Nizami rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib - VİDEO .....                        Keçmiş vəzifəli şəxslərin yarım milyonluq dələduzluq işinin məhkəməsi .....                        Rusiya vədini pozdu, cavabı olacaq - Zelenski .....                        16 yaşı olmayanlara sosial şəbəklər qadağan olunur .....                        Məşhur diktor vəfat etdi .....                        Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisi saxlanılıb .....                        Sarkisyanın ən böyük arzusu Paşinyanla bağlıdır .....                        Kiberpolis haker şəbəkəsini ifşa etdi .....                        Məşhur fəvvarəyə giriş pullu oldu .....                       
Tarix : 25-10-2017, 13:01
“Kiçik biznesin təşkili, perspektivləri  və idarə olunması, maariflənmə və  hüquqi xidmətlərin göstərilməsi” ilə bağlı layihə başa çatıb


Butov.az xəbər verir ki, “Kiçik biznesin təşkili, perspektivləri və idarə olunması, maariflənmə və hüquqi xidmətlərin göstərilməsi” ilə bağlı layihə uğurla başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mülk” İctimai Assosiasiyası tərəfindən həyata keçirilən “ Kiçik biznesin təşkili, perspektivləri və idarə olunması,maariflənmə və hüquqi xidmətlərin göstərilməsi” ilə bağlı layihəsi başa çatıb. Biznesin qurulması və idarə olunmasında vətəndaşları hüquqi zəmindən maarifləndirmək, bizneslə bağlı hüquqi məsləhətlər vermək, xidmətlər göstərmək layihənin əsas məqsədi kimi qarşıya qoyulub.

Layihə çərçivəsində Bakı şəhərində gənclərdən ibarət iki qrup formalaşdırılıb. Hər qrup üçün nəzərdə tutulmuş proqram üzrə 4 təlim-seminar(cəmi 8 təlim) keçirilib.
Təlim-seminarlarda əsas diqqət iştirakçılara fərdi sahibkar kimi biznesin qeydiyyatdan keçirilməsi, kommersiya hüquqi şəxslər yaradılması, vergi qanunvericiliyi, biznes plan, marketinq strategiyası hazırlanması, güzəştli kredit proqramları ilə bağlı bilik və bacarıqların öyrədilməsi olub.

Təlim-seminarlarda, həmçinin qrup məşğələləri keçirilib və iştirakçılar qruplar şəklində təlimçinin tapşırığına əsasən biznes-planın ilkin variantını hazırlayıb təqdim ediblər. Eyni zamanda qruplarda marketinq strategiyasının hazırlanması da sınaqdan keçirilib.

“Kiçik biznesin təşkili, perspektivləri  və idarə olunması, maariflənmə və  hüquqi xidmətlərin göstərilməsi” ilə bağlı layihə başa çatıb


İştirakçıların istəyi ilə əmək qanunvericiliyi, əmək müqaviləsi, işə götürən iş adamı, şirkətlə əməkdaşlaq, muzdla çalışanların vəzifə və öhdəlikləri, məsiliyyətləri, əməkdaşların mükafatlandırması ilə bağlı məsələlərə də aydınlıq gətirilib. Bu münasibətlərin hüquq müstəvisində tənzimlənməsi ilə bağlı konkret nümunələr göstərilib.
Təlimlər zamanı kiçik və orta biznesin növləri də təhlil olunub, lisenziya və izalələrlə bağlı da məlumat verilib.
Layihənin uğurlu yekunu kimi üç ay ərzində 20 nəfər gənc biznesin qurulması və idarə olunması ilə bağlı bilik və bacarıqlar öyrəndilər, bu məsələlərlə bağlı müvafiq maarifləndirci materilallarla təmin olundular.

“Mülk” İctimai Assosiasiyasının Mətbuat Xidməti

“Kiçik biznesin təşkili, perspektivləri  və idarə olunması, maariflənmə və  hüquqi xidmətlərin göstərilməsi” ilə bağlı layihə başa çatıb

“Kiçik biznesin təşkili, perspektivləri  və idarə olunması, maariflənmə və  hüquqi xidmətlərin göstərilməsi” ilə bağlı layihə başa çatıb



Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!