Qənirə Paşayevanın büstü hazırlandı .....                        21-ci dəfə ölkə çempionu oldular .....                        Elgünün ailəsi intihar xəbərlərindən danışdı .....                        Xəzər dənizində zəlzələ .....                        Xırdalanda dəhşətli qətl .....                        Sahibə Qafarova Vatikandadır .....                        Elçin Quliyev generalı işdən çıxardı - Yeni təyinat .....                        Ərdoğan Tokayevlə danışıqlar apardı .....                        Gəncədə 18 yaşlı gənc bıçaqlandı .....                       
8-07-2024, 17:10
İctimai Şura polisin müdafiəsinə qalxdı - BƏYANAT


İctimai Şura polisin müdafiəsinə qalxdı - BƏYANAT

Daxili İşlər Nazirliyi yanında İctimai Şura bəyanat yayıb.
Bəyanatda bildirilib ki, bu gün Azərbaycan cinayətkarlığa qarşı mübarizə və əmin-amanlığın qorunması sahəsində ən uğurlu ölkələrdəndir. İctimai Şura polisin asayişin qorunmasındakı xidmətinə xüsusi diqqət çəkib.
Qeyd edilib ki, Azərbaycan polisi Birinci Qarabağ və 44 günlük Vətən Müharibəsində fədakarlıq göstərib. Daxili İşlər Nazirliyinin şəxsi heyətindən döyüşlərdə 66 nəfər şəhid olib, 346 hərbi qulluqçu yaralanıb, 4 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
İctimai Şura bəyan edib ki, bəzi hallarda polisə qarşı haqsız, qərəzli, qeyri-obyektiv münasibətin şahidi oluruq.
“Polsin fəaliyyətinə kölgə salmaq üçün böhtan və şaiyələr yayılır, faktlar, məlumatlar təhrif edilir və bu formada ictimailəşdirilir. Daxili İşlər Nazirliyi yanında İctimai Şura bu cür halları qəti şəkildə pisləyir və qınayır. Eyni zamanda İctimai Şura ictimaiyyəti, medianı, vətəndaş cəmiyyətini, ictimai rəy liderlərini bu cür hallara qarşı barışmaz, sərt movqe tutmağa çağırır.
Bu günlərdə xidməti vəzifələrini yerinə yetirən zaman polis əməkdaşlarının həlak olması bütün cəmiyyətimizi sarsıtdı. Bir daha nümayiş olundu ki, polis əməkdaşları canları bahasına olsa da asayişi qoruyurlar və son ana qədər polis andına sadiq qalıb vəzifələrini yerinə yetirirlər. Bu nümunələr polis əməkdaşlarını qorumaq, onların xidmətini layiqincə qiymətləndirmək barədə əlavə tədbirlərə olan ehtiyacı bir daha diqqətə çatdırdı.
Daxili İşlər Nazirliyi yanında İctimai Şura xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı müqavimət göstərilməsi, zor tətbiq edilməsi, hədə-qorxu gəlinməsi, yalan məlumatlar yayılması hallarına qarşı qanunvericliyin ən sərt formada tətbiqinə çağırır. Bu cür hüquqazidd əməllərə görə qanunverilciyin sərtləşdirilməsini vacib hesab edir və müvafiq dövlət orqanlarını bu istiqamətdə addımlar atmağa çağırır.
Daxili İşlər Nazirliyi yanında İctimai Şura polis əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kompleks tədbirlərin görülməsini vacib sayır və hökuməti bu istiqamətdə atmağa çağırır”.
8-07-2024, 16:58
Müsavat 27 dairə üzrə deputatlığa namizəd irəli sürdü - SİYAHI


Müsavat 27 dairə üzrə deputatlığa namizəd irəli sürdü - SİYAHI

İyulun 8-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
Partiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, iclasda sentyabrın 1-nə təyin olunan növbədənkənar prezident seçkiləri ilə bağlı məsələ müzakirə olunub.
Divan 27 dairə üzrə partiyanın namizədlərini irəli sürüb. Digər dairələrdən namizədlərin irəli sürülməsi ilə bağlı müzakirələr davam edir, müvafiq qərarlar qarşıdakı günlərdə qəbul ediləcək.
Namizədliyi irəli sürülənlər:

1. Razim Əmiraslanlı - 10 saylı dairə

2. Almaz Əliqızı – 16 saylı dairə

3. Nüşabə Sadıxlı – 17 saylı dairə

4. Gülağa Aslanlı – 21 saylı dairə

5. Afər Şirvanlı – 23 saylı dairə

6. Ərzulla Bulud - 31saylı dairə

7. Oktay Zeynalov – 38 saylı dairə

8. Şayəddin Qasımov – 39 saylı dairə

9. Mail Vəliyev – 40 saylı dairə

10. Cavad Cavadlı – 43 saylı dairə

11. Söhrab Əmrahov - 57 saylı dairə

12. Şövkət Ramazanlı – 58 saylı dairə

13. Əliş Əzizov – 66 saylı dairə

14. Yusif Mehdi – 69 saylı dairə

15. Azər Əskər – 71 saylı dairə

16. Rahim Axundov – 72 saylı dairə

17. Şəmsəddin Əmirli – 73 saylı dairə

18. Tahir Hüseynov – 80 saylı dairə

19. Dünyaxanım Cərullayeva – 89 saylı dairə

20. Zabit Bədəlov – 90 saylı dairə

21. Zakir İsmayıl – 94 saylı dairə

22. Yusif Namazoğlu – 96 saylı dairə

23. Malik Həsənov – 97 saylı dairə

24. Etibar Əkbərov – 101 saylı dairə

25. Tahir Səfərli – 114 saylı dairə

26. Bakıxan Qəribli – 115 saylı dairə

27. Hidayət Allahverdi – 120 saylı dairə
8-07-2024, 16:38
Polşa və Ukrayna arasında hərbi saziş imzalandı


Polşa və Ukrayna arasında hərbi saziş imzalandı

Polşanın paytaxtı Varşavada Polşa və Ukrayna arasında müdafiə və təhlükəsizlik sahəsində 10 il müddətinə əməkdaşlıq haqqında saziş imzalanıb.
Sənədi Polşanın baş naziri Donald Tusk və Ukrayna prezidenti Volodimir Zelenski imzalayıblar. İmzalanma mərasimi onların danışıqları zamanı baş tutub.
Baş nazir qeyd edib ki, bu sənədə qarşılıqlı öhdəlik kimi yanaşır. Onun sözlərinə görə, Polşa yaxın vaxtlarda sazişin həyata keçirilməsi üçün əməli addımlara başlayacaq.
8-07-2024, 16:26
Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi


Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi

İyulun 8-də Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.
Bu barədə hökumətin mətbuat xidmətinin məlumatında bildirilib.
Məlumata görə, görüşdə Silahlı Qüvvələrdə cari islahatlar və avtomatlaşdırılmış vahid idarəetmə sistemi, eləcə də bioloji təhlükəsizliklə bağlı məsələlər müzakirə olunub.
8-07-2024, 16:22
Doktorantura və dissertantura imtahanlarına qoyulan tələblər açıqlandı


Doktorantura və dissertantura imtahanlarına qoyulan tələblər açıqlandı

Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının yazı blokuna qoyulan tələblər açıqlanıb.
Bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Məlumata görə, Dövlət İmtahan Mərkəzindən bildirilib ki, xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı vermək istəyən namizəd (doktoranturaya qəbul olmaq istəyən şəxslər) və iddiaçılar (artıq doktoranturaya qəbul olmuş şəxslər) xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatını, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin bütün növləri üzrə kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama, yazı və danışıq vərdişləri əhatə olunmaqla nümayiş etdirməlidirlər.
Yazı bloku üzrə tapşırıq nümunəsi imtahanın istiqamətindən asılı olaraq dəyişir. Belə ki, xarici dil üzrə qəbul imtahanı üçün qeydiyyatdan keçmiş namizədlərdən esse (fikir bildirmə, mühakimə xarakterli və s.) yazmaq tələb olunur.

Esse yazarkən namizədlərə qoyulan tələblər bunlardır:

Esse seçilmiş xarici dildə olub verilmiş mövzuya uyğun işlənməli;
Tərkib hissələri (giriş, əsas hissə (bir neçə abzasdan ibarət ola bilər) və nəticə) abzaslarla fərqləndirilməli;
Həcmi 200-250 söz olmalı;
Tərkib hissələri arasındakı məntiqi rabitə gözlənilməli;
Publisistik üslubda olmalı;
Essenin mövzusu dolğun şəkildə şərh edilib, əhatə olunmalı;
Neytrallıq qorunmaqla mövzu ilə bağlı müstəqil fikir yürüdülməli;
Fikirlərin əsaslandırılması üçün müxtəlif sübutedici mənbələrdən yerli-yerində istifadə edilməli;
Akademik yazı qaydalarına əməl edilməlidir.
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında isə iddiaçılardan vizual məlumatın (məsələn, cədvəl, diaqram (xətti, dairəvi diaqram) və s.) təsvirini vermək tələb olunur.

Vizual məlumatı təsvir edən zaman iddiaçılara qoyulan tələblər bunlardır:

Vizual məlumatın təsviri seçilmiş xarici dildə olub, vizual məlumata uyğun olmalı;
Tərkib hissələri (giriş, əsas hissə (xülasə və detalları əhatə etməklə bir neçə abzasdan ibarət ola bilər) və nəticə) abzaslarla fərqləndirilməli;
Həcmi 150-180 söz olmalı;
Tərkib hissələri arasındakı məntiqi rabitə gözlənilməli;
Elmi-publisistik üslubda olmalı;
Vizual təsvir əsas məqamlara toxunulmaqla əhatəli olunmalı;
Vizual məlumat analiz olunaraq düzgün şərh edilməli və müqayisələr aparılmalı;
Neytrallıq qorunmalı, şəxsi fikirlərə yol verilməməli;
Vizual məlumatın təsvirində tərkib hissələri və fikirlər arasında məntiqi rabitə gözlənilməli;
Vizual məlumat mövzuya uyğun zəngin söz ehtiyatı ilə təsvir olunmalı;
Akademik yazı qaydalarına əməl edilməlidir.

Qeyd 1: Yerinə yetirilməmiş, yazı müəllifini tanıtmaq məqsədilə hər hansı işarə vurulmuş, namizədin özü və ya yaxınları, müəllimləri və s. barəsində məlumat yazılmış və ya təqdim olunan mövzulardan biri əvəzinə, hər hansı digər mövzuda və ya seçilmiş xarici dil əvəzinə digər dildə yazılmış, həmçinin oxunulması mümkün olmayan yazı işləri “0” balla qiymətləndirilir.

Qeyd 2: Yazı işi DİM tərəfindən təqdim olunan diyircəkli qələm vasitəsilə yerinə yetirilməlidir.

Qeyd 3: Xarici dil üzrə həm esse, həm də vizual məlumatın təsviri üzrə yazı işini yerinə yetirmək üçün namizəd və iddiaçılara təqdim olunan A3 ölçülü vərəqlərin son səhifəsi qaralama kimi istifadə oluna bilər. Qaralama hissədə aparılan qeydlər qiymətləndirmədə nəzərə alınmır.
8-07-2024, 10:56
"Qərbi Azərbaycana Qayıdış" çərçivəsində Kəsəmən kənd sakinlərinin həsrət görüşü


"Qərbi Azərbaycana Qayıdış" çərçivəsində Kəsəmən kənd sakinlərinin həsrət görüşü

06 iyul 2024-cü il tarixdə Qərbi Azərbaycan icmasının Basarkeçər rayonu Kəsəmən kənd sakinlərinin, xüsusən qadınlardan ibarət bir qrupunun Gədəbəy rayonunun Şirxan yaylağında görüşü keçirildi. Görüşdə kənd icra nümayəndəliyinin rəhbəri Nəvai Qurbanov, icra nümayəndəliyinin Elm və Ziyalılar şurasının sədri, fəlsəfə elmləri doktoru, birinci Qarabağ Müharibəsinin veteranı, beynəlxalq dərəcəli idman ustası Yəhya Abbasov, qadın işləri üzrə koordinator Səyyarə Məmmədli çıxış edərək "Qərbi Azərbaycana Qayıdış" proqramı çərçivəsində belə bir görüşün əhəmiyyətini vurğulamışlar.
Qeyd edək ki, bu toplantı-görüş kəndin qadın sakinlərinin istəyi ilə olsa da, kənd icma rəhbərliyinin, xüsusən Yəhya Abbasovun təşkilatçılığı və maddi dəstəyi ilə baş tutmuşdu.
Tədbirə yüksək səviyyədə aparıcılıq edən Mehriban xanım Abbasova Kəsəmən kəndinin tarixi, ağsaqqalları, ziyalıları, Vətən şəhidləri, Vətən Müharibəsi qəhrəmanları haqqında ətraflı məlumat vermişdi. Bakı, Gəncə, Şəmkir, Daşkəsən, Göygöl, Tovuz rayonlarında məskunlaşan Kəsəmən kənd əhalisinin bir qrupunun iştirakı ilə keçirilən tədbirdə.əsas məsələ doğma Göyçə mahalına, öz dədə-baba torpaqlarına - Kəsəmən kəndinə qayıtmaq arzusu idi.
Tədbirdə Kəsəmən kəndinin xanımları öz adətimizə uyuğun olaraq dadlı- ləziz şirniyyətlərmizdən, qovud-qorğamızdan, əydək-fəsəli təamlarından da gətirməyi unutmamışdılar.
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədr müavini, filologiya elmləri doktoru, professor Kəsəmən kənd sakini Almaz Ülvi Binnətova iştirak və çıxış edərək Kəsəmən kənd icmasının fəaliyyətinə uğurlar arzulamışdır.
Vətən ətirli şeir və musiqi ilə müşayiət olunan bu görüş yüksək əhval-ruhiyyə ilə başa çatmışdır və hər kəsin bir arzu ilə ayrılmışdır: doğma kəndə - Göyçə mahalının Kəsəmən kəndinə qayıtmaq.
Bu həsrət görüşün sonunda Kəsəmən kənd sakini, yazıçı-publisist Almaz Ülvi Binnətova müəllifi olduğu "Göyçə mahalı - Kəsəmən kəndi: bir kəndin tarixindən səhifələr" və "Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri" adlı kitablarını kənd sakinlərinə hədiyyə etmişdir.
Butov.az

7-07-2024, 22:24
İmtahan cavabları nə vaxt açıqlanacaq?


İmtahan cavabları nə vaxt açıqlanacaq?

II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə qəbul imtahanı başa çatıb.
İyulun 8-dən etibarən imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin iki həftədən sonra elan olunması nəzərdə tutulur.
7-07-2024, 22:22
Fransa seçkiləri: Solçular birinci, Makron ikinci yerdədir


Fransa seçkiləri: Solçular birinci, Makron ikinci yerdədir

Bu gün Fransa parlamentinin aşağı palatasına seçkilər keçirilib.
Günün sonuna qədər seçici fəallığı 67,1% təşkil edib.
Sonuncu seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb. Seçici fəallığı birinci turun göstəricisini üstələyib, bu, 1997-ci ildən bu yana rekord göstəricidir. Qeyd edək ki, iyunun 30-da keçirilən birinci turda seçicilərin 66,71 faizi seçki məntəqələrinə gedib.
BFMTV bildirib ki, parlament seçkilərində siyasi blokların heç biri mütləq səs çoxluğu əldə edə bilməyib. İlkin nəticələrə görə, solçu Yeni Xalq Cəbhəsi seçkilərdə liderlik edir.
Fransa prezidenti Emmanuel Makronun koalisiyası ikinci, Marin Le Penin partiyası isə üçüncü yerdədir
Yekun nəticələr iyulun 8-i səhər elan olunacaq.
Kanal qeyd edir ki, Makron ölkədə parlament seçkiləri başa çatdıqdan sonra xalqa müraciət edə bilər
7-07-2024, 21:41
Xəzər sahilində kütləvi ölü balıqlar aşkarlandı


Xəzər sahilində kütləvi ölü balıqlar aşkarlandı

Xəzər dənizinin Azərbaycan sahillərində kütləvi halda ölü balıqlar görünüb.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Hövsan və Türkan qəsəbələrində çəkildiyi iddia kadrlarda çoxlu sayda ölü balıq görünür. Hadisənin səbəbləri məlum deyil.

7-07-2024, 20:18
Rusiyada güclü zəlzələ baş verdi


Rusiyada güclü zəlzələ baş verdi

Rusiyanın Kamçatka yarımadasında zəlzələ baş verib.
Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Zəlzələnin maqnitudası 6.1, dərinliyi 95 kilometr olub.
Qeyd olunur ki, zəlzələnin episentri Ust-Kamçatskdan 69 kilometr məsafədə yerləşib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!