Qənirə Paşayevanın büstü hazırlandı .....                        21-ci dəfə ölkə çempionu oldular .....                        Elgünün ailəsi intihar xəbərlərindən danışdı .....                        Xəzər dənizində zəlzələ .....                        Xırdalanda dəhşətli qətl .....                        Sahibə Qafarova Vatikandadır .....                        Elçin Quliyev generalı işdən çıxardı - Yeni təyinat .....                        Ərdoğan Tokayevlə danışıqlar apardı .....                        Gəncədə 18 yaşlı gənc bıçaqlandı .....                       
7-07-2024, 13:02
Sabahın havası - 38 dərəcə isti..


Sabahın havası - 38 dərəcə isti..

İyulun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-23° isti olacaq.
7-07-2024, 12:33
QMİ-dən Məhərrəm ayının başlanması ilə əlaqədar MÜRACİƏT


QMİ-dən Məhərrəm ayının başlanması ilə əlaqədar MÜRACİƏT

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar müraciət yayıb. Müraciətdə deyilir:
"Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri müsəlman qardaş və bacılarımızın nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1445-cü il başa çatır, yeni 1446-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2024-cü il iyul ayının 7-nə, Aşura günü isə iyul ayının 16-na təsadüf edir.
Əsrlər boyu Azərbaycan xalqının yaddaşında iz qoyan Məhərrəm ayının Aşura günü – Peyğəmbərimiz Məhəmməd (s.a.s.) əziz nəvəsi İmam Hüseyn əleyhissalamın ailəsi və səhabələri ilə birlikdə haqsızlığa və zülmə qarşı mübarizədə şəhadətə yetişməsi tarixdə fədakarlıq salnaməsi kimi dəyərləndirilir. Kərbəla şəhidləri İslamın “yaxşılığa dəvət və pislikdən çəkindirmə” məfkurəsini bütün ümmət üçün örnək nümunəyə çevirmiş, din, Vətən, torpaq, ailə şərəfi və müqəddəs amallar uğrunda şəhadətin mükəmməl əxlaq nümunəsini yaratmışlar. Hamımız yaxşı xatırlayırıq ki, Ulu Öndər Heydər Əliyev Təzəpir məscidində Aşura mərasimindəki tarixi çıxışında demişdi: “Biz bundan sonra da haqq-ədalət, torpaq, Vətən yolunda şəhid olmuş Həzrəti imam Hüseynin və onun bütün silahdaşlarının qəhrəmanlığını, şəhidliyini heç vaxt unutmayacağıq”.
Şükürlər olsun ki, Uca Yaradanın köməyi, dövlət rəhbərimizin qətiyyəti, ordumuzun hünəri ilə Azərbaycanın dövlət bayrağı azad Qarabağda, Şuşada, Xankəndidə dalğalanır, məscidlərin minarələrindən Azan səsləri ucalır, müqəddəs məbədlərimiz əsarətdən qurtulmuşdur. Bu ilki Məhərrəm ayında Zəfər abı-havasının davam etməsi, separatçı rejimin süqutu, müqəddəs bayrağımızın Xankəndidə, Əsgəranda, Xocalıda və digər azad olunmuş torpaqlarda dalğalanması, Qarabağ məscidlərinin bərpası, Ağdam, Zəngilan məscidlərinin yenidən nəfis inşası, minarələrimizdən ucalan azan sədaları biz, Azərbaycan müsəlmanlarının qəlbini fəxarətlə doldurur. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə Böyük Qayıdışın ruh yüksəkliyi yaşanır, ata-baba torpaqlarına qayıdanlar ibadətlərini doğma məkanlarda yerinə yetirirlər. Müdrik dövlətçilik təfəkkürü ilə Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suveren hüququnu tam təsbit etmiş, Azərbaycan Ordusunun gücünə, Azərbaycan xalqının sarsılmaz həmrəylik və iradəsinə, dövlət-xalq birliyinə güvənən müzəffər sərkərdə, Azərbaycan tarixində Qarabağ Fatehi və Böyük Qayıdışın Müəllifi adını qazanmış dövlət başçımız cənab İlham Əliyev, bu çətin yolda yaxın yardımçısı olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva üçün Azərbaycan xalqı dualar edir, Uca Allahdan onların səylərinə rəvac diləyir. Allah Vətən uğrunda, Böyük Zəfər yolunda, xalqın azadlığı və səadəti naminə canlarından keçmiş, uca şəhidlik məqamına yüksəlmiş övladlarımıza rəhmət eləsin, qəhrəman qazilərimizə şəfa bəxş etsin! Şəhidliyin zirvəsi sayılan İmam Hüseyn şəhadətinin anıldığı Məhərrəmlik təziyələrində müqəddəs Vətən torpağı uğrunda canından keçmiş Vətən şəhidlərini də yad edib dua etmək iman borcumuzdur. Mübarək hədisi-şərifdə buyurulduğu kimi, "Vətəni sevmək imandandır".
Azad olunmuş torpaqlarımızda gedən dinc quruculuq, yenidənqurma işləri, dini-mənəvi abidələrə yeni həyat bəxş olunması, vandalizmə məruz qalmış ziyarətgahlara, qəbirstanlıqlarımıza sahib çıxılması, soydaşlarımızın dədə-baba torpaqlarına qayıdışı istiqamətində dövlət başçımız tərəfindən həyata keçirilən misilsiz, fədakar, davamlı səylərə dəstək din xadimlərimizin məscidlərdəki moizələrində öz əksini ətraflı, geniş şəkildə tapacaq, Azərbaycan naminə bu böyük quruculuq işlərinin uğuru və vüsəti üçün dualar ediləcəkdir, inşaAllah.
Son illər Məhərrəmlik dönəmində dindarları İslama yad əməllərdən və xurafatdan çəkindirən əsas tədbirlərdən biri - Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyası müqəddəs dinimizə layiq olan ən münasib əzadarlıq nümunəsi kimi bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan və xalq tərəfindən təqdir edilən hadisədir. Ümidvarıq ki, inşaAllah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında Allah rizası üçün Kərbəla, habelə Vətən şəhidlərimizin xatirinə ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara şəfa bəxş edəcəklər. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcəkdir.
Qazılar Şurası olaraq dindarlarımıza xatırlatmaq istərdik ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, AR “Dini etiqad azadlığı haqqında” Dövlət Qanununun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, ictimai asayişin pozulmasına Azərbaycan qanunlarına əsasən icazə verilmir. Özəlliklə, son zamanlar koronavirusun yenilənmə təhlükəsini nəzərə alaraq məhərrəmlik ayının ayinləri tibbi-profilaktik qaydalara uyğun olmalıdır. Bölgələrdəki din xadimlərinin qeyd olunan tövsiyələri dindarlara çatdırmaları vacibdir. Qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər.
Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur. Allah dərgahında imanın, mənəviyyatın ən yüksək məqamına yüksələn şəhidlərə, o cümlədən, Kərbəla və Vətən şəhidlərimizə rəhmət, qazilərimizə şəfaət, xalqımıza səadət və tərəqqi diləyirik".
7-07-2024, 11:36
Güləşçimiz Avropa çempionu oldu


Güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın iki güləşçisi Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlıların Avropa çempionatında uğurlu çıxış edib.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kiloqramda medalçılar müəyyənləşib.
Vasif Bağırov (57 kiloqram) finalda rusiyalı Lev Pavlovla qarşılaşıb. Həlledici görüş xala-xal prinsipi ilə keçib. Güləşçimiz uzun müddət hesabda öndə olsa da, qarşılaşmanın sonlarına yaxın təşəbbüsü əldən verib. Yekunda 6:8 hesabı ilə məğlub olan Vasif gümüş medalla kifayətlənib.
Nurudin Maqomedqadjiyev (79 kiloqram) təsəlliverici görüşdə litvalı Paulius Leskauskasa 4:7 hesabı ilə məğlub olub.
Xetaq Karsanov (97 kiloqram) isə finalda rusiyalı Şaxman Nuxayevlə üz-üzə gəlib. Nəfəskəsən mübarizədə əzmkar qələbə (5:4) qələbə qazanan Xetaq Avropa çempionu olub.
7-07-2024, 10:15
Axtarışda olan şəxs polis əməkdaşını qətlə yetirdi


Axtarışda olan şəxs polis əməkdaşını qətlə yetirdi

İyulun 6-da saat 24 radələrində paytaxtın Suraxanı rayonunda əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 8 dəfə məhkum olunmuş, oğurluq əməllərinə görə axtarışda olan 1983-cü il təvəllüdlü Məmmədov Mehman Səlahəddin oğlu polis əməkdaşı tərəfindən saxlanılarkən üzərində olan kəsici alətlə müqavimət göstərib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, M.Məmmədov xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşına kəsici alətlə xəsarət yetirib qaçmağa cəhd göstərib. Ağır xəsarət alan polis kapitanı Fəxrəddin Nəsirov yaralanmasına baxmayaraq cəhdin qarşısını alıb və onu saxlayaraq digər polis əməkdaşlarına təhvil verib.
Xəsarət alan polis əməkdaşı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
6-07-2024, 23:52
Ərdoğan Türkiyənin qoluna belə sevindi


Ərdoğan Türkiyənin qoluna belə sevindi

Hazırda Almaniyada AÇ-2024-ün son 1/4 final görüşündə Türkiyə yığması Niderlandla qarşılaşır.
Ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılaşmanı oyunun keçirildiyi stadiondan izləyir.
35-ci dəqiqədə Samet Akaydının qoluna Ərdoğanın reaksiyası sosial şəbəkələrdə paylaşılıb.

6-07-2024, 22:49
AVRO-2024: İngiltərə yarımfinala çıxdı


AVRO-2024: İngiltərə yarımfinala çıxdı

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinin daha bir iştirakçısı bəlli olub.
1/4 finalda İsveçrə yığmasına qalib gələn İngiltərə millisi növbəti raunda vəsiqə qazanıb.
Matçın əsas vaxtı heç-heçə ilə başa çatıb - 1:1. Əlavə vaxtda hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq (5:3) oynayan ingilislər yarımfinala adlayıblar.
İngiltərə millisinin 1/2 finaldakı rəqibi Niderland-Türkiyə cütünün qalibi olacaq.
Qeyd edək ki, daha əvvəl İspaniya və Fransa yığmaları yarımfinala vəsiqə qazanıblar.
6-07-2024, 21:24
“Gülüstan” elmi-ədəbi məclisinin son məşğələsində


“Gülüstan” elmi-ədəbi məclisinin son məşğələsində

Qubada fəaliyyət göstərən A.A.Bakıxanov adına “Gülüstan” Elmi-ədəbi Məclisinin iyun ayının son günündə növbəti məşğələsi olmuşdur. Məclisin sədri Şixəmməd Seyidməmmədov keçən məclisdən ötən müddət ərzində görülən işlər, dövri mətbuatda dərc olunan yazılar, çap olunan kitablar barədə ətraflı danışmış, sözü “Gülüstan”çılara vermişdir. Onlardan Məmməd Qədir “Dilənçi qarı”, “Şəhid sevgilisi”, Mövlud Ağamməd “Qəzəl”, “Qazan”, Sədulla Dağlı “Bu yaşıma”, Rizvan Qiblədağlı “Tozsovuran və zəli”, “Qalmasın”, Asvar Tufandağlı “Nə yazım”, Şəfəq Qonaqova “Üç şəhid, üç dost”, Müşfiq Qərib “Vicdan”, Fərid Daşdəmirov “Utanırsanmı görən”, “Sinəmdə körpə uşaq yatır”, “Pərvanə və rəsm”, “Düşdü”, “İz qoysan”, Böyükağa Ağa “Hər yerin qonağı” şeirlərini, Nəzər Mirzəyev “Kərə yağı”, Məhərrəm Mustafa “Cənnət quşu”, Sabir Nemətov “Toyda”, Elxan Məcnunov “Müharibə olmasın” hekayələrini, Süleyman İsgəndərov isə bir neçə lətifəsini oxumuşdur. “Güslüstan”çılardan Kərim Dünyamalı və Füzuli Baratov oxunan bədii yaradıcılıq nümunələrinə öz münasibətlərini bildirmişlər.
Sonda ənənəvi olaraq xatirə şəkilləri çəkilmişdir.

Şixəmməd Seyidməmmədov,
ADPU-nun Quba filialı, “Təbiət elımləri” kafedrasının
baş müəllimi, “Gülüstan” elmi-ədəbi məclisinin sədri

6-07-2024, 20:32
HƏMAS İsraillə atəşkəsə razıdır, ancaq...


HƏMAS İsraillə atəşkəsə razıdır, ancaq...

HƏMAS hərəkatı Qəzza zolağında mərhələli atəşkəs təklifini şərti olaraq dəstəkləyib.
Bu barədə AP agentliyi mənbələrə istinadən məlumat yayıb.
Təşkilat İsrailin müharibəyə tam son qoyması üçün əsas tələbindən imtina edib. Buna baxmayaraq, agentilik hələ də müqavilənin bağlanmasına zəmanətin olmadığını vurğulayıb.
Mənbələr bildiriblər ki, HƏMAS razılaşmanın birinci mərhələsi qüvvəyə mindikdən sonra İsrailin daimi atəşkəs danışıqlarını davam etdirəcəyinə dair yazılı təminat almağa çalışır. Hərəkatın sözçüsü AP-yə bildirib ki, HƏMAS vasitəçilərdən müharibənin davam etməyəcəyi və Qəzzada daimi atəşkəs əldə olunana qədər danışıqların davam edəcəyi barədə “şifahi öhdəliklər və zəmanətlər” aldıqdan sonra razılaşmanın müddəaları şərti olaraq təsdiqlənib. "İndi biz bu zəmanətləri kağız üzərində almaq istəyirik", - o qeyd edib.
İsrail və HƏMAS arasındakı razılaşmaya tam altı həftəlik atəşkəs, qadınlar, qocalar və yaralılar da daxil olmaqla bir sıra israilli girovların azad edilməsi daxildir. Bunun müqabilində İsrail yüzlərlə fələstinli məhbusu həbsdən azad edəcək. Bu müddət ərzində İsrail əsgərləri yalnız Qəzzanın sıx məskunlaşdığı əraziləri tərk edəcək, köçkünlər Qəzzanın şimalındakı evlərinə qayıda biləcək.
6-07-2024, 19:39
72 yaşlı kişi şüşə ilə öldürüldü - Oğlu saxlanıldı


72 yaşlı kişi şüşə ilə öldürüldü - Oğlu saxlanıldı

İyulun 6-da saat 18:30 radələrində Saatlı rayonu Dədə Qorqud kəndində 1952-ci il təvəllüdlü Ağayev Ramiz Gülabdin oğlunun yaşadığı evdə şüşə parçası ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən, oğlu 2000-ci il təvəllüdlü Ağayev Rabil Ramiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
6-07-2024, 19:11
MSK-nın iclasında nələr müzakirə edildi...


MSK-nın iclasında nələr müzakirə edildi...

Məzahir Pənahovun sədrliyi ilə iyulun 6-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən bildiriblər ki, əvvəlcə MSK-nın 2024-cü il 29 iyun və 2 iyul tarixli iclas protokolları təsdiq edilib.
Sonra sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası, Azərbaycan Ümid Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası, “Ana Vətən” Partiyası, Müsavat Partiyası və Klassik Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinə hər bir siyasi partiyanın MSK-ya müvafiq müraciəti barədə ayrı-ayrılıqda məlumat verilib və sözügedən siyasi partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınması qərara alınıb.
İclasda daha sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib, həmçinin cari məsələlərə baxılıb.
MSK-nın iclası media subyektlərinin nümayəndələri tərəfindən geniş işıqlandırılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!