“Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                       
13-11-2025, 20:40
Hərbçilərin nəşi Türkiyəyə yola salındı


Hərbçilərin nəşi Türkiyəyə yola salındı

Təyyarə qəzasında şəhid olan hərbçilərin nəşi Gürcüstandan Türkiyəyə yola salınıb.
Məlumata görə, təyyarə Gürcüstanın paytaxtı Tbilisidən havaya qalxıb.
Hərbçilərin nəşini daşıyan "Koca Yusuf" A400M təyyarəsi paytaxt Tbilisidəki Şota Rustaveli Beynəlxalq Hava Limanından Ankaraya yola düşüb. Cənazələr Türkiyəyə çatdıqdan sonra dəfn yerlərinə göndəriləcək.
13-11-2025, 19:45
İlham Əliyevin fikri bütün Türk dünyası üçün yol xəritəsidir


İlham Əliyevin fikri bütün Türk dünyası üçün yol xəritəsidir

Cənab Prezident İlham Əliyevin “Bizim Türk dünyasından başqa ailəmiz yoxdur” fikri, bütün Türk dünyası üçün bir yol xəritəsi kimi qəbul edilir və birliyimiz, həmrəyliyimiz baxımından böyük əhəmiyyət daşıyır. Bu yolu yorulmadan və qətiyyətlə davam etdirmək bizim ən böyük vəzifəmizdir.
Bunu Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasının 42-ci ili səbəbi ilə keçirilən ziyafətdə Şimali Kipr Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuq Turqaner bildirib.
Azərbaycan Milli Məclisi ilə Şimali Kipr Türk Respublikasının Parlamentinin 2024-cü ildə yaradılmış Parlamentlərarası Dostluq Qrupları, Prezident İlham Əliyevin müəyyən etdiyi yol xəritəsinin ən güclü sübutudur. Yarandığı gündən bu qruplar böyük səmərə, məsuliyyət və məhsuldarlıqla fəaliyyət göstərirlər. Bu münasibətlə, Azərbaycan Milli Məclisinin sədri hörmətli Sahibə Qafarovaya, Azərbaycan–ŞKTR Parlamentlərarası Dostluq Qrupunun sədri hörmətli deputat Cavanşir Feyziyevə və dostluq qruplarının bütün üzvlərinə səmimi təşəkkürümü bildirirəm. Onların fədakar səyləri və əməkdaşlığı yüksək qiymətə layiqdir.
13-11-2025, 19:34
Şəhid övladları İstanbul şəhərində - FOTO


Şəhid övladları İstanbul şəhərində - FOTO

Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq, qardaşlıq və strateji əməkdaşlıq münasibətlərinin daha da gücləndirilməsinə xidmət edən növbəti sosial-humanitar layihə həyata keçirildi. 09-13 noyabr 2025-ci il tarixlərinində Şəhid övladlarının Zəfərin 5 illiyi münasibətilə İstanbul şəhərinə səfəri baş tutmuşdur.
Layihə Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, “YAŞAT” Fondunun, İstanbul şəhərinin Qaziosmanpaşa Kaymakamlığının və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) tərəfdaşlığı ilə həyata keçirilmişdir. 8 Noyabr – Zəfər Günü münasibətilə təşkil olunan səfər 2025-ci il 9 noyabr tarixində İstanbul şəhərinə yola düşməklə başlamışdır.
Səfərin əsas məqsədi Azərbaycan və Türkiyə şəhid övladları arasında qarşılıqlı dostluq əlaqələrinin möhkəmləndirilməsi, onların sosial inteqrasiyasına və mənəvi inkişafına dəstək göstərilməsi, eyni zamanda iki qardaş ölkə arasında ortaq tarixi və milli-mənəvi dəyərlərin təbliği və qorunmasıdır.
Səfər çərçivəsində 10 noyabr 2025-ci il tarixində nümayəndə heyətinin üzvləri Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün Anım Mərasimində, eləcə də İstanbul şəhərində yerləşən Şəhid Anıl Kaan Aybek adına məktəbdə təşkil olunmuş xatirə tədbirində iştirak etmişlər. Qonaqlar daha sonra Gaziosmanpaşa Kaymakamlığı Hökumət Konağını ziyarət etmiş, Qaziosmanpaşa kaykakamı İsgəndər Yöndən şəhid övladlarını qəbul etmiş, qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparmışdır.
11 noyabr 2025-ci il tarixində iştirakçılar ilə Gaziosmanpaşa bələdiyyəsində görüş təşkil olunmuş, Gaziosmanpaşa bələdiyyəsinin təşkilatçılığı ilə musiqi saatı və iştirakçılar üçün vörkşop keçirilmişdir.
12 noyabr 2025-ci il tarixində isə Gaziosmanpaşa Kızılay şöbəsinə ziyarət təşkil olunmuş, İstanbul Valisi Davut Gül ilə görüş keçirilmişdir. Görüş zamanı Davut Gül bu əməkdaşlığın gələcəkdə də qarşılıqlı səfərlərin təşkil olunmasi ilə davam etdiriləcəyini bildirmiş, Azərbaycan və Türkiyə şəhid övladlarının bu kimi görüşlərinin xalqlarımız arasında sarsılmaz birliyin göstəricisi olduğunu vurğulamışdır.
Proqram çərçivəsində iştirakçılar Yerəbatan Sarıncı muzeyinə,Topqapı sarayına, Dolmabahçe sarayına, Ayasofya Camisinə baş çəkmiş, vaxtlarının daha da səmərəli və əyləncəli keçməsi məqsədi ilə Beşiktaş stadion turu, Üsküdar sahildə gəzinti,İstanbul boğazda tekne turu təşkil edilmişdir.
Təşkil olunmuş səfərin sonunda iştirakçılara Gaziosmanpaşa kaymakamlığı tərəfindən sertifikat və hədiyyələr təqdim olunmuşdur.
Səfər Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədr müavini Pərviz Məmmədzadə, “YAŞAT” Fondunun məsul əməkdaşı Aqşin Balahəsənlinin müşayiəti ilə baş tutmuşdur.
Bu layihə Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın ailə üzvlərinə göstərilən mənəvi, sosial və ictimai qayğının daha bir bariz nümunəsidir. Həmçinin layihə Azərbaycan-Türkiyə münasibətlərinin “Bir millət, iki dövlət” prinsipi əsasında daha da möhkəmlənməsinə, gələcək nəsillərdə vətənpərvərlik və qardaşlıq hisslərinin gücləndirilməsinə xidmət edir.







13-11-2025, 17:19
Ərdoğan Şimali Kipr Prezidentini qəbul etdi


Ərdoğan Şimali Kipr Prezidentini qəbul etdi

Şimali Kipr Türk Respublikasının yeni seçilmiş Prezidenti Tufan Ərhürman Ankaraya gedib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tufan Ərhürmanı rəsmi mərasimlə qarşılayıb.
19 oktyabrda keçirilən seçkilərdən sonra ŞKTR Prezidenti seçilən Tufan Ərhürman, Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə ilk beynəlxalq səfərini edib.
Ərhürman Ərdoğan tərəfindən Prezident İqamətgahında qarşılanıb.
İki lider mərasim meydanında yerlərini aldıqdan sonra Türkiyənin Dövlət Himni səsləndirilib.
Mərasimdə həmçinin tarix boyu qurulan 16 türk dövlətini təmsil edən bayraqlar və əsgərlər də yer alıb.
Qarşılama mərasimində iştirak edən nümayəndə heyətinin təqdimatından sonra Ərdoğan və Ərhürman Türkiyə və Şimali Kipr Türk Respublikası bayraqları qarşısında şəkil çəkdiriblər.
13-11-2025, 17:10
Millimizin iki sabiq üzvü futboldan uzaqlaşdırıldı


Millimizin iki sabiq üzvü futboldan uzaqlaşdırıldı

Azərbaycan millisinin daha iki keçmiş futbolçusu Emre Kaplan və Murat Cem Akpınar müəyyən müddətə futboldan uzaqlaşdırıblar.
Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Onların adları mərc oyunlarında hallandığı üçün 45 günlük futboldan diskvalifikasiya ediliblər.
Emre Kaplan Azərbaycanın U-19, U-21, Murat Cem Akpınar isə U-17 millisində forma geyiniblər.
Qeyd edək ki, Azərbaycanın əsas millisinin sabiq futbolçusu Mert Çelik də eyni səbəbdən 45 günlük futboldan kənarlaşdırılıb.
13-11-2025, 16:58
Prezidentin köməkçisi icra başçısını kollektivə təqdim etdi


Prezidentinin köməkçisi icra başçısını kollektivə təqdim etdi

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elvin Nazim oğlu Paşayev bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
Elvin Paşayev ona göstərilən etimada görə minnətdarlıq edib.

13-11-2025, 16:55
Yollarda duman olacaq - Xəbərdarlıq


Yollarda duman olacaq - Xəbərdarlıq

Sabah avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, noyabrın 14-də ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı gözlənilir.
13-11-2025, 16:35
Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" qanun dəyişdi


Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" qanun dəyişdi

Prezident İlham Əliyev Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Yenilənmiş qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidentinin sənaye parkındakı həmin fəaliyyətdən əldə etdiyi mənfəət - 2025-ci il yanvarın 1-dən 6 il müddətinə vergidən azad edilib.
Bundan başqa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti həmin fəaliyyət prosesində istifadə etdiyi sənaye parkındakı əmlakına görə 2025-ci il yanvarın 1-dən 6 il müddətinə əmlak vergisini ödəməkdən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti həmin fəaliyyət prosesində istifadə etdiyi sənaye parkındakı torpaqlara görə 2025-ci il yanvarın 1-dən 6 il müddətinə torpaq vergisini ödəməkdən azad olunub.
Həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı – 2016-cı il mayın 1-dən 14 il müddətinə gömrük rüsumundan azad edilib. İndiyə qədər bu müddəti 10 il idi.
13-11-2025, 16:20
Qarabağda turizm - Agentlik görülən işləri AÇIQLADI


Qarabağda turizm - Agentlik görülən işləri AÇIQLADI

Qarabağ bölgəsinin zəngin turizm potensialı bölgənin Azərbaycanın əsas turizm zonalarından birinə çevrilməsinə imkan verir. Orta müddətli dövrdə işğaldan azad edilmiş əraziləri daxili turizm üçün əlçatan və keyfiyyətli turizm destinasiyasına çevirmək, perspektiv imkanlardan effektiv istifadəyə nail olmaq əsas strateji baxış olaraq müəyyən edilib.
Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın XII məqsədi üzrə “Turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olmaq” müəyyən edilib. Qeyd edilən məqsədə üzrə Qarabağ və Şərqi Zəngəzurda turizmin inkişaf etdirilməsi üçün bir sıra istiqamətlər müəyyən olunub. Bunlar işğaldan azad edilmiş ərazilərdə strateji çərçivənin müəyyənləşdirilməsi, institusional inkişaf, turizm destinasiyalarının inkişafı, turistlər üçün zəruri infrastruktur layihələrinin icrası, turizm məhsullarının inkişafı, turizm və rekreasiya zonalarının formalaşdırılması, turizm əhəmiyyətli tədbirlərin keçirilməsi, marketinq və kommunikasiya tədbirlərinin həyata keçirilməsi əsas istiqamətlərdir.
Qeyd edilib ki, Daşaltı və Tuğ kəndləri, Hadrut və Suqovuşan qəsəbələrinin və Şuşa şəhərinin turizm inkişaf konsepsiyaları hazırlanıb, azad edilmiş ərazilərin mədəni irsi araşdırılmış və mədəni turizm yönümlü inkişafı qiymətləndirilib.
Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad olunan ərazilərdə turizm infrastrukturunun yaradılması istiqamətində işlər çərçivəsində 2023-cü ilin oktyabrında Suqovuşan qəsəbəsində su anbarının ətrafında yaradılan parkda əhalinin asudə vaxtının səmərəli təşkili üçün sahilboyu gəzinti cığırları salınıb, oturacaqlar, söhbətgahlar, uşaqlar üçün əyləncə meydançası, idman qurğuları quraşdırılıb. Ərazisi 7,5 hektar olan parkda, həmçinin turist informasiya mərkəzi, kafe, üzən estakada, nəqliyyat vasitələri üçün avtodayanacaq yaradılıb. Bundan əlavə, Daşaltı, Tuğ və Hadrutda turizm infrastrukturunun yaradılması üzrə layihələr hazırlanmışdır.
Dövlət Turizm Agentliyi tərəfindən Füzuli rayonundan başlayaraq “Zəfər Yolu” turizm marşrutu üzrə səfər proqramı hazırlanıb.
Ölkəmizin təmsil olunduğu bütün beynəlxalq tədbirlərdə, onlayn platformalarda Qarabağın turizm potensialı geniş şəkildə marketinq və kommunikasiya tədbirləri keçirilir, beynəlxalq ictimaiyyətə tanıdılır.
“Yolumuz Qarabağa” platforması üzərindən fərdi minik avtomobilləri ilə işğaldan azad edilmiş müvafiq rayonlara səfərlər üçün icazənin müddəti 5 gündür. Həmçinin Şuşa, Suqovuşanla yanaşı, Laçın, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xankəndi, Xocalı və Ağdərə istiqamətinə də fərdi avtomobillərlə səfər etmək mümkündür.
Bununla yanaşı işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən hotellərdə rezervasiya edən vətəndaşlar əraziyə giriş icazəsi əldə etməsi təmin edilib. 2025-ci ilin iyulun 23-dən etibarən xarici ölkə vətəndaşlarının da Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə, həm də qrup halında Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi şəhərlərinə səfər etmələri təmin olunub.
13-11-2025, 16:16
Hərbi prokurorluqda yeni təyinat


Hərbi prokurorluqda yeni təyinat

Hərbi prokurorluqda yeni təyinat olub.
Bu barədə Hərbi prokuror Bəhruz Əhmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Azər Vaqif oğlu İbrahimov Hərbi prokurorun böyük köməkçisi vəzifəsinə təyin edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!