"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 3-07-2024, 15:36
MƏDƏNİ İRSIMİZ DÜNYA MƏDƏNİYYƏTİ KONTEKSTİNDƏ

MƏDƏNİ İRSIMİZ DÜNYA MƏDƏNİYYƏTİ KONTEKSTİNDƏ: UNESCO-nun “Dünya yaddaşı” reyestrinə daxil olan nümunələrimiz (birinci yazı)

Çoxəsirlik zəngin mədəni irisə malik olan Azərbaycanın maddi və qeyri -maddi mədəni irsi onun milli özünəməxsusluğunun əsasını təşkil edir. Qloballaşma fonunda milli özünəməxsusluğu ehtiva edən mədəni irs nümunələrinin mühafizəsi, tədqiqi və gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır. Azərbaycan xalqı çağdaş dönəmdə müstəqil dövlətini bərpa etdikdən sonra özünəməxsusuluğunun qorunması və milli təhlükəsizliyini təhdid edən halların aradan qaldırılmasını starteji milli hədəfi müəyyən etmişdir.
Azərbaycan dövlətinin qəbul etdiyi qanunvericilik (milli və beynəlxalq) sisitemi dünyanın unversal mədəni dəyərlərinə hörmət hissini aşılamaqla bərabər milli dəyərlərinin qorunmasını qarşısına məqsəd qoymuşdur.
Azərbaycan Respublikası həmçinin milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri müəyyən edilərkən elm, təhsil, mədəniyyət siyasəti və mənəviyyatın qorunmasını xüsusi vurğulayaraq Azərbaycan xalqının mədəni irsinin, maddi və mənəvi dəyərlərinin mühafizəsinə, onun mədəni tələbatlarının ödənilməsi vasitələrinin və elmi-texniki potensialının daxili və xarici təhdidlərdən qorunmasına, mütərəqqi daxili və beynəlxalq inkişafdan bəhrələnməsinə yönəlməsi strateji hədəf kimi müəyyənləşdirmişdir. Azərbaycan Respublikasının milli maraqlarının əsas istiqamətləri müəyyən edilərkən Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması, azərbaycançılıq ideyasının təşviqi, həmçinin dünya azərbaycanlılarının daşıdığı dəyərlərə əsaslanan milli özünəməxsusluğun və həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycan xalqının mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin qorunması, eləcə də ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi, dilinin, özünüdərk, vətənpərvərlik və milli iftixar hissinin, intellektual potensialının inkişaf etdirilməsi əsas hədəf kimi götürülmüşdür.
Mədəni irsin tədqiqi mühafizəsi qorunması və gələcək nəsillərə çatdırılması ümummili starteji hədəfimiz olmaqla bərabər milli mədəniyyətimiz eyni zamanda ümumibəşəri səciyyə daşımaqla dünya mədəni irsinin vacib tərkib hissəsidr. Bu mənada dünyada ən böyük mədəniyyət təşkilatı olan UNESCO və Azərbaycan əlaqələri mühüm əhəmiyyət daşıyır. Xalqımızın zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması və digər ölkələr tərəfindən özününküləşdirilmə cəhdlərinin qarşısının alınmasında UNESCO-nun “Dünya Yaddaşı” beynəlxalq reyestrinin rolu danılmazdır. Azərbaycan Respublikası bu platformada mədəni irs nümunələrinin təqdim olunmasına həssaslıqla yanaşır. Odur ki, UNESCO-nun “Dünya Yaddaşı” beynəlxalq reyestrinə daxil olan nümunələrimiz barədə məlumatların hazırlanmasını önəmli hesab edirik.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunda qədim dövrə aid 390 tibbi sənədlər toplanıb. Onlardan 363 əlyazması IX əsrə aiddir. Onların əksəriyyəti ərəb dilində - ərəb xətti ilə yazılan əlyazmalardır. Bunlardan 70 əlyazma ərəb dilində, 71-i - türk dilində (türk, tatar, kumık, özbək), qalanları isə fars dilindədir.

13-17 iyul 2005-ci ildə UNESCO-nun Çin Xalq Respublikasında keçirilən növbəti yığıncağında Tarixi Abidələrə dair Beynəlxalq Komitənin zəmanəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılan orta əsrlər təbabətindən və əczaçılığından bəhs edən üç əlyazma Dünyanın Yaddaşı Proqramının reyestrinə daxil etmişdir. Bu proqram, bəşəriyyətin nadir və əvəzolunmaz yazı abidələrini əhatə edir. Qərarı təsdiq edən Sertifikat UNESCO-nun rəhbəri Dr. K. Matsuura tərəfindən Əlyazmalar İnstitutuna təqdim edilmişdir.

Bu üç əlyazma - İbn Sinanın "Tibb elminin qanunu" əsərinin II cildi, Rüstəm Curcaninin "Nizamşahın ehtiyatları" əsəri, Əbu Əl-Qasım Əl-Zəhrəvinin "əl-Məqalə əs-Sələsun" əsərinin əlyazmasının XIII əsr nüsxəsidir.
Dünya tibb elminin inkişafında müstəsna xidmətləri olmuş İbn Sinanın “Dünya Yaddaşı” reyestrinə daxil edilmiş əsəri haqqında aşağıdakı məlumatları bilmək zəruridir.
Qərbdə Avisenna (980-1037) kimi tanınan İbn Sinanın "Tibbin Kanonu" ("Təbabət elminin qanunu", 1030) adlı əsərinin ikinci cildinin ən qədim nüsxəsi (əlyazma) mövcuddur və ərəb dilində yazılmış tibbə və farmakologiyaya aid məşhur risalədir. Bu əlyazma 1143-cü ildə (Hicrə ilə 537) müəllifin ölümündən 104 il sonra Bağdadda nəsx xətti ilə köçürülüb.

Bu ikinci cild əsasən farmakologiya sahəsinə aiddir. Burada bitkilər, minerallar və heyvan maddələrindən yüzlərlə təbii dərmanların təsvirləri var. Müəllifin ölümündən 106 il sonra yenidən köçürülmüş “Tibbin Kanonu” ("Təbabət elminin qanunu") dünyada ən qədim və unikal əlyazmalardan biri sayıla bilər. Avisennanın əlyazmaları dünyada ən mötəbər hesab edilir. "Tibbin Kanonu"nun ikinci cildi sonradan özbək və rus dillərinə yuxarıda qeyd olunan Bakı əlyazmasından tərcümə olunmuşdur (Daşkənd, 1982).
Buxara (Qədim İran, bu günkü Özbəkistan) yaxınlığında Əfşanə şəhərində anadan olan Avisenna öz çox saylı tibbi müayinələrini sonradan Qədim İran və Azərbaycanda keçirmişdir. Ərəb dilində olan “Tibbin Kanonu”, həm Şərq, həm də Qərb tibb tarixində (Britannica Ensiklopediyasında göstərildiyi kimi) ən məşhur ensiklopedik kitabdır."
Orta əsrlər dövründə “Tibbin Kanonu”, bütün Müsəlman Dünyasında və Xristian Avropasında tibb elminin inkişafına öz təsirini göstərdi. XII əsrdə “Tibbin Kanonu” Kremonalı alim Jerard (1140-1187) tərəfindən ərəbdən latın dilinə tərcümə edilmiş, və Avropa universitetlərində tibbi dərslik kimi istifadə edilməyə başlamışdı. Kitab elə ehtiramla qarşılandı ki, hətta Mikelancelo bu barədə belə söyləyirdi: "Avisennaya dəstək verib və səhv olmaq, başqalarına dəstək verib düz olmaqdan daha yaxşıdır"
Əlyazma qalın ağ kağız üzərində yazılmışdır. Mətn qara, başlıq qırmızı rəngdədir; format: 18x20 sm, səhifələrin sayı: 186.
ADPU-nun filologiya fakultəsinin dekanı, f.ü.f.doktoru, dosent,
UNESCO klubunun rəhbəri Könül Həsənova
Tədqiqatçı-hüquqşünas Səməd Vəkilov


Paylaş



Bölmə: Maarif / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!