"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 27-12-2021, 17:49
Prezident şəhid və hərbçiləri təltif etdi

Vilayət Vəliyev rektor təyin edildikdən sonra Azərbaycan Texniki Universitetində tədrisin və təhsilin vəziyyətinin yaxşılaşdırılması istiqamətində zərrə qədər də müsbət iş görməyib. 2019-cu ilin iyulundan universiytetin yeni rektoru sanki qarşısına ancaq bir məqsəd qoyub. Hər şeydən, dərslərdən kəsmək, tədris yüklərini azaltmaq, bu yolla vəsaitə qənaət edib, onu başqa yerlərə, məlum olmayan işlərə sərf etmək. Bilinmir ki, rektorumuz iqtisadçıdır, ya riyaziyyatçı, hər halda texnikadan çox uzaq adamdır və texnika haqqında, xüsusən də texniki təhsil haqqında təsəvvürləri yox dərəcəsindədir. O, elə bilir ki, özünün bildiyi kimi (əslində isə bilmədiyi kim) yeni bir universitet yaradır.


Bütöv.az bildirir ki, bu barədə Aktualinfo.org məlumat yayıb.

Bunlar Azərbaycan Texniki Universitetinin təcrübəli müəllimlərinin bir qrupu tərəfindən son iki ildə universitetdə yaranmış acınacaqlı və fəlakətli dərəcəyə çatmış vəziyyət haqqında ürək yanğısı ilə dövrü mətbuata verdikləri məlumatlardandı.

Aşağıda diqqətinizə çatdırdıqlarımız isə zaman-zaman dövrü mətbuatın gündəminə gəlmiş, 2015-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Texniki Universitetinin nəzdinə verilmiş Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində baş verənlər olacaq. Yazırlar ki, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində tüğyan edən rüşvət yığımlarının başında birbaşa kollecin direktoru Bəxtiyar Bəxtiyarov durur. Məlumatı təqdim edən mənbənin sözləri ilə desək, burada direktorun göstərişi ilə müəllim heyəti tələbələrin “qanını sorur”. Məlumatlarda qeyd olunur ki, kollecdə rüşvətin kök salması səbəbindən tələbə-müəllim münasibətləri də etik qaydalardan xeyli uzaqlaşıb. Əslində bu təhsil müəssisəsində imtahanların nəticələri əməlli-başlı qiymət alveri predmetinə çevrilmişdir. Məhz bu səbəbdən tələbələrin təhsilə münasibəti tamamilə dəyişib. Həmçinin, onlar davranışlarında da mənfiyə doğru sərbəstləşiblər. Yəni, bu və ya digər fənn üzrə imtahandan pulla qiymət almağın mümkünlüyünü görən tələbə dərsə davamiyyətə məhəl qoymur. Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində imtahanları rüşvətlə verməklə yanaşı, təcrübə üçün də hər bir tələbədən 100 manat pul tələb olunur. Verilən məlumata görə, sözügedən kollecdə rüşvətin yığılması işində sinif nümayəndələri vasitəçi rol oynayırlar. Yəni, onlar tələbələrdən yığılmış toplam pulu müəllimlərə çatdırırlar. Əvəzində özləri imtahanları və təcrübəni pulsuz keçirlər. Müəllimlər də öz növbəsində, ümumi məbləğdən payına düşəni götürüb qalan hissəni məhz Bəxtiyar müəllimə təqdim edirlər…

Bütün bunlar həm Azərbaycan Texniki Universitetində, həm də qeyd etdiyimiz ali təhsil ocağının nəzdindəki Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci barədə son vaxtlar elektron kütləvi informasiya vasitələrində yayılmış çoxsaylı məlumatların bir qismidir. Müəllim heyətinin şikayətlərindən də göründüyü kimi rektor Vilayət Vəliyev iki ildir ki, Texniki Universitetdə islahatlar aparır. Bu islahatların tərkib hissəsini isə ancaq kadr dəyişiklikləri təşkil edir. Belə ki, rektor özünə yaxın şəxsləri yavaş-yavaş ətrafına topladıqdan sonra universitetdə uzun illərdir çalışan müəllimlərin yerdəyişməsinə keçib. Tələb olunan heç bir kriteriyalara məhəl qoymadan. Universitetdə tədrisin və təhsilin vəziyyətinin yaxşılaşdırılması istiqamətində isə heç bir addım atmadan. Bunu universitetin müəllimləri iddia edir.

Universitetin nəzdindəki Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində isə direktor Bəxtiyar Bəxtiyarov artıq 6-cı ildir ki, korrupsiya əməlləri ilə məşğuldur. Burada tələbələrdən alınan pullardan söhbət getmir. Bu rüşvətxorluq hesab edilir. Korrupsiya əməli isə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsinə deyilir.

Yasamal rayonunda, Şərifzadə küçəsində yerləşən kollecin inzibati binası ilk baxışdan suyu soğulmuş dəyirmana bənzəyir. Amma heç kim bilmir ki, Kollecin direktoru hər il buranın təmirinə, avadanlıqların alınmasına satınalmalar yolu ilə külli miqdarda vəsait ayırır. Amma dövlət satınalmaları haqqında qanunun tələblərində olduğu kimi deyil, öz bildiyi kimi. Yəni, elan olunmuş və keçirilmiş kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilməklə, habelə satın alınan malların və xidmətlərin qiymətlərini süni şəkildə şişirtməklə, özünə yaxın şirkətlərlə bağladığı müqavilələri ictimaiyyətdən gizlətməklə. Burada satınalmalar şəffaf keçirilsəydi, nəticələri də hər yerdə olduğu kimi ictimaiyyətə açıqlanardı. Amma görünür bu direktora sərf eləmir.

Məsələn, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin Tender Komissiyası 2020-2021-ci illərdə sair torpaq, tikili və avadanlıqlar, maşın və avadanlıqlar, dəftərxana və təsərrüfat xərcləri, əsas vəsaitlərin və azqiymətli və tez köhnələn əşyaların dəyərinin müəyyənləşdirilməsi, digər malların alınması, mətbəə məhsulları üzrə xərclər, dəftərxana və təsərrüfat xərclərinin alınması, sair torpaq tikili və avadanlıqlar, maşın və avadanlıqların alınması, əyani vəsait, kitab, digər malların alınması üzrə keçirmiş olduğu kotirovka sorğularının nəticələri barədə dövlət satınalmalarının vahid internet portalına heç bir məlumat yerləşdirməmişdir ki, bu da “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 10-cu maddələrinin aşagıdakı tələbləri kobud şəkildə pozulması deməkdir. Xüsusilə qeyd etmək istərdik ki, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin Tender Komissiyası 2018-2021-ci illərdə keçirdiyi kotirovka sorğularının nətcələri barədə dövlət satınalmalarının vahid internet portalının bazasında heç bir məlumat yerləşdirməyib. Bu kotirovka sorğularında nə qədər vəsait ayrılıb, nə qədəri “otkat”kimi Bəxtiyar Bəxtiyarova qayıdıb, bəlkə Texniki Universitetin rektoru Vilayət Vəliyev də bilmir. Amma araşdırarsa Respublika Hesablama Palatası da, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti də, Baş prokurorluq yanında Korupsiyaya qarş Mübarizə Baş İdarəsi də öyrənə bilər.

Bu nədən irəli gəlir? Kollecin direktoru Bəxtiyar Bəxtiyarovun arxayınçılığından, yoxsa? Kim durur onun arxasında ki, satınalmalarda belə istədiyi qanunsuzluqlara yol verir, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə bunlara asanlıqla göz yumur. Bəxtiyar Bəxtiyarov o qədər arxayındır ki, hətta sorğulara cavab verməyi belə özünə rəva bilmir. Bu bəlkə də direktorun idarəetmədəki səriştəsizliyindən irəli gəlir. Amma daha çox arxayınçılığa oxşayır.

Xatırladaq ki, Bəxtiyar Bəxtiyarov Texniki Universitetin rektoru Vilayət Vəliyevdən dörd il əvvəl Rabitə və Nəqliyyat Kollecində direktor vəzifəsinə gəlib. Buna qədər Bəxtiyar Bəxtiyarovun kollecdəki yarıtmaz fəaliyyəti ilə bağlı istər kollecdə, istərsə də dövrü mətbuatda müəyyən rəy formalaşmışdı. Bəs universitetə islahatçı rektor kimi gəlmiş Vilayət Vəliyev bir çox dekan və kafedra müdrlərini dəyişdiyi kimi, Rabitə və Nəqliyyat Kollecinin rəhbərliyində nə üçün dəyişiklik etmədi? Kollecdə də islahatlar aparmağı niyə lüzum bilmədi? Çünki, sözügedən kollec “isahatçı” rektorla, korrupsioner direktorun işbirliyi mərkəzinə çevrilib. Kollec direktorunun arxayınçılığının əsl səbəbi də burada məlum olur. Bir rektor ki, direktorun yarıtmaz idarəetməsini görmürsə, bu rektorun zəifliyindən irəli gəlir. Görüb tədbir görə bilmirsə, bu direktorun arxasında daha böyük bir qüvvənin olmasından xəbər verir. Yox əgər görməzdən gəlirsə, onda bu rektorla direktorun işbirliyi təəssüratı yaradır. Bu variantların ən inandırıcısi isə sonuncusudur. Yəni, Rabitə və Nəqliyyat Kollecində yol verilən qanun pozuntuları rektor Vilayət Vəliyevlə direktor Bəxtiyar Bəxtiyarov işbirliyinin nəticəsindən başqa bir şey deyil.


Paylaş



Bölmə: Ana seife / Xəbər / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!