Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 31-12-2013, 14:35
Aydın Canıyev



...Bu gecə hamınız qonağımsınız - ərlərindən küsənlər, arvadlarından inciyənlər, ərləri vəfat edənlər, xanımları haqq dünyasına qovuşanlar, qısılmağa çiyni olmayanlar, sinəsinə qoymağa baş tapmayanlar, atasından ayrı qalanlar, anasından itkin düşənlər, torpağından məhrum olanlar, əlləri heç hara çatmayanlar, kirayələrdə əriyib sakin ola bilməyənlər, ocaq yeri tapmayanlar, yersiz-yurdsuzlar, qayğıya həsrət, təsəllliyə möhtac, təbəssümə yoxsun, təşəkkürə təşnə yaşamlılar... DƏVƏTLİSİNİZ! - dərddən bol, dərmandan kasad daxmama! Bir aylıq da olsa... ev pulu verilib! Arxayın gəlin – sizi burdan bir kimsə çıxara, mitinqə yığışmaqda ittiham edə, dubinkalayıb sonra da şərləyə bilməz!
Şərin özü belə istəyib ki... beləsiniz! Onun üçün də Sizi... Mən qonaq çağırıram!
Gəlin!
“Gözəl süfrə” açmışam, dərdlərimizdən: gecələr yarısı soyuq, yarısı isti, yarısı quru, yarısı yaş balışlardı çörəyi, çapıq-çapıq ürəklərdi kababı, vərəmləyən, yolları tıxanan ciyərlərdi, dərd süzməkdən deşik-deşik böyrəklərdi, illərlə və tonlarla axan göz yaşlarıdı şərabı, tənələrdi-qınaqlardı-ittihamlardı desertləri-qəlyanaltısı, “pervi”si “vtoroy”undan “dadlı” – acı zəqqum, ikisi “tretyi”sindən betər...
“İstiotu-duzu”, ədviyyatı udquna-udquna udduğumuz möhnətlərdəndi!
Gəlin, mozambikli, beninli, ukraynalı, italiyalı ispaniyalı... tənhalıq dəhşətlərinizlə,
gəlin, latinoslar, etnoslar, arilər, alilər... ürəyinizin sarsıntılarıyla, taleyinizin təklik çarpıntılarıyla,
gəlin, avropalı, asiyalı, amerikalı, afrikalı, antarktidalı... laqeydlikdən, kimsəsizlikdən yana yaşadığınız vəhşətlərlə, ay
TƏNHALAR, TƏNHALIQDA QALANLAR, TƏNHALIQLA QALANLAR!
Gəlin... Saqiniz də Mənəm! Bu gecə qulluğunuzda özüm duracam!
Gəlin və badələri qaldırın: ərlərindən küsməyənlərin, arvadlarından inciməyənlərin özlərinin şərəfinə, ərləri vəfat edənlərin, xanımları haqq dünyasına qovuşanların ruhlarının xatirinə, özlərini qısılmağa çiyindən məhrum etməyənlərin, sinəsinə qoymağa baş tapmaq möhnətində qoymayanların, atasından ayrı qalmayanların, ayrı düşməyənlərin, anasından umsuq qalmayanların, torpağından özlərini məhrum qoymayanların, əlləri heç hara çatmamaq qədərincə özlərini aciz saxlamayanların, kirayələrdə çürüməyi özlərinə rəva bilməyib sakin ola bilənlərin, ocaq yeri olanların, yerli-yurdlu, qayğıya, təsəllliyə möhtac olmayanların, təbəssümdən tox, təşəkkürdən teyxaların SAĞLIĞINA!
Için!!! İçin! İçin... dərdlərinizi və birdəfəlik imtina edin bu YOXSUNLUQDAN, YOXSULLUQDAN!
Bu gecənin hesabı məndən! Bu gecənin qonaqlığı da məndən!
Məndə VAXT, SƏXAVƏT və PUL... ÜÇÜ BİR YERDƏ OLMUR!
Bu gecədən və bu qonaqlıqdan bir də olmayacaq!
Yeni ilin ilk gecəsindən gündüzünü işıqlı edin!
Və... yenə də dərdlərinizlə baş-başa qalmayın – Bu... SƏDAQƏTLİLİK, ETİBARLILIQ DEYİL!
Bu... mərdlik dözümlülük deyil!
Səadətə, xoşbəxtliyə sadiq olun!
Sevincə, şadlığa, vara-dövlətə dözümlü olun!
Onda insan olarsınız!
İndiki halınızla çox miskinsiniz, ay tənhalar, tənha qalanlar, tənhalıqda qalanlar!
Həyat itirdiklərinizlə başlamamışdı ki, onlarla da davam etməsin!
Qaranlıqdan imtina edin!!!
Tez!!!
Durun!!! Durun!!!
Dedim ya... bir azdan sayğacda işıq pulu və qaz pulu “sıfır”a düşəcək!
Yenə soyuq, yenə qaranlıq!
Mən sizi yalnızca bu sətirlər qədər işıqlandıra bildim!
İmtina edin soyuqluqdan, qaranlıqdan! Özünüzə işıq seçin!
Sonrası mənlikdi! - bu gecənin hesabı... məndən! Babalı da mənim boynuma!
Qonaqlıq isə... bir də olmayacaq!
Mənim sizinlə bölüşəsi dərdim qalmadı – dediyimə birinci əməl etdim ki... əməl edəsiniz!
AYDINLAŞIN! Aydınlıqda olun! Aydınlıqla qalın!
Dünya gözəl dünyadır – onu gözəl yaşayın!
Dünya fani dünyadır – ona fəda etməyin haqq dünyanı!
Dünya fırlanır – qoy başınıza fırlansın, sizi fırlatmasın! Yırğalananlardan olub sərməst olmayın!
Sərməst edin dünyanı – baxan heyran qalsın!
Bunu etməyə dərdləriniz ən güclü silahdır, dəstəkdir, vasitədir!
Dünyanı dərdləriylə gözəlləşdirməyin, dünyadan dərdiyinizlə gözəlləşdirin!
Di... haydı... durdunuz, mənim əziz tənhalarım, tənhalıqda qalanlarım, tənhalıqla qalanlarım!
Bu gecənin hesabı... məndən!!!


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!