Futbol azarkeşlərini daşıyan avtobus yandı .....                        ABŞ Mərkəzi Komandanlığ: F-15 qırıcısı vurulmayıb .....                        Pezeşkian "İranı yox etmək fikri sadəcə boş xəyaldır" .....                        İstanbulda bina çökdü - Ölən var-YENİLƏNİB .....                        Bakı sakini Kürdəmirdə avtomobillə 7 yaşlı uşağı öldürdü .....                        Kansler Trampla nə danışdı? .....                        Neftin qiyməti uzun müddət yüksək qalacaq - Qalibaf .....                        Qətərdə hərbi helikopter qəzası - 6 nəfərin meyiti tapıldı .....                        İstanbulda bina çökdü .....                       
6-11-2025, 17:38
İmişlidə yanğın - 2 nəfər zəhərləndi


İmişlidə yanğın - 2 nəfər zəhərləndi

İmişlidə yanğın baş verib.
Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonun Bəhramtəpə qəsəbəsində həyətyanı sahəyə yığılan ot bağlaması yanıb. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
6-11-2025, 17:35
Əməkdar artist vəfat etdi - FOTO


Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Vahid Əliyev vəfat edib.
Bu barədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf məlumat verib.
O, bu gün axşam saatlarında vəfat edib.

6-11-2025, 17:18
Saakaşviliyə yeni cinayət işi açıldı


Saakaşviliyə yeni cinayət işi açıldı

Gürcüstan Baş Prokurorluğu keçmiş prezident Mixail Saakaşvili və bir neçə müxalifət liderinə qarşı cinayət işi açıb.
Baş prokuror Giorgi Qvarakidze bunu 6 noyabrda keçirilən brifinqdə açıqlayıb.
"Mixail Saakaşvili, Giorgi Vaşadze, Nika Qvaramiya, Nikanor Melia, Zurab Qirçi Caparidze, Elene Xoştariya, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı dövlətə qarşı cinayət ittihamları ilə cinayət işi açılıb. Xüsusilə, bunlara təxribat, xarici dövlətə düşmənçilik fəaliyyətində kömək etmək, konstitusiya quruluşunun əsaslarına və milli təhlükəsizliyə qarşı yönəlmiş fəaliyyətləri maliyyələşdirmək və konstitusiya quruluşunun və ya dövlət hakimiyyətinin zorla devrilməsinə çağırışlar daxildir", - Qvarakidze bildirib.
6-11-2025, 17:03
Moskvada azərbaycanlı qardaşlara AĞIR CƏZA


Moskvada azərbaycanlı qardaşlara AĞIR CƏZA

Moskvada məhkəmə azərbaycanlı qardaşlar Şahin və Şöhrət Abbasovu paytaxt sakininin qətli ilə bağlı ağır həbs cəzasına məhkum edib.
Moskva Şəhər Məhkəməsinin hökmünə əsasən, Şahin Abbasov 17 il, onun qardaşı Şöhrət Abbasov isə 12 il müddətinə ciddi rejimli koloniyada cəza çəkəcək. Onların qohumu İsaxan Abbasov isə cinayəti gizlətmək və rüşvət vermək ittihamı ilə 8 il azadlıqdan məhrum edilib.
Məlumata görə, hadisə 2024-cü il aprelin 17-də Krasnodarskaya küçəsində baş verib. Şahin Abbasov avtomobilini binanın qarşısındakı səkidə park edib. Bu addım həmin ərazidə yaşayan 24 yaşlı Kirill Kovalyovun narazılığına səbəb olub və o, sürücüyə irad bildirib. Mübahisə zamanı Şahin və Şöhrət Abbasov gənc oğlana bir neçə bıçaq zərbəsi endiriblər. Kovalyov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
İstintaqın versiyasına görə, hadisədən sonra qardaşlar ataları Nizami Abbasov və digər qohumlardan gizlənmək üçün təlimatlar alıblar. Onlar Rostov vilayətinə qaçmağa cəhd edərkən saxlanılıblar. Digər iştirakçılar isə istintaq müddətində həbsdə keçirdikləri vaxt cəza müddətinə bərabər hesab olunduğu üçün məhkəmə zalında azadlığa buraxılıblar.
Məhkəmə qardaşların atasını Nizami Abbasovu isə təqsirsiz bilib və bəraət qərarı çıxarıb.
6-11-2025, 16:58
Sarkisyanın Ermənistandan çıxışına qadağa qoyuldu


Sarkisyanın Ermənistandan çıxışına qadağa qoyuldu

Korrupsiyaya qarşı Mübarizə Komitəsi 2019-cu ildə baş verən hadisəyə görə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın ölkəni tərk etməsini məhdudlaşdırıb.
Bu barədə Sarkisyanının rəhbərlik etdiyi Respublika Partiyasının sədr müavini Armen Aşotyan bildirib.
O qeyd edib ki, Sarkisyan bu gündən etibarən sanksiya altındadır.
Sanksiya qərarı altı il əvvələ aid materiallar əsasında açılmış yeni cinayət işi əsasında çıxarılıb.
6-11-2025, 16:27
Bakının mərkəzində gənc oğlan qətlə yetirildi


Bakının mərkəzində gənc oğlan qətlə yetirildi

Bakının mərkəzində qətlə yetirilən Yasin İbadov 19 yaşında olub.
Məlumata görə, hadisə noyabrın 5-i saat 01 radələrində Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.
Hadisəni törətməkdə şübhəli bilinən mərhumun 1987-ci il təvəllüdlü əmisi Babək İbadov tutulub.
Onun əvvəllər məhkum edildiyi və qətli öncədən planlaşdırdığı məlum olub.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
6-11-2025, 14:46
Bakıda restoranda yanğın


Bakıda restoranda yanğın

Bakıda restoranda yanğın başlayıb.
Hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində qeydə alınıb.
Bildirilib ki, 112 qaynar xəttinə yanğınla əlaqədar çağırış daxil olub. Məlumatla əlaqədar hadisə yerinə DYMX-nin əməkdaşları cəlb edilib. Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.
6-11-2025, 00:15
Gürcüstandan Ukraynaya etiraz


Gürcüstandan Ukraynaya etiraz

Ukrayna Avropa Birliyinin üzvü deyil və buna görə də Gürcüstanın avrointeqrasiya prosesi ilə bağlı hər hansı bir fikir irəli sürə bilməz.
Bunu Gürcüstan xarici işlər naziri Maka Boçorişvili deyib.
Nazir qeyd edib ki, 2022-ci ilin fevralından Gürcüstan Ukraynaya ardıcıl siyasi dəstək göstərmək üçün mümkün olan hər şeyi edib və bu dəstək davam edir:
“Heç kəs deyə bilməz ki, Gürcüstan beynəlxalq platformalarda Ukraynanı dəstəkləməyib. Rusiya ilə qarşıdurmaya getmək, əlavə təhlükəsizlik problemləri yaratmaq istəyən yoxdur və bu, çox təbiidir”.
5-11-2025, 23:43
“Qarabağ”ın oyunu heç-heçə ilə başa çatdı - VİDEO


“Qarabağ”ın oyunu heç-heçə ilə başa çatdı - VİDEO

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
Ağdam təmsilçisi Bakıda “Çelsi”ni qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

[media=https://www.youtube.com/live/C8k3B5fut0s?si=i9-3vW-vRzMuQ6Za]
5-11-2025, 23:29
Məktəb dərsliklərində dəyişiklik edildi


Məktəb dərsliklərində dəyişiklik edildi

“Vaxtilə dərsliklərdə Atropatena dövlətinin süqutu belə göstərilirdi: sonuncu hökmdar Ariovastın ölümündən sonra Atropatena dövləti müstəqilliyini itirir və süquta uğrayır. Əslində isə bu, süqut kimi deyil, daha çox müstəqilliyinin məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Yeni dərslikdə də bu yanaşma belə təqdim olunub”.
Bu fikirləri tarix dərsliklərinin müəllifi Ramil Tanrıverdi Təhsil TV-də yayımlanan “Xüsusi buraxılış”da deyib.
O bildirib ki, əvvəlki tarix dərsliklərində (7-ci sinif, Ümumi tarix) Qaraxanilər dövlətinin 927-ci ildə yarandığı qeyd olunurdu: “Yeni dərslikdə bu məlumat dəqiqləşdirilib və yaranma tarixi 842-ci il kimi göstərilib. Çünki Qaraxanilər dövlətinin 927-ci ildə yaranması ilə bağlı mənbələr araşdırılsa da, bu tarixə dair heç bir sübut aşkarlanmayıb”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!