İstehlak bazarlarında mallara qarşı qaydalar .....                        Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                        Keşlədə kollektorun üzərində tikilən ev sökülür .....                        İntensiv yağıntılar davam edir .....                        Quba və Qusardan axan bəzi çaylardan sel keçib .....                        "Neftçi" "Sumqayıt"ı məğlub etdi .....                       
3-04-2026, 22:00
"Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib


"Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk matçları başa çatıb.
Günün ikinci oyununda "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah"ı qəbul edib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində Kadi Borges, qonaqlarda isə Umarali Raxmonaliyev dubl ediblər.
Günün ilk matçında "Zirə" "Turan Tovuz"a 2:0 hesablı qalib gəlib.
Xatırladaq ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 21-22-də keçiriləcək.
3-04-2026, 21:55
Pezeşkian: "Dost və qardaş xalqlar ağır günlərdə bir-birinə daha sıx bağlanır"


Pezeşkian: "Dost və qardaş xalqlar ağır günlərdə bir-birinə daha sıx bağlanır"

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığında ölkəsinin çətin dövründə göstərilən dəstəyə görə təşəkkür edib.
O bu barədə X hesabında paylaşım edib.
Söhbət zamanı Məsud Pezeşkian Azərbaycan hökumətinin və xalqının nümayiş etdirdiyi həmrəyliyi yüksək qiymətləndirdiyini bildirib. O, vurğulayıb ki, dost və qardaş xalqlar ağır günlərdə bir-birinə daha sıx bağlanır.
“Dost və qardaş ölkələr çətin anlarda bir-birini tapır. Sivilizasiya kökləri nə qədər dərin olarsa, bu bağ bir o qədər güclü olar”, – deyə İran Prezidenti qeyd edib.
3-04-2026, 21:13
Tatarıstanda zavodda partlayış oldu, ölənlər var


Tatarıstanda zavodda partlayış oldu, ölənlər var

Tatarıstanda "Nijnekamskneftekim" zavodunda baş vermiş hadisə nəticəsində yeddi nəfərin həlak olduğu təsdiqlənib.
Bu barədə TASS məlumat yayıb. Qeyd olunub ki, hadisənin nəticələrinin aradan qaldırılması üzrə işlər davam etdirilir, konstruksiyaların sökülməsi və axtarış əməliyyatı aparılır. Hazırda beş nəfərin axtarışı aparılır.

3-04-2026, 20:18
Balaca adamın yekə buketi


Balaca adamın

yekə buketi


Bu ilin Mart ayı da geridə qaldı. Amma geridə qalan təkcə aylar, günlər deyil, həm də hər ayın, hər günün hər kəsin yaddaşında iz buraxdığı bir xatirə də qalır. Bu ilin 8 martı yadımda bir böyük adamla eyni gül dükanında buket bağlatmağımla qalıb.
Səhər-səhər paytaxtımızın Binəqədi rayonunda yaşayan əzizlərimdən birinin bayramını təbrik etməyə gedirdim. 6-cı mikrorayon dairəsindəki gül dükanına yaxınlaşdım. Müştəri çox olduğundan növbə gözləməli oldum. Gözləsəm də darıxmırdım. Çünki hamı bayram ovqatında idi. Mehribanlıqla danışıb gülüşürdülər, hərdən zarafatlaşanlar da olurdu. Məndən qabaqkı müştərinin növbəsi çatdı. Gül satan ona xüsusi zövqlə bir buket bağladı. Buket çox xoşuma gəldi, qiyməti də məni lap sevindirdi. Büdcəmə uyğun, hətta nəzərdə tutduğum qiymətdən də ucuz...

Cavan oğlan 100 manatlığı uzadıb buketi götürdü. Gülçü 30 manat çıxıb müştəriyə 70 manat qaytardı. Mənim daha fikirləşməyimə, seçim etməyimə ehtiyac qalmamışdı. Xoşhallıqla salam verib, əleyk alandan sonra dedim,- bacıoğlu, zəhmət olmasa, elə mənə də indicə bağladığın buketin eynisini bağla. Qoçaq baş üstə,- deyib, işə girişdi. Buket hazır olunca mən də cibimdən 30 manat çıxarıb əlimdə hazır saxladım. Mübadilə vaxtı gül satan ona verdiyim 30 manatı mənə qaytarıb, - təəccüblə, dayı bu nədi?!
-Dedim: Bala pulumuzu tanımadın?!

-Dedi,-tanıdım e, ancaq sən az vermisən axı. 40 mant da verməlisən. Belə buketin qiyməti 70 manatdır.
- Dedim,-bəs indicə 30 manata verdin axı, iki dəqiqəyə nə dəyişdi ki?!
Balaca tacir xəfifcə gülümsündü, dayıcan,-dedi- sən onlarla bəhs etmə, onlar böyük adamlardı. Buketi alırsansa 40 manat da ver, almırsansa, vaxtımı alma!

40 manat da əlavə edib buketimi aldım. Əvəzində satıcının adını soruşdum. Müşfiq, dedi. Müşfiqin “hörmət” etdiyi böyük adam isə polis serjantı idi...
Bütün xanımlarımıza sayğılarla: Tamxil ZİYƏDDİNOĞLU
3-04-2026, 19:54
Putin Ərdoğanla Yaxın Şərqdəki müharibəni müzakirə etdi


Putin Ərdoğanla Yaxın Şərqdəki müharibəni müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan telefon danışığı aparıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı liderlər Yaxın Şərqdə davam edən gərginliyi müzakirə ediblər.
"Fars körfəzi zonasında davam edən hərbi-siyasi qarşıdurmanın artması ilə əlaqədar dərin fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, intensiv döyüş əməliyyatları təkcə regional deyil, həm də qlobal miqyasda, o cümlədən energetika, ticarət və logistika sahələrində ciddi mənfi nəticələrə gətirib çıxarır", - Kremldə bildiriblər.
Qeyd olunub ki, hər iki dövlət başçısı tez bir zamanda atəşkəsin elan edilməsi və regionun bütün dövlətlərinin qanuni maraqlarını nəzərə alacaq güzəştli sülh razılaşmalarının hazırlanmasının zəruriliyi ilə bağlı eyni mövqedən çıxış edir.
Kremldə bildiriblər ki, Putin Rusiya-Ukrayna münaqişəsi çərçivəsində danışıqlar prosesinə töhfə verməyə daim hazır olduğuna görə Ərdoğana minnətdarlığını ifadə edib.
3-04-2026, 18:43
Rusiya Xarkovu vurdu, ölənlər var


Rusiya Xarkovu vurdu, ölənlər var

Rusiya ordusu Ukraynanın Xarkov şəhərinin mərkəzinə pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.
Hadisə nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
Dron düşməsi nəticəsində bir neçə avtomobil yanıb, iki tibb müəssisəsinə ziyan dəyib.
Vilayət rəhbəri qeyd edib ki, Xarkova hücumlar artıq üç gündür davam edir.
3-04-2026, 18:24
Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü veriləcək


Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü veriləcək

Azərbaycan Respublikası Prezidentinin 31 mart 2026-cı il tarixli Fərmanının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi minatəmizləmə fəaliyyəti zamanı partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan minatəmizləyənlərin –Seymur Rəşid oğlu Namazov və Raqif Deputat oğlu İsayevin 4 nəfər ailə üzvlərinə Prezidentin aylıq təqaüdünü təyin edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təqaüdün aylıq məbləği 700 manatdır. Fərmanla həmin məbləğin onların ailə üzvlərinin sayına uyğun bərabər hissələrə bölünməklə ödənilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Fərmana əsasən ailə üzvlərinin sırasına dul arvadı (əri), valideynləri, 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrində təhsil alanlara münasibətdə isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək) övladları, 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları, uşaq evlərində tərbiyə olunan qardaş və bacıları, birinci növbədən digər qohumları olmayan baba və nənələri aiddir.
3-04-2026, 17:51
KTMT qatardır, qabağında Rusiyadır - Elmar Məmmədyarovdan Ermənistanla bağlı ŞOK AÇIQLAMA


KTMT qatardır, qabağında Rusiyadır - Elmar Məmmədyarovdan Ermənistanla bağlı ŞOK AÇIQLAMA

Moldova parlamenti Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması sazişini və onun protokolunun ləğvini yekun oxunuşda qəbul edib. Moldova Xarici İşlər Nazirliyindən isə bildirilib ki, bu ölkənin MDB-dən rəsmi şəkildə çıxması üçün 1 il lazım olacaq.
Xatırlatmaq yerinə düşər ki, Moldovadan əvvəl Gürcüstan və Ukrayna da MDB-dən çıxıblar.
Analitiklərin fikrincə, Moldovanın MDB ilə bağlı qərarı bu təşkilatın sonrakı taleyi barədə suallar yaradır.
Məsələ ilə əlaqədar danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın da eyni yolu getməsinə ehtiyac olmadığını bildirib:
"MDB Azərbaycan üçün pislik etməyib. Bu təşkilat elə bir məkandır ki, müxtəlif yerlərdə görüşlər olur, çıxışlar edilir. Bundan sonra öz evinə gedib işini görürsən. Bu baxımdan düşünmürəm ki, MDB-dən çıxmaq Azərbaycan üçün faydalı olar. İndi bilmirəm, sabah hansı hadisə olacaq...
Gürcüstan Cənubi Osetiya və Abxaziya məsələsinə görə, Ukrayna isə müharibəyə görə MDB-dən çıxdı. Moldova da müəyyən narahatlıqlara görə qorxur. Ancaq Azərbaycanın onların yolu ilə getməsinə ehtiyac olduğunu düşünmürəm.
MDB-nin taleyi necə olacaq məsələsinə gəldikdə, deyə bilərəm ki, hər şey elə belə də qalacaq. MDB-də böyük bir qatardır. Onun qabağında Rusiya gedir. Rusiya böyük ölkədir, yavaş-yavaş qurumun fəaliyyətini Orta Asiya ölkələri və Azərbaycanla birlikdə aparacaq. Ancaq yenə deyirəm, sabah böyük nəsə faciə olsa, bəlkə durum dəyişər. Misal üçün deyirdilər ki, Rusiya Ukrayna müharibəsi tezliklə qurtaracaq. Amma bu gün müharibənin dayana biləcəyinə ehtimal görmürəm. Heç atəşkəs əldə edə bilmirlər".
Sabiq nazir Ermənistanın KTMT-dən çıxması ilə bağlı suala isə belə cavab verib: "Məsələni dərindən analiz etsək, Ermənistanın KTMT-dən tam şəkildə çıxmaq istəmədiyi qənaətinə gələ bilərik. Çünki ortada təhlükəsizlik məsələsi var. Ermənistan KTMT-dən çıxsa, təhlükəsizliyini necə qoruyacaq? Paşinyan təhlükəsizlik üçün Azərbaycanla sülh imzalamlı olduqlarını deyir. Bu işləyən formuladır, yoxsa yox, məsələ dərindən təhlil olunmalıdır.
Ermənistan KTMT üzvlüyü üçün ödəniş etməsə də, onun tədbirlərinə qatılmasa da, kağız üzərində üzvdür. İndi Ermənistanda "bu təşkilatın yerinə Ermənistanı kim qoruyacaq" sualına cavab axtarırlar. Tam əminəm ki, heç Ermənistanın özündə necə edəcəklərini bilmirlər".
Elmar Məmmədyarov bu ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı da fikirlərini bölüşüb: “Maraqlı məqamlardan biri də Paşinyanla görüş zamanı Vladimir Putinin Samvel Karepetyanın seçkilərdə iştirakına eyham vurması idi. Bu, doğru yanaşma deyildi. Ermənistanın qanunları var. Yalnız Ermənistan vətəndaşı baş nazir seçilə bilər. Samvel Karepetyan Rusiya vətəndaşı olduğundan onun baş nazir olması mümkün deyil. Çox güman ki, Rusiya Ermənistandakı seçkilərə müdaxilə edəcək. Ermənistan Rusiya üçün yaxın və önəmli ölkədir. Paşinyan elə-belə demir ki, Ermənistan həmişə Rusiyanın yanında olacaq. Paşinyanın bu fikri tostdur, yoxsa doğrudan belə fikirləşir, bilmirəm. Amma Rusiya öz sözünü deyir.
Mənim fikrimcə, Paşinyan və onun partiyası 7 iyun seçkilərində qalib gələ bilər. Ermənistan əhalisinin əksəriyyəti Paşinyana səs verəcək. Neçə faizlə qalib gələcək, onu deyə bilmərəm. Yeri gəlmişkən, Paşinyanın koalisiyaya getməli olacağı ilə bağlı iddialar da var. Mən bu iddiaları doğru saymıram. Müxalif namizədlər Robert Köçəryan və Samvel Karepetyandır. Paşinyan onlarla necə koalisya qura bilər? Bu baxımdan onun təkbaşına iqtidar olacağını düşünürəm".
3-04-2026, 17:44
"Nizami"nin divarlarını yazanlar məlum oldu


"Nizami"nin divarlarını yazanlar məlum oldu

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub.
Bunlar 2009-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau School”un 11-ci sinif şagirdi Bərxudayeva Münəvvər Taleh qızı, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau School”un 10-cu sinif şagirdi Muradi Layla Samir qızı, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Qaraşlı Şəfiqə Farid qızı və 2006-cı ildə İranda anadan olmuş, 01.09.2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi Ardeshir Seyfpour Saad Abadidir.
Ardeshir Seyfpour Saad Abadi qraffiti dizaynerdir və “İnstagram”da “temacreworiginal” adlı hesabda öz qraffiti nümunələrini paylaşıb.
Ardeshir Seyfpour Saad Abadinin atası Omid Seyfpour Saad Abadi 2024-cü ildən Azərbaycanda yaşayır, “Denizkala” şirkətində menecer işləyir.
Layla Muradinin atası Muradi Samir “Best Events” MMC şirkətinin baş direktorudur.
Şəfiqə Qaraşlının atası Qaraşov Farid taksi fəaliyyəti ilə məşğul olur.
Münəvvər Bərxudayevanın atası Bərxudayev Taleh isə “Hallibörton Yeureyja Limited” şirkətinin filialında xidmət operatorudur.
Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası müdaxiləyə məruz qalıb.
Adları qeyd olunan şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.
Binaya edilmiş müdaxilə qısa müddət ərzində aradan qaldırılıb, ilkin görünüş bərpa olunub.
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi faktı üzrə cinayət işi açılıb.
Vurğulayaq ki, hadisə ictimai rəydə müzakirələrə və qınağa səbəb olub. Bakının mərkəzində tarixi-mədəni abidənin divarının zədələnməsi vandallıq aktı kimi qiymətləndirilir.
3-04-2026, 17:31
Pezeşkian Trampın təhdidinə belə CAVAB VERDİ


Pezeşkian Trampın təhdidinə belə CAVAB VERDİ

İran Prezidenti Məsud Pezeşkian ABŞ lideri Donald Trampın son ritorikasına X-də cavab verib.
Pezeşkian Trampın “İranı Daş dövrünə qaytaracağıq” sözlərini belə şərh edib:
“Bir ölkəni bütünlüklə Daş dövrünə qaytarmaq təhdidi kütləvi müharibə cinayətindən başqa bir şey deyilmi? Bu sualı mən vəkil olan finlandiyalı həmkarıma verdim. Tarix cinayətkarların qarşısında susduqları üçün ağır bədəl ödəyənlərlə doludur”.
Donald Tramp iki gün öncə müharibə ilə bağlı xalqa müraciəti zamanı ABŞ-ın yaxın iki-üç həftə ərzində İrana "son dərəcə sərt" zərbələr endirəcəyini və İslam Respublikasını Daş dövrünə qaytaracağını bildirmişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!