“Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                       
27-11-2025, 19:21
Baş Prokurorluq məlumat yaydı


Baş Prokurorluq məlumat yaydı

Xarici ölkələrin hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, dələduzluqda ittiham edilərək 2023-cü ildə dövlətlərarası axtarışa verilmiş 25.02.1984-cü il təvəllüdlü, Rusiya Federasiyasının vətəndaşı Mundşayn Mikael Kostanoviçin verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil verilib.
27-11-2025, 19:06
Elvin Məmmədov istefaya göndərildi


Elvin Məmmədov istefaya göndərildi

Bu gün I Liqanın 9-cu turu çərçivəsində “ASCO Arena”da keçirilmiş “Səbail” - “Cəbrayıl” oyunundan sonra “Səbail” PFK-nın İdarə Heyətinin iclası keçirilib.
Bu barədə klub məlumat yayıb.
Bildirilib ki, toplantıda İdarə Heyətinin üzvləri ilə yanaşı, klubun məşqçi heyəti də iştirak edib və mövsümün əvvəlindən bu günə qədər keçirilmiş oyunların nəticələri müzakirə olunub, müsbət və mənfi məqamlar qeyd olunub.
İclasda baş məşqçi Elvin Məmmədovun hesabatı dinlənilib. Toplantının sonunda Elvin Məmmədovun istəyinə əsasən baş məşqçi və köməkçiləri ilə klub arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
27-11-2025, 19:00
4 nəfərin ölümünə səbəb olan xətt Mehdiyevin bağına gedirmiş


4 nəfərin ölümünə səbəb olan xətt Mehdiyevin bağına gedirmiş

Noyabrın 21-də Binəqədi rayonu ərazisində yerləşən “Lake Hotel”də elektrik cərəyanı vurması nəticəsində həmin obyektdə çalışan 4 nəfər həyatını itirib.
“Lake Hotel”in icarədarı Ağasif Verdiyev normativ aktların tələblərinə zidd olaraq hotelin ərazisində təsərrüfat işləri həyata keçirib və nəticədə əmək mühafizəsi qaydaları pozulub.
Buna görə də A.Verdiyev şübhəli şəxs qismində saxlanılıb, daha sonra isə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisə ilə bağlı yeni təfərrüatlar məlum olub.
Belə ki, “qafqazinfo”nun məlumatına görə, hadisəyə səbəb isə hotelin pəncərələrinin silinməsi zamanı hündürlüyü 5,75 metr olan təkərli iskələdən istifadə olunması və bu zaman həmin yerdən hündürlüyü 5,53 metr olan 35 kV-luq yüksək gərginlikli hava xətti keçməsinin nəzərə alınmaması olub.
Təkərli iskələ daşınarkən, xəttə toxunub və həmin vaxt orada çalışan 4 nəfəri elektrik vurub.
Hazırkı normalara əsasən, 35 kV-luq hava xətti ən azı yerdən 7 metr hündürlükdə aparılmalıdır.
Məsələnin maraqlı tərəfi isə odur ki, həmin 35 kV-luq hava xətti 2009-cu ildə Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda barəsində cinayət işi qaldırılmış Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevaya məxsus Novxanı qəsəbəsində yerləşən kənd təsərrüfatı sahəsi üçün çəkilib.
Qalina Mehdiyevanın adına olan həmin 102 hektarlıq torpaq sahəsinin 60 sotunda icarə əsasında Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevə məxsus “Friland Vineyards” şərab zavodu yerləşib.
O da bəlli olub ki, 2016-cı ildə Mehdiyeva Aytac Telman qızının adına şərab istehsal edən “Mərəndə” MMC təsis edib, 2017-ci ildə isə “Friland Vineyards” həmin müəssisəni alıb. 2022-ci ildə “Mərəndə” MMC-nin təsisçisi dəyişdirilsə də, faktiki olaraq həmin hüquqi şəxs və şərab zavodu Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə məxsusdur.
Hazırda da qeyd olunan şərab zavodu, onun yerləşdiyi torpaq sahəsi və üzüm bağları həmin 35 kV-luq hava xəttindən qidalanır.
Göründüyü kimi, sabiq PA rəhbəri və onun yaxınları böyük biznesə sahiblik edirlər və istər bu biznesin yaradılmasında, istərsə də onun fəaliyyətinin təmin edilməsində qanun pozuntularına yol verilib. Bu pozuntular sonda 4 nəfərin həyatını itirməsinə səbəb olub.
Məsələ ilə əlaqədar Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə cinayət işi başlanılıb və istintaq aparılır.
27-11-2025, 18:45
Navalninin fondu terrorçu elan edildi


Navalninin fondu terrorçu elan edildi

Rusiya Ali Məhkəməsi mərhum müxalif siyasətçi Aleksey Navalnının təsis etdiyi Korrupsiya ilə Mübarizə Fondunu terror təşkilatı kimi tanıyıb.
Rusiya Ali Məhkəməsi məsələ ilə bağlı ölkənin Baş Prokurorluğunun iddiasını təmin edib.
Qərar qapalı məhkəmə iclasında qəbul edilib və dərhal qüvvəyə minib.
Qeyd edək ki, Korrupsiya ilə Mübarizə Fondu 2011-ci ildə müxalif siyasətçi, 2024-cü ilin fevralında cəzaçəkmə müəssisəsində vəfat edən Aleksey Navalnı tərəfindən yaradılıb. Fond daha əvvəl Rusiyada ekstremist təşkilat və xarici agent kimi tanınıb, təşkilatın fəaliyyəti qadağan edilib.
27-11-2025, 18:24
Azərbaycanda dərmanların qiyməti ilə bağlı YENİ QƏRAR


Azərbaycanda dərmanların qiyməti ilə bağlı YENİ QƏRAR

Dərmanlarla əlaqədar rəyi alınacaq orqanların sayı artırılıb.
Nazirlər Kabineti bu barədə qərar verib.
Qərara əsasən, əhalinin sağlamlığı baxımından xüsusi əhəmiyyət kəsb edən dərman vasitələrinin ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətlərinin ilk dəfə müəyyənləşdirilməsi və ya həmin qiymətlərə yenidən baxılması ilə əlaqədar Tarif (qiymət) Şurası tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin də rəyi alınacaq.
İndiyə qədər əhalinin sağlamlığı baxımından xüsusi əhəmiyyət kəsb edən dərman vasitələrinin ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətlərinin ilk dəfə müəyyənləşdirilməsi və ya həmin qiymətlərə yenidən baxılması ilə əlaqədar Şura tərəfindən İqtisadiyyat Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəyləri alınıb.
27-11-2025, 18:08
Müharibə bu halda dayandırıla bilər - Putinin şərtləri


Müharibə bu halda dayandırıla bilər - Putinin şərtləri

Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Bişkek sammitindən sonra keçirdiyi mətbuat konfransında bir sıra mühüm açıqlamalar verib.
Putin bildirib ki, ABŞ-dan yüksək səviyyəli nümayəndə heyətinin gələn həftə Moskvaya səfəri razılaşdırılıb və səfər plan üzrə baş tutacaq.
Rusiya lideri Qərbdə yayılan “Rusiya Avropaya hücuma hazırlaşır” iddialarını təkzib edib: “Bu iddialar yalandır, cəfəngiyyatdır. Avropaya hücum etmək niyyətimiz yoxdur və bunu rəsmi şəkildə təsdiqləməyə hazırıq".
Putin əlavə edib ki, Moskva Avropa təhlükəsizliyi və strateji sabitlik məsələlərini Qərb ölkələri ilə müzakirə etməyə açıqdır.
Rusiya Prezidenti ABŞ-ın təklif etdiyi sülh planı ilə bağlı yayılan məlumatları da şərh edib. Onun sözlərinə görə, ortada “hazır müqavilə layihəsi” olmayıb. Sadəcə müzakirə üçün suallar və mövzular paketi mövcud olub.
Putin deyib ki, ABŞ-ın təqdim etdiyi plan “diplomatik dildə yenidən işlənməlidir”, çünki bəzi maddələr “indiki şəraitdə gülünc səslənir”.
O bildirib ki, Cenevrədə aparılan danışıqlardan sonra tərəflər planın 28 bəndini dörd tematik blok üzrə bölmək barədə razılığa gəliblər.
Putin döyüş zonasındakı vəziyyətə də toxunub: “Əgər Ukrayna ordusu hazırda tutduğu əraziləri tərk etsə, biz hərbi əməliyyatları dayandırarıq. Əks halda, Rusiya öz məqsədinə hərbi yolla çatacaq.”
27-11-2025, 17:59
Ceyhun Bayramov İtaliyada bizi müzakirə etdi


Ceyhun Bayramov İtaliyada bizi müzakirə etdi

İtaliyaya rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov “Aspen Institute Italia”da keçirilən yüksək səviyyəli dəyirmi masanın işində iştirak edib.
Bu haqda Xarici İşlər Nazirliyinin “X” platformasındakı səhifəsində məlumat yayılıb.
Nazir “Aspen Institute Italia”-nın sədri və İtaliya Deputatlar Palatasının Xarici və Avropa İttifaqı İşləri Komitəsinin sədri QiulioTremonti, eləcə də “Aspen Institute Italia”-nın fəxri sədri, Konstitusiya Məhkəməsinin sabiq Prezidenti Giuliano Amato tərəfindən qarşılanıb.
“Aspen Institute Italia”-nın Avropa işləri üzrə Baş direktoru Marta Dassùnun sədrliyi ilə keçirilən dəyirmi masa müzakirələrinə bir çox yüksəkvəzifəli şəxslər, iş adamları, akademiklər və şirkət rəhbərləri qoşulub.
Nazir Ceyhun Bayramov tədbir iştirakçılarını Azərbaycan və İtaliya arasındakı strateji tərəfdaşlıq, regional təhlükəsizlik prosesləri, enerji əməkdaşlığı, nəqliyyat və kommunikasiya əlaqələri, habelə Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə dəyişən geosiyasi dinamika barədə məlumatlandırıb.
Sessiya regiondakı geosiyasi çağırışlara, Azərbaycanın sülh gündəliyinə, həmçinin akademik və analitik əməkdaşlığın dərinləşdirilməsi imkanlarına həsr olunmuş geniş sual-cavab bölməsi ilə davam edib.
27-11-2025, 17:50
Ağdamda traktor aşdı - Xəsarət alanlar var


Ağdamda traktor aşdı - Xəsarət alan var

Ağdamda pambıq daşıyan traktor aşıb.
Hadisə rayonun Alıbəyli kəndində qeydə alınıb. Pambıqla yüklənmiş iki qoşqulu traktor idarəetmədən çıxaraq yol kənarına aşıb. Hadisə nəticəsində traktorçu Elman Temirov xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
27-11-2025, 17:36
Qarabağı azad edənlər polisə işə götürüldü - VİDEO


Qarabağı azad edənlər polisə işə götürüldü - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 27-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 166 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 9 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

26-11-2025, 18:25
Hikmət Hacıyev Niderland səfiri ilə görüşdü


Hikmət Hacıyev Niderland səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Niderland səfiri Marian De Yonq ilə görüşüb.
Bu barədə Niderlandın Azərbaycandakı səfirliyi X-də paylaşım edib.
Görüşdə regional məsələlər, Avropa İttifaqı ilə siyasi-iqtisadi əməkdaşlıq mövzuları müzakirə edilib.
Eyni zamanda Azərbaycan və Niderland arasında ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!