"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 31-08-2017, 13:08
Əsl ailə, həyatı öz gözlərinin sayı qədər görməkdir - nə əskik, nə də artıq...


Adım Röyadır. Həyatımın 18 - ci qışına yağan qar dənəciklərinə tamaşa edirəm, otağımın dörd bir yanı qara haşiyəyə alınmış kiçik pəncərəsindən. Anam yanımdadır, hər zaman olduğu kimi; sağ yanımda. Və bir də o var sol yanımda. Soruşsanız, - "o kimdir?, - deyə, odur mənim 17 illik adətinə qurban getdiyim qışım. Odur mənim ürəyimi donduran boranım. Odur mənim gözlərimdə əriyib yanağımda suya çevrilən qar dənəciklərim...

O, indiyə kimi bitməyən və bitəcəyinə hələ də ümid etdiyim boşluğumdur. O boşluq ki, içərisi atasızlıqla doludur. Elə doludur ki...məni vadar edədi qələmin mürəkkəbini özündən də mürəkkəb sətirlərlə kağıza tökməyə...

Anam deyir, uşaq vaxtı üzümdən təbəssüm ayrılmazmış. Kimi görərdimsə gülərmişəm, sən demə. Hətta atamın etil spirti qoxuyan saqqallı siması da gülüşümə səbəb olarmış. Atamın onu "cəngavər" edən butulkalarını daha çox sevərmişəm anamın həzin laylasından. Məyərsə, mən uşaq ikən atalıymışam.

Bilməzdim, qayğısız günlərimin astanasını yaxın edən rüzgar əsəcək bir gün. Bilməzdim, xoş anlarımı atasızlığım cəzb edəcək nə zamansa... Və beləcə, böyüdüm. Böyüdük. Özümü dərk etdim. Özümü dərk edərək gülüşümü, sevincimi ürəyimə dəfn etdim. Amma böyüdüm, böyüdük. Özümə, - "xiffət çəkmədiyin anların oldumu?", - deyə sual edərkən, - "heç bir zaman!", - cavabını alıram. Nədənmi deyə sualına isə cəsarətsizliyimdənmi, ya gördüklərimdənmi dolayı cavab verə bilmirəm.

Nə yalan deyim, ata və anası yanında olan bir uşaq görərkən qibtə etdim. Bəzən qızının saçına tumar çəkən ata görəndə öz atamı danladım da. Hələ eşidəndəki qonşumuz öz ərini içkidən ayırıb, əvvəlki həyatına qaytarıb, hədəfi dəyişib anamı da danladım. Bəli, danladım. Məni bir an belə yalnız qoymayan anamı. Sadəcə, səssizliyimlə. Dilimə gətirə bilməyib boğazıma düyünlədiyim hayqırıqları sol köksümə atıb, hər döyüntüsündə sıxıldım. Sıxıldım, çünki atasızlığın məngənəsi çox ağır imiş... Üzümdəki hər saxta gülüşü ürəyimə göz yaşı təki süzdüm. Damla, damla. Amma "damla, damla göl olar" - ataların deyimi doğrultmadı özünü. Oldu, oldu da.. ümman oldu! Göl nə ki?!

Ən pisi odur ki, öz öhdəliklərini icra edə bilməyən atam, öz kürsüsünü yoxluğuna verdi. Əslində o, vardı. Amma ucu - bucağı bilinməyən ünvanda. Bəzən düşünür və ən əlacsız vəziyyətdə atamın məndən uzaq olmasını istəyirdim. İstəmək sözmü?! Bunun üçün nələr etməzdim, nələr..! Fərqi yoxdur harada olmağının, istər Çikaqoda, istərsə də Afinada. Yetər ki o zəhrimardan da uzaq olaydı atam. Əslində, məsafələrdən doğan həsrət, mənəvi həsrətin kölgəsinin küncündə qısılacaq qədər cılızdır. Buna görə dözərdim o həsrətə. Amma rəqibim çox güclü oldu, atalıq vəzifəsini yerinə yetirməkdən qorxacaq, övladına olan sevgini üstələyəcək qədər güclü... Əslində yanımdaydı atam, nəfəs təki. Amma onun hənirtisini duymurdum. Bəlkə də o özüdə duymurdu; ata olduğunu, xanımına yoldaş olduğunu.

Mən, çırpıntılarımı xısın-xısın ürəyimə ataraq böyüdüm. Böyüdük. Məndən bir addım belə geri qalmayan, hətta hər fürsətdə məni haqlayan, dərinliyi bitməyən və içərisi atasızlıqla dolu olan boşluğumla. Acınacaqlısı o idi ki, atam hər dəfə "Zolotoye Koltso" nu başına çəkəndə özünü ən xoşbəxt insan sanırdı. Amma mən tək ona deyil, həm də yoldaşsız anama və düşünəndəki belə atalar var, bax o zaman yüzlərlə Röyalara, puç olan ümidlərə acıyırdım.

Bəzən ətrafın o qədər insanla əhatə olunar ki, sənə zillənmiş kənardakı göz (lər) xoşbəxt sanar (lar) səni. Amma bilməzlər, heç bir kəs tək "Onu" əvəz edə bilməz. Bir əskikin varmış kimi davam edər həyatın. Sanki gözünün biri yoxmuş kimi baxarsan həyata. Bu zaman kənardakılar öz məşhur bayraqlarını əsdirə - əsdirə deyərlər: "Kişi içər də...!" Xeyr! Övladının həyata tək gözlə baxmağına razı olmayan ata içməz! Övladını unudacaq, öz ötəri "xoşbəxtliyi" naminə içməz ata! Bir neçə kişinin qucağında ailəsinə təhvil veriləcək qədər içməz kişi! Onun səndəlləyə - səndəlləyə yerişi "gizlən, qaç" oynayan uşaqların gülüşünə səbəb olacaqsa, içməz kişi!

...Dünən də pəncərəmdəm bir ailə tablosunu izlədim. Əsl ailə. Qızının hörülmüş qəhvəyi saçına tumar çəkən ana. Qızının başını köksünə, sol əlini ovucuna sıxan ata. Bəli, ata! Üzərindən spirt qoxusu gəlməyən, övladını tək gözlü qoymayan ata! Ama nədənsə daha qibtə etmədim o qıza.

Sonra başqa bir tablo da gördüm. Anam və gözündə bir damla yaş. Nə az, nə də çox. Tək damla yaş. O da çuxura düşmüş sol gözünün altında. İndi başa düşürdüm, həyata tək gözlə baxan bircə mən deyilmişəm. İki gözə bais olan atam, görəsən, dörd gözlə necə baxır həyata?!

19 - cu fəslin ilk baharını cüt gözlə yaşamaq diləyi ilə...kaş ki, Röyanın röyası ola, onun atasızlığım.

Azadə / Butov.az


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!