Samuxda 34 yaşlı şəxsi dayısı bıçaqladı .....                        İstehlak bazarlarında mallara qarşı qaydalar .....                        Nazirliyinin yeni strukturu - 13 şöbə, 4 sektor .....                        Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                        Keşlədə kollektorun üzərində tikilən ev sökülür .....                        İntensiv yağıntılar davam edir .....                       
4-04-2026, 21:10
Bəzi bölgələrə qar yağır


Bəzi bölgələrə qar yağır

Saat 20:00 olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, şimşək çaxır, dağlıq ərazilərdə qar yağır.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Şahbuz, Şərur, Ordubad, Naxçıvan, Sədərək, Gədəbəy, Göygöl, Tovuz, Ağstafa, Naftalan, Yevlax, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Xaçmaz, Quba, Qusar, Şəki, Oğuz, İsmayıllı, Xaltan, Şabran, Göyçay, Mingəçevir, Zərdab, Sabirabad, Xankəndi, Xocalı, Qubadlı, Şuşada yağış, Kəlbəcər, Xınalıq, Şağdağ, Qrız, Daşkəsən, Sarıbaş (Qax), Laçında isə qar yağır.
Yardımlıda saat 17:00-17:10 radələrində diametri 1,3 mm olan dolu düşüb.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Daşkəsəndə 20, Göyçay, Lerik, Tərtər, Zərdabda 18, Ağsuda 16 m/s-dək güclənir.
4-04-2026, 20:56
Bakı yolları yenilənəcək - AAYDA


Bakı yolları yenilənəcək - AAYDA

Paytaxt sakinlərinin gündəlik həyatını asanlaşdırmaq və Bakı şəhərini beynəlxalq tədbirə layiqincə hazırlamaq məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı təmir işləri uğurla icra olunur.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması, eləcə də Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində görülən işlər əvvəlcədən tərtib olunmuş xüsusi plan əsasında icra edilir.
İlkin plana əsasən təmir prosesi 23–30 mart bayram günlərini əhatə etməli idi. Lakin hava şəraitinin gözləniləndən daha qeyri-sabit keçməsi müəyyən ləngimələrə səbəb olsa da, qısa müddət ərzində təmir işlərinin başa çatıdırlması hədəflənir.
42 fərqli ünvanda intensiv işlər aparılmaqla ümumilikdə 151 849 kvadratmetr yol sahəsi yenilənəcək.
Gündüz və gecə fasiləsiz fəaliyyət göstərən işçi heyəti sayəsində yollar daha hamar, təhlükəsiz və rahat vəziyyətə gətirilir.
Həyata keçirilən bu tədbirlər paytaxtın yol infrastrukturunun müasir tələblərə uyğunlaşdırılmasına, nəqliyyatın hərəkət rahatlığının artırılmasına və şəhərin beynəlxalq tədbirə yüksək səviyyədə hazır olmasına mühüm töhfə verir.
4-04-2026, 20:41
İran səmasında gərginlik: ABŞ-nin 3 döyüş təyyarəsi vuruldu


İran səmasında gərginlik: ABŞ-nin 3 döyüş təyyarəsi vuruldu

İranın yeni hava hücumundan müdafiə sistemi aprelin 3-də ABŞ və İsrailə məxsus üç təyyarə və iki helikopteri zərərsizləşdirib.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu gün rəsmi açıqlama verib.
Bildirilib ki, vurulan texnikalar arasında bir ədəd F-35 qırıcısı, iki A-10 hücum təyyarəsi və iki “Black Hawk” helikopteri yer alır. SEPAH eyni zamanda vahid və inteqrasiya olunmuş hava hücumundan müdafiə sisteminin tətbiq olunduğunu da qeyd edib.
Bundan əvvəl İran tərəfi F-35-in məhv edildiyini və pilotunun saxlanıldığını açıqlamışdı. ABŞ-ın “Axios” nəşri isə hadisəyə yaxın mənbəyə istinadən yazıb ki, söhbət əslində iki nəfərlik F-15E Strike Eagle tipli təyyarədən gedə bilər.
4-04-2026, 20:09
İranın ABŞ təyyarələrinə qarşı yeni müdafiə sistemi


İranın ABŞ təyyarələrinə qarşı yeni müdafiə sistemi

İran hərbi rəhbərliyi ölkənin yeni hava hücumundan müdafiə (HHM) sistemindən istifadə etdiyini açıqlayıb.
Bu barədə məlumatı Reuters yayıb. Bildirilir ki, yeni sistem ABŞ-yə məxsus təyyarə və helikopterlərə qarşı tətbiq olunub.
İran tərəfi həmçinin bəyan edib ki, ölkə öz hava məkanına “tam nəzarəti” təmin etmək niyyətindədir və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.
Rəsmi açıqlamada vurğulanıb ki, İran hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün imkanlarını səfərbər edir.
4-04-2026, 19:45
Zelenski İstanbulda - Ərdoğanla görüş yekunlaşdı


Zelenski İstanbulda - Ərdoğanla görüş yekunlaşdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda görüş keçirib.
Görüş zamanı ikitərəfli münasibətlər, Ukrayna-Rusiya müharibəsi fonunda sülh axtarışları, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan bildirib ki, Türkiyə Ukrayna ilə Rusiya arasında danışıqlara dəstəyini davam etdirəcək.
O, həmçinin vurğulayıb ki, Türkiyə Qara dənizdə gəmiçilik təhlükəsizliyinə böyük önəm verir və enerji təchizatının təhlükəsizliyi əsas prioritetlərdəndir.
4-04-2026, 19:30
Qasım Süleymaninin qardaşı qızı və nəvəsi HƏBS EDİLDİ


Qasım Süleymaninin qardaşı qızı və nəvəsi HƏBS EDİLDİ

ABŞ öldürülən İran generalı Qasım Süleymaninin qardaşı qızı Həmidə Süleymanini və nəvəsini həbs edib.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, Qasım Süleymaninin qardaşı qızı və nəvəsi ötən gün ABŞ-da federal agentlər tərəfindən həbs edilib.
Xatırladaq ki, SEPAH-ın Qüds Qüvvələrinin komandiri Qasım Süleymani 2020-ci ildə İraqda ABŞ-ın pilotsuz təyyarəsinin hücumu nəticəsində öldürülüb.
4-04-2026, 19:16
Kreml Paşinyanla münasibətləri davam etdirmək istəmir - İDDİA


Kreml Paşinyanla münasibətləri davam etdirmək istəmir - İDDİA

Erməni mənbələrinin yaydığı məlumata görə, Rusiya rəhbərliyi bir neçə həftə əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanla münasibətlərin davam etdirilməsinin məqsədəuyğun olmadığı qənaətinə gəlib.
İddialara əsasən, Moskva Paşinyanın Rusiya paytaxtında verdiyi vədlərlə İrəvanda həyata keçirdiyi siyasətin fərqli olduğunu və bunun Rusiya-Ermənistan münasibətlərinə zidd getdiyini düşünür.
Məlumatda bildirilir ki, bu səbəbdən Rusiyada əsas dövlət strukturlarının rəhbərlərinə Ermənistan daxilində Rusiya ilə münasibətləri bərpa etməyi hədəfləyən siyasi qüvvələrin hakimiyyətə gəlməsi üçün səylərin artırılması ilə bağlı göstəriş verildiyi iddia olunur.
Həmçinin qeyd edilir ki, Ermənistan hakimiyyəti daxilində bəzi dairələr ölkədə anti-Rusiya əhval-ruhiyyəsinin gücləndirilməsinə çalışsa da, eyni zamanda Moskva ilə əlaqələri qorumağa cəhd edir.
İddialara görə, Moskvaya son səfər zamanı əvvəlcə parlamentin spikeri Alen Simonyan Kremlin Ermənistan üzrə kuratoru Sergey Kiriyenko ilə görüşməyə cəhd etsə də, bu baş tutmayıb. Daha sonra Paşinyanın da belə bir görüş təşkil etməyə çalışdığı, lakin nəticə əldə olunmadığı bildirilir.
4-04-2026, 19:07
Ermənistan təhlükəsizliyinin təminatçısı Azərbaycandır - Simonyan


Ermənistan təhlükəsizliyinin təminatçısı Azərbaycandır - Simonyan

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan müxalifətin ölkənin təhlükəsizlik təminatçısına ehtiyacı olduğu barədə fikirlərinə münasibət bildirərkən diqqətçəkən açıqlama verib.
Spiker jurnalistlərə açıqlamasında Ermənistanın təhlükəsizliyinin əsas təminatçısının Azərbaycan olduğunu vurğulayıb.
Simonyan əlavə edib ki, müxtəlif qüvvələr Ermənistanla Azərbaycanı yenidən bir-birinə qarşı hərbi qarşıdurmaya cəlb etməyə çalışır:
“Bir çox qüvvələr bizi yenidən müharibəyə sürükləmək istəyir. Lakin bu cəhdlərin qarşısı alınmalıdır”, - o bildirib.
4-04-2026, 19:07
Savaş və   bölgəmizin taleyi


Savaş və

bölgəmizin taleyi


İran İslam respublikasının etnik kimlikləri yox edib dünyanın bu qədim mədəniyyət ocağında müxtəlif xalqların əliylə yaradılmış bütün abidələri və sənət əsərlərini, arxeoloji tapıntıları, maddi-mənəvi dəyərləri “pers” adına çıxması, farslaşdırma siyasəti, insan haqlarını kobud şəkildə pozması, orta əsrlərdəkindən seçilməyən vəhşi cəza üsulları hakimiyyətə qarşı elə bir nifrət yaradıb ki, bəzən xalq xarici müdüxilələrə də ümid yeri kimi baxır. Bu mövqedən yanaşanda İran xalqlarının təmsilçiləri arasında İsrail və ABŞ-ın hücumuna xilas yolu və ya bu qəddar rejimdən intiqam almaq imkanı kimi sevinənləri başa düşmək çətin deyil. Lakin İran rejiminə nifrət İslama nifrət deyil. Yer üzündə, özəlliklə Qərbdə mənəvi aşınmanın, insanı insan edən keyfiyyətlərin ayaqlar altına atılıb yox edildiyi bir zamanda dini dəyərləri qorumaq da cəmiyyətin xilas yollarından biridir. Köhnə adət-ənənələrə söykənən və geriqalmışlıq sayılan milli həyat tərzi “sivil” Epşteyn əxlaqsızlığının eybəcərlikləri fonunda yeni məna qazanır, öz üstünlüklərini bir daha nümayiş etdirir və insan istər-istıməz onun müdafiəçisinə çevrilir.
İran xalqları neçə müddətdir fars-şiə hegemonluğuna xidmət edən antidemokratik hakimiyyəti dəyişmək istəyirlər. Lakin ABŞ və İsrailin başladığı müharibə onları hakimiyyət ətrafında birləşdirdi. Bu gün İran vətəndaşları gözlənilməz bir yekdilliklə öz Vətənlərinin müdafiəsinə qalxıblar.
2013-cü ildə Vaşinqtonda ABŞ Konqresmeni Dana Rohrabexerlə görüşərkən, ona İran türklərinin hüquqlarını müdafiə etdiyinə görə təşəkkürümü bildirmiş, eyni zamanda “Orta Doğu projesi”nin xəritəsini göstərərək İranın Qərbi Azərbaycan ostanının gələcək Kürdüstanın ərazisi kimi göstərilməsinə etiraz etmişdim. Onun “bunu ciddi sənəd kimi qəbul etməyin” sözünə etiraz edib “əgər ciddi sənəd deyilsə təkzib edilsin, yığışdırılsın, ancaq siz uzun illərdir insanlların gözünü bu xəritəyə, gələcəyin gizli xəyanətlərinə alışdırır, bizim reaksiyamızı yoxlayırsınız. Bu, yanlış və ABŞ-ın əleyhinə işləyən siyasətdir. Siz İrana bu planlarla gələcəksinizsə bizləri məcbur edəcəksiniz ki, İslam hakimiyyətini dəstəkləyək, Çünki onları bəyənməsək də, sağ olsunlar, heç olmasa bizim torpaqları başqasına vermək haqqında düşünmürlər.
İndi 13 il öncə Vaşinqtonda dediyim vəziyyət yaranıb. İsrail və ABŞ–in müdafiə etdiyi və silahlandırdığı terrorçu təşkilatların Qərbi Azərbaycan ostanına, Urmiyəyə doğru yönləndirildiyini görəndə silahsız xalq bəyənmədiyi hakimiyyətin müdafiəsinə bel bağlayır.
Xarici müdaxilənin İranın əzilən xalqlarını narazı olduqları hakimiyyətə qarşı ayaqlandıracağı fikri geniş yayılmışdı. İran diaspor təşkilatlarının və ya Güney Azərbaycandakı fəalların bu ümidləri doğrulmadı. Bizdə də qonşuluğumuzdakı müharibə geniş müzakirə olunur və təəssüf ki, fikir müxtəlifliyi bəzən qarşılıqlı ittihamlara, təhqirlərə çevrilir. Fərqli düşüncəyə bu cür aqressiv və düşməncəsinə münasibət getdikcə geniş yayılır və milli həmrəyliyi, bütövlüvü pozan təhlükəli bir hal alır. Dünya tarixində buna bənzər hadisələr heç vaxt eyni cür bitməyib; gözlənilməzliklər istisna deyil; bir yandan da hələ İkinci Dünya savaşının, Təbrizdə xarici müdaxilənin köməyi ilə qurulmuş Milli Hökumətin tarixi unudulmayıb. Lakin arada çox ciddi fərqlər var. Nə Amerika, nə İsrail İrana hər hansı xalq üçün milli hökumət qurmağa gəlmir. Onların İran türkləri və ya Güney Azərbaycan deyilən bir qayğıları, planları yoxdur. Məqsəd ayrıdır və bu barədə yetərincə yazılıb, deyilib.
ABŞ-ın başlıca niyyətlərindən biri İranın nüvə planını pozmaqdır. İlk baxışda bu tələb başadüşləndir. İranın nüvə silahı əldə etməsi bölgə üçün yeni təhlükələr doğurar. Lakin bu məntiqlə yanaşanda gərək İsrail də, ABŞ da, Çin də, Koreya da əllərində olan nüvə silahını zərərsizləşdirsinlər ki, insanlıq bu vəhşi yarışmanın gətirdiyi təhlükədən və ehtiyaclardan xilas olsun. “Yoxsa mənə olar, sənə olmaz” deməklə iş aşmaz.
Bu müharibə min il öncədən başlamış Xaçlı-Səlib yürüşünün davamıdır. Etiraf etdilər-etmədilər Avropa o tarixi unutmayıb. ABŞ bu savaşla planetin şəriksiz ağası olduğunu sübut etməyə çalışır. Amma bundan daha önəmli olan dünyanın əsas neft ixrac edən ölkələrindən olan İranın enerji mənbələrini ələ keçirmək və bu neftə möhtac olan əsas rəqiblərini, özəlliklə Çini zəiflətmək istəyidir. Aydın olur ki, ABŞ və İsraili İran rejimini dəyişmək az maraqlandırır. “Nüvə axtarışını dayandır, neftini bizə ver, sonra necə istəyirsən yaşa”. İranla Ərəb ölkələri arasındakı konflikti dərinləşdirmək, bu yolla onsuz da zəif olan İslam birliyini sarsıtmaq, bu bölgədəki dövlətləri sonu görünməyən bir düşmənçilik burulğanına atmaq, Yaxın Şərqin yüksək mədəniyyətə malik qədim dövlətlərinin yerində müqavimət gücü olmayan xırda dövlətciklər yaratmaq, dünyanın uzaq keçmişinə işıq tutan tarixi və mədəni abidələri yer üzündən silmək və ya məhv etmək , bir sözlə İranı da İraqın, Livanın, Suriyanın gününə salmaq... Məqsəd budur.
İsrailin niyyəti isə reallıqdan uzaq, mifik təfəkkürə dayanan “vəd olunmuş torpaqlar”a sahiblənmək və öz ərazilərini genişləndirmək, bu məqsədlə uydurma “Böyük Kürdüstan” ideyasını qızışdırıb silahlı kürdləri min illərlə iç-içə yaşadıqları xalqlarla düşmən edib, sonra meydanda tək buraxmaq; İran tərəfindən dəstəklənən və bölgə ölkələrində yuvalanan terror təşkilatlarını zərərsizləşdirmək adı ilə qonşu ölkələrə soxulmaq və bu bölgədəki güc balansını öz xeyrinə dəyişməkdir.
İranın da siyasəti göz önündədir. Şiəçilik pərdəsi altında fars təsirini genişləndirmək, məzhəb ayrılığını dərinləşdirmək, hətta İslamın dini mərkəzi olan Məkkəyə qarşı Kərbəlanı böyütmək, öz içində yaşayan xalqları məzhəb təəssübkeşliyi adı ilə assimilyasiya etmək və İranın məğlubedilməz əsatirini yaymaq.
Hadisələrin nə ilə sonuclanacağını demək çətindir. Amma bir şey aydındır ki, Trampın “müharibə bizim gözlədiyimizdən də sürətlə gedir, tezliklə bitəcək” bəyanatı özünü doğrultmadı. Bu müharibə ilə Kubanın, Qrelandiyanın və bir sıra başqa bölgələrin işğalı üçün qorxu mühiti yaratmaq da baş tutmadı. Əksinə, Tramp həm dünyada, həm öz ölkəsində məsxərə hədəfinə çevrildi. İran nə qədər dağıdılsa da hələ dirənib durur və onunla yanaşı İsrail də sağalmaz yaralar alır. ABŞ-ın İranla danışıqlar aparılır deyə-deyə bölgəyə əlavə qüvvələr toplaması, quru hərəkatına başlamaq istəyi də onun çarəsiz durumunu ört-basdır eləmir.
Biz yaxın qonşumuzun tezliklə bu hücumlardan xilas olub dinc həyata qovuşmasını arzulayırıq.
İran tarixən türklərin farslarla yanaşı yaşadıqları, birgə idarə etdikləri dövlət olub. Bunu son dövrlərdə işıq üzü görən “İran türklərinin tarixi”. “Türklərin İranı”, “İran türkləri” fundamental elmi əsərlər də sübut edir. Bu gün qonşu dövlətdə azərbaycanlılarla farslar çiyin-çiyinə mübarizə aparır və şəhid olurlar. Buna baxmayaraq, aldığımız xəbərlər göstərir ki, çətin şəraitdə olmasına baxmayaraq İran rəsmiləri bir neçə ay öncə etiraz mitinqlərində iştirak etmiş insanlara qarşı qəddarlığından da əl çəkmirlər.
Şübhəsiz bizi ən çox güneyli soydaşlarımızın durumu düşündürür, narahat edir. Onlar həm İranda, həm xaricdə bir neçə cəbhəyə bölünüblər. Vaxtilə Güney Azərbaycanın İrandan ayrılıb müstəqil dövlət qurmasını istəyənlərin də çoxu indi İranın bütövlüyü tərəfdarı kimi çıxış edirlər. Səbəbini yuxarıda yazdım. On illər boyu Güney azərbaycanlıların taleyi ilə maraqlanmayan bəzi siyasətbazlar da indi ortaya düşüb özlərinin mənasız ideyaları və fikirlərini cənuba sırımağa çalışırlar. Amma reallıq göz qabağındadır. İran türklərinin beynəlxalq aləmdə söz sahibi olan və xalqın milli maraqlarını ifadə edən heç bir ciddi siyasi təşkilatları yoxdur. Bu iddiada olanların çoxunun ətrafı boşdur. 30 ilə yaxın bir müddətdə İran türklərinin insan haqlarının pozulmasının dünya ölkələrinə çatdıran, azərbaycanlıların hüquqlarını müdafiə edən, diosporlarının təşkilatlanmasına çalışan Dünya Azərbaycanlıları Konqresinə qarşı aparılan gizli və açıq bölücülük hərəkatının, yalan təbliğatların nə qədər antimilli bir iş olduğunu bu gün daha aydın görürük. Boşboğazlar, siyasi hərəkat adına evcik-evcik oynayanda, öz ailə üzvlərindən ibarət siyasi partiyalar yaradıb birləşmək çağırışlarından uzaq qaçanda bu günü düşünməliydilər. Lakin həyat davam edir və İranda yaşayan soydaşlarımız tarixin gətirəcəyi hər cür surprizə hazır olmalıdırlar.
Azərbaycan və Türkiyənin məsələlərə təmkinli yanaşması, İrana göstərdikləri maddi və mənəvi yardım doğru siyasətdir. Bununla belə, İrandakı türklər hadisələrin sonrakı gedişində yenə öz insan haqlarının tapdanmasına, dilsiz, məktəbsiz qalmalarına şərait yaradan məzlum itəatkarlıqdan xilas olmalıdırlar.
Birmənalı şəkildə demək olar ki, İran cəmiyyətinin böyük hissəsi dəyişiklik istəyir. İranda marağı olan qlobal güclər isə bu vəziyyətdən öz məqsədləri üçün faydalanmağa çalışırlar. Bəlli xarici gücləri İran vətəndaşı olan hansısa türkün, farsın, bəlucun, kürdün və ya ərəbin pozulmuş hüquqlarının bərpası yox, zəngin təbii ehtiyatlara malik dövlətin sükanını ələ keçirmək maraqlandırırsa demokratiya vədləri xeyli ironik görünür. Çünki əgər həqiqətən də ABŞ-ın diktaturanı demokratiyaya çevirən iksiri varsa nəyə görə indiyədək onu Səddamın devrilməsindən sonra bir milyona yaxın şəxsi qətlə yetirdiyi İraqda, yüz minlərlə insanın öldürüldüyü Suriyada, eləcə də Liviya və Əfqanıstanda tətbiq etməyib?!
Qarşıda gözlənilən dəyişiklik mərhələsində İranda həlledici amil olan türk etnosunun maraqlarının növbəti dəfə tapdanmasına izn verməyi tarix güneydəki soydaşlarımıza, Türkiyə və Azərbaycana bağışlamaz. İstənilən yeni siyasi konfiqurasiya zamanı İran türklərinin milli hüquqlarının rəsmi şəkildə tanınmasının vacibliyi qırmızı xətt olmalıdır. İnqilabi dəyişiklik olacağı təqdirdə Azərbaycan və İran türklərinin milli maraqları əsasən iki variantdan birinin reallaşdırılmasını tələb edir:
Birincisi, İranın xilas düsturu və ya türk transformasiyasıdır. Bu halda İranın ərazi bütövlüyü qorunaraq türklərin 1925-ci ildə dövlətin idarəçiliyində itirdiyi mövqeləri bərpa olunur. Türklərin İran idarəçiliyində min ildən artıq müddətdə bütün etnosların maraqlarının qorunmasını təmin etməklə bərqərar olan sabit rolunu inkar etmək mümkün deyil. Prezident Məsud Pezeşkian indiki siyasi sistemin yetirməsi olsa da polietnik İran cəmiyyətində çoxluğun qəbul etdiyi lider kimi önə çıxmışdır.
İkincisi, Güney Azərbaycan muxtariyyat qazanır və azərbaycanlılar milli hüquqları məhdud ərazi çərçivəsində bərpa edilir. Bu variantların heç biri gerçəkləşməsə gündələkdə Güney Azərbaycanın beynəlxalq birliyin müstəqil subyektinə çevrilməsi dayanmalıdır.

Sabir RÜSTƏMXANLI,
DAK həmsədri,
Xalq şairi
4-04-2026, 18:48
Ya Hörmüzü açın, ya yanın – Trampdan İrana sərt mesaj


Ya Hörmüzü açın, ya yanın – Trampdan İrana sərt mesaj

“İranın Hörmüz boğazını açmaq və ya ABŞ ilə razılığa gəlmək üçün 48 saatı var”.
Bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” səhifəsində yazıb.
Trampın sözlərinə görə, əks halda onları onları cəhənnəm gözləyir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!