Pezeşkian Trampı təkzib etdi: ABŞ-la danışıq aparmırıq! .....                        Azərbaycan XİN-dən Rusiyaya xəbərdarlıq: İzahat gözləyirik! .....                        Müdafiə Nazirliyindən əhaliyə dron XƏBƏRDARLIĞI .....                        Tramp İrana verdiyi 48 saatlıq müddəti ARTIRDI .....                        Prezidentin müaşviri İslam ölkələrini tənqid etdi: Haradasınız?! .....                        Rza Pəhləvi Trampla Netanyahuya çağırış etdi: “Dayanmayın, vurun!” .....                        Parisə yeni mer seçildi .....                        Qalibaf öldürülüb? - Parlamentin spikeri haqda məlumat yayıldı .....                        “Biz təslim olmağı rüsvayçılıq sayırıq” - SEPAH rəsmisi .....                       
17-10-2025, 14:57
Qumar reklamına görə 5 blogerə məhkəmə işi açılıb


Qumar reklamına görə 5 blogerə məhkəmə işi açılıb

5 influenser qumar və mərc oyunlarını reklam etdiyinə görə məhkəməyə verilib. Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Agentliyindən bildirilib ki, "Reklam haqqında" Qanuna edilən dəyişiklikdən sonra, rəqəmsal platforma təsirçiləri tərəfindən qumar və mərc oyunlarının reklamının həyata keçirilməsi ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 5 müraciət daxil olub. Onlardan 5 fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və baxılması üçün aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə göndərilib.
Həmçinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun digər tələblərinin pozulması barədə rəqəmsal platforma təsirçiləri ilə bağlı Agentliyə 5 müraciət daxil olub. Müraciətlərdən 2-si qanunamüvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilib. 1 müraciətdə pozuntu halları ilə bağlı konkret faktlar təqdim edilmədiyindən müraciətçiyə müvafiq izahat verilib. 2 müraciət üzrə görülən tədbirlər nəticəsində qanunsuz reklam yayımı dayandırılıb və müvafiq göstəriş verilib.
17-10-2025, 14:51
Ermənistan vətəndaşlarının məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilir


Ermənistan vətəndaşlarının məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilir

Oktyabrın 17-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.
Məhkəmə iclasında təqsirləndirilən şəxslər Arayik Harutyunyan, Bako Sahakyan, David Babayan və digərlərinin bir sıra internet resurslarına müsahibələri, keçirdiyi görüşlərdə açıqlamaları və səsləndirdiyi fikirlər, eləcə də sosial şəbəkələrdə paylaşımları əsasında sənədlər tədqiq olunub. Sənədlərə əsasən, həmin müsahibələrdə, açıqlamalarda, çıxışlarda, paylaşımlarda xalqlar arasında etnik, milli və dini düşmənçiliyin yayılmasına zəmin yaradan çağırışlar, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi əleyhinə çıxışlar və digər cinayət xarakterli məlumatlar, habelə müharibəyə və terrorçuluq törədilməsinə dair çağırışlar əksini tapıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
17-10-2025, 14:20
Prezident beynəlxalq konfransa müraciət etdi - MƏTN


Prezident beynəlxalq konfransa müraciət etdi - MƏTN

Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə deyilir:

"Hörmətli tədbir iştirakçıları!

Sizi Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Asiya Mədəniyyət Şurasının “Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu” mövzusuna həsr olunmuş 4-cü iclasında ürəkdən salamlayıram.
Asiya qitəsi zəngin mədəni irsi, tarixi müxtəlifliyi və dinamik inkişaf potensialı ilə qlobal transformasiya proseslərini irəli aparmaq üçün geniş imkanlara malikdir. Bu coğrafiyanın xalqlarını təmsil edən siyasi partiyalar yalnız milli mədəni dəyərlərin qorunmasında deyil, həm də beynəlxalq əməkdaşlıq, qarşılıqlı hörmət və sivilizasiyalararası anlaşmanın təşviqində böyükrol oynayırlar.
ICAPP Asiya Mədəniyyət Şurası qitənin mədəniyyətlərarası dialoq potensialının üzə çıxarılmasında vacib platformadır. Asiya Mədəniyyət Şurasınınbudəfəki iclasının mərkəzi mövzusu bəşəriyyətin ən aktual prioritetləri ilə üst-üstə düşərək yeni qlobal nizamın humanist və inklüziv əsaslar üzərində qurulmasına xidmət edir.
Azərbaycan tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu, mədəniyyətlərin, dinlərin və ənənələrin qarşılıqlı təsir mühitində formalaşdığı unikal bir məkan olmuşdur. Çoxmillətli və çoxkonfessiyalı ölkəmizin ictimai-siyasi inkişafında bütün dinlərin və etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət, etimad və sülh şəraitində birgəyaşayışı mühüm rol oynamışdır. Multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanması Azərbaycan cəmiyyətinin sosial-mədəni əsaslarının ayrılmaz tərkib hissəsidir və dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
Azərbaycan eyni zamanda beynəlxalq müstəvidə müxtəlif mədəniyyətlər arasında ahəngdar münasibətləri təşviq edir, sivilizasiyalararası dialoq zəminində davamlı olaraq bir sıra təşəbbüslər irəli sürür. Azərbaycanın ənənəvi olaraq ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyət vasitəsilə sülhün təşviqinə yönələn beynəlxalq təşəbbüsləri dəstəkləyən mühüm platformaya çevrilmişdir.
Müasir dövrdə bəşəriyyət dərin transformasiya mərhələsini yaşayır, mövcud qlobal nizam silahlı münaqişələr, ekoloji böhranlar və sosial-iqtisadi bərabərsizliklər kimi çoxşaxəli çağırışlar qarşısında sınağa çəkilir. Bu şəraitdə mədəniyyət insanları və cəmiyyətləri ali bəşəri dəyərlər ətrafında birləşdirən və sosial inteqrasiyanı təşviq edən əvəzsiz amil kimi çıxış edir. Milli ənənələrin qorunması ilə yanaşı, dialoqa və qarşılıqlı anlayışa açıq olmaq müasir beynəlxalq münasibətlərdə ortaq gələcəyin kollektiv şəkildə formalaşdırılmasını şərtləndirir. Beləliklə, mədəniyyət qlobal sabitliyə töhfə verən mühüm alətə çevrilir.
Keçən ilin noyabrında Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbiri keçirməsi ölkəmizin qlobal dialoq, əməkdaşlıq və konsensus mərkəzi kimi rolunu bir daha təsdiqlədi. İqlim dəyişikliyi ilə mübarizə bəşəriyyətin ortaq səylərini tələb etdiyi kimi, beynəlxalq sülhün, mədəni qarşılıqlı anlaşmanın və qlobal həmrəyliyin qorunması da eyni miqyasda kollektiv öhdəlik zərurətini ortaya qoyur. Hər iki çağırış ölkələri qlobal məsuliyyət və kollektiv öhdəlik prinsipləri əsasında tədbirlər görməyə sövq edir.
Əminəm ki, Şuranın ölkəmizdə təşkil edilən 4-cü iclası Asiyada və onun hüdudlarından kənarda xalqlar arasında dialoq ənənələrinin daha da möhkəmlənməsinə, eləcə də qlobal mədəni inteqrasiyaya yeni təkan verəcəkdir.
İnanıram ki, bu iclasda aparılacaq müzakirələr və qəbul olunacaq qərarlar qlobal dialoqu zənginləşdirərək beynəlxalq ictimaiyyətə həmrəylik və birlik mesajını çatdıracaq, xalqlarımız və ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcəkdir.
Sizə ən xoş diləklərimi çatdırır və tədbirin işinə uğurlar arzulayıram".
17-10-2025, 14:08
Yığmamız Millətlər Liqasına qələbə ilə başladı


Yığmamız Millətlər Liqasına qələbə ilə başladı

Bakıda amputant futbolu üzrə Millətlər Liqasının C qrupuna start verilib.
Açılış oyununda Azərbaycan və Belçika komandaları üz-üzə gəliblər. “ASCO Arenada” təşkil olunan matç Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb-3:0. Komandamızın qollarına Fərhad Əyyubov (2 qol) və Sənan Hacıyev imza atıblar.
Bu gün, həmçinin İsrail Ukrayna, Niderland Belçika ilə qarşılaşacaq. Qarşılaşmalar müvafiq olaraq, saat 15:00 və 17:00-da başlayacaq.
Qeyd edək ki, bu turnirin Azərbaycanda keçirilməsi ölkəmizdə mina probleminin dünyaya çatdırılması, minadan zərərçəkənlərin beynəlxalq idman platformalarında bir araya gəlməsi baxımından əhəmiyyətlidir.
17-10-2025, 13:28
Orban Tramp-Putin görüşünə hazırlıq görür


Orban Tramp-Putin görüşünə hazırlıq görür

Macarıstanın baş naziri Viktor Orban Budapeştdə keçiriləcək Rusiya-ABŞ sammitinə hazırlıqların başladığını və tam sürətlə getdiyini açıqlayıb.
Orban bu barədə X sosial şəbəkəsində yazıb.
"Mənim dünən axşam prezident Donald Trampla telefon danışığım oldu. ABŞ-Rusiya sülh sammitinə hazırlıq tam sürətlə gedir. Macarıstan sülh adasıdır".
Viktor Orban bu gün Rusiya prezidenti Vladimir Putinlə də telefon danışığı aparmağı planlaşdırdığını açıqlayıb.
Oktyabrın 16-da Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. ABŞ prezidenti Budapeştdə görüşməyi təklif edib və Rusiya bu ideyanı bəyənib. Görüşün dəqiq tarixi hələ məlum deyil.
17-10-2025, 13:12
Bakıda NATO-nun kursu keçirilir - FOTO


Bakıda NATO-nun kursu keçirilir - FOTO

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda "Strateji araşdırma və dövlət müdafiəsini idarəetmə akademik kursu" (SADMİAK) davam edir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, kursun milli təhlükəsizlik bloku çərçivəsində dinləyicilər xarici ölkələrin, o cümlədən NATO ölkələrinin milli təhlükəsizliyə yanaşmaları ilə tanış olurlar. Bu məqsədlə Türkiyə və Bolqarıstan Milli Müdafiə universitetlərinin müəllim-professor heyətləri tərəfindən milli təhlükəsizliyin müxtəlif aspektləri üzrə mühazirələr oxunub, dinləyicilərin sualları cavablandırılıb, bu sahədə maraq doğuran məsələlər barədə ətraflı müzakirələr aparılıb.
Kursda Azərbaycan Ordusunun və müxtəlif dövlət orqanlarının (qurumlarının) yüksək rütbəli və vəzifəli şəxsləri, habelə qardaş Türkiyə və Pakistan Silahlı Qüvvələrinin nümayəndələri strateji səviyyədə təhsil alırlar.


16-10-2025, 18:15
Fidan amerikalı həmkarı ilə danışıqlar apardı


Fidan amerikalı həmkarı ilə danışıqlar apardı

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ Dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
Telefon söhbəti zamanı İsrail ilə Fələstin arasında əldə edilən atəşkəsin davamlılığı və Qəzza zolağına humanitar yardımların fasiləsiz çatdırılması üçün atıla biləcək addımlar müzakirə olunub.
Dövlət rəsmiləri Şarm əl-Şeyx Sammitində imzalanmış Niyyət Bəyannaməsinin icrası ilə bağlı məsələləri dəyərləndiriblər.
Bundan əlavə, Suriyadakı vəziyyət, İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlar və Rusiya ilə Ukrayna arasındakı müharibənin gedişi barədə də fikir mübadiləsi aparılıb.
16-10-2025, 18:02
Tramp Venesuelaya zərbə endirməyə icazə verəcək


Tramp Venesuelaya zərbə endirməyə icazə verəcək

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ABŞ ordusu Venesuelada narkotik ticarəti ilə əlaqəli quru hədəflərə zərbələr endirmək imkanını nəzərdən keçirir.
Tramp bununla bağlı deyib:
“Dəqiq demək istəmirəm, amma biz quruda olan hədəflərə zərbə endirmək imkanını mütləq nəzərdən keçiririk, çünki biz mahiyyətcə dənizə nəzarət edirik”.
“The New York Times” ABŞ administrasiyasının rəsmilərinə istinadən xəbər verir ki, ABŞ liderinin administrasiyası Mərkəzi Kəşfiyyat İdarəsinə prezident Nikolas Maduroya qarşı gücləndirilmiş kampaniya çərçivəsində Venesuelada gizli əməliyyatlar keçirməyə icazə verib.
Bu icazə Nikolas Maduronu devirmək üçün Venesuelaya qarşı təzyiq kampaniyasının son addımıdır. Qəzetin yazdığına görə, bu, ABŞ ordusunun Tramp administrasiyası üçün müxtəlif ssenarilər, o cümlədən Venesuela daxilində mümkün zərbələr hazırladığı bir vaxta təsadüf edir.
16-10-2025, 17:52
Fərhad Əhmədov məhkəmədə ifadə verdi


Fərhad Əhmədov məhkəmədə ifadə verdi

Külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dəvət olunan Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov ifadə verib.
O, vəkili Şaiq Mirzəyevin iştirakı ilə verdiyi ifadəsində bildirib ki, hazırda Rusiya vətəndaşıdır, təqsirləndirilən şəxsi tanıyır. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiqləyərək deyib: "Keçmiş həyat yoldaşımın əsassız iddiası ilə İngiltərə məhkəməsi yaxtama həbs qoyulmasına qərar verdi. Bununla bağlı Birləşmiş Ərəb Əmirliklərinə məlumat verildi və yaxta beynəlxalq sularda olarkən saxlanıldı. Anass Derraza bu məsələni danışarkən o, da bu məsələdə Aleksandr Benalla ilə əlaqə yaratmışdı. Onun köməyi ilə beynəlxalq imkanlarından istifadə etməklə yaxtamın üzərinə qoyulan həbs götürülməli idi. Bununla bağlı söhbətlər əsasında işin görülməsi üçün 6 milyon 140 min dollar lazım olduğunu dedilər. Üçtərəfli müqavilə bağladıq və bu işin görülməsi üçün ilkin olaraq 600 min dollar köçürülməli idi. Həmin puldan 400 min Aleksandr Benallanın, 200 min Derrazın hesabına öz şəxsi bank hesabımdan köçürmə etdim. Amma onlar öz öhdəliklərini icra edə bilmədilər".
F.Əhmədov əlavə edib ki, daha sonra DTX-də Anass Derrazın ifadəsi alınıb: "Mən də izahat verdim. Burada dələduzluq, aldatma var. Başqa cür deyim ki, rüşvət də ola bilər. Derraz həmişə söhbətdən qaçırdı. Deyirdi ki, pulu qaytaracam. Mənim Göyçayda nar plantasiyalarım var, camaat orada 6-7 saata 20 manat pul alaraq çalışır. Bunlar isə 600 min dollar alıb heç nə etməyiblər. Bu pulu niyə qaytarmırsız?".
Sualları cavablandıran Fərhad Əhmədov bildirib: "Mən yalnız Derraz ilə söhbət etmişəm. Mənim Aleksandr Benalla ilə əlaqəm olmayıb, onunla görüşməmişəm. Həmin dövrdə Anass Derrazı hüquqşünas kimi tanımışam, onun mühəndis olduğunu bilməmişəm".
Daha sonra Fərhad Əhmədovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub.
Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. O, əlavə edib ki, ona qarşı dəymiş ziyan ödənilməyib. Fərhad Əhmədov əlavə edib ki, bununla bağlı başqa heç yerdə hər hansı bir iddia qaldırmayıb.
Proses noyabrın 6-da davam edəcək.
Qeyd edək ki, ittihama görə, DTX tərəfindən istintaqı aparılan cinayət işi üzrə Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz 2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.
Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd edilir ki, adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər.
Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın “AL HILAL BANK”-dakı hesabına və Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-dakı hesabına köçürüb.
Məlum olmayan formada istintaqın əlinə keçən A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İNTERPOL-a müraciət olunub.
Anass Derraza AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.
Onun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.
16-10-2025, 17:30
Rusiya Mehdiyevi niyə satdı? - ŞƏRH


Rusiya Mehdiyevi niyə satdı? - ŞƏRH

Təhlükəsizlik Şurasının üzvü, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərinin və dövlətə xəyanətinin detalları məlum olub. Ramiz Mehdiyev Rusiyanın dəstəyi ilə dövlət çevrilişi etməklə bağlı plan hazırlayıb və bunu öz kanalları vasitəsilə Moskvaya təklif edib.
Ramiz Mehdiyev planında dövlət hakimiyyətini zorla ələ keçirdikdən sonra keçid dövrü üçün müvəqqəti Dövlət Şurası formatında qurum yaradılmasını təklif edib. Bu plan 87 yaşlı köhnə bürokratın özünün rəhbər olmasını nəzərdə tutub. Məlumata görə, Mehdiyev rəhbərlik edəcəyi Dövlət Şurasında təmsil olunacaq şəxslərlə bağlı məlumatı da Rusiya ilə bölüşüb.
Məlumatlı mənbənin bildirdiyinə görə, Azərbaycan və Rusiya prezidentlərinin görüşdüyü Düşənbədə Rusiya tərəfi özü Ramiz Mehdiyevin təklifi və onun şəbəkəsinin planı haqqında Azərbaycan tərəfinə məlumat verib.
Görünən odur ki, 87 yaşılı Ramiz Mehdiyev artıq davamlı xahişləri və israrı ilə Rusiyanı da bezdirib. Ona görə də Rusiya heç bir perspektiv vəd etməyən Mehdiyevdən tamamilə imtina edib və onun planı, şəbəkəsi ilə bağlı rəsmi Bakını özü məlumatlandırıb.

Rusiya Mehdiyevi niyə ələ verib?

Mövzunu şərh edən təhlükəsizlik eksperti İlham İsmayıl bildirib ki, Rusiya Mehdiyevin simasında heç bir prespektiv görmədiyindən onu ifşa edib:
“87 yaşlı adam nə edə biləcək ki?! Rusiya hər zaman kimliyindən asılı olmayaraq, şəxsin kim və nə dərəcədə prespektivli olmasını, xalq tərəfindən bir damcı da olsa sevilib-sevilməməsini nəzərə alır. Eləcə də burada əsas nüanslardan biri onun təşkilatlanmış hər hansı siyasi qüvvəsinin olub-olmamasıdır. Bunların heç biri Ramiz Mehdiyevdə olmadığından Rusiya kifayət qədər yaşlı olan akademikin prespektivsizliyini nəzərə alıb. Hətta Mehdiyevin Rusiyanı bezdirdiyi də deyilir”.



İ.İsmayıl deyib ki, Ramiz Mehdiyev məhz Azərbaycan-Rusiya münasibətləri gərginləşəndən sonra əl-ayağa düşüb:
“Hakimiyyət çevrilişini detallı və planlı şəkildə hazırlamaq iştahına Ramiz Mehdiyev 9 ay ərzində Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsi fonunda düşüb. Rusiya da bunu müəyyən dərəcədə qəbul edib. Amma çox da analiz etmədən görürlər ki, bununla əməkdaşlıq mənasızdır və bunun heç bir əsası yoxdur.
Ramiz Mehdiyev xalq arasında heç bir hörməti olmayan şəxsdir. Onun güc strukturları arasında tək-tük adamları ola bilər. Amma güc strukturları ümumilikdə cənab Prezidentə sadiqdirlər.
Yenə deyirəm Mehdiyevin təşkilatlanmış siyasi qüvvəsi yoxdur. Rusiya Ermənistanda niyə güclüdür? Çünki oradakı bütün müxalif siyasi qüvvələr Rusiyayönümlüdür. Bizdə təşkilatlanmış elə siyasi müxalif qüvvə yoxdur ki, Rusiyayönümlü olsun. Məhz bu səbəbdən Rusiya tərəfdən bu məsələ prespektivsiz, hətta ümidsiz bir variant kimi qiymətləndirilib. Bu məsələnin açılmasında Rusiyanın rolu varsa, mən deyərdim ki, o da çox təbii qarşılanmalıdır. Rusiya münasibətləri düzəltmək üçün bu addımı ata bilər. 1994-cü ildə Sürət Hüseynovun yarımçıq üsyanından, yaxud mart hadisələrindən sonra kimlərinsə qaçıb Rusiyaya sığındığı məlum idi. Rusiya onları öz maraqları naminə bircə-bircə Azərbaycana verdi. Separatçıların liderləri vardı. Cənub zonasından olan həmin separatçılara Rusiya təlim keçir, onları bəsləyirdi. Amma an gəldi, Rusiya öz maraqları naminə onları Azərbaycana təhvil verdi. Ramiz Mehdiyev kimi hər halda böyük təcrübəsi olan adam gərək bunu hesablaya və biləydi ki, Rusiya öz prespektiv maraqları naminə onun da kürəyini mütləq yerə qoyacaq”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!