aparılan iki aşırımlı avtomobil körpüsündə hazırda gövdə dayaqlarının inşası icra olunur. Tikinti işlərini “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun şəkildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirir. Tikintinin tərtib olunmuş qrafikə uyğun cari ilin sonunadək yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib. Füzuli-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarının ərazisindən keçir.










1-09-2022, 14:16
Prezident İtaliyada yeni səfirlik binasının açılışında


Prezident İtaliyada yeni səfirlik binasının açılışında

Sentyabrın 1-də Romada Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinin yeni binasının açılışı olub. Butov.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Əvvəlcə dövlətimizin başçısı səfirliyin həyətində ağac əkib. Sonra Prezident İlham Əliyev yeni binada yaradılan şəraitlə tanış olub.







1-09-2022, 14:12
Sabah 40 dərəcə isti olacaq


Sabah 40 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 2-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25°, gündüz 33-38° isti, Bakıda gecə 22-24°, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 35-40° isti, dağlarda gecə 12-17°, gündüz 24-29° isti olacağı gözlənilir.


1-09-2022, 14:10
“Brüsseldə danışıqlar asan olmadı” - Paşinyan


“Brüsseldə danışıqlar asan olmadı” - Paşinyan

“Brüsseldə müzakirələr geniş keçdi, amma asan olmadı”. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün Brüsseldə baş tutan üçtərəfli görüşlə bağlı açıqlamasında deyib. “Bizim məqsədimiz regionda sülhün olmasıdır. Ermənistan hökuməti sülh gündəliyini qəbul edib və bu gündəliyi həyata keçirmək üçün bizə qətiyyət lazımdır. Biz başa düşməliyik ki, bu, asan deyil, ardıcıl işləməyə davam etməliyik”, - deyə Paşinyan bildirib. Qeyd edək ki, ötən gün Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin dəvəti ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilib. 4 saata yaxın davam edən görüşdə sülh müqaviləsinə hazırlıq məsələləri müzakirə olunub.
1-09-2022, 14:08
2 boksçumuz yarımfinala vəsiqə qazandı


2 boksçumuz yarımfinala vəsiqə qazandı

Azərbaycanın 2 boksçusu Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turnirdə yarımfinala yüksəlib. Butov.az-ın məlumatına görə, yığma üzvlərindən Ruslan Qədirov (54 kq) və Rauf Rəhimov (92 kq) 1/4 final döyüşünü qələbə ilə başa vurublar. Qədirov Samat Jetibayevi (Qazaxıstan) 3:1 (30:26, 28:28, 29:27, 27:29, 30:26) hesabı ilə məğlub edib. O, finala gedən yolda qazaxıstanlı Timur Kabdeşovla üz-üzə gələcək. Rəhimov isə Adilet Dosimbekovu (Qazaxıstan) mübarizədən kənarlaşdırıb. Boksçumuz döyüşü 5:0 (29:28, 29:27, 30:27, 29:28, 30:27) hesabı ilə aktivinə yazıb. Rauf növbəti qarşılaşmasında özbəkistanlı Nusratbek Tohirovla qüvvəsini sınayacaq. Hər iki boksçu yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib. Yarışın 1/4 final mərhələsində daha 3 idmançımız - Rüfət Hüseynov (51 kq), Mirşərif Kazımzadə (75 kq) və Rasim Çobanlı (75 kq) rinqə çıxacaq. Onlar müvafiq olaraq, Foziljon Abdumuradov (Özbəkistan), İliyar Aşirov (Qazaxıstan) və Dias Moljiqitovla (Qazaxıstan) qarşılaşacaq. Qeyd edək ki, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tailand, Monqolustan, Tacikistan və Qırğızıstandan 130 boksçunun qatıldığı turnirdə yarımfinal döyüşləri sentyabrın 2-də olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!