Silahımız yoxdur, amma insanımız var... .....                        Anar Mehdiyevə cinayət işi açıldı .....                        Ermənistanı Rusiyaya birləşdirən yol bağlandı .....                        Ukraynanın inkişafını Putinin gözü götürmədi .....                        İranda etirazçılar prokuroru diri-diri yandırdı .....                        Qonşunun pul və qızılını oğurlayan şəxs saxlanıldı .....                        Abidələrin siyahısına dəyişiklik edildi .....                        Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                       
Tarix : 6-02-2014, 17:11

 

 

 

 

Üzünüz ağ olsun

 

 

 

 

Əziz oxucular, məni tanıyanlar bilirlər ki, o qədər də qorxaq deyiləm. Amma etiraf edim ki, bəzi sifətləri görməkdən, yerində olmayan məmurların qəbuluna getməkdən  qorxuram. Elə ona görə də neçə illərdir heç bir idarəyə üz tutmuram. İşdi-şayətdi bir yerə getmək məcburiyyətində qalanda da getdiyim yerdə jurnalist olduğumu heç kimə bildirmirəm. Çünki jurnalistikaya girişən baytarlar, işdən qovulub qəzet təsis edən serjantlar, kolxozu dağılmış “xüsusi” müxbirlər peşəmizi elə günə qoyublar ki, onunla qürur duymaq  əvəzinə bir qrup yaramazın əməllərinin xəcalətini çəkirik.

Sözün düzü, həm kinayə ilə qarşılanmayım, həm də  işim dolaşığa düşməsin deyə bu dəfə də belə etdim. Sakitcə Yasamal Rayon Qeydiyyat Şöbəsinə daxil oldum. Üzləşdiyim mənzərə məni o qədər heyrətləndirib ki, hələ də onun təsirindəyəm. Adını, soyadını sonradan öyrəndiyim Nigar xanım Alışanova elə mədəni, elə ləyaqətlə xidmət göstərdi ki, heyrətə düşdüm. Sən demə mən bu iş üçün Nəsimi rayonunun eyniadlı idarəsinə getməliymişəm. Yaşımı və Yasamal sakini olduğumu nəzərə alıb məsələnin öz rayonumuzda həll olunmasına hər tərəfli yardımçı oldu. Hətta sənədlərin surətini də özü çıxartdırdı. Sənədləri aparmalı olduğum ünvanlara getməyimə  imkan vermədi. Beləcə Azərbaycan vətəndaşı olduğumdan duyğulandım. Nigar xanım həmişə ironiya ilə bura Azərbaycandır deyənlərin kinayəli səslərini qulaqlarımdan qopardı. Sənədlər hazır olanda zəng vurub xəbər verməsilə gözümdə süründürməçilərin, bürokratların obrazını darmadağın elədi. Sübut etdi ki, Azərbaycanda vətəndaşlara ləyaqətlə xidmət etmək olar. Çünki Azərbaycan vətəndaşları buna layiqdirlər. Hər kəs də öz xidmətilə  özünün hansı ləyaqətin sahibi olduğunu təsdiqləyir.

Düzünü deyim ki, nadir hallarda olsa da idarələrdə insanla  insan kimi davrananların qabağında necə deyərlər, heç vaxt xəcalətli qalmamışam. Bu dəfə də ənənəmə sadiq qalıb Nigar xanımın əməyini mükafatlandırmaq istədim. Mümkün olmadı. Çünki  o,öz vətəndaşlarına təmənnasız xidmət edirmiş.  Mən də gördüklərimi oxucularımızla bölüşməklə təmiz adı heç nəyə dəyişməyən Nigar xanıma –Yasamal Rayon Qeydiyyat Şöbəsinin işçisi Nigar Alışanovaya öz minnətdarlığımı bildirmək istədim. Üzünüz həmişə ağ olsun, Nigar xanım!

Hörmətlə Tamxil Ziyəddinoğlu

“Bütöv Azərbaycan”qəzetinin baş redaktoru

 

 

 



Paylaş



Bölmə: Köşə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!